I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   23   24   25   26   27   28   29   30   31

hüququ  formalaşır  (məsələn,  ÜTT  hüququ,  BVF  hüququ  və  s.).  Məhz 

belə  hüquq  fovqəlmilli  hüquq  adlanır.  Əgər  fövqəlmilli  hüquqla 

üzv-dövlətlərin  daxili  (milli)  hüququ  arasında  beynəlxalq  təşkilatın 

(məsələn, ÜTT-nin) səlahiyyətinə aid olan məsələdə ziddiyyət yaranarsa, 

onda fovqəlmilli hüquq norması tətbiq edilir; dövlətdaxidi (milli) hüquq 

norması isə dəyişilməlidir. 

BVF hüququna aid çoxsaylı normalar fövqəlmilli xarakterə malikdir. 

Elə məsələlər vardır ki, bu məsələlər barədə (onlann sayı 40-dan çoxdur) 

BVF-nin  qəbul  etdiyi  qərarları  üzv-dövlətlər  məcburi  olaraq  icra 

etməlidirlər.  Buna  görə  də,  BVF  hüququna  fövqəlmilli  tənzimetmə 

metodu xasdır. 

Fövqəlmilli  tənzimetmə  metodu  həm  də  inteqrasiya  birliklərinin 

hüquqi  nizamasalma  mexanizmində  tətbiq  olunur.  Söhbət,  hər  şeydən 

əvvəl, Avropa İttifaqı kimi inteqrasiya birliyinin fəaliyyətindən gedir.* 

Bu birliyin orqanları üzv-dövlətlər üçün məcburi olan və birbaşa tətbiq 

edilən hakimiyyət xarakterli aktlar qəbul etmək səlahiyyətinə malikdir; 

bu  aktlann  hüquqi  qüvvəsi  üzv-  dövlətlərin  daxili  (milli)  hüququndan 

üstündür; həmin aktlann vasitəsi ilə həyata keçirilən nizamasalma üsulu 

fovqəlmilli tənzimetmə metodu sayılır. Bu metoddan, bir qayda olaraq, 

beynəlxalq  iqtisadi  inteqrasiya  münasibətlərinin  tənzimlənməsində 

istifadə  olunur.  Buna  görə  də,  fovqəlmilli  tənzimetmə  metodu 

beynəlxalq iqtisadi hüququn əsas nizamasalma üsulu sayılır. 

Hansı  normalarm  köməyi  ilə  nizamlamasından  asılı  olaraq, 

beynəlxalq hüquqda tənzimetmə metodunun iki növü fərqləndirilir: 

-

 

beynəlxalq-hüquqi tənzimetmə metodu; 



-

 

siyasi-mənəvi tənzimetmə metodu. 



Beynəlxalq-hüquqi  tənzimetmə  metodu  dedikdə  beynəlxalq  hüquq 

normalannm  (beynəlxalq  müqavilə  və  beynəlxalq  adət  hüquq 

normalannm) vasitəsilə tətbiq olunan nizamasalma üsulu 

Bu barədə ətraflı bax: Avropa hüququ. Dərslik E.Ə.Əliyevin ümumi redaktəsi ilə. 

Bakı, 2016, §6.2. 

78 



başa  düşülür.  Beynəlxalq  hüquq  özünün  nizama  saldığı  dövlətlərarası 

münasibətlərə,  xüsusilə,  beynəbcalq  müqavilə  normalanmn  vasitəsilə 

tətbiq  olunan  tənzimetmə  metodu  ilə  təsir  göstərir.  Bununla  yanaşı, 

dövlətlərarası  münasibətlərin  hüquqi  tənzimetmə  mexanizmində 

beynəlxalq-adət hüquq normaları da mühüm yer tutur. 

Siyasi-mənəvi  tənzimetmə  metodu  dedikdə  beynəlxalq  hüquq 

normaları  sayılmayan  davramş  qaydalan  vasitəsilə  həyata  keçirilən 

nizamasalma  üsulu  başa  düşülür.  Beynəlxalq  hüquq  normalan 

sayılmayan  davranış  qaydalarına  isə,  ilk  növbədə,  hər  şeydən  əvvəl, 

siyasi-mənəvi  normalar  aiddir.  Siyasi-mənəvi  normalar  dedikdə 

«mülayim  hüquq»  normalan  başa  düşülür.  Təbii  ki,  öncə  «mülayim 

hüquq nədir?» sualına cavab verməliyik. 

Qeyd  etmək  lazımdır  ki,  son  zamanlar  (son  20-30  illər  ərzində) 

«mülayim hüquq» kimi konsepsiya inkişaf etmişdir. «Mülayim hüquq»* 

dedikdə  məcburi  hüquqi  qüvvəsi  olmayan  və  beynəlxalq  müqavilə 

sayılmayan tövsiyə xarakterli beynəbcalq aktlar (beynəbcalq təşkilat və 

orqanlann  qətnamələri,  birgə  bəyanatlar,  rəsmi  məlumatlar  və  s.)  başa 

düşülür  (məsələn,  keçən  yüzilliyin  40-cı  illərində  antihitler  koalisiyası 

ölkələrinin keçirdikləri konfranslann qərarlan; ATƏT-in sənədləri və s.). 

Belə  aktlar  beynəlxalq-normativ  hüquqi  aktlar  hesab  edilmir;  həmin 

aktlarda beynəlxalq hüquq normalan deyil, siyasi-mənəvi normalar ifadə 

olunur.  Buna  görə  də  onlann  məcburi  hüquqi  qüvvəsi  yoxdur.  Lakin, 

buna baxmayaraq, «mülayim hüquq» normalanmn böyük mənəvi-siyasi 

gücü və qüvvəsi vardır. Belə ki, həmin normalar məcburi hüquqi qüvvəsi 

olan  beynəlxalq  hüquq  normaları  ilə  eyni  dərəcədə  dövlətlərarası 

beynəlxalq  münasibət  iştirakçılanna  siyasi-mənəvi  təsir  etmək 

xüsusiyyətinə  malikdir.  Digər  tərəfdən,  «mülayim  hüquq»  normalan 

əsasında  dövlətlərin  praktikası  vasitəsilə  beynəlxalq-adət  hüquq 

normalan yarana bilər.^ 

1

 

URL:

http://www.enc-dic.com

 

2

 

Sheiton  D.  Normative  Hierarchy  in  International  Law  //American  Journal  of 

International  Law.  Vol.lOO,  2006,  №  2,  p.292;  həmçinin  URL:

http://www



books.google.ru 

79 



«Mülayim  hüquq»  normalannm,  xüsusilə,  beynəlxalq  təşkilat  və 

orqanların fəaliyyəti üçün böyük əhəmiyyəti vardır; beynəlxalq təşkilat 

və  orqanların  fəaliyyəti  sayəsində  isə  beynəlxalq  münasibətlərin  geniş 

dairəsi tənzimlənir. 

«Böyük  Səkkizlik»  (ABŞ,  Almaniya,  Fransa,  Böyük  Britaniya, 

Kanada,  Yaponiya,  İtaliya  və  Rusiya  Federasiyası)  çərçivəsində  qəbul 

olunan  sənədlərdə  də  «mülayim  hüquq»  normaları  ifadə  edilir;  bu 

normalar  məcburi-hüquqi  əhəmiyyətə  malik  olmasa  da,  dövlətlərarası 

beynəlxalq münasibətlər sistemində böyük rol oynayır. Belə ki, «Böyük 

Səkkizlibı  beynəlxalq  təhlükəsizlik,  iqtisadi,  maliyyə,  beynəlxalq 

mübahisələrin  həlli,  beynəlxalq  cinayətkarlıqla  (beynəlxalq  korrupsiya 

və rüşvətxorluq, terrorizm, narkobiznes, «çirkli» pulların yuyulması və 

digər  təhlükəli  cinayətlərlə)  mübarizə  və  başqa  sahələrdə  vacib 

beynəlxalq məsələlər barədə müvafiq qərarlar qəbul edir; həmin qərarlar 

məcburi  hüquqi  qüvvəyə  malik  olmasa  da,  beynəlxalq  münasibətlərin 

tənzimlənməsinə böyük təsir göstərir. 

«Mülayim hüquq» normaları vasitəsilə həyata keçirilən tən- zimetmə 

metodu  tövsiyə  xarakterli  nizamasalma  üsuludur;  o,  siyasi-mənəvi 

nizamasalma  metodu  hesab  edilir.  Buna  görə  də,  həmin  metod 

beynəlxalq-hüquqi tənzimetmə vasitəsi sayılmır. 

«Mülayim  hüquq»  normalannın  hüquqi  təbiətinə  və  xarakterinə 

alimlərin  baxışlan  müxtəlifdir.  Bu,  beynəlxalq  hüquq  doktrinasında 

(elmində) mübahisəyə səbəb olan məsələlərdən biridir. 

Bəzi  müəlliflər  hesab  edirlər  ki,  beynəlxalq  hüquqa  həm  də,  eyni 

zamanda,  transmilli  hüquq  vasitəsilə  tənzimetmə  metodu  xasdır.' 

Transmilli hüquq konsepsiyasının əsasını keçən yüzilliyin 50-ci illərində 

amerikalı  alim  F.S.Cessun  qoymuşdur.  Bu  konsepsiyanın  mahiyyəti 

ondan ibarətdir ki, beynəlxalq münasibət işti- rakçılannm özləri hüquq 

normalan  müəyyənləşdirirlər  və  bu  normalar  nə  daxili  hüquq,  nə  də 

beynəlxalq hüquq normalandır; on- 



1

 

Шумилов B.M. Международное OKOHONranecKoe право.Учебник. Ростов- 

на Дону, 2003, с.20. 

80 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə