I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

sahələrindən  biridir)  yarımsahəsidir;  bu  yarımsahə  özündə  bir-  birinə 

oxşar  və  yaxın  olan  eyninövlü  iki  hüquq  institutunu  birləşdirir: 

beynəlxalq müəlliflik hüquq institutu, beynəlxalq patent hüquq institutu. 

Başqa  bir  misalda,  beynəlxalq  nəqliyyat  hüququ  beynəlxalq  iqtisadi 

hüququn digər yanmsahəsi sayılır; bu yanm- sahənin tərkibində bir neçə 

hüquq institutu vardır:* beynəlxalq dəniz nəqliyyat daşımalan institutu, 

beynəlxalq  dəmir  yol  nəqliyyat  daşımaları  institutu,  beynəlxalq  hava 

nəqliyyat daşımaları institutu, beynəlxalq avtomobil nəqliyyat daşımaları 

institutu, beynəlxalq su (çay) nəqliyyat daşımaları institutu, beynəlxalq 

boru  kəmər  nəqliyyat  daşımaları  institutu.  Digər  bir  misalda,  xarici 

əlaqələr hüququ, bir az əvvəldə göstərdiyimiz kimi, beynəlxalq hüququn 

sahələrindən biridir; diplomatiya hüququ onun yanmsahəsi sayılır və bu 

yarımsahə  özündə  bir  neçə  hüquq  institutunu  birləşdirir:  diplomatik 

nümayəndəlik  institutu,  diplomatik  missiya  institutu,  daimi 

nümayəndəlik institutu və s. 

Beləliklə,  müasir  beynəlxalq  hüququn  xüsusi  hissəsi  hüquq 

sahələrindən,  hüquq  sahəsi  isə  hüquq  yanmsahələrindən  və  hüquq 

institutlanndan ibarətdir. 



1.4.

 

Beynəlxalq hüququn nizamasalma metodu 

1.4.1.

 

Beynəlxalq hüququn nizamasalma metodu anlayışı 

Beynəlxalq  hüququn  əsas  anlayışlanndan  biri  onun  nizamasalma 

metodu  hesab  edilir.  Lakin,  buna  baxmayaraq,  beynəlxalq  hüquq 

doktrinasında (elmində) o, kifayət dərəcədə öyrənilməmiş məsələlərdən 

biri  sayılır.  Açıq  şəkildə  söyləsək,  beynəlxalq  hüquq  elmində 

«beynəlxalq hüququn nizamasalma metodu» kimi vacib 



1  Bax;  Əliyev  E.Ə.Beynəlxalq  nəqliyyat  hüququ.  Dərslik.  Bakı,  2009,  s.76-  537; 

Əliyev E.Ə.Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı, 2012, s.514- 542 və b. 

69 



məsələ,  demək  olar  ki,  ümumiyyətlə,  tədqiq  olunmamışdır.  Müasir 

dövrün  beynəlxalq  hüquq  dərsliklərində  də  həmin  mövzuya  ətıaflı 

şəkildə toxunulmur ki, bu cəhəti ayrıca fərqləndiımək lazımdır.' Hesab 

edirik ki, beynəlxalq hüququn nizamasalma metodunu tədqiq etmək və 

öyrənmək beynəlxalq hüquq elminin üzərinə düşən aktual vəzifələrdən 

biridir.  Digər  tərəfdən,  beynəlxalq  hüquq  dərsliklərində  «beynəlxalq 

hüququn  nizamasalma  metodu»  kimi  mövzunun  geniş  və  hərtərəfli 

şəkildə  işıqlandırılmasını  vacib  məsələ  sayırıq.  Zənn  edirik  ki, 

«beynəlxalq  hüququn  nizamasalma  metodu»  məsələsi  həm  beynəlxalq 

hüquq doktrinasında, xüsusən də monoqrafiyalarda, həm də beynəlxalq 

hüquq dərsliklərində kifayət dərəcədə işıqlandmlmahdır. 

Beynəlxalq  hüququn  nizamasalma  metodu  onun  nizamasalma 

predmeti ilə sıx surətdə bağlıdır; onlar arasında qarşılıqlı dialektik əlaqə 

mövcuddur.  Belə  ki,  beynəlxalq  hüququn  nizamasalma  metodu  onun 

nizamasalma  predmeti  ilə  şərtlənir;  məhz  beynəlxalq  hüququn 

nizamasalma  predmetinə  daxil  olan  dövlətlərarası  beynəlxalq 

münasibətlərin  konkret  məzmunu  beynəlxalq  hüququn  nizamasalma 

metodunu müəyyən edir. 

Bildiyimiz kimi, beynəlxalq hüququn nizamasalma predmeti anlayışı 

belə  bir  suala  cavab  verir:  beynəlxalq  hüquqla  hansı  münasibətlər 

tənzimlənir?  Beynəlxalq  hüququn  nizamasalma  metodu  anlayışına 

gəldikdə  isə,  qeyd  etməliyik  ki,  bu  anlayış  belə  bir  suala  cavab  verir: 

həmin münasibətlər, yəni beynəlxalq hüququn nizamasalma predmetinə 

daxil  olan  münasibətlər  beynəlxalq  hüquqla  necə  tənzimlənir? 

Beynəlxalq-hüquqi  tənzim-  etmənin  nə  cür  həyata  keçirilməsi, 

tənzimetmə  zamanı  hansı  üsullardan  (hüquqi  vasitələrdən)  istifadə 

edilməsi və lazımi hüquqi 

Məsələn, bax: Лукашук И.И. Международное право. Учебник. Общая часть. 

М.,  1997;  Hüseynov  L.H.  Beynəlxalq  hüquq.  Dərslik.  Bakı,  2000;  Шумилов 

В.М.  Международное  право.  Учебник.  М.,  2008;  Международное  право. 

Учебник  /  Отв.  ред.  В.И.  Кузнецев,  Б.Р.Тузмухамедов.  М.,  2007; 

Международное  право.  Учебник  /  Под  общ.  ред.  А.Л.Капустина.  М.,  2008 

VƏ Ь. 

70 



nəticənin necə əldə olunması beynəlxalq hüququn nizamasalma metodu 

anlayışının mahiyyətini təşkil edir. 

Beləliklə,  beynəlxalq  hüququn  nizamasalma  metodu  dedikdə 

beynəbtalq  hüququn  tənzimetmə  predmetinə  daxil  olan  dövlətlərarası 

beynəlxalq münasibətlərə onun göstərdiyi təsir üsullan (vasitələri) başa 

düşülür. 



1.4.2.

 

Beynəlxalq hüququn nizamasalma metodologiysı 

Beynəlxalq  hüququn  nizamasalma  predmetinə  daxil  olan  döv- 

lətlərarası beynəlxalq münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir; 

bu  münasibətlər  dövlətlərarası  beynəlxalq  əməkdaşlığın  ayn-ayn 

sahələrində (xarici əlaqələr, iqtisadi, ekologiya, təhlükəsizlik, humanitar

cinayətkarlıqla  mübarizə,  insan  hüquqlarmm  qorunması  və  digər 

sferalarda)  yaranır.  Məzmunca  müxtəlif  olduğuna  görə  həmin 

münasibətlərə,  təbii  ki,  hüquqi  nizamasalma  metodunun  bir  deyil,  bir 

neçə növü tətbiq edilir; həm də ona görə ki, dövlət- lərarası beynəlxalq 

sistem iştirakçılan arasındakı qarşılıqlı münasibətlər mürəkkəb xarakterə 

malikdir.  Odur  ki,  dövlətlərarası  beynəlxalq  münasibətlərin 

tənzimlənməsi  beynəlxalq  hüququn  xüsusi  metodologiyası  əsasmda 

həyata keçirilir və nizamasalma metodunun müxtəlif növləri tətbiq edilir; 

həmin növləri hətta müxtəlif meyarlara görə təsnifləndirmək olar. 

Dövlətlərarası  münasibət  iştirakçılan  üçün  hüquq  və  vəzifələr 

müəyyənləşdirmək  üsuluna  görə  beynəlxalq  hüquqda  nizamasalma 

metodunun iki növü fərqləndirilir: 

-

 



saziş metodu; 

-

 



adət metodu. 

Saziş  metodunun  mahİ

5

^əti  beynəlxalq  müqavilə  vasitəsi  ilə 



dövlətlərarası münasibət iştirakçılan üçün müvafiq hüquq və vəzifələrin 

müəyyənləşdirilməsindən  ibarətdir.  Əgər  münasibət  işti-  rakçılan  üçün 

hüquq və vəzifələr müəyyənləşdirilərsə, deməli, həmin münasibət hüquqi 

cəhətdən tənzirnlənir. Belə ki, tənzimləmək 

71 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə