I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

bu  normalann  köməyi  ilə  beynəlxalq  münasibətlərin  hansı  növünün 

pozulmasından  asılı  olmayaraq,  beynəlxalq-hüquqi  məsuliyyət 

tənzimlənir. Bu sözləri eləcə də beynəlxalq hüququn ümumi hissəsinin 

digər institutu - beynəlxalq mübahisələrin həlli institutu barədə də demək 

olar.  Bütün  bunlar  belə  bir  fikir  söyləməyə  əsas  verir  ki,  beynəlxalq 

hüququn  ümumi  hissəsi  beynəlxalq  qanunvericiliyin  (beynəlxalq 

normativ  hüquqi  materialın)  həcmini  xeyli  dərəcədə  azaldır,  onun 

praktiki  istifadəsini  asanlaşdırır  və  texni-  ki-hüquqi  üstünlüklə 

xarakterizə olunur. 

1.3.3.

 

Beynəlxalq hüququn xüsusi hissəsi 

Beynəlxalq  hüquq  normaları  arasında  elələri  vardır  ki,  onlar 

beynəlxalq  hüququn  bütün  struktur  elementləri (hissələri)  üçün  ümumi 

əhəmiyyətə  malik  deyildir.  Buna  görə  də,  təbii  ki,  belə  normalar 

beynəlxalq  hüququn  nizamasalma  predmetinə  aid  olan  istənilən  növ 

münasibətləri (məsələn, beynəlxalq hüquq subyektliyi, beynəlxalq hüquq 

məsuliyyəti və s. münasibətləri) tənzimləmək iqtidannda deyildir; həmin 

normalar  beynəlxalq  hüququn  nizamasalma  predmetinə  daxil  olan 

beynəlxalq  münasibətlərin  yalmz  ayn-ayn,  konkret  növlərini 

tənzimləmək  məqsədinə  xidmət  edir.  Onlann  məcmusuna  (sisteminə) 

hüquq doktrinasında beynəlxalq hüququn xüsusi hissəsi deyilir. 

Beynəlxalq  hüququn  xüsusi  hissəsi  dedikdə  beynəlxalq 

münasibətlərin  ayrı-ayrı  növlərini  tənzimləməkdən  ötrü  tətbiq  edilən 

beynəlxalq  hüquq  normalannm  sistemi  başa  düşülür;  «xüsusi  hissə» 

normalarının  köməyi  və  vasitəsilə  beynəlxalq  hüququn  nizamasalma 

predmetinə  daxil  olan  beynəlxalq  münasibətlərin  müxtəlif  növlərinin 

(məsələn, beynəlxalq nəqliyyat münasibətləri, beynəlxalq ticarət-iqtisadi 

münasibətlər,  beynəlxalq  investisiya  münasibətləri,  beynəlxalq 

diplomatiya  münasibətləri,  beynəlxalq  konsulluq  münasibətləri, 

beynəlxalq kosmos münasibətləri, beynəlxalq dəniz 

54 



münasibətləri  və  s.)  hüquqi  tənzimlənməsi  həyata  keçirilir;  onlar 

beynəlxalq  hüququn  nizamasalma  predmetinə  daxil  olan  ümumi 

xarakterli beynəlxalq m.ünasibətlərə tətbiq olunmur. 

Beynəlxalq  hüququn  xüsusi  hissəsi  ayrı-ayn  müxtəlif  sahələrdən 

ibarətdir; onlara beynəlxalq hüququn sahələri deyilir. Hüquq ədəbiyyatı 

səhifələrində,  bir  qayda  olaraq,  «beynəlxalq  hüququn  xüsusi  hissəsi» 

termininin  əvəzinə,  adətən,  «beynəlxalq  hüququn  sahələri»  anlayışı 

işlətmək geniş yayılmışdır. Başqa sözlə, beynəlxalq hüquq doktrinasında 

(elmində), eləcə də beynəlxalq hüquq dərsliklərində beynəlxalq hüququn 

xüsusi hissəsini əhatə etmək üçün «beynəlxalq hüququn sahələri» kimi 

termindən  istifadə  etmək  dəbdə  olub,  adət  halını  almışdır.  Söhbət 

beynəlxalq  hüququn  ibarət  olduğu  hüquq  sahələrindən  gedir.  Bəs, 

beynəlxalq hüququn ibarət olduğu hüquq sahələri dedikdə, biz, nə başa 

düşürük?  Bu  suala  cavab  vermək  üçün,  hər  şeydən  əvvəl, 

müəyyənləşdirməliyik ki, hüquq sahəsinin özü nə deməkdir? 

Qeyd etmək lazımdır ki, dünyada mövcud olan hər bir hüquq sistemi, 

istər dövlətdaxili (milli) hüquq sistemi olsun, istərsə də beynəlxalq hüquq 

sistemi, fərqi yoxdur, müəyyən hüquq sahələrinə bölünür. Hüquq sahəsi 

istənilən  hüquq  sisteminin  əsas  və  ən  iri  (böyük)  struktur  elementidir. 

Həm  beynəlxalq  hüquq,  həm  də  dövlətdaxili  (milli)  hüquq  sisteminin 

digər  struktur  elementlərindən  (yanmsahə  və  institutdan)  fərqli  olaraq, 

hüquq sahəsi müstəqilliyə malikdir; lakin hüquq sahəsinin müstəqilliyi 

mütləq deyil, nisbi xarakter daşıyır. Ona görə ki, hüquq sahəsi müstəqil 

hüquq  sistemləri  olan  beynəlxalq  və  ya  dövlətdaxili  (milli)  hüquq 

sistemlərinin  struktur  elementlərindən  biridir.  Yalnız  beynəlxalq 

hüququn, eləcə də dövlətdaxili (milli) hüququn özü mütləq müstəqilliyə 

malikdir. Lakin, buna baxmayaraq, hüquq sahəsi hüquq sisteminin digər 

struktur elementləri ilə müqayisədə və onlara nisbətən müstəqil rola və 

əhəmiyyətə  malikdir.  Belə  ki,  istənilən  hüquq  sahəsi  hüquq  sisteminin 

tərkibinə, necə deyərlər, «muxtar hüquqi qurum» kimi daxil olur və bu 

səbəbdən onun «muxtar hüquqi qumm» statusu vardır. 

55 



Qeyd etməliyik ki, obyektiv xarakter daşıyan hüquq sistemi ictimai 

həyatda  real  surətdə  mövcud  olan  münasibətlərin  əksidir;  hüquq 

normaları  (hüquq  normaları  əsasında  hüquq  sistemi  formalaşır)  ilə 

tənzimlənən həmin münasibətlər məzmunca eyni deyil, müxtəlifdir. Belə 

ki,  hüququn  (hüquq  normalarının)  tənzimetmə  predmetinə  daxil  olan 

ictimai  münasibətlər  məzmunca  ayn-ayn  növlərə  bölünür  (məsələn, 

konstitusiya münasibətləri, maliyyə münasibətləri, əmək münasibətləri, 

mülki münasibətlər, cinayət münasibətləri və digər münasibətlər). İctimai 

münasibətlərin növləri bir-birindən xarakterik əlamətləri, eləcə də sosial 

istiqaməti və təyinatı ilə fərqlənir. Bu səbəbdən ictimai münasibətlərin 

ayn-  ayn  növləri  müəyyən  qrup  hüquq  normalan  ilə  nizama  salınır  ki, 

həmin normalar öz tənzimlədiyi ictimai münasibət növlərinin xarakterik 

əlamətlərini,  sosial  təyinat  və  istiqamətini  əks  etdirir.  Məhz  belə 

normalar  qrupuna  hüquq  nəzəriyyəsində  «hüquq  sahəsi»  deyilir. 

Məsələn,  maliyyə  münasibətləri  ictimai  münasibətlərin  bir  növüdür; 

həmin  münasibətləri  tənzimləyən  hüquq  normalannın  qrupu  maliyyə 

hüququ  adlanır.  Maliyyə  hüququ  isə  aynca  hüquq  sahəsidir.  Digər  bir 

misalda, əmək münasibətləri ictimai münasibətlərin növlərindən biridir; 

həmin  münasibətləri  tənzimləyən  hüquq  normalarının  qrupu  əmək 

hüququnu əmələ gətirir; əmək hüququ isə hüquq sahələrindən biri sayılır. 

İctimai  münasibətlərin  ayn-ayn  növləri  olan  konstitusiya,  inzibati, 

cinayət,  mülki,  ekologiya  və  digər  ictimai  münasibət  növlərini 

tənzimləyən  müəyyən  hüquq  normaları  qrupu  müvafiq  olaraq, 

konstitusiya, inzibati, cinayət, mülki və ekologiya hüququ adlanır. 

Hüquq  sahəsi  dedikdə  hüquq  sisteminin  elə  bir  nisbi  müstəqil 

struktur  elementi  (hissəsi)  başa  düşülür  ki,  bu  element  (hissə)  ictimai 

münasibətlərin  müəyyən  növünü  tənzimləyən  hüquq  normalarından 

ibarətdir.  Başqa  sözlə,  hüquq  sistemində  digər  struktur  elementlərlə 

müqayisədə müstəqil yer tutan və ictimai münasibətlərin bu və ya digər 

növünü  tənzimləyən  hüquq  normalarının  qrupu  (sistemi)  hüquq  sahəsi 

adlanır. 

56 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə