I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Subordinasiya tənzimetmə metodu beynəlxalq hüquq üçün tipik və 

xarakterik olan nizamasalma üsulu deyildir. Ona görə ki, subordinasiya 

tənzimetmə  metodu  hakimiyyət  xarakterli  məcburiyyət-tabeçilik 

nizamasalma  üsuludur;  bu  üsul  aralannda  hakimiyyət-tabeçilik  və 

iyerarxiya  asılılığı  olan  münasibətləri  tənzimləmək  üçün  tətbiq  edilir 

(məsələn, bu metoddan konstitusiya, inzibati, maliyyə, cinayət və digər 

milli  hüquq  sahələrində  istifadə  olunur).  Beynəlxalq  hüquqla 

tənzimlənən  dövlətlərarası  beynəlxalq  münasibətlərin  iştirakçıları 

arasında  isə  nə  asılılıq,  nə  də  tabeçilik  vardır.  Həmin  münasibətlər 

hüquqca  bərabər  olan  iştirakçılar  arasında  da  yaranır.  Buna  görə  də, 

beynəlxalq hüquq üçün koordinasiya tənzimetmə metodu xarakterikdir; 

həm də ona görə ki, beynəlxalq hüquq koordinasiya xarakterli hüquqdur. 

Digər tərəfdən, beynəlxalq hüquq həm də, eyni zamanda, koordinasiya 

funksiyasını yerinə yetirir. Lakin, bunlara baxmayaraq, müəyyən hallarda 

beynəlxalq  hüquqda  subordinasiya  tənzimetmə  metodu  tətbiq  olunur. 

Məsələn, bu metod beynəlxalq hüququn institutlarından biri olan iqtisadi 

inteqrasiya  hüququnun  başlıca  metodu  sayılır.'  Belə  ki,  iqtisadi 

inteqrasiya  (iqtisadi  federasiya)  birlikləri (məsələn,  Avropa  İttifaqı)  ilə 

üzv-dövlətlər arasında münasibətlərə subordinasiya tənzimetmə metodu 

tətbiq  olunur;  üzv-dövlətlər  öz  hakimiyyət  səlahiyyətlərinin  müəyyən 

hissəsini həmin birliklərə verirlər. 

Məlum  olduğu  kimi,  beynəlxalq  hüquqda  elə  normalar  vardır  ki, 

onlar  dövlətlər  üçün  hamılıqla  qəbul  olunmuş  davranış  standartlannı 

müəyyən edir; məhz həmin normalann köməyi və vasitəsilə koordinasiya 

tənzimetmə  metodu  tətbiq  olunur.  Koordinasiya  metodu  suveren 

dövlətlərin 

özünütənzimetmə, 

özünüidarəetmə 

metodudur. 

Subordinasiya  metodu  isə  bu  xüsusiyyətdən  məhrumdur.  Lakin,  buna 

baxmayaraq, beynəlxalq hüquqda subordinasiya tənzimetmə metodunun 

tətbiq dairəsinin genişlənməsi 





Шумилов  B.M.Международное  экономическое  право.  Учебник.  Ростов- 

на-Дону, 

2003,  С.200; 

Əliyev  E.Ə.  Beynəlxalq  iqtisadi  hüquq.  Dərslik.  Bakı, 

2012, 

s. 

172-178 

və 

b.

 

75 



tendensiyası  müşahidə  olunur.  Belə  ki,  BMT  Təhlükəsizlik  Şurasının, 

BMT 


Beynəlxalq 

Məhkəməsinin, 

BMT-nin 

ixtisaslaşdmlmış 

təşkilatlanmn və s. orqanlann fəaliyyətində məhz belə elementlərə rast 

gəlmək mümkündür. 

Göstərilənlərdən başqa, beynəlxalq hüquqda tənzimetmə metodunun 

aşağıdakı növlərindən də istifadə oluna bilər: 

-

 

birtərəfli tənzimetmə metodu; 



-

 

ikitərəfli tənzimetmə metodu; 



-

 

çoxtərəfli tənzimetmə metodu. 



Birtərəfli  tənzimetmə  metodunun  mahiyyəti  bundan  ibarətdir  ki, 

dövlətlərarası  beynəlxalq  münasibət  iştirakçıları  birtərəfli  qaydada  öz 

üzərlərinə  hər  hansı  beynəlxalq-hüquqi  öhdəlik  götürürlər.  Beynəlxalq 

hüquq  praktikası  göstərir  ki,  bunu  ən  çox,  əsasən,  dövlətlər  edirlər. 

Məsələn,  hər  hansı  dövlət  birtərəfli  qaydada  öz  üzərinə  nüvə  sınağı 

(partlayışı) keçirməmək barədə öhdəlik götürür. 

Birtərəfli  tənzimetmə  metodu  həm  də  dövlətlərin  birtərəfli  aktı 

formasında  tətbiq  oluna  bilər.’  Belə  aktlar  məcburi  davranış  qaydaları 

müəyyən edir və buna görə onlar beynəlxalq-hüquqi əhəmiyyətə malik 

olur.  Məsələn,  dövlət  tərəfindən  hər  hansı  digər  dövlətin  tanınması 

barədə verilən bəyanat məhz bu cür xüsusiyyətə malikdir^ və ona görə 

də, birtərəfli tənzimetmə metodu sayılır. Lakin, dövlətlərin elə birtərəfli 

aktlan  vardır  ki,  belə  aktlar  məcburi  davranış  qaydalarmı 

müəyyənləşdirmir; bu səbəbdən də, onları birtərəfli tənzimetmə metodu 

hesab  etmək  olmaz.  Məsələn,  dövlət  hər  hansı  xarici  dövlətin 

hərəkətlərinə etiraz etmək barədə bəyanat verir və s. 

İkitərəfli 

tənzimetmə 

metodu 

dövlətlərarası 



beynəlxalq 

münasibətlərin iki iştirakçısı arasındakı qarşılıqlı əlaqələrə tətbiq olunur; 



1

 

Doha dtrafli: Лукашук И.И. Международное право. Учебник. Общая часть. 

М., 2005, с.123-128. 

2

 

Cassese А. International Law. Oxford, 2001, р. 150-151. 

76 



bu  metod  beynəlxalq  investisiya  hüququnun  (beynəlxalq  investisiya 

hüququ beynəlxalq iqtisadi hüququnun yanmsahələrindən biridir) başlıca 

tənzimetmə metodu sayılır. 

Çoxtərəfli 

tənzimetmə 

metodu 


dövlətlərarası 

beynəlxalq 

münasibətlərin  çoxsaylı  iştirakçılan  arasmda  qarşılıqlı  münasibətlərə 

tətbiq olunur. Bu növ tənzimetmə metodu, əsasən, beynəlxalq təşkilatlar 

(məsələn,  BMT,  BVF,  ÜTT,  BYİB,  ATƏT,  ŞAMT  və  s.)  və  yaxud 

regional  inteqrasiya  birlikləri  (məsələn,  Avropa  İttifaqı  və  s.) 

çərçivəsində  həyata  keçirilir;  həmin  metod  ya  universal  səviyyədə 

(universal  çoxtərəfli  tənzimetmə  metodu),  ya  da  regional  səviyyədə 

(regional  çoxtərəfli  tənzimetmə  metodu)  tətbiq  oluna  bilər.  Çoxtərəfli 

tənzimetmə  metodu  universal  səviyyədə,  xüsusən  də,  ÜTT  sistemində 

tətbiq  olunur;  bu  universal  beynəlxalq  təşkilatın  yaradılması  ilə 

dövlətlərarası  ticarət  münasibətlərinin  ikitərəfli  tənzimetmə  metodu 

çoxtərəfli tənzimetmə metodu ilə əvəz olunmuşdur. 

Beynəlxalq  hüquqa  həm  də  fovqəlmilli  tənzimetmə  metodu 

məlumdur.' Fövqəlmilli tənzimetmə metodu dedikdə fovqəlmilli hüquq 

vasitəsilə  tətbiq  edilən  nizamasalma  üsulu  başa  düşülür.  Fövqəlmilli 

hüquq isə dövlətdaxili (milli) hüquqlardan üstün olan hüquqdur; biz, onu 

şərti termin kimi işlədirik. 

Bildiyimiz  kimi,  dövlətlərarası  beynəlxalq  təşkilatların  üzvləri 

dövlətlərdən  ibarətdir;  üzv  olmaqla  dövlətlər  öz  hakimiyyət 

səlahiyyətlərinin  bir  hissəsini  həmin  təşkilatlara  vermiş  olurlar.  Buna 

görə  də,  beynəlxalq  təşkilatlar  onların  üzvü  olan  suveren  dövlətlərə 

münasibətdə  müstəqil  sərəncam  səlahiyyətlərinə  malik  olurlar.  Hətta 

onlar  öz  nizamnaməsinə  əsasən,  konkret  hərəkətləri  (qərarlan)  ilə 

üzv-dövlətlərin  üzərinə  müəyyən  vəzifələr  (öhdəliklər)  qoya  bilirlər. 

Xüsusilə  qeyd  etməliyik  ki,  beynəlxalq  təşkilatlann  qəbul  etdikləri 

normativ  hüquqi  aktlann  üzv-dövlətlər  üçün  məcburi  hüquqi  qüvvəsi 

vardır; həmin aktlar əsasında onlann aynca 



1 Шумршов B.M. Международное экономическое право в эпоху глобализации. 

М., 2003, с. 22. 

77 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə