I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   23   24   25   26   27   28   29   30   31

2.1.2.

 

Beynəlxalq hüquq elminin tədqiqetmə predmeti və əsas 

vəzifələri 

Qeyd  etdik  ki,  beynəlxalq  hüquq  elmi  beynəlxalq-hüquqi  tən- 

zimetmə  mexanizminin  qanunauyğunluqlannı  öyrənir  və  tədqiq  edir. 

Geniş və ümumiləşdirilmiş anlayış olan beynəlxalq-hüquqi tənzimetmə 

mexanizminin tərkibi isə ayrı-ayn elementlərdən ibarətdir. Buna görə də, 

təbii ki, beynəlxalq hüquq elmi həmin elementləri öyrənir. Məhz həmin 

elementlər  onun  tədqiqetmə  (öyrənmə)  predmetini  təşkil  edir. 

Beynəlxalq-hüquqi 

tənzimetmə 

mexanizminin 

tərkibcə 

hansı 


elementlərdən  ibarət  olmasına  gəldikdə,  qeyd  etməliyik  ki,  bu 

mexanizmin tərkibinə aşağıdakı elementlər daxildir:' 

-

 

beynəlxalq hüquq norması; 



-

 

beynəlxalq hüquq münasibəti



-

 

hüquqi fakt. 



Beynəlxalq  hüquq  norması  beynəlxalq-hüquqi  tənzimetmə 

mexanizminin  tərkibinə  daxil  olan  ilkin  elementdir;  o,  həm  də  əsas 

element sayılır. Ona görə ki, obyektiv mənada be

3

məlxalq hüquq məhz 



beynəlxalq hüquq normalarından təşkil olunmuşdur; həmin normaların 

köməyi və vasitəsilə beynəlxalq hüququn nizamasalma predmetinə daxil 

olan 

dövlətlərarası 



münasibətlər 

tənzimlənir, 

başqa 

sözlə, 


beynəlxalq-hüquqi  tənzimetmə  mexanizmi  həyata  keçirilir.  Məhz  bu 

səbəbdən beynəlxalq hüquq elminin tədqiqetmə (öyrənmə) predmetini, 

hər şeydən əvvəl, beynəlxalq hüquq normalan təşkil edir. Qeyd etməliyik 

ki,  beynəlxalq  hüquq  normalannm  məzmununu  hərtərəfli,  əsaslı, 

mükəmməl  və  dərindən  öyrənmək  beynəlxalq  hüquq  elminin  üzərinə 

düşən birinci növbəli (yəni birinci sırada duran, təxirəsalınmaz) aktual 

vəzifədir.  Bu  vəzifənin  lazımınca  yerinə  yetirilməsi  isə,  əlbəttə, 

beynəlxalq hü- 



1  Лукашук  И.И.  Международное  право.  Общая  часть.  Учебник.  М.,  1997, 

с.160-162; Шумилов В.М. Международное право. Учебник. М., 2008, с. 162. 

88 



quq normalarının düzgün və bir cür başa düşülməsini, eləcə də onların 

beynəlxalq hüquq praktikasında bu və ya digər orqan (hü- quqtətbiqetmə 

orqanı,  xüsusən  də  məhkəmələr)  tərəfindən  eyni  şəkildə  tətbiq 

olunmasını təmin edir. 

Beynəlxalq  hüquq  elmi  beynəlxalq  hüquq  normalannm  anlayışmı 

verir  və  onları  xarakterizə  edən  ayn-ayn  hüquqi  əlamətləri 

müəyyənləşdirir. O, həm də beynəlxalq hüquq normalarının yaradılması 

prosesini  və  struktur  elementlərini  izah  edir.  Bunlardan  başqa, 

beynəlxalq  hüquq  elmi  öz  məzmun  və  formaları  baxımından  eyni 

olmayan  beynəlxalq  hüquq  normalannm  müxtəlif  meyarlara  görə  elmi 

cəhətdən  əsaslandınimış  geniş  hüquqi  təsnifini  verir;  belə  təsnifın  isə, 

sözsüz, həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. 

Beynəlxalq  hüquq  elmi  təkcə  beynəlxalq  hüquq  normalannı 

öyrənməklə  və  tədqiq  etməklə  kifayətlənmir;  onun  tədqiqetmə 

predmetinə  həm  də,  eyni  zamanda,  beynəlxalq-normativ  hüquqi  aktlar 

daxildir  ki,  belə  aktlann  (ilk  növbədə,  əsasən  də,  beynəlxalq 

müqavilələrin)  məcmusu  Qərb  hüquq  ədəbiyyatında  «beynəlxalq 

qanunvericilik»  adlanır.  Belə  ki,  beynəlxalq  hüquq  elminin  tədqiqat 

predmetinə daxil olan beynəlxalq hüquq normalan öz normativ ifadəsini 

ayrı-ayrı, müxtəlif beynəlxalq qanunvericilik aktlarmda tapır. Buna görə 

də, təbii ki, beynəlxalq hüquq elmi beynəlxalq hüquq normaları ilə yanaşı 

və  bərabər,  həm  də  onlann  ifadə  və  əks  olunduğu  beynəlxalq 

qanunvericiliyi  öyrənir;  bu,  onun  qarşısında  duran  ümdə  vəzifələrdən 

biridir. Beynəlxalq hüquq elmi beynəlxalq müqavilələrə anlayış verir və 

onlann  tərəflərini  (subyekt  tərkibini)  müəyyənləşdirir;  o,  həm  də 

beynəlxalq  müqavilələrin  bağlanma,  qüvvədə  olma  və  xitam  olunma 

qaydalannı izah edir. 

Beynəlxalq  hüquq  münasibəti  beynəlxalq  hüquq  elminin  tədqiqat 

predmetinə  daxil  olan  məsələlərdən  biridir;  o,  beynəlxalq-hüquqi 

tənzimetmə  mexanizminin  digər  əsas  elementidir.  Buna  görə  də, 

beynəlxalq  hüquq  münasibətini  öyrənmək  beynəlxalq  hüquq  elminin 

vacib vəzifələrindən biri sayılır; həm də ona görə ki, yalnız beynəlxalq 

hüquq normalannı və onlann ifadə olunduğu 

89 



beynəlxalq  qanunvericiliyi  öyrənmək  be>'nəlxalq-hüquqi  tənzimetmə 

mexanizmini düzgün başa düşmək üçün kifayət etmir. Bundan ötrü, eləcə 

də beynəlxalq hüquq normalarmın məzmununu düzgün dərk etmək üçün 

beynəlxalq  hüquq  münasibəti  barədə  elmi  təsəvvürə  malik  olmaq 

lazımdır. Belə təsəvvürü isə bizdə yalnız beynəlxalq hüquq elmi yarada 

bilər. 


Beynəlxalq  hüquq  elmi  beynəlxalq  hüquq  münasibətlərinə  anlayış 

verir, bu münasibətlərin iştirakçılannı (subyekt tərkibini) müəyyən edir 

və  onlan  ayrı-ayrı  növlərə  bölərək  hüquqi  cəhətdən  təsnifləşdirir. 

Beynəlxalq  hüquq  münasibətlərinin  strukturunu  təşkil  edən  elementlər 

(struktur elementlər) də beynəlxalq hüquq elmi tərəfindən izah edilir. 

Beynəlxalq  hüquq  münasibəti  dövlətlərarası  münasibətin  hüquqi 

formasıdır.  Belə  ki,  dövlətlərarası  münasibətlərin  beynəlxalq  hüquq 

normalan  ilə  tənzimlənməsi  nəticəsində  onlar  «beynəlxalq  hüquq 

münasibətləri» kimi hüquqi forma alır. Fəlsəfi baxımdan, onlar arasında 

əlaqə «məzmun» və «forma» kimi kateqoriyalar arasındakı münasibətin 

eynidir.  Belə  ki,  əgər  dövlətlərarası  münasibətlər  məzmundursa, 

beynəlxalq  hüquq  münasibətləri  formadır.  Məzmun  və  forma  daxili 

vəhdətdə,  bir-birilə  qarşılıqlı  dialektik  əlaqədə  olan  fəlsəfi 

kateqoriyalardır. Buna görə də, dövlətlərarası münasibətləri öyrənmədən 

beynəlxalq  hüquq  münasibətlərinin  mahiyyətinə  aydınlıq  gətirmək 

qeyri-mümkündür.  Odur  ki,  beynəlxalq  hüquq  elminin  tədqiqat 

predmetinə həm də, eyni zamanda, dövlətlərarası münasibətlər daxildir. 

Spesifikliyi,  özünəməxsusluğu  ilə  fərqlənən  həmin  münasibətləri 

beynəlxalq  hüquq  elmi  obyektiv  mənada  beynəlxalq  hüququn 

nizamasalma  predmeti  kimi  müəyyən  edir.  Beynəlxalq  hüquq  elmi 

dövlətlərarası  münasibətlərə  anlayış  verir  və  həmin  münasibətlərdə 

iştirak etmək qabiliyyətinə malik olan subyektlərin, yəni dövlətlərarası 

münasibət iştirakçılarının dairəsini müəyyənləşdirir. Beynəlxalq hüquq 

elmi  əsaslandırır  ki,  dövlətlərarası  münasibətlərdə  yalmz  beynəlxalq 

hüquq  subyektlijmə  malik  olan  subyektlər  iştirak  edə  bilərlər,  o, 

«beynəlxalq hüquq subyektliyi nədir?» sualma da cavab verir. 

90 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə