I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   23   24   25   26   27   28   29   30   31

lar  xüsusi  normalar  olub,  transmilli  hüququ  əmələ  gətirir.  Transmilli 

hüquq isə beynəlxalq və daxili hüquqi tənzimetmə sistemlərindən aynca 

mövcud olan yeni «muxtao> tənzimetmə sistemidir.' 

Dünyada  yalnız  iki  hüquqi  tənzimetmə  sistemi  mövcuddur  ki, 

bunlardan  biri  beynəlxalq  hüquq,  digəri  isə  milli  (dövlətdaxili)  hüquq 

adlanır. «Transmilli hüquq» kimi heç bir yerdə sistemləşdirilməyən və 

hüquqi cəhətdən  təsbit  olunmayan  aynca  («muxtar»)  hüquq  sisteminin 

mövcudluğundan  söhbət  gedə  bilməz.  Ona  görə  ki,  transmilli  hüquq, 

əsasən,  milli  (dövlətdaxili)  hüquq  sistemlərinin  beynəlxalq  ticarət 

(kommersiya)  əqdiərini  və  xarici  iqtisadi  əməliyyatları  tənzimləyən 

aynca  normalar  kompleksidir.  Bıma  görə  də,  zənnimizcə,  transmilli 

hüquq  beynəlxalq  hüququn  nizamasalma  predmetinə  daxil  olan 

dövlətlərarası tənzimetmə mexanizmində metod kimi tətbiq edilə bilməz. 

1

 

Шумилов В.М. Глобализация мировой экономики и глобальная провавая 

система // Внешнеэкономический бюллетень. 2003, № 8, с.78. 

81 



II FƏSİL. BEYNƏLXALQ HÜQUQ - ELMİ MƏNADA VƏ 

TƏDRİS KURSU KİMİ 

2.1.

 

Elmi mənada beynəlxalq hüququn anlayışı, predmeti və 

sistemi 

2.1.1.

 

Elmi mənada beynəlxalq hüququn anlayışı 

Biz,  bu  əsərin  I  fəslində  obyektiv  mənada  beynəlxalq  hüquqdan 

danışdıq;  həmin  fəsildə  obyektiv  mənada  beynəlxalq  hüququn 

nizamasalma  predmeti  və  metodu,  onun  funksiyaları  və  sistemi  kimi 

vacib məsələlərə aydmiıq gətirildi. İndi isə elmi mənada, habelə tədris 

kursu  (fənni)  mənasında  beynəlxalq  hüquq  barədə  söhbətimizi  davam 

etdirəcəyik. Belə ki, beynəlxalq hüquq obyektiv mənadan başqa, həm də, 

eyni zamanda, elmi və tədris kursu (fənni) kimi mənalarda işlədilir. Yeri 

gəlmişkən,  qeyd  etməliyik  ki,  son  dövrlərdə  yazılan  əsərlərdə  nə  elmi 

mənada,  nə  də  tədris  kursu  (fənni)  mənasında  beynəlxalq  hüquqa  dair 

məsələyə  aydınlıq  gətirilir.'  Halbuki  həm  elmi,  həm  də  tədris  kursu 

(fənni)  kimi  mənalarda  beynəlxalq  hüquq  kifayət  dərəcədə  hüquqi 

əhəmiyyətə malik olan vacib və aktual məsələ sayılır. Odur ki, gələcəkdə 

qələmə alınacaq dərsliklərdə elmi və tədris kursu (fənni) kimi mənalarda 

beynəlxalq  hüquq  mövzusuna  toxunulmasını  və  həmin  mövzunun  tam 

işıqlandırılmasını zəruri cəhət sayınq. Düzdür, müasir dərsliklərdə «elmi 

mənada  beynəlxalq  hüquq»  və  «tədris  kursu  (fənni)  mənasında 

beynəlxalq hüquq» anlayışları işlədilsə 



1 Söhbət, hər şeydən əwel, V.M.Şumilovun yazdığı dərslikdən gedir. O, beynəlxalq 

hüququn  elmi  və  tədris  fənni  kimi  mənalar  ifadə  etdiyini  göstərsə  də,  həmin 

məsələlərə  aydınlıq  gətirmir  (bax:  Шумилов  B.M.  Международное 

право.Учебник. M., 2008, 

C. 


163-164). 

82 



də, ancaq onlann mahiyyəti ətraflı açıqlanmır. Buna görə də, hər şeydən 

öncə,  biz,  elmi  mənada  beynəlxalq  hüquqa,  başqa  sözlə,  beynəlxalq 

hüquq elminə anlayış verməliyik; əvvəlki fəsildə göstərdiyimiz kimi, ona 

beynəlxalq  hüquq  doktrinası  da  deyilir.  Deməli,  «beynəlxalq  hüquq 

elmi»  və  «beynəkalq  hüquq  doktrinası»  eynimənalı (sinonim),  mənaca 

bir-birilə üst-üstə düşən anlayışlardır. 

Qeyd  etmək  lazımdır  ki,  obyektiv  mənada  beynəlxalq  hüququn  öz 

nizamasalma predmetinə daxil olan dövlətlərarası münasibətləri hüquqi 

cəhətdən  tənzimləməsi  bütöv  bir  mexanizm  deməkdir;  ona 

beynəlxalq-hüquqi  tənzimetmə  mexanizmi  deyilir.  Beynəlxalq-  hüquqi 

tənzimetmə mexanizmi dedikdə dövlətlərarası münasibətlərə göstərilən 

təsirin  beynəlxalq-hüquqi  üsul  və  vasitələrinin  məcmusu  başa  düşülür. 

Qeyd  etməliyik  ki,  dövlətlərarası  münasibətləri  beynəlxalq-hüquqi 

tənzimetmənin öz obyektiv qanunauyğunluqları vardır. Şübhəsiz, həmin 

qanunauyğunluqlar  alimlərin  və  praktiki  işçilərin  fikirləri  əsasında 

öyrənilir, tədqiq olunur; həmin fikirlərin məcmusuna beynəlxalq hüquq 

elmi və ya beynəlxalq hüquq doktrinası deyilir. 

Beynəlxalq  hüquq  elmi  (doktrina)  dedikdə  dövlətlərarası 

münasibətləri  beynəlxalq-hüquqi  tənzimetmə  mexanizminin  obyektiv 

qanunauyğunluqlanm öyrənən fikirlərin məcmusu başa düşülür. 

Beynəlxalq  hüquq  elmini  obyektiv  mənada  beynəlxalq  hüquqdan 

ayırmaq,  onlan  bir-birilə  qanşdırmamaq  lazımdır.  Bir  neçə  əlamət 

əsasında  onlann  fərqləndirilməsi,  aralarında  hədd  qoyulması 

mümkündür. 

Birinci,  obyektiv  mənada  beynəlxalq  hüquq  və  beynəlxalq  hüquq 

elmi bir-birindən predmetlərinə görə fərqlənir. Belə ki, bildiyimiz kimi, 

obyektiv  mənada  beynəlxalq  hüququn  predmeti  belə  bir  suala  cavab 

verir:  beynəlxalq  hüquq  nəyi,  hansı  növ  beynəlxalq  münasibətləri 

tənzimləyir  və  nizama  salır?  Beynəlxalq  hüquq  elminin  predmetinə 

gəldikdə isə, qeyd etməliyik ki, onun predmeti belə bir suala cavab verir: 

beynəlxalq hüquq elmi nəyi 

83 



öyrənir, hansı məsələni tədqiq edir? Əgər obyektiv mənada beynəlxalq 

hüquq  nizamasalma  (tənzimetmə)  predmetinə  malikdirsə,  beynəlxalq 

hüquq  elminin  də  tədqiqetmə  (öyrənmə)  predmeti  vardır.  Obyektiv 

mənada  beynəlxalq  hüququn  nizamasalma  {tənzimetmə)  predmeti, 

məlum  olduğu  kimi,  dövlətlərarası  beynəlxalq  münasibətlərdən 

ibarətdir;  beynəlxalq  hüquq  elminin  isə  tədqiqetmə  predmetini 

beynəlxalq-hüquqi 

tənzimetmə 

mexanizminin 

obyektiv 

qanunauyğunluqları təşkil edir. 

İkinci, onlar bir-birindən öz funksiyalarına görə fərqlənirlər. Belə ki, 

qeyd  etdiyimiz  kimi,  obyektiv  mənada  beynəlxalq  hüququn  başlıca 

funksiyası  dövlətlərarası  münasibətləri  tənzimləməkdən  ibarətdir 

(İ.İ.Lukaşuk).’  Beynəlxalq  hüquq  elmi  isə  beynəlxalq-  hüquqi 

tənzimetmə mexanizmini tədqiq etmək (öyrənmək) kimi əsas funksiyanı 

yerinə  yetirir.  Əgər  obyektiv  mənada  beynəlxalq  hüquq  dövlətlərarası 

münasibətləri tənzimləyirsə, beynəlxalq hüquq elmi həmin münasibətləri 

beynəlxalq-hüquqi tənzimetmə mexanizmini tədqiq edir, öyrənir. 

Üçüncü, onlar bir-birindən sisteminə görə fərqlənir. Bildiyimiz kimi, 

obyektiv mənada beynəlxalq hüququn formal surətdə, normativ qaydada 

müəyyənləşdirilmiş  sistemi  mövcud  deyildir.  Buna  görə  də,  obyektiv 

mənada  beynəlxalq  hüququn  yalnız  elmi  sistemindən,  yəni  beynəlxalq 

hüquq  elmi  tərəfindən  müəyyən  edilən  sistemindən  danışmaq  olar. 

Lakin, buna baxmayaraq, hər necə olsa da, obyektiv mənada beynəlxalq 

hüququn  sistemi  obyektiv  xarakter  daşıyır.  Beynəlxalq  hüquqa  dair 

ədəbiyyat səhifələrində obyektiv mənada beynəlxalq hüququn məhz bu 

cəhətinə xüsusi diqqət yetirilmişdir.^ Beynəlxalq hüquq barədə 



1

 

Лукашук И.И. Международное право. Общая часть. Учебник. М., 1997, 

С.1.

 

2

 

Курс  международного  права  /Глав.  ред.  В.Н.Кудрявцев.  М., 

1989, 

Том 

1, 

С.242; 

Международное право. Учебник / Под общ. ред. А.Я.Капустина. М., 

2008,  С.32; 

Международное  право.  Учебник  /  Отв.  ред.  А.А.Ковалев, 

С.В.Черниченко. М., 

2008, с.31.

 

84 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə