I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

bərpa  edilməsində  ifadə  olunur.  Bir  qayda  olaraq,  qeyri-maddi 

(qeyri-əmiak)  hüquqlar  bərpa  olunur;  məsələn,  qanunsuz  işğala  son 

qoyulur,  qanunvericilik  aktı  ləğv  olunur  və  s.  Bımunla  yanaşı,  maddi 

restitusiya (bərpa olunma) da həyata keçirilə bilər. Söhbət, hər şeydən 

əvvəl, hər hansı maddi obyektin əvvəlki vəziyyətinin hüquq pozuntusu 

törədən dövlət tərəfindən bərpa edilməsindən gedir. Məsələn, dövlət öz 

təqsiri üzündən çirkləndirdiyi suyam keyfiyyətini bərpa edir; başqa bir 

misalda,  dövlət  digər  dövlətdən  qanunsuz  olaraq  ələ  keçirdiyi  əmlakı 

(məsələn, dəniz gəmisini və s.) onun özünə qaytanr. 

Beynəlxalq  hüququn  fünksiyalan  hüquq  doktrinasmda  (elmində) 

kifayət  dərəcədə  tədqiq  olunmayan  və  öyrənilməyən  məsələlərdən biri 

sayılır.  Ona  görə  də,  beynəlxalq  hüquq  barədə  yazan  alimlər  bu 

məsələnin hərtərəfli işıqlandınimasma lazımi diqqət yetirməlidirlər. 

1.2.2.

 

Beynəlxalq hüququn əhəmiyyəti 

Beynəlxalq  hüquq  böyük  əhəmi>

7

ətə  malik  olan  sosial  hadisədir. 



Belə ki, o, iqtisadi-sosial proseslərin qloballaşması dövründə beynəlxalq 

ictimai həyatda vacib rol oynayır. 

Dövlətlərin  fəaliyyət  göstərmələri,  eləcə  də  müasir  dövrdə  qlobal 

xarakter  alan  beynəlxalq münasibətlər  sisteminin  mövcud  ohnası  üçün 

sabit  beynəlxalq  qayda-qanun  lazımdır.  Sabit  beynəlxalq  qayda-qanun 

olmadan  nə  dövlətlər fəaliyyət  göstərə,  nə də  beynəlxalq  münasibətlər 

sistemi  mövcud  ola  bilər.  Bu,  prinsip  etibarilə,  aydın  və  məlum  olan 

məsələdir; bunu həm də, eyni zamanda, beynəlxalq münasibətlərin tarixi 

göstərir və təsdiq edir. Sabit beynəlxalq qayda-qanunun əsasmı isə məhz 

beynəlxalq hüquq təşkil edir; yalnız onun köməyi və vasitəsi ilə qaydaya 

salınmış və nizamlanmış sabit beynəlxalq birlik yaratmaq mümkündür. 

36 



Beynəlxalq hüququn rolu və əhəmiyyəti həm də bununla müəyyən 

olunur ki, o, əvvəllərdə qeyd etdiyimiz kimi, beynəlxalq  münasibətləri 

idarəetmə  sisteminin  vacib  elementidir.  Belə  ki,  beynəlxalq  hüququn 

sayəsində  təkcə  dövlətlərarası  əlaqələr  deyil,  bütövlükdə  beynəlxalq 

münasibətlər  idarə  olunur;  əks  təqdirdə  beynəlxalq  münasibətlər 

sistemsiz, xaotik və qarma-qanşıq xarakter daşıyardı. Məhz beynəlxalq 

hüququn əsasında beynəlxalq münasibətlər sistemli şəkildə idarə olunur. 

Kifayət  dərəcədə  əminliklə  deyə  bilərik  ki,  beynəlxalq  münasibətlərin, 

praktiki olaraq, bütün sahələrinin idarə olunmasında beynəlxalq hüququn 

rolu günbəgün artır. 

Beynəlxalq  hüquq  bir  dövlətin  başqa  dövlətə  təcavüz  etməsini, 

işğalçı  müharibələr  apanimasım  və  dövlətlərarası  mübahisələrin  zorla 

həll  olunmasım  qadağan  edir;  o,  belə  hərəkətləri  sülh  və  bəşəriyyətin 

təhlükəsizliyi əleyhinə törədilən cinayət hesab edir. Hərbi münaqişələr, 

beynəlxalq  terrorizmlə  mübarizə,  ətraf  mühitin  qorunması,  Dünya 

okeanmın  zəngin  resurslannm  mənimsənilməsi,  kosmik  fəzadan  dinc 

məqsədlər üçün istifadə olunması, nüvə silahının yayılmasının qarşısının 

alınması və digər məsələlər beynəlxalq hüququn köməyi ilə həll olunur; 

həmin  məsələlər,  qeyd  etməliyik  ki,  beynəlxalq  hüququn  tənzimetmə 

obyektinə  daxildir.  Beynəlxalq  hüququn  vasitəsi  ilə  dənizdən  və  hava 

məkanından istifadə, beynəlxalq turizm, insan hüquqlarmm beynəlxalq 

müdafiəsi, 

beynəlxalq 

telekommunikasiyalar, 

iqtisadi-təsərrüfat 

əhəmiyyətli yüklərin və poçtun xaricə daşınması, beynəlxalq nəqliyyata 

fəaliyyəti, cinayətkarlıqla beynəlxalq mübarizə və digər vacib məsələlər 

tənzimlənir.' 

Beynəlxalq  hüquq,  istisnasız  olaraq,  bütün  dövlətlərin  suveren 

hüquqlanm qoruyur; bu hüquqlar pozulduqda isə beynəlxalq hüquq onlan 

müdafiə və bərpa edir. 

Beynəlxalq  hüquq  hər  bir  ölkənin  dövlət  suverenliyini  qoruyur. 

Təsadüfi deyil ki, o, suverenliyin mühafizə vasitəsi hesab edilir. 

1 Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı, 2000, s.5. 

37 



Buna görə də, beynəlxalq hüququn sayəsində hər bir ölkə dünyada özünü 

təhlükəsiz hesab edir. 

Beynəlxalq  hüquqla  hər  bir  dövlətin  qanuni  hüquq  və  maraqlan 

müdafiə  olunur.  İstənilən  dövlət  başqa  dövlətlərlə  qarşılıqlı 

münasibətlərini vahid beynəlxalq birlik çərçivəsində inkişaf etdirir. Buna 

görə  də,  beynəlxalq  hüquq  yalnız  ayn-ayrı  dövlətlərin  deyil,  həm  də 

bütövlükdə beynəlxalq birliyin mənafelərini müdafiə edir, qoruyur. 

Beynəlxalq  hüquq  gələcək  nəsilləri  müharibə  təhlükəsindən  xilas 

etmək məqsədinə xidmət edir; bu məqsədə çatmaq üçün onun öhdəsində 

və  sərəncamında  kifayət  dərəcədə  beynəlxalq-  hüquqi  vasitələr  vardır. 

Beynəlxalq hüquq əsasında dünyada sülh möhkəmləndirilir, beynəlxalq 

təhlükəsizlik təmin olunur və ayrı- ayn sahələrdə beynəlxalq əməkdaşlıq 

inkişaf  edir.  Təsadüfi  deyil  ki,  bunlar  beynəlxalq  hüququn  əsas 

məqsədləri sayılır. 

Beynəlxalq  hüquq  sosial  proqresə  və  dünya  xalqlarınm  həyat 

səviyyəsinin  yaxşılaşdınimasına  kömək  edir.  Beynəlxalq  hüquq 

vasitəsilə dövlətlər arasında dostluq münasibətləri onlann sosial, siyasi 

və  iqtisadi  sistemindən,  habelə  inkişaf  səviyyəsindən  asılı  olmayaraq 

inkişaf edir. 

Beynəlxalq 

hüquq 

təkcə 


dövlətlərarası 

münasibətlərin 

tənzimlənməsinə  həsr  olunan  normalardan  ibarət  deyildir;  o,  həm  də 

dövlətlərin ümumi mənafelərinə uyğnn olaraq, digər subyektlərin status 

və  fəaliyyətinə  aid  olan  normalar  nəzərdə  tutur.  Qeyd  etməliyik  ki, 

beynəlxalq hüquqda elə normalar vardır ki, həmin normalar insan hüquq 

və  azadhqlanna  toxunur.  Unutmaq  olmaz  ki,  beynəlxalq  münasibətlər 

yalnız bütövlükdə cəmi)ryətin ictimai həyatına deyil, həm də cəmiyyətin 

hər  bir  üzvünə  təsir  göstərir;  həmin  münasibətlər  isə  bu  və  ya  digər 

formada beynəlxalq hüquqla tənzimlənir. 

Beynəlxalq  hüquq  imkan  verir  ki,  hər  bir  xalq  öz  inkişaf  yolunu 

seçsin, iqtisadi, siyasi və hərbi təhlükəsizliyini təmin etsin; o, istənilən 

dövlətin  milli  mənafelərinə,  ümumiyyətlə,  bütövlükdə  bəşəriyyətin 

maraqlanna cavab verən hüquq kimi tanmır. 

38 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə