I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Beynəlxalq  hüququn  nizamasalma  predmeti  günbəgün  genişlənir; 

buraya beynəlxalq münasibətlərin yeni sahələri daxil olur. Hətta, ənənəvi 

olaraq,  dövlətdaxili  (milli)  hüquq  çərçivəsində  tənzimlənən  bir  sıra 

məsələ  (məsələn,  insan  hüquqları,  dövlət  ərazisindən  təsərrüfat 

məqsədləri üçün istifadə və s.) artıq beynəbcalq hüquq müstəvisində və 

kontekstində həll olunur. 

Beynəlxalq  hüququn  köməyi  ilə,  əsasən,  ciddi  xarakterli  qlobal 

beynəlxalq  problemlər  (təhlükəsizlik  məsələləri,  narkobiznes  və 

terrorizmlə  mübarizə,  iqtisadi  əhəmiyyətli  məsələlər,  transmilli 

mütəşəkkil  cinayətkarlıqla  mübarizə,  beynəlxalq  münaqişələr,  mali}^'ə 

böhranı və s.) həll edilir. 

1995-ci  ildə  Nyu-York  şəhərində  birinci  ümumdünya  beynəlxalq 

hüquq konfransı' keçirilmişdir; həmin konfrans beynəlxalq hüququn rolu 

və  əhəmiyyətini  belə  müəyyən  etmişdir:  beynəlxalq  hüquq  beynəlxalq 

ünsiyyət dilidir. 

1.2.3.

 

Beynəlxalq hüququn xüsusiyyətləri 

Beynəlxalq  hüququn  əsas  xüsusiyyətləri  dedhikdə  onun  xarakterik 

cəhətləri başa düşülür. Başqa sözlə, beynəlxalq hüququ xarakterizə edən 

əlamətlər onun əsas xüsusiyyətləri hesab olunur; spesifik xarakterə malik 

olan  həmin  əlamətlər  məhz  beynəlxalq  hüquqa  xasdır.  Odur  ki,  belə 

əlamətlər  beynəlxalq  hüququ  dövlətdaxili  (milli)  hüquqdan 

fərqləndirməyə imkan verir. 

Beynəlxalq  hüququn  birinci  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o, 

bütün dövlətlər üçün ümumidir. Belə ki, beynəlxalq hüququn tərkibinə 

həm də elə hüquq normaları daxildir ki, bu normalar bütün dövlətlər (və 

ya onlann əksəriyyəti) üçün vahid olub, məcburi xarakter daşıyır. Buna 

görə  onlar  hamılıqla  qəbul  olumuş  və  ya  universal  hüquq  normaları 

adlanır.  Universal  hüquq  norraalanna  dünyamn  bütün  dövlətləri  əməl 

edirlər; belə normalar 



URL:http://www'.kontrolnaja.ru 

39 



bütün  dünya  dövlətləri  üçün  məcburidir.  Digər  tərəfdən,  beynəlxalq 

hüquq  bir  sıra  hamılıqla  qəbul  olunmuş  prinsipə  (ümumtanınmış 

prinsipə) malikdir ki, həmin prinsiplərə də bütün dünya dövlətləri riayət 

etməlidirlər  (kitabın  fəsillərindən  biri,  xüsusi  olaraq,  məhz  beynəlxalq 

hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə həsr olunmuşdur). Qeyd 

etməliyik  ki,  beynəlxalq  hüququn  hamılıqla  qəbul  olunmuş  prinsipləri 

universal hüquq normaları ilə birlikdə onun əsas məzmununu xarakterizə 

edir. Bu mənada beynəlxalq hüquq bütün dünya dövlətləri üçün ümumi 

olub,  «universal  (ümumi)  beynəlxalq  hüquq»  anlayışı  ilə  əhatə  edilir. 

Bununla beynəlxalq hüquq dövlətdaxili (milli) hüquqdan fərqlənir. Belə 

ki, bildiyimiz kimi, hər bir dövlətin öz daxili (milli) hüququ vardır. Təbii 

ki,  müxtəlif  dövlətlərin  daxili  (milli)  hüquqlan  (məsələn,  Fransa 

Respublikasınm daxili hüququ, Türkiyə Respublikasınm daxili hüququ, 

Azərbaycan Respublikasının daxili hüququ və s.) bütün dünya ölkələri 

üçün ümumi ola bilməz. Bu, sübuta ehtiyacı olmayan məlum məsələdir. 

Beynəlxalq  hüququn  bütün  dünya  dövlətləri  üçün  ümumi  olması 

«sivil  xalqlann  beynəlxalq  hüququ»  kimi  diskriminasiya  xarakterli 

konsepsiyaya ziddir. Bu konsepsiya beynəlxalq hüquq tarixinin klassik 

dövründə  irəli  sürülmüşdü;  həmin  konsepsiyaya  görə,  yalnız  «sivil 

xalqlar» beynəlxalq birliyə aid ola bilərdilər; zəif inkişaf etmiş ölkələr isə 

bərabərhüquqlu 

qarşılıqlı 

münasibətlərdən 

təcrid 


olunmuşdu. 

Hal-hazırda  isə  göstərilən  konsepsiyadan  tam  şəkildə  imtina 

olunmuşdur. Belə ki, müasir dövrdə beynəlxalq hüquq həm inkişaf etmiş, 

həm inkişaf etməkdə olan, həm də az (zəif) inkişaf etmiş dövlətlər üçün 

ümumi  olan  hüquqdur.  Deyilənləri  bununla  təsdiq  edə  bilərik  ki, 

BMT-nin Nizamnaməsi beynəlxalq hüququn əsası sayılır; həmin sənədə 

görə,  bütün  sülhsevər  dövlətlər  BMT-nin  üzvü  ola  bilər.  Bu  gün 

dünyanın istənilən müstəqil dövlətinin beynəlxalq birlikdə iştirak etməsi 

mümkündür;  müasir  dövrdə  bütün  maraqlı  dövlətlər  beynəlxalq 

əməkdaşlığın həyata keçirilməsində, eləcə də beynəlxalq müqavilələrin 

bağlanmasında iştirak edə bilərlər. 

40 



Universal  (ümumi)  beynəlxalq  hüququ  partikulyar  beynəlxalq 

hüquqdan  fərqləndirmək  lazımdır.  Beynəlxalq  hüquq  universal 

normalardan başqa, həm də lokal normalardan ibarətdir. Lokal normalar 

dedikdə müəyyən qrup dövlətlərə və yaxud iki və ya daha artıq dövlətə 

aid olan, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə nəzərdə tutulan 

normalar  başa  düşülür.  Məhz  belə  normalann  sisteminə  partikulyar 

beynəlxalq  hüquq  deyilir;  partikulyar  beynəlxalq  hüquq  bütün  dünya 

dövlətləri üçün deyil, yalnız bu və digər region dövlətləri, yaxud iki və ya 

daha artıq dövlət üçün məcburidir. 

Beynəlxalq  hüququn  ikinci  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o, 

yalnız  hakimiyyət  xarakterli,  yəni  dövlətlərarası  (hakimiy-  yətlərarası) 

beynəlxalq  münasibətləri  tənzimləyir.  Bu  xüsusiyyəti  ilə  də  o, 

dövlətdaxili  (milli)  hüquqdan  fərqlənir.  Belə  ki,  dövlətdaxili  (milli) 

hüquq həmin dövlətin daxilində yaranan ictimai münasibətləri (məsələn, 

konstitusiya  münasibətlərini,  maliyyə  münasibətlərini,  inzibati 

münasibətləri,  mülki  münasibətləri,  cinayət  münasibətlərini  və  s.) 

tənzimləyir.  Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquq  dövlətdaxili 

(milli)  hüququn  nizamasalma  predmetinə  daxil  olan  ayn-ayrı  ictimai 

münasibətləri  beynəlxalq-hüquqi  tənzimləməyə  qadir  deyildir; 

dövlətdaxili  (milli)  hüquq  da,  öz  növbəsində,  beynəlxalq  hüququn 

nizamasalma  predmetinə  aid  olan  dövlətlərarası  beynəlxalq 

münasibətləri tənzimləmək iqtidarında deyildir. 

Beynəlxalq  hüququn  üçüncü  əsas  xüsusiyyəti  bundan  ibarətdir  ki, 

onun  subyekti  qismində  yalnız  dövlətlərarası  beynəlxalq  münasibətlər 

sisteminin  iştirakçılan,  başqa  sözlə,  hakimiyyət  xarakterli  beynəlxalq 

münasibətlərin  iştirakçıları  çıxış  edə  bilərlər;  hansı  qurum  belə 

münasibətlərdə  iştirak  edə  bilərsə,  o,  beynəlxalq  hüququn  subyekti 

sayılır.  Dövlətdaxili  (milli)  hüququn  subyektlərinə  gəldikdə  isə,  qeyd 

etməliyik  ki,  həm  hakimiyyət  səlahiyyətinə  malik  olan  qurumlar 

(məsələn, dövlət, dövlət orqanlan, bələdiyyə, bələdiyyə orqanlan və s.), 

həm  də  hakimiyyət  səlahiyyətinə  malik  olmayan  qurumlar  (məsələn, 

fiziki şəxslər, hüquqi şəxslər) dövlətdaxili (milli) hüququn subyekti ola 

bilərlər. Beynəlxalq hüququn 

41 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə