I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

özəyi  sayılan  əsas  prinsipləri  tənzimləyir;  beynəlxalq  hüququn  əsas 

prinsipləri isə beynəlxalq münasibətlərin ən vacib, həyati, demək olar ki, 

taleyüklü məsələlərinə aiddir.* 

Beynəlxalq hüquq subyektliyi institutu dedikdə elə normalar qrupu 

(kompleksi)  başa  düşülür  ki,  bu  normalar  beynəlxalq  hüququn 

subyektlərinin  hüquqi  vəziyyətini  və  beynəlxalq  statusunu,  onlann 

dövlətlərarası  beynəlxalq münasibətlərin iştirakçısı  olmaq  qabiliyyətini 

tənzimləyir.  Beynəlxalq  hüququn  subyektləri  beynəlxalq  hüquqla 

tənzimlənən  ictimai  münasibətlərin  tərəfləridir.^  Göstərilən  beynəlxalq 

hüquq  institutu  bütövlükdə  subyektləri  bu  münasibətlərdə  tərəf  kimi 

iştirak etmələri üçün beynəlxalq hüquq subyektliyi ilə təmin edir;^ həmin 

institutun  vacib  əhəmiyyətə  malik  olması  da  məhz  bununla  müəyyən 

edilir. 

Beynəlxalq-hüquqi məsuliyyət institutu dedikdə elə normalar qrupu 

(kompleksi)  başa  düşülür  ki,  bu  normalar  beynəlxalq  hüquq 

subyektlərinin  məsuliyyət  daşımalan  ilə  bağlı  yaranan  beynəlxalq 

münasibətləri  (beynəlxalq  məsuliyyət  münasibətlərini)  tənzimləyir. 

Beynəlxalq  hüququn  ümumi  hissəsinə  aid  olan  bu  institutun  böyük 

əhəmiyyətə  malik  olması  şəksizdir  və  bunun,  xüsusi  olaraq,  sübut 

olunması  tələb  edilmir.  Təkcə  bunu  demək  kifayətdir  ki,  beynəlxalq 

hüquq məsuliyyəti beynəlxalq hüquq normalarına əməl olunmasım təmin 

edən  və  pozulmuş  beynəlxalq  münasibətləri  bərpa  edən  zəruri  hüquqi 

vasitədir;  o,  beynəlxalq  hüququn  öz  funksiyasını  lazımınca  yerinə 

yetirməsinin  qarantı,  beynəlxalq  münasibətləri  hüquqi  tənzimetmənin 

xüsusi aləti sayılır. 

Göstərilən  institut  beynəlxalq  hüquq  məsuliyyətinin  əsasını  və 

şərtlərini,  onun  forma  və  növlərini,  hüquqauyğun  fəaliyyətə  görə 

məsuliyyəti, beynəlxalq hüquq məsuliyyətinin həyata keçirilməsini 



1

 

Де Аречага Э.Х. Современное международное право / Пер. с йен. М., 

1983,с.135. 

2

 

Курс междзн

1

ародного права. Том 1. М., 1989, с. 159. 



3

 

Фельдман Д.И., Курдюков Г.И. Основные тенденции развития 

международной правосубьектности. Казань, 1974. 

51 



və  digər  məsələləri  tənzim  edir;  ona  həm  də  beynəlxalq  məsuliyyət 

hüquq institutu deyilir.' 

Beynəlxalq  mübahisələri  dinc  vasitələrlə  həlletmə  hüquq  institutu 

dedikdə beynəlxalq hüquq normalarının elə bir qrupu (kompleksi) başa 

düşülür  ki,  bu  normalar  beynəlxalq  münaqişə  və  ixtilaflann  həlli 

qaydalannı  müəyyənləşdirir;  bu  instituta  görə,  hər  bir  dövlət  və 

beynəlxalq hüququn digər subyektləri öz aıalannda yaranan mübahisələri 

dinc  xarakterli  beynəlxalq-hüquqi  vasitələrin  (beynəlxalq  danışıqlar, 

məsləhətləşmə,  barışdırıcı  komissiya,  vasitəçilik  və  s.)  köməyi  ilə  elə 

həll etməlidirlər ki, beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün təhlükə 

yaranmasın;  özü  də  onlar  mübahisələri  mahiyyətcə  və  vaxtında  həll 

etməlidirlər.^ 

Bəzi  müəlliflər  beynəlxalq  müqavilə  hüququ  institutunu  da 

beynəlxalq  hüququn  ümumi  hissəsinə  aid  edirlər.  Digər  alimlərin 

mövqeyincə  isə,  beynəlxalq  müqavilə  hüququ  beynəlxalq  hüququn 

xüsusi  hissəsinə  daxildir.  Bu  (sonuncu  mövqe),  hüquq  ədəbiyyatında 

kifayət dərəcədə geniş yayılmış fikirdir. Müəlliflərin böyük əksəriyyəti 

məhz bu fikri dəstəkləyirlər. Biz də həmin mövqeyin tərəfdanyıq. Belə 

ki, beynəkalq hüququn xüsusi hissəsi beynəlxalq münasibətlərin ayn-ayrı 

konkret  növlərini  (məsələn,  beynəlxalq  iqtisadi  münasibətləri,  xarici 

əlaqələr üzrə münasibətləri, beynəlxalq ekologiya münasibətlərini və s.) 

tənzimləyir  və  həmin  münasibətləri  nizama  salan  beynəlxalq  hüquq 

normalarından  təşkil  olunmuşdur.  Beynəlxalq  müqavilə  münasibətləri 

isə beynəlxalq münasibətlərin konkret növlərindən biridir. Buna görə də, 

həmin  münasibətləri  (yəni  beynəlxalq  müqavilə  münasibətlərini) 

tənzimləyən  normaların  sistemindən  ibarət  olan  beynəlxalq  müqavilə 

hüququ  beynəlxalq  hüququn  ümumi  hissəsinin  deyil,  xüsusi  hissəsinin 

struktur elementi, tərkib hissəsi hesab edilməlidir. 



1

 

Daha atrafh: Лукашук И.И. Право международной ответственности. M., 

2004. 

2

 

Пушмин Э.А. Мирное разрешение международных споров. М., 1974, с. 

10-11. 

52 



Beynəlxalq  hüququn  ümumi  hissəsi  vacib  hüquqi  əhəmiyyətə 

malikdir; o, beynəlxalq hüququn nizamasalma predmetinin eyniliyini əks 

etdirir, beynəlxalq hüquqa aid bütün normalan birləşdirən halqa rolunu 

oynayır.  Bunun  nəticəsində  isə  hüquqi  məzmunca  həmin  normaların 

ümumiliyi təmin olunur. 

Beynəlxalq  hüququn  ümumi  hissəsi  bir  tərəfdən  imkan  verir  ki, 

beynəlxalq hüququn nizamasalma predmetinə daxil olan və öz təbiətinə 

görə 


bir-birinə 

oxşayan 


beynəlxalq 

münasibətlərin 

hüquqi 

tənzimiənməsindəki müxtəliflik və uyğunsuzluq aradan qaldınisın. Digər 



tərəfdən,  ümumi  hissə  dövlətlərarası  beynəlxalq  əməkdaşhğın  ayn-ayn 

sahələrində (məsələn, iqtisadi, ekologiya, kosmos, hava məkanı, dəniz, 

xarici əlaqələr və digər sahələrdə) yaranan beynəlxalq münasibətlərin bir 

şəkildə və eyni cür hüquqi tənzimlənməsini təmin edir. Buna görə, yəni 

dövlətlərarası beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsinin eyni 

şəkildə  həyata  keçirilməsini  təmin  etdiyinə  görə  beynəlxalq  hüququn 

ümumi  hissəsinə,  obrazlı  şəkildə,  necə  deyərlər,  «minnətdarlıqla» 

yanaşılmalıdır. 

Beynəlxalq hüququn ümumi hissəsinin əhəmiyyəti həm də bundan 

ibarətdir ki, o, beynəlxalq hüququn xüsusi hissəsinin ay- rı-ayn struktur 

elementlərində 

(hissələrində) 

hüquq 

normalanmn 



lazımsız 

təkrarlanmasının  qarşısım  alır.  Belə  ki,  beynəlxalq  hüququn  xüsusi 

hissəsinin  ayrı-ayn  struktur  elementləri  (hissələri)  ilə  tənzimlənən 

beynəlxalq münasibətlərin bu və ya digər növünün (məsələn, beynəlxalq 

iqtisadi  münasibətlərin,  beynəlxalq  ekologiya  münasibətlərinin, 

beynəlxalq  hava  münasibətlərinin  və  s.)  pozulmasına  görə  subyektlər 

beynəlxalq-hüquqi məsuliyyət daşıyırlar; belə struktur elementlərin hər 

birində  beynəlxalq-hüquqi  məsuliyyəti  tənzimləməkdən  ötrü,  aynca 

olaraq,  müvafiq  beynəlxalq  hüquq  normalan  nəzərdə  tutmaq  lazım 

gəlmir  və  tələb  edilmir.  Ona  görə  ki,  beynəlxalq  hüququn  ümumi 

hissəsinin  «beynəlxalq  hüquq  məsuliyyəti»  kimi  institutu  vardır  və  bu 

institut özündə beynəlxalq hüququn bütün struktur elementləri (hissələri) 

üçün ümumi əhəmiyyətə malik olan normalan birləşdirmişdir. Məhz 

53 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə