I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Tənzimetmə elə müə>'yənetmə deməkdir. Buna görə də beynəlxalq 

hüququn  tənzimetmə  funksiyasının  mahiyyəti  onun  döv-  lətlərarası 

sistem iştirakçılan üçün (xüsusən də dövlətlər üçün) hüquq və vəzifələr, 

davranış 

qaydalan 

müəyyənləşdirməsindən 

ibarətdir. 

Belə 


müəyyənetmənin  sayəsində  yalnız  dövlətlərarası  sistemdə  deyil, 

ümumiyyətlə,  bütövlükdə  qlobal  beynəlxalq  münasibətlər  sistemində 

qayda-qanun  yaradılır.  Bunun  nəticəsində  isə  beynəlxalq  əməkdaşlığın 

və  münasibətlərin,  habelə  beynəlxalq  hüququn  özünün  inkişafı  üçün 

əlverişli şərait təmin olunur. 

Beynəlxalq  hüququn  tənzimetmə  funksiyası  həm  də  bunda  ifadə 

olunur ki, o, beynəlxalq fəaliyyəti, dövlətlərarası əlaqələri və bütövlükdə 

beynəlxalq  münasibətləri,  ayn-ayn  müxtəlif  sahələrdə  beynəlxalq 

əməkdaşlığı  idarə  edir.  Buna  görə  də  bir  sıra  müəllifin  beynəlxalq 

hüququn  ayrıca  olaraq,  idarəetmə  funksiyasmı  yerinə  yetirməsi  barədə 

fikir  söyləməsinin  də  elə  bir  elmi  zəmini  yoxdui’.  Məsələn, 

inqilabaqədərki  Rusiya  müəlliflərindən  ERMartens  qeyd  edir  ki, 

beynəlxalq  hüquq  dövlətlərin  beynəlxalq  fəaliyyətini  idarə  edir.’ 

Tanınmış fransalı professor G.Agnel göstərir ki, beynəlxalq hüquq dünya 

birliyini  idarə  etmək  üçün  nəzərdə  tutulan  norma  və  institutlardan 

ibarətdir.^  Söylənilən  bu  fikirlərdən  belə  çıxır  ki,  beynəlxalq  hüquq 

idarəetmə funksiyasını yerinə yetirir. 

Müəlliflərdən  K.A.Bekyaşevə  görə,  subyektlərin  beynəlxalq 

münasibətlərin müvafiq sahələrində fəaliyyətini idarə etmək beynəlxalq 

hüququn əsas funksiyası sayılır; alim belə hesab edir ki, müasir hüququn 

funksiyasına  beynəlxalq  münasibətləri  tənzimetmə  ilə  bərabər,  onlan 

idarə etmək də daxildir.^ 

Doğrudan  da,  nəzərə  almaq  lazımdır  ki,  beynəlxalq  hüquq 

dövlətlərarası  beynəlxalq  münasibətləri  idarə  edir;  buna  görə  də  o, 

idarəetmə funksiyasım yerinə yetirir ki, bunu inkar etmək 

1

 

Мартенс Ф.Ф.Современное международное право цивилизованных 

народов. Том 

1. 

СПб., 

1882, С.25.

 

2

 

Agniel G. Droit International Public. Paris, 1998, p.8. 

3

 

Международное публичное право. Учебник / Отв.ред. К.А.Бекяшев. М., 

2009, с. 17-18. 

33 



olmaz.  Digər  tərəfdən,  unutmamalıyıq  ki,  beynəlxalq  hüquq  qlobal 

xarakter  almış  beynəlxalq  münasibətləri  idarəetmə  sisteminin  vacib 

elementidir. Lakin bunlar heç də belə bir fikir söyləməyə əsas vermir ki, 

beynəlxalq  hüquq  aynca  olaraq  və  müstəqil  surətdə  idarəetmə 

funksiyasını  yerinə  yetirir.  Məsələ  burasındadır  ki,  beynəlxalq 

münasibətləri  idarəetmə  beynəkalq  hüququn  tənzimetmə  funksiyasına 

daxildir. Başqa sözlə, beynəlxalq hüququn idarəetmə funksiyası elə onun 

tənzimetmə  funksiyası  ilə  əhatə  olimur.  Ona  görə  ki,  idarəetmə 

tənzimetmənin  formalanndan  biridir.  Əgər  dövlətlərarası  beynəlxalq 

münasibətlər idarə olunursa, deməli, həmin münasibətlər tənzimlənir. 

Beynəlxalq hüququn mühafızəetmə funksiyası dövlətlərarası sistem 

iştirakçılarının,  xüsusən  də  dövlətlərin  qanuni  hüquq  və  mənafelərinin 

qorunmasında, onlar pozulduqda isə müdafiə edilməsində ifadə olunur; 

həmin funksiya dövlətlərarası sistem iştirakçıları tərəfindən hüquqazidd 

davranışa  yol  verilməsinin  qarşısının  alınmasına  və  belə  davranışın 

aradan qaldırılmasına yönəldilmişdir. 

Beynəlxalq  hüquq  özünün  mühafızəetmə  funksiyasını,  əsasən,  iki 

yolla həyata keçirir. Qadağan etmək (qadağa qoymaq) həmin yollardan 

biridir  (məsələn,  dövlətlərarası  mübahisələrin  zorla  həll  olunmasını 

qadağan  etmək  və  s.);  bu  yolun  mahiyyəti  bu  və  ya  digər  hüquqazidd 

hərəkətin  edilməsini  yasaqlamaqdan  ibarətdir  (məsələn,  bəzi  silah 

növlərini,  təcavüzkar  müharibəni  və  s.  qadağan  etmək).  Bununla 

beynəlxalq hüquq dövlətlərarası sistem iştirak- çılannm qanuni hüquq və 

mənafelərini mühafizə edir, beynəlxalq münasibətləri qoruyur. 

İkinci  yolun  mahiyyəti  hüquqazidd  hərəkətlərin  edilməsinə  görə 

beynəlxalq-hüquqi  sanksiyalar  müəyyən  edilməsindən  ibarətdir. 

Beynəlxalq-hüquqi  sanksiyalar  (beynəlxalq  hüquqda  sanksiyalar) 

dedikdə  hüquq  pozımtusu  törədən  dövlətə  qarşı  tətbiq  edilən  hü- 

quqauyğun məcburiyyət tədbirləri başa düşülür.' 

1 Международное право. Учебник / Отв. ред. Г.И.Тункин. М., 1982, с.217. 

34 



Beynəlxalq-hüquqi sanksiyalar BMT-nin Nizamnaməsində nəzərdə 

tutulmuş və müəyyən edilmişdir. Belə ki, BMT Nizamnaməsinin 39, 41 

və  42-ci  maddələrinə  görə.  Təhlükəsizlik  Şurası  üç  halda  hərbi  və 

qeyri-hərbi  xarakterli  məcburiyyət  tədbiri  (yəni  beynəlxalq  sanksiya) 

tətbiq edə bilər. Həmin hallara aşağıdakılar aiddir: 

-

 



sülh üçün təhlükə yarandıqda; 

-

 



sülh pozulduqda; 

-

 



təcavüzkar akt həyata keçirildikdə. 

Beynəlxalq  hüququn  mühafızəetmə  funksiyası  nəinki  beynəbcalq- 

hüquqi sanksiyalarm müəyyən edilməsi, həmçinin hüquqazidd hərəkətlər 

etmiş,  yəni  beynəlxalq  hüquq  pozuntusu  törətmiş  subyektə  qarşı  belə 

sanksiyalann  bilavasitə  tətbiq  olunması  yolu  ilə  yerinə  yetirilir;  bunun 

nəticəsində  subyektlərin  qanuni  hüquqlan  müdafiə  edilir,  zərərçəkən 

subyektin pozulmuş hüquqları bərpa olunur və hüquq pozuntusu törədən 

subyekt  tərəfindən  öz  üzərinə  düşən  vəzifələrin  icra  edilməsi  təmin 

olunur. Beynəlxalq-hüquqi sanksiyalar üçün tipik cəhət ondan ibarətdir 

ki, onlar yalnız beynəlxalq hüquq pozuntusuna cavab olaraq tətbiq edilir.' 

Göstərilənlərdən başqa, beynəlxalq hüquq daha iki funksiya yerinə 

yetirir. Həmin funksiyalara aşağıdakılar aiddir: 

-

 

kompensasiya funksiyası; 



-

 

restitusiya funksiyası. 



Beynəlxalq  hüququn  kompensasiya  funksiyası  özünün  hüquqazidd 

beynəlxalq-hüquqi əməli nəticəsində başqa dövlətə zərər vuran dövlətin 

bu  zərərin  əvəzini  tam  həcmdə  ödəməsində  ifadə  olunur.  Hüquqazidd 

beynəlxalq-hüquqi  əməl  törədən  dövlət  həm  maddi  (əmlak),  həm  də 

mənəvi (qeyri-əmlak) zərəri kompensasiya etməlidir. 

Beynəlxalq  hüququn  restitusiya  funksiyası  isə  hüquqazidd 

beynəlxalq-hüquqi əməl törədilməsinə kimi mövcud olan vəziyyətin 

l Василенко В. A. Международно-правовые санкции. Киев, 1982, с.38. 

35 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə