I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

mahiyyətcə,  müəyyən  etmək  (hüquq  və  vəzifələr  müəyyən  etmək) 

deməkdir.  Bu  zaman  beynəlxalq  müqavilə  sözügedən  münasibət 

iştirakçıları  üçün  hüquq  və  vəzifələr  müəyyənləşdirmənin,  yəni 

münasibətləri hüquqi tənzimetmənin üsulu (metodu) kimi çıxış edir. 

Saziş  metodu  beynəlxalq  hüququn  nizamasalma  metodunun  əsas 

növü sayılır. Ona görə ki, beynəlxalq müqavilə dövlətlərarası münasibət 

iştirakçılan üçün hüquq və vəzifələr müəyyən etməyin başlıca  vasitəsi, 

beynəlxalq-hüquqi  tənzimetmənin  əsas  formasıdır.  Beynəlxalq  hüquq 

nizamladığı və tənzimlədiyi beynəlxalq münasibətlərə məhz beynəlxalq 

müqavilələrin köməyi ilə təsir edə bilir. 

Adət  metodunun  mahiyyəti  beynəlxalq-hüquqi  adətlərin  vasitəsilə 

dövlətlərarası  beynəlxalq  münasibət  iştirakçılan  üçün  hüquq  və 

vəzifələrin  müəyyənləşdirilməsindən  ibarətdir.  Belə  ki,  beynəlxalq- 

hüquqi  adət  beynəlxalq  hüququn  nizamasalma  predmetinə  daxil  olan 

münasibətləri tənzimləməkdən ötrü tətbiq edilən üsuldur. Elə münasibət 

növləri  vardır  ki,  beynəlxalq  hüquq  onlara  beynəlxalq-  hüquqi  adətlər 

vasitəsilə təsir göstərə bilir. 

Beynəlxalq  hüquq  normalannda  əks  olunmasından  asılı  olaraq, 

beynəlxalq  hüququn  nizamasalma  metodunun  üç  növü  vardır  (belə  ki, 

beynəlxalq hüquq normaları bu və ya digər nizamasalma metodunu əks 

etdirir); 

-

 



icazə metodu; 

-

 



məcburetmə metodu; 

-

 



qadağanetmə metodu. 

Beynəlxalq  hüququn  nizamasalma  metodunun  göstərilən  növləri 

haqqında  danışmamışdan  əvvəl  qeyd  edək  ki,  beynəlxalq  hüquqa  dair 

tədris  ədəbiyyatı  səhifələrində  tənzimetmə  üsuluna  (metoduna)  görə, 

beynəlxalq  hüquq  normalan  müəyyənləşdirdiyi  hüquq  və  vəzifələrin 

xarakterindən asılı olaraq, üç növə bölünür:' 



Məsalən, bax: Лукашук И.И. Международное право. Учебник. Общая часть. 

М.,  1997,  с.112;  Международное  право.  Учебник  /  Под  общ.  ред. 

А.Я.Капустина.  М.,  2008,  с.36;  Международное  право.  Учебник  /  Отв.ред. 

Г.В.Игнатенко, О.И. Тиунов. М., 2009, с.129 və Ь. 

72 



-

 

səlahiyyətverici beynəlxalq hüquq normalan



-

 

məcburedici beynəlxalq hüquq normalan



-

 

qadağanedici beynəlxalq hüquq noımalan. 



Səlahiyyətverici  beynəlxalq  hüquq  normaları  dedikdə  dövlət- 

lərarası beynəlxalq münasibət iştirakçılarına müəyyən hərəkətləri etmək 

hüququ verən normalar başa düşülür. Məsələn, dövlətlərə kosmik fəzam 

tədqiq  və  ondan  istifadə  etmək  hüququ  verən  norma  səlahiyyətverici 

beynəlxalq  hüquq  normasıdır.  İcazə  metodu  da  məhz  səlahiyyətverici 

beynəlxalq hüquq normalannın vasitəsilə tətbiq edilir. Qeyd etməliyik ki, 

icazə,  mahiyyətcə,  ictimai  münasibətləri  tənzimetraə  üsullarından 

(metodlarından)  biridir.  Belə  ki,  beynəlxalq  münasibət  iştirakçılarına 

müəyyən  hərəkətləri  etməyə  icazə  vermək  yolu  ilə  beynəlxalq  hüquq 

həmin münasibətləri tənzimləyir. 

Məcburedici  beynəlxalq  hüquq  normaları  dedikdə  müəyyən 

hərəkətlərin  edilməsinə  yönəlmiş  vəzifələr  müəyyənləşdirən  hüquq 

noımalan  başa  düşülür;  belə  normalar  göstərir  ki,  dövlətlərarası 

beynəlxalq  münasibət iştirakçıları  necə  davranmalı  və  qarşıya  qoyulan 

məqsədə  çatmaq  üçün  hansı  hərəkətləri  etməlidirlər.  Məsələn,  nüvə 

avariyası  (qəzası)  barədə  xəbər  verilməsi  haqqında  norma  məcburedici 

beynəlxalq hüquq normasıdır. Məcburetmə metodu da məhz məcburedici 

beynəlxalq  hüquq  normalan  vasitəsilə tətbiq  olunur. Təsadüfi  deyil  ki, 

məcburetmə, mahiyyətcə, tənzim- etmənin metodlarından (üsullanndan) 

biri sayılır. 

Qadağanedici  beynəlxalq  hüquq  normalan  dedikdə  dövlətlərarası 

beynəlxalq  münasibət  iştirakçılanna  müəyyən  hərəkətləri  etməyi 

yasaqlayan  normalar  başa  düşülür.  Belə  normalann  sayı  beynəlxalq 

hüquqda  az  deyildir.  Məsələn,  hərbi  güc  tətbiq  edilməsini,  başqa 

dövlətlərin  daxili  işlərinə  qanşraağı,  bakterioloji  silahın  istehsal 

olunmasını  və  s.  halları  yasaq  edən  normalar  qadağanedici  beynəlxalq 

hüquq  normalanna  misaldır.  Qadağanetmə  metodu  da  məhz 

qadağanedici beynəlxalq hüquq normalarının tətbiq olunmasını nəzərdə 

tutur.  Qadağanetmə  də,  mahiyyətcə,  tənzimetmə  və  nizamasalma 

üsullarına (raetodlarma) aiddir. 

73 



Qeyd  etmək  vacibdir  ki,  beynəlxalq  hüquq  qadağanetmə,  icazə  və 

məcburetmə  kimi  tənzimetmə  metodlarının  sistemidir;  bu  sistem 

dövlətlərarası  münasibət  iştirakçılannın  iradə  ifadəsi  olub,  onlar 

tərəfindən həmin münasibətləri tənzimləmək üçün yaradılmışdır. Həmin 

metodlar  isə,  müvafiq  olaraq,  qadağanedici,  səla-  hiyyətverici  və 

məcburedici beynəlxalq hüquq normalannda əks olunur.' 

Normativ  tənzim.etmənin  qətiliyi  baxımından,  beynəlxalq 

nizamasalma metodunun iki növü fərqləndirilir: 

-

 

imperativ metod; 



-

 

dispozitiv metod. 



Imperativ tənzimetmə metodu dedikdə beynəlxalq imperativ hüquq 

normalarının  vasitəsilə  tətbiq  edilən  nizamasalma  üsulu  başa  düşülür; 

beynəlxalq  imperativ  hüquq  normalan  isə  dövlətlərarası  beynəlxalq 

münasibət iştirakçılan üçün dəqiq və dürüst davranış qaydalan müəyyən 

edir;  onlar  bu  qaydalardan  kənara  çıxa  bilməzlər.  Məsələn,  dövlətlər 

üçün  kimyəvi  silahlan  və  onlan  istehsal  edən  obyektləri  məhv  etmək 

barədə  öhdəlik  müəyyənləşdirən  norma  beynəlxalq  imperativ  hüquq 

normasıdır. 

Dispozitiv tənzimetmə metodu dedikdə beynəlxalq dispozitiv hüquq 

normalarının köməyi ilə tətbiq olunan nizamasalma üsulu başa düşülür; 

beynəlxalq  dispozitiv  hüquq  normalan  isə  dövlətlərarası  beynəlxalq 

münasibət iştirakçılarına konkret haldan asılı olaraq, istədikləri davranış 

variantını  seçmək,  özləri  üçün  qarşılıqlı  hüquq  və  vəzifələr 

müəyyənləşdirmək imkanı verir. 

Dövlətlərarası  beynəlxalq  münasibət  iştirakçılannın  maraq  və 

məqsədi baxımından, iki növ nizamasalma metodu tətbiq oluna bilər: 

-

 

subordinasiya tənzimetmə metodu



-

 

koordinasiya tənzimetmə metodu. 



Bax: Международное право. Учебник / Отв. ред. А.А.Ковалев, С.В.Чер- 

ниченко. М., 2008, с.45. 

74 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə