I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

də, beynəlxalq hüquq normalan beynəlxalq hüquq subyektlərinin özləri, 

hər  şeydən  əwəl,  dövlətlər  tərəfindən  yaradılır;  bu  normaların 

yaradılmasında  həm  də,  eyni  zamanda,  be

5

məlxalq  təşkilatlar  iştirak 



edir.‘ Əgər beynəlxalq hüquq subyektləri tərəfindən müvafiq münasibət 

növünü tənzimləməkdən ötrü yaradılan beynəlxalq hüquq normalannın 

həcmi kifayət dərəcədə geniş olarsa, bu, beynəlxalq hüququn sistemində 

müəyyən sahənin ayrılması üçün lazımi əsasın olmasını göstərir. 

Nəhayət,  beynəlxalq  hüququn  sistemində  bu  və  ya  digər  hüquq 

sahəsinin ayniması üçün onun özünəxas sahəvi (xüsusi) prinsiplərə malik 

olması tələb edilir. Bu, beynəlxalq hüququn sistemində müəyyən hüquq 

sahəsinin  ayrılmasına  səbəb  olan  beşinci  əlavə  (yardımçı)  meyardır. 

Doğrudan da, beynəlxalq hüququn sistemində hər hansı hüquqi qurumun 

«sahə» statusu ilə tanınması üçün tələb edilir ki, həmin qurum özünəxas 

sahəvi (xüsusi) prinsiplərə malik olsun. Sahəvi (xüsusi) prinsiplər odur 

ki, onlar yalnız müvafiq hüquq sahəsini xarakterizə edir və onun hüquqi 

mahiyyətini müəyyənləşdirir. Əgər belə prinsiplər varsa, onda müvafiq 

hüquqi qurum beynəlxalq hüququn sahəsi sayılır.^ 

Beynəlxalq hüququn konkret olaraq, hansı hüquq sahələrindən ibarət 

olmasına gəldikdə, qeyd etməliyik ki, bu, beynəlxalq hüquq ədəbiyyatı 

səhifələrində elmi mübahisəyə səbəb olan məsələlərdən biridir. Belə ki, 

bu  məsələdə  müəlliflərin  mövqeləri  üst-üstə  düşmür.  Digər  tərəfdən, 

beynəlxalq  hüquq  normativ  qaydada  özünün  ibarət  olduğu  hüquq 

sahələrinin  dəqiq  və  hamılıqla  qəbul  edilmiş  rəsmi  siyahısını  vermir. 

Beynəlxalq hüquq həm də normativ qaydada, rəsmən müəyyənləşdirmir 

ki, o, hansı dəqiq və dürüst para- 



1

 

Daha ətraflı: Морозов Г.И. Международные организации. M., 1969, c.44 və b. 

2

 

K.A.Bekyaşev beynəlxalq hüquqim sahələrə bölünməsinin üç meyarmı göstərir: 

hüquqi  nizamasalma  predmeti,  hüquqi  nizamasalma  metodu,  sahəvi  (xüsusi) 

prinsiplər  (bax:  Межд)шародное  публичное  право.  Учебник  /  Отв.  ред. 

К.А.Бекяшев. М., 2009, с.22-23). Zənn edirik ki, hüquqi nizamasalma metodu 

kimi  meyar yalnız dövlətdaxili (milli) hüquqda müvafiq sahələrin aynimasmda 

əsas rol oynayır. 

63 



metrlər  əsasında  sahələrə  bölünür.  Buna  görə  də,  beynəlxalq  hüququn 

hansı sahələrə ayniması məsələsini beynəlxalq hüquq doktrinası (elmi) 

həll  edir.  Beynəlxalq  hüquq  doktrinası  (elmi)  isə  beynəlxalq  hüququn 

sisteminə  daxil  olan  sahələrin  hamılıqla  qəbul  olunmuş  siyahısını 

konkret  müəyyənləşdirmir.  Odur  ki,  beynəlxalq  hüququn  hansı 

sahələrdən  ibarət  olması  barədə  elmi  polemika  və  diskussiya  alimlər 

arasında bu gün də davam edir. 

Qeyd  etmək  lazımdır  ki,  dövlətdaxili  (milli)  hüquq  sistemlərinin 

sahələrə  bölünməsi  tarixi  heç  də  yaxın  dövrlərə  təsadüf  etmir. 

Beynəlxalq hüququn sahələrə bölünməsi tarixinə gəldikdə isə, deməliyik 

ki, beynəbcalq hüququn özü tarixən çoxdan yaranmışdır. Lakin müasir 

beynəlxalq hüququn sahələrə bölünməsi tarixi, əsasən, XIX - XX əsrlərə 

təsadüf edir. Əgər XIX əsrdə beynəlxalq hüquq sülh hüququ, müharibə 

hüququ,  habelə  diplomatiya  və  konsul  hüququ  kimi  ənənəvi  sahələrə 

aynlırdısa, BMT Nizamnaməsi qəbul olunduqdan sonra keçən yüzilliyin 

ortalannda beynəlxalq hüququn sahələri, əsasən, bunlardan ibarət oldu: 

beynəlxalq  dəniz  hüququ,  beynəlxalq  hava  hüququ,  diplomatiya  və 

konsul hüququ. XX əsrin ortalarından etibarən beynəlxalq hüququn yeni 

sahələri yaranmağa başladı (məsələn, beynəlxalq insan  haqlan hüququ, 

beynəlxalq ekologiya hüququ və s.). 

Biz,  beynəbcalq  hüquqa  dair  ədəbiyyat  səhifələrində  göstərilənləri 

nəzərə  alaraq,  qeyd  edirik  ki,  beynəlxalq  hüquq  hal-hazırda  aşağıdakı 

sahələrdən  ibarətdir;  beynəlxalq  hüququn  sistemində  həmin  sahələrin 

mövcud olması, demək olar ki, bütün alimlər tərəfindən tanınır və hər 

hansı elmi diskussiyaya səbəb olmur: 

-

 



beynəlxalq müqavilələr hüququ; 

-

 



xarici əlaqələr hüququ;' 

-

 



beynəlxalq təşkilatlar hüququ

' Beynəlxalq hüququn göstərilən sahəsini  həm də, eyni zamanda, «diplomatiya və 

konsul  hüququ»  və  ya  «səfirlik  və  konsulluq  hüququ»  da  adlandırırlar  (bax: 

Блищенко И.П. Дипломатическое право. M., 1990; Сабинин А.В.Посольское 

и консулское право. М., 1934 və Ь.). 

64 



-

 

beynəlxalq humanitar hüquq; 



-

 

beynəlxalq insan haqlan hüququ



-

 

beynəlxalq təhlükəsizlik hüququ; 



-

 

beynəlxalq dəniz hüququ



-

 

beynəlxalq hava hüququ; 



-

 

beynəlxalq kosmos hüququ



-

 

beynəlxalq cinayət hüququ; 



-

 

beynəlxalq iqtisadi hüquq



-

 

beynəlxalq ekologiya hüququ və s. 



İndi isə beynəlxalq hüququn sadaladığımız sahələri barədə, qısaca da 

olsa, məlumat verək. Beynəlxalq müqavilə hüququ dedikdə beynəlxalq 

müqavilələrin  bağlanma,  qüvvədə  olma  və  ləğv  edilmə  qaydalanm 

müvəyyənləşdirən  hüquq  normalannm  sistemi  başa  düşülür;  bu  sahə 

beynəlxalq hüququn sistemində əsas və mərkəzi yer tutur.' 

Xarici əlaqələr  hüququ  beynəlxalq  hüququn elə  bir  sahəsidir  ki, 

0



özündə  dövlət  və  beynəlxalq  təşkilatların  iştirak  etdikləri  rəsmi 



nümayəndəlik  münasibətlərini  tənzimləyən  hüquq  normalannı 

birləşdirir;  beynəlxalq  hüququn  bu  sahəsi,  əsasən,  diplomatiya  və 

konsulluq münasibətlərini tənzimləmək funksiyasını yerinə yetirir.^ 

Beynəlxalq təşkilatlar hüququ beynəlxalq hüququn subyektlərindən 

biri  olan  dövlətlərarası  beynəlxalq  təşkilatlann  fəaliyyəti  ilə  bağlı 

münasibətləri  tənzimləyən  hüquq  normalarından  ibarət  olan  hüquq 

sahəsidir;  beynəlxalq  hüququn  bu  sahəsi  dövlətlərarası  beynəlxalq 

münasibətlər  sistemində  vacib  rol  oynayır.  Ona  görə  ki,  beynəlxalq 

təşkilatlar dövlətlərarası ünsiyyət və əlaqənin əsas təşkilatçılarıdır.^ 

1

 

Daha straflı: Лукашук И.И. Современное право международных договоров. 

Том 1,2. М., 2004. 

2

 

Daha strqflı: Сандровский К.К. Право внешних сношений. Киев, 1986. 

3

 

Daha ətraflı: Шибаева Е.А. Право  международных организаций. М., 1986; 

Зайцева  О.Г.  Международные  межправительственные  организации.  М., 

1983. 

65 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə