I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

Beynəlxalq  hüququn  sahəsinə  elmi  (doktrinal)  tərif  verilməsinə 

gəldikdə  isə,  qeyd  etməliyik  ki,  deyilən  sözləri  eyni  ilə,  olduğu  kimi 

beynəlxalq  hüququn  sahəsinə  də  aid  etmək  olar.  Belə  ki,  beynəlxalq 

hüququn nizamasalma predmetinə daxil olan dövlət- lərarası beynəlxalq 

münasibətlər məzmunca müxtəlif növlərə bölünür: beynəlxalq müqavilə 

münasibətləri,  xarici  əlaqələr  üzrə  münasibətlər,  beynəlxalq  iqtisadi 

münasibətlər,  beynəlxalq  təhlükəsizlik  münasibətləri,  beynəlxalq 

humanitar  münasibətlər,  beynəlxalq  cinayət  münasibətləri,  beynəlxalq 

kosmos münasibətləri və s. Göstərdiyimiz və digər beynəlxalq münasibət 

növləri  döv-  lətlərarası  beynəlxalq  əməkdaşlığın  ayn-ayn,  müxtəlif 

sahələrində  (məsələn,  xarici  əlaqələr,  iqtisadi,  ekologiya,  humanitar, 

cinayətkarlıqla mübarizə və digər sferalarda) yaranır. 

Beynəlxalq  hüququn  sahəsi  dedikdə  beynəlxalq  hüquq  sisteminin 

müstəqil əhəmij^ətə və rola malik olan elə bir struktur elementi (hissəsi) 

başa  düşülür  ki,  bu  element  (hissə)  özündə  döviətlərarası  be

3

məlxalq 



münasibətlərin  müə)^ən  növünü  tənzimləyən  hüquq  normalarını 

birləşdirir.  Məsələn,  xarici  əlaqələr  (diplomatiya  və  konsulluq)  üzrə 

münasibət döviətlərarası beynəlxalq münasibətlərin növlərindən biridir; 

bu  münasibətləri  tənzimləyən  beynəlxalq  hüquq  normalanmn  sistemi 

(kompleksi)  xarici  əlaqələr  hüququ  adlanır;  xarici  əlaqələr  hüququ  isə 

beynəlxalq  hüququn  sahələrindən  biridir.  Döviətlərarası  bejməbcalq 

iqtisadi münasibət də döviətlərarası beynəlxalq münasibətlərin növüdür; 

həmin münasibətləri tənzimləyən beynəlxalq hüquq normalanmn qrupu 

(məcmusu) beynəlxalq iqtisadi hüquq adlanır; beynəlxalq iqtisadi hüquq 

isə beynəlxalq hüququn sahəsi sayılır və s. 

Hüquq  sahəsi  beynəlxalq  hüquq  sisteminin  vacib  struktur 

elementidir;  beynəlxalq  hüququn  digər  struktur  elementlərindən  fərqli 

olaraq, o, öz funksiyasını müstəqil surətdə yerinə yetirə bilir. Bu onunla 

izah  edilir  ki,  beynəlxalq  hüququn  sahəsi  beynəlxalq  münasibətlərin 

müəyyən  növünü  az  və  ya  çox  «muxtar»  şəkildə  tənzimləyən  hüquq 

normalarının məcmusudur.' 



1 Фельдман Д.И. Система международного права. Казань, 1983, с.47. 

57 


Beynəlxalq hüququn sistemində bu və ya digər sahənin ayrılmasına, 

başqa  sözlə,  beynəlxalq  hüququn  sahələrə  bölünməsinə  gəldikdə  isə, 

qeyd etməliyik ki, bunun üçün müəyyən meyarlann olması tələb edilir. 

Dövlətdaxili (milli) hüquq sisteminin sahələrə bölünməsi üçün iki əsas 

meyarın mövcud olması vacibdir. Həmin meyarlara aşağıdakılar aiddir:' 

-

 



hüquqi nizamasalma predmeti

-

 



hüquqi nizamasalma metodu. 

Dövlətdaxili (milli) hüquq sisteminə daxil olan hər bir hüquq sahəsi 

özünəməxsus  nizamasalma  predmetinə  malikdir;  istənilən  hüquq 

sahəsinin  həm  də,  eyni  zamanda,  özünəxas,  spesifik  nizamasalma 

metodu  vardır.  Göstərilən  hər  iki  əsas  amil  (nizamasalma  predmeti  və 

metodu)  dövlətdaxili  (milli)  hüquq  sisteminin  sahələrə  bölünməsini 

şərtləndirən və belə bölünməyə səbəb olan meyar rolunu oynayır. Lakin 

bu  meyarlar  beynəlxalq  hüquq  sisteminin  sahələrə  bölünməsi,  başqa 

sözlə, beynəlxalq hüququn tərkibində müxtəlif sahələrin ayniması üçün 

kifayət  etmir;  çünki  beynəlxalq-  hüquqi  tənzimetmə  mexanizmi, 

ümumiyyətlə, bütövlükdə beynəlxalq hüququn özü spesifik əlamətlərlə 

xarakterizə  olunur.  Bunun  üçün  Rusiya  və  başqa  ölkələrin  beynəlxalq 

hüquqa  dair  elmi  ədəbiyyat  səhifələrində  digər  meyarların  da  mövcud 

olması  göstərilir.^  Beynəlxalq  hüququn  sistemində  bu  və  ya  digər 

sahənin mövcud olub- 

1

 

Хропанйук  В.П.  Dövlət  və  hüquq  nəzəriyyəsi.  Dərslik  /  Rus  dilindən  tərcümə. 

Bakı, 1995, s.l44. 

2

 

Mssələn, bax: Фельдман Д.И. O системе международного права // Советский 

ежегодник  международного  права,  1977.  М.,  1978,  с.  107-108;  Фельдман 

Д.И. Система международного права. Казань, 1983, с.46-47; Богуславский 

М.М. Международное экономическое право. М., 1986, с. 30-31; Борисов К.Г. 

Международное  таможенное  право.  М.,  1997,  с.10-  11;  Шумилов  В.М. 

Международное экономическое право в эпоху глобализации. М., 2003, с.94; 

Международное право. Учебник /  Под общ. ред. А.Я.Капустина. М., 2008, 

с.36-37; Ашавский Б.М. К вопросу о международном экономическом праве 

//  В  книге:  XXVIII  ежегодное  собрание  Советской  ассоциации 

международного права. Тезисы докладов. М., 1985, с. 18-27. 

58 



olmaması  məhz  həmin  meyarlann  köməyi  və  vasitəsi  ilə 

müəyyənləşdirilir. Gəlin, həmin meyarlarla tanış olaq; onlar beynəlxalq 

hüququn  sahələrə  aynimasım  və  bölünməsini  şərtləndirən  əlavə 

(yardımçı) meyarlar hesab edilirlər. 

Beynəlxalq hüququn sistemində bu və ya digər sahənin ayrılmasına 

səbəb olan əsas meyar hüquqi nizamasalma predmeti sa- yılm Təsadüfi 

deyil  ki,  sovet  dövrünün  beynəlxalq  hüquq  doktrinası  beynəlxalq 

hüququn sahələrə bölünməsinin ən vacib və mühüm meyan kimi  məhz 

onu (nizamasalma predmetini) tanıyırdı. 

Doğrudan da, beynəlxalq hüququn sistemində bu və ya digər sahənin 

ayrılması  üçün  həmin  sahənin  özünəxas  nizamasalma  predmeti,  yəni 

tənzimlədiyi  dövlətlərarası  beynəbcalq  münasibətlərin  müəyyən  növü 

olmalıdır; həmin növ münasibət bu və ya digər hüquq sahəsinin mövcud 

olmasını  şərtləndirən  obyektiv  meyardır.  Belə  ki,  dövlətlərarası 

beynəlxalq münasibətlərin bu və ya digər növü obyektiv surətdə hüquqi 

tənzimlənməyi tələb edir; əks halda beynəlxalq münasibətlər sistemində 

qayda-qanun  olmazdı  və  xaos-anarxiya  kimi  arzuolunmaz  vəziyyət 

yaranardı. Həmin növ münasibət isə, təbii ki, müvafiq hüquq normaları 

ilə  tənzimlənir;  bu  normalar  birləşərək  beynəlxalq  hüququn  bu  və  ya 

digər  sahəsini  yaradır.  Deməli,  beynəlxalq  hüququn  sahəsi  obyektiv 

surətdə  hüquqi  cəhətdən  tənzimlənməyi  tələb  edən  dövlətlərarası 

beynəlxalq  münasibətlərin  müəyyən  növünü  nizama  salan  hüquq 

normalarmın  birləşməsidir.  Lakin  bu  birləşmə  hüquqyaratma 

subyektlərinin mülahizəsindən asılı deyildir və obyektiv xarakter daşıyır. 

Qeyd  etməliyik  ki,  beynəlxalq  hüququn  sahələrini  bir-birindən 

ayırmağa  imkan  verən  başlıca  amil  həmin  sahələrin  tənzimlədiyi 

dövlətlərarası beynəlxalq münasibətlərin özünəməxsusluğudur. Belə ki, 

beynəlxalq  hüququn  ayn-ayn  sahələri  tərəfindən  tənzimlənən  həmin 

münasibətlər  öz  məzmununa,  konkret  məqsəd  və  vəzifələrinə  görə 

bir-birlərindən fərqlənir. Məsələn, «beynəlxalq iqtisadi hüquq» kimi sahə 

dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətləri  tənzimlədiyi  halda, 

«xarici əlaqələr hüququ» adlı sahə dövlətlərarası 

59 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə