I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

beynəlxalq  rəsmi  nümayəndəlik  münasibətlərini  (diplomatiya  və 

konsulluq 

münasibətlərini) 

nizamlayır. 

Beynəlxalq 

hüququn 


sahələrindən  biri  olan  beynəlxalq  ekologiya  hüququ  ətraf  mühitin 

qorunması  sahəsində  yaranan  dövlətlərarası  münasibətləri  (beynəlxalq 

ekologiya münasibətlərini) qaydaya salır. 

Beynəlxalq hüququn sistemində bu və ya digər sahənin ayrılmasının 

əsas  səbəbi  olan  dövlətlərarası  münasibətlər  beynəlxalq  münasibətlər 

sisteminin  vacib  və  mühüm  hissəsi  sayılır.  Həmin  münasibətlər 

beynəlxalq  ictimai  həyatın  təşkilində  son  dərəcə  əhəmiyyətli  rol 

oynayaraq, beynəlxalq hüququn sahələrə bölünməsinin başlıca obyektiv 

əsası  kimi  çıxış  edir.  Bax,  buna  görə  də,  «sahələD>  digər  struktur 

elementlərlə müqayisədə beynəlxalq hüququn sistemində üstün yer tutur. 

Hüquqi nizamasalma metodu kimi meyara gəldikdə, qeyd etməliyik 

ki,  bu  meyar  dövlətdaxili  (milli)  hüquq  sisteminin  sahələrə  bölünməsi 

üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bir  az  öncə  göstərdik  ki,  hüquqi 

nizamasalma  predmeti  ilə  birlikdə  hüquqi  nizamasalma  metodu 

dövlətdaxili  (milli)  hüquq  sisteminin  sahələrə  bölünməsinə  səbəb  olan 

əsas meyar rolunu oynayır. Lakin, beynəlxalq hüquq ədəbiyyatında çox 

düzgün  olaraq  göstərilir  ki,  «hüquqi  nizamasalma  metodu»  kimi 

meyardan  beynəlxalq  hüququn  sahələrə  ayniması  üçün  istifadə  etmək 

qeyi'i-mümkündür.'  Başqa  sözlə,  beynəlxalq  hüququn  sahələrə 

bölünməsi məsələsində «hüquqi nizamasalma metodu» kimi meyarın heç 

bir rolu və əhəmiyyəti yoxdur. Belə ki, beynəlxalq müqavilə-tənzimetmə 

üsulu beynəlxalq hüququn əsas nizamasalma metodu sayılır; həmin üsul 

isə beynəlxalq hüququn istənilən sahəsi üçün xarakterikdir. Beynəlxalq 

hüquqda  bundan  başqa,  digər  tənzimetmə  metodlanndan  da  (məsələn, 

bey-  nəlxalq-hüquqi  məcburetmə  metodu,  beynəlxalq  mübahisələrin 

dinc  yolla  həlli  metodu  və  s.)  istifadə  edilir  ki,  onlar,  demək  olar, 

beynəlxalq hüququn bütün sahələrində tətbiq olunur. Nəzərə al- 

1

 

Фельдман Д.И. Система международного права. Казань, 1983, с.46-47. 

60 



malıyıq  ki,  beynəlxalq  hüququn  deyil,  dövlətdaxili  (milli)  hüququn 

sahələrinin spesifik, özünəxas nizamasalma metodu vardır.' 

Beynəlxalq  hüququn  sahələrə  bölünməsinə  səbəb  olan  əlavə 

(yardımçı)  meyarlara  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  dövlətlərarası 

münasibətlərin  tənzimlənməyi  tələb  edən  növünün  böyük  beynəbcalq 

ictimai  əhəmiyyətə  malik  olması  həmin  meyarlardan  biridir.  Əgər 

müvafiq  növ  münasibət  beynəlxalq  əlaqələr  sistemində  vacib  rol 

oynayarsa,  habelə  beynəlxalq  sülhün  möhkəmləndirilməsinin, 

beynəlxalq təhlükəsizliyin təmin edilməsinin və beynəlxalq əməkdaşlığın 

inkişafinm  əsası  olarsa,  bu  o  deməkdir  ki,  həmin  münasibət  böyük 

beynəlxalq  ictimai  əhəmiyyətə  malikdir.  Şübhəsiz,  böyük  beynəlxalq 

ictimai əhəmiyyətə malik olan müvafiq münasibət növünü tənzimləyən 

beynəlxalq hüquq normalanmn sistemi beynəlxalq hüququn sahəsi kimi 

tanınmalıdır.  Məsələn,  beynəlxalq  iqtisadi  münasibətlərin  böyük 

beynəlxalq  ictimai  əhəmiyyətə  ma-  lüc  olması  şəksizdir.  Bu  səbəbdən 

həmin münasibətləri tənzimləyən beynəlxalq hüquq normalanmn sistemi 

beynəlxalq hüququn sahəsini (beynəlxalq iqtisadi hüququ) yaradır. Digər 

bir  misalda,  diplomatiya  və  konsul  münasibətləri  beynəlxalq  ictimai 

həyat, habelə dövlətlərin qarşılıqlı rəsmi əlaqələri üçün nə qədər vacib 

əhəmiyyətə  malikdir.  Odur  ki,  həmin  münasibətləri  tənzimləyən 

beynəlxalq  hüquq  normalanmn  məcmusu  beynəlxalq  hüququn 

sahələrindən birini - beynəlxalq xarici əlaqələr hüququnu əmələ gətirir. 

Beynəlxalq  hüququn  sistemində  hüquq  sahəsinin  ayrılmasını 

şərtləndirən ikinci əlavə (yardımçı) meyar ondan ibarətdir ki, dövlətlər, 

ümumiyyətlə,  beynəlxalq  birlik  böyük  beynəlxalq  ictimai  əhəmiyyətə 

malik  olan  müvafiq  münasibət  növünün  müstəqil  surətdə  hüquqi 

tənzimlənməsində maraqlı olmalıdır. Bu, məlum m*əsələdir. Heç də sirr 

deyil ki, böyük beynəlxalq ictimai əhəmiyyəti olan istənilən beynəlxalq 

münasibət növü özünün müstəqil surətdə 

1

 

Müəlliflərdən  K.A.Bekyaşev  belə  güman  edir  ki,  beynəlxalq  hüququn  hər  bir 

sahəsi  öz  nizamasalma  metoduna  malikdir  (bax:  Международное  публичное 

право. Учебник / Отв. ред. К.А.Бекяшев. М., 2009, с.23). 

61 



hüquqi tənzimlənməsini tələb edir; çünki müstəqil hüquqi tən- zimetmə 

beynəlxalq  münasibətlərin  tam,  hərtərəfli  və  effektli  şəkildə  nizama 

salınmasını  təmin  edir.  Müstəqil  hüquqi  tənzimetmə  isə  hüquq 

institutunun  deyil,  məhz  hüquq  sahəsinin  vasitə  və  köməyi  ilə  həyata 

keçirilə bilər. Buna görə də, beynəlxalq hüququn sistemində yeni hüquq 

sahəsinin ayniması və formalaşması obyektiv zərurətə çevrilir. 

Kodifıkasiya  fəaliyyəti  beynəlxalq  hüququn  sistemində  bu  və  ya 

digər  sahənin  ayrılmasına  səbəb  olan  üçüncü  əlavə  (yardımçı)  meyar 

hesab 

edilir; 


kodifıkasiya 

fəaliyyəti 

hüquq 

normalarının 



sistemləşdirilməsi  (sistem  halına  salınması)  üzrə  fəaliyyət  deməkdir. 

Kodifikasiyanın  özü  isə  hüquq  normalarının  sistemləşdirilməsi,  sistem 

halına salınmasıdır. 

Kodifıkasiya dedikdə beynəlxalq hüququn hər hansı sahəsini təşkil 

edən əsas hüquq normalannın vahid beynəlxalq hüquqi aktda birləşməsi 

başa  düşülür;  belə  akta  kodifıkasiya  aktı  deyilir.  Beynəlxalq  hüququn 

sistemində  sahənin  ayniması  üçün  geniş  və  universal  xarakterli 

kodifıkasiya  aktı  qəbul  olunmalıdır.  Söhbət,  ilk  növbədə,  beynəlxalq 

müqavilələrdən  gedir.  Beynəlxalq  müqavlə  kodifıkasiya  fəaliyyətinin, 

beynəlxalq hüquqi aktlann əsas və başlıca formasıdır.' 

Beynəlxalq  hüququn  sistemində  müəyyən  sahənin  ayniması  üçün 

tələb  edilir  ki,  həmin  sahənin  nizamasalma  predmetinə  daxil  olan 

beynəlxalq  münasibətlərin  müvafiq  növünü  tənzimləyən  beynəlxalq 

hüquq normalannın sayı kifayət dərəcədə olmalıdır; bu, dördüncü əlavə 

(yardımçı) meyardır. Ona görə ki, beynəlxalq hüququn sahələri müvafiq 

beynəlxalq  hüquq  normalannın  sistemi  olub,  həmin  normalar  əsasında 

formalaşır.  Qeyd  etməliyik  ki,  beynəlxalq  münasibətlər  sahəsində  və 

dövlətlərarası sistemdə ümumi normativ-hüquqi səlahiyyətə malik olan 

qanunvericilik hakimiyyəti və xüsusi hüquqyaratma orqanı yoxdur. Buna 

görə 


1

 

Daha ətraflı: Мовчан А.П. Кодификация и прогрессивное развитие 

международного права. М., 1972. 

62 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə