I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Beynəlxalq  humanitar  hüquq  dedikdə  beynəlxalq  hərbi 

münaqişələrlə  bağlı  münasibətləri  tənzimləyən  hüquq  normalarının 

məcmusu  başa düşülür;* ona  həm  də, eyni  zamanda,  beynəlxalq hərbi 

münaqişələr hüququ da deyilir.- Beynəlxalq hüququn bu sahəsinin əsas 

məqsədi  beynəlxalq  hərbi  münaqişələrlə  bağlı  yaranan  humanitar 

məsələləri həli etməkdən ibarətdir. 

Beynəlxalq insan haqları hüququ dedikdə beynəlxalq hüququn elə bir 

sahəsi  başa  düşülür  ki,  bu  sahə  özündə  insan  hüquqlanm  qoruyan, 

müdafiə  və  təmin  edən  hüquq  normalarını  birləşdirir;-  onu  ayrı-ayn 

müəlliflər  «beynəlxalq  humanitar  hüquq»,“*  «insan  hüquqlannın 

beynəlxalq müdafiəsi»^ və s. adlandınrlar. Hansı terminlə əhatə və ifadə 

olunmasından asılı olmayaraq, beynəlxalq hüququn bu sahəsinin mühüm 

əhəmiyyəti  vardır.  Belə  ki,  onun  köməyi  və  vasitəsilə  insan  hüquq  və 

azadlıqlan  (insan  haqları)  beynəlxalq  səviyyədə  təmin  olunur. 

Beynəlxalq  insan  haqları  hüququ  müasir  beynəlxalq  hüququn  yeni 

sahəsidir. 

Beynəlxalq  təhlükəsizlik  hüququ  dedikdə  hərbi-siyasi  sahədə 

dövlətlərarası  beynəlxalq  münasibətləri  tənzimləyən  hüquq  nor- 

malannın  sistemi  başa  düşülür;  onun  əsas  məqsədi  sülhü 

möhkəmləndirmək,  sanksiyalaşdınimamış  hərbi  güc  tətbiq  edilməsinin 

qarşısım  almaq,  beynəlxalq  terrorizmlə  mübarizə  aparmaq,  silahlarm 

məhdudlaşdıniması və azaldılması sahəsində dövlətlərarası bey- 



1

 

Daha  ətraflı:  Батырь  B.A.  Международное  г)лианитарное  право.  M.,  2006; 

İbayev V.Ə. Beynəlxalq hmnanitar hüquq. Dərslik. Bakı, 2001, 496 s. və b. 

2

 

Международное  право.  Учебник  /  Отв.  ред.  В.И.Кузнецов,  Б.Р.Тузмуха- 

медов.  М.,  2007,  с.824;  Международное  право.  Учебник  /  Отв.  ред.  Ю.М. 

Колосов, Э.С.Кривчикова, М., 2000, с.397. 

3

 

Əliyev  Ə.İ.  Müasir  beynəlxalq  hüquqda  insan  hüquqlan,  əhali  və  miqrasiya 

problemləri. Dərslik. Bakı, 2007, 488 s. və b. 

4

 

Məsələn,  bax:  Международное  право.  Учебник  /  Отв.  ред.  А.А.Ковалев, 

С.В.Черниченко. М., 2008, с.276; Международное право. Учебник / Отв.ред. 

Г.В.Игнатенко, О.И. Тиунов. М., 2003, с. 378Д19. 

5

 

Карташкин  В.А.  Международная  защита  прав  человека.  М.,  1976; 

Даниленко Г.М. Международная защита прав человека. М., 2000 və b. 

66 



nəlxalq əməkdaşlığı təmin etməkdən ibarətdir.' Beynəlxalq təhlükəsizlik 

hüququ beynəlxalq hüququn yeni sahələrindən sayılır. 

Beynəlxalq  dəniz  hüququ  dedikdə  Dünya  okeanından  istifadə 

sahəsində  beynəlxalq  hüquq  subyektlərinin  fəaliyyətini  tənzimləyən 

hüquq normalannm kompleksi başa düşülür. Dünya okeanmdan müxtəlif 

məqsədlər (hər şeydən əwəl, ticarət gəmiçiliyi və balıqçılıq məqsədləri) 

üçün  istifadə  edilməsi  ilə  bağlı  olaraq,  yaranan  münasibətləri  hüquqi 

tənzimləmək  zərurəti  beynəlxalq  hüququn  bu  sahəsinin  yaranmasına 

səbəb olmuşdur.'^ 

Beynəlxalq  hava  hüququ  hava  məkanından  istifadə  sahəsində 

dövlətlərarası  beynəlxalq  münasibətləri  tənzimləyən  hüquq  nor- 

malannın  sistemidir;  beynəlxalq  hüququn  bu  sahəsi  öz  quru  və  su 

əraziləri üzərindəki hava məkanına münasibətdə tam və müstəsna dövlət 

suverenliyini, açıq hava məkanında beynəlxalq uçuşların sərbəst həyata 

keçirilməsini, habelə beynəlxalq mülki aviasiyanın təhlükəsizliyini təmin 

edir.^ 


Be)TiəLxalq  kosmos  hüququ  dedikdə  kosmosdan,  habelə  kosmik 

texnikadan  istifadə  sahəsində  dövlətlərarası  münasibətləri  tənzimləyən 

hüquq  normalannm  məcmusu  başa  düşülür.“'  Beynəlxalq  hüququn  bu 

sahəsi kosmik fəaliyyətin həyata keçirilməsi sferasında dövlətlərin hüquq 

və vəzifələrini tənzimləyir, kosmosun hüququ rejimini müəyyənləşdirir. 

O,  həm  də  kosmosdan  hərbi  məqsədlər  üçün  istifadə  edilməsini 

məhdudlaşdıran müvafiq beynəlxalq-hü- quqi tədbirlər nəzərdə tutur. 

Beynəlxalq  cinayət  hüququ  beynəlxalq  hüququn  elə  bir  tərkib 

hissəsidir ki, o, özündə cinayətkarlıqla mübarizə sahəsində dövlətlərarası 

beynəlxalq  münasibətləri  tənzimləyir;  beynəlxalq  hüququn  bu  sahəsi 

cinayətkarlıqla mübarizədə dövlətlərin beynəlxalq 

1

 

Bax: Малинин C. A. Право международной безопасности // В книге: Курс 

международного права. Том IV. М., 1989, с.167. 

2

 

Daha ətraflı: Молодцов С.В. Международное морское право. М., 1987. 

3

 

Daha ətraflı: Малеев Ю.М. Международное воздушное право. М., 1986. 

4

 

Daha ətraflı: Международное космическое право / Отв.ред. Г.П.Жуков, 

Ю.М.Колосов. М., 1999. 

67 



əməkdaşlığının inkişafını iki əsas istiqamətdə həyata keçirir: beynəlxalq 

müqavilə  bağlamaq  yolu  ilə  əməkdaşlıq,  beynəlxalq  təşkilatlar 

çərçivəsində əməkdaşlıq'. 

Beynəlxalq  iqtisadi  hüquq  dedikdə  iqtisadi  sahədə  dövlətlərarası 

beynəlxalq münasibətləri tənzimləyən hüquq normalannm sistemi başa 

düşülür;  onun  köməyi  və  vasitəsi  ilə  qlobal  xarakter  alan  beynəlxalq 

iqtisadi münasibətlər sistemində qayda-qanun yaradılır.^ 

Beynəlxalq  ekologiya  hüququ  dedikdə  təbii  resurslardan  istifadə 

edilməsi və ətraf mühitin qorunması sahəsində dövlətlərarası beynəlxalq 

münasibətləri  tənzimləyən  hüquq  normalannm  sistemi  başa  düşülür; 

onun  sayəsində  təbii  resurslardan  səmərəli  istifadə  olunması,  eləcə  də 

ətraf  mühitin  çirklənmədən  qorunması  təmin  edilir.  Beynəlxalq 

ekologiya hüququ həm də «ətraf mühiti beynəlxalq mühafizə hüququ» 

adlanır.^ 

Qeyd  etmək  lazımdır  ki,  əgər  beynəlxalq  hüququn  xüsusi  hissəsi 

müstəqil  hüquq  sahələrinə  aynlırsa,  müstəqil  hüquq  sahələrinin  özü 

yanmsahələrə bölünür; onlara beynəlxalq hüququn yanmsahələri deyilir. 

Başqa  sözlə,  əgər  beynəlxalq  hüququn  xüsusi  hissəsi  müstəqil  hüquq 

sahələrindən  təşkil  olunursa,  hüquq  sahələri  özləri  yanmsahələrdən 

ibarətdir. Yanmsahələr beynəlxalq hüquq sahəsinin tərkibinə daxil olan 

struktur elementlərdən (hissələrdən) biridir. 

Beynəlxalq hüququn yanmsahəsi dedikdə beynəlxalq hüquq sahəsi 

çərçivəsində mövcud olan, bir-birinə oxşar və yaxın, eyninövlü hüquq 

institutlarımn  məcmusu  başa  düşülür.  Məsələn,  beynəlxalq  əqli 

mülkiyyət  hüququ  beynəlxalq  iqtisadi  hüququn  (beynəlxalq  iqtisadi 

hüquq, bildiyimiz kimi, beynəlxalq hüququn 



1

 

Daha  ətraflı:  Панов  В.П.  Международное  >толовное  право.  M.,  1997;  Лу- 

кашук  И.И.  Наумов  А.В.  Международное  уголовное  право.  Учебник.  М., 

1999; Иногамова-Хегай Л.В. Международное уголовное право. СПб., 2003. 

2

 

Daha  ətraflı:  Вельяминов  Г.М.  Международное  экономическое  право  и 

процесс.  М.,  2004;  Ялийев  Е.Я.   Бейнялхалг  игтисади  щцгуг.  Дярслик. 

Бакы, 2012, 648 с. və Ь. 

3

 

Daha  ətraflı:  Тимошенко  А.С.  Формирование  и  развитие  международного 

права окружающей среды. М., 1985. 

68 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə