I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

dövlətlərarası sistemin iştirakçılarıdır. Beynəlxalq hüququn nizamasalma 

predmeti  rolunda  da  məhz  həmin  iştirakçılar  arasında  dövlətlərarası 

sistemdə yaranan münasibətlər çıxış edir. 

Müəlliflərdən  Q.V.İqnatenko  beynəlxalq  hüququn  nizamasalma 

predmetinə  dövlətlərarası  münasibətlərdən  başqa  «digər  beynəkalq 

münasibətləri»  də  daxil  edir.*  Lakin  alim  «digər  beynəlxalq 

münasibətlər» anlayışının mahiyyətinə aydınlıq gətirmir; onun söylədiyi 

belə bir fikirlə həm də razılaşro-aq mümkün deyil ki, beynəlxalq hüquqla 

guya  «müəyyən  dövlətdaxili  münasibətlər»  də  tənzimlənir.^  Axı, 

yuxanda qeyd olunduğu kimi, beynəlxalq hüquq dövlətlərarası xarakterə 

malikdir. 

Beləliklə,  müasir  beynəlxalq  hüququn  nizamasalma  predmetini 

yalnız aşağıdakı münasibətlər təşkil edir ki, həmin münasibətlər mənaca 

eyni olub, bir bərabərdə tutulur: 

-

 

hakimiyyət xarakterli beynəlxalq münasibətlər



-

 

dövlət xarakterli beynəlxalq münasibətlər; 



-

 

dövlətlərarası beynəlxalq münasibətlər; 



-

 

hakimi>



7

ətlərarası beynəlxalq münasibətlər; 

-

 

dövlətlərarası sistemdə yaranan münasibətlər. 



1.2.

 

Beynəlxalq hüququn funksiyaları, əhəmiyyəti və 

xüsusiyyətləri 

1.2.1.

 

Beynəlxalq hüququn funksiyaları 

Beynəlxalq hüququn mahiyyəti, eləcə də beynəlxalq hüququn sosial 

təyinatı  onun  yerinə  yetirdiyi  funksiyalarda  ifadə  edilir.  Belə  ki, 

funksiyalar  beynəlxalq  hüququn  mahİ

5

^ətini  və  sosial  təyinatını 



müəyyənləşdirməyə imkan verən məsələlərdən biri 

1

 

Международное право. Учебник /Отв. ред. Г.В.Игнатенко, О.И.Тиунов. М., 

2009, С.23. 

2

 

Yenə həmin dərslik, s.23. 

30 



hesab  olunur; funksiyalar həm  də,  eyni  zamanda,  beynəlxalq  hüquqim 

ictimai  həyatda  (söhbət  beynəlxalq  ictimai  həyatdan  gedir)  hansı  rol 

oynamasım ifadə edir. 

Beynəlxalq hüququn flınksiyalan dedikdə onun özünün tənzimlədiyi 

geniş  mənada  dövlətlərarası  münasibətlərə,  dövlətlərarası  sistem 

iştirakçılannın (dövlətlərin, dövlətlərarası beynəlxalq təşkilatların və s.) 

davranışına göstərdiyi təsirin əsas istiqamətləri başa düşülür. 

Beynəlxalq  hüquqa  dair  həm  tədris,  həm  də  monoqrafiya 

ədəbiyyatında beynəlxalq hüquqim bir neçə funksiyası göstərilir. Lakin, 

qeyd  etməliyik  ki,  beynəlxalq  hüququn  hansı  flınksiyalan  yerinə 

yetirməsi məsələsində müəlliflərin mövqeləri üst-üstə düşmür. Məsələn, 

Y.M.Kolosov  beynəlxalq  hüququn  dörd'  (koordinasiya  funksiyası, 

tənzimetmə funksiyası, təminetmə funksiyası, mühafizəetmə funksiyası), 

K.A.Bekyaşev  iki^  (koordinasiya  funksiyası,  idarəetmə  funksiyası), 

İ.İ.Lukaşuk dörd funksiya^ (tənzimetmə funksiyası, beynəlxalq hüququn 

məqsəd  və  prinsiplərinə  zidd  olan  yeni  münasibət  və  institutlann 

yaranması  ilə  mübarizə  aparmaq  funksiyası,  intemasionalizm  - 

beynəlmiləlləşdirmək  funksiyası,  informasiya-tərbiyə  funksiyası)  və  s. 

yerinə  yetirilməsini  göstərirlər.  Bir  sıra  dərslikdə  isə  «beynəlxalq 

hüququn flmksiyalan» mövzusuna, ümumiyyətlə, toxunulmur və ya yer 

aynlımr.'’ 

Hüquq ədəbiyyatında söylənilən fikirləri nəzərə alaraq, deyə bilərik 

ki,  beynəlxalq  hüquq  ümumilikdə  üç  əsas  funksiyanı  yerinə  yetirir; 

həmin funksiyalara aşağıdakılar aiddir: 



1

 

Международное  право.  Учебник  /  Отв.  ред.  Ю.М.Колосов,  Э.С.Кривчи- 

кова. М., 2000, с.З. 

2

 

Международное  публичное  право.  Учебник  /  Отв.  ред.  К.А.Беюппев.  М., 

2009, с. 18-19. 

3

 

Лукашук  И.И.  Международное  право.  Учебник.  Общая  часть.  М.,  1997, 

с.23-24. 

4

 

МэвэЬп,  bax:  Международное  право.  Учебник  /Отв.  ред.  Г.В.Игнатенко, 

О.И.Тиунов,  М.,  2009;  Международное  право.  Учебник  /  Под  общ.  ред. 

А.Я.Капустина.  М.,  2008;  Международное  право.  Учебник  /  Отв.  ред. 

А.А.Ковалев, С.В.Черниченко. М., 2008 və digərləri. 

31 



-

 

koordinasiya funksiyası; 



-

 

tənzimetmə funksiyası; 



-

 

mühafızəetmə funksiyası. 



Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquq  beynəlxalq 

münasibətlərdə  koordinasiya  funksiyası  yerinə  yetirir.  Buna  görə  də, 

beynəlxalq hüquq koordinasiya hüququ kimi tanmır.' 

Koordinasiya  funksiyasının  mahiyyəti  beynəlxalq  hüququn 

hamılıqla qəbul olunmuş bir sıra standartı nəzərdə tutmasından, bu yolla 

onun dövlətlərin davranışını (beynəlxalq fəaliyyətini) uzlaşdırmasmdan 

və əlaqələndirməsindən ibarətdir. Məsələn, beynəlxalq hüquq radiotezlik 

spektrindən istifadənin qaydalannı müəyyən edir ki, bu qaydalar elektron 

rabitədən istifadə zamanı qarşılıqlı maneəni aradan qaldınr. 

Beynəlxalq  hüququn  beynəlxalq  münasibətlərdə  koordinasiya 

funksiyasını yerinə yetirməsi sovet hüquq ədəbiyyatında göstərilmişdir.^ 

Özü  də  sovet  hüquq  ədəbiyyatı  həmin  funksiyanı  beynəlxalq  hüququn 

yeganə flmksiyası sayırdı. 

Beynəlxalq  hüququn  tənzimetmə  funksiyası  onun  geniş  mənada 

dövlətlərarası  münasibətləri  nizamlamasında  və  qaydaya  salmasında 

ifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki,  İ.İ.Lukaşuk  çox  düzgün  olaraq, 

dövlətlərarası  münasibətləri  tənzimetməni  beynəlxalq  hüququn  başlıca 

funksiyası hesab edir.^ 

Beynəlxalq hüququn tənzimetmə funksiyasını yerinə yetirməsi ona 

bir az əvvəldə verdiyimiz doktrinal (elmi) anlayışdan irəli gəlir. Belə ki, 

bu  anlayışa  görə,  beynəlxalq  hüquq  hakimiyyət  xarakterli  beynəlxalq 

münasibətləri,  əsasən  də  dövlətlər  arasında  yaranan  beynəlxalq 

münasibətləri tənzimləyir. 

1

 

Государство и право. М., 2006, № 4, с.72. 

2

 

Международное  право.  Учебник  /  Отв,  ред.  Г.И.Тункин.  М.,  1982,  с.  11; 

Василенко В.А. Основы теории международного права. Киев, 1988, с.120 

У0 


Ь.

 

3

 

Лукашук И;И. Международное право. Учебник. Общая часть. М. 1997. 

32 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə