I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

Beynəlxalq hüququn sistemi üçün bir neçə əlamət səciyyəvidir; məhz 

bu  əlamətlər  beynəlxalq  hüququn  sistemini  xarakterizə  etməyə  imkan 

verir. 

Birinci,  beynəlxalq  hüququn  sistemi  obyektiv  olaraq  mövcud  olan 



sosial-hüquqi hadisədir və  buna görə də, o, obyektivliyi ilə xarakterizə 

olunur.  Bu  o  deməkdir  ki,  beynəlxalq  hüququn  sistemi  ayn-ayrı  fiziki 

şəxslərin  subyektiv  mülahizəsi,  şəxsi  istəyi,  fərdi  düşüncəsi  və  şüuru 

əsasında formalaşmır. Əksinə, beynəlxalq hüququn sistemi real surətdə 

mövcud  olan  gerçək  dövlətlərarası  beynəlxalq  münasibətlər  sistemi  ilə 

müəyyən  olunur  və  şərtlənir.  Belə  ki,  məhz  həmin  sistemin  obyektiv 

qanunauyğunluqlan  əsasında  və  təsiri  altında  beynəlxalq  hüququn 

sistemi  yaranır.  Buna  görə  də,  beynəlxalq  hüququn  sistemi  obyektiv 

əsasa  və  təmələ  malikdir.  Bunu  nəzərə  alaraq,  bir  sıra  müəllif  düzgün 

olaraq göstərir ki, beynəlxalq hüququn sistemi obyektiv xarakter daşıyır.' 

Beynəlxalq  hüququn  sistemi  mürəkkəb  xarakterli  elə  bir  sosial- 

hüquqi  hadisədir  ki,  bu  hadisə  obyektiv  qanunauyğımluqlan  normativ 

formada ifadə edir. Hüquq sisteminin normativ forması, bir qayda olaraq, 

əsas və vacib sayılan konkret bir normativ hüquqi aktla müəyyən olunur. 

Ayrı-ayn  ölkələrin  hüquq  sistemində  belə  akt  qismində,  adətən, 

konstitusiya çıxış edir. Beynəlxalq hüququn sisteminin normativ forması 

isə  konstitusiya  ilə  müəyyənləşdirilmir.  Ona  görə  ki,  dövlətlərarası 

beynəlxalq  münasibətlər  sistemində  «konstitusiya»  kimi  hüquqi  akt 

mövcud  deyildir.  Hələ  indiyə  kimi  dövlətlərin  beynəlxalq  birliyi  üçün 

müvafiq konstitusiya qəbul edilməmişdir. 

İkinci,  beynəlxalq  hüququn  sistemi  vahid,  tam  və  bütöv  sosial- 

hüquqi  hadisədir.  Belə  ki,  beynəlxalq  hüquq  daxilən,  üzvi  cəhətdən 

vahid, tam və bütöv olması ilə xarakterizə olunur. Ona görə ki, o, bir-biri 

ilə  qarşılıqlı  dialektik  əlaqədə  və  vəhdətdə  olan  beynəlxalq  hüquq 

normalarından təşkil olunmuşdur. Təsadüfi deyil ki. 

Məsələn, bax: Курс международного права. Том 1. M., 1989, с.242. 

45 



beynəlxalq hüququn sistemi üçün beynəlxalq hüquq normalannın vəhdəti 

və  qarşılıqlı əlaqəsi  xarakterikdir;  həmin  normalar  eyni  təyinata  malik 

olub,  vahid  məqsədə,  yəni  dövlətlərarası  beynəlxalq  münasibətləri 

tənzimləmək məqsədinə xidmət edir. 

Üçüncü,  beynəlxalq  hüququn  sistemi  özündə  beynəlxalq  hüququn 

müxtəlif struktur elementlərini birləşdirən sosial-hüquqi hadisədir. Belə 

ki, beynəlxalq hüququn sistemi belə bir suala cavab verir: tam və bütöv 

olan beynəlxalq hüquq  hansı struktur elementlərdən təşkil olunmuşdur 

və bu elementlər arasında qarşılıqlı əlaqə necədir? 

Beynəlxalq  hüququn  struktur  elementləri  dedikdə,  onun  daxili 

qumluşuna  aid  olan  tərkib  hissələri  başa  düşülür.  Həmin  elementlər 

bunlardan ibarətdir: 

-

 

hüquq sahəsi; 



-

 

hüquq yarımsahəsi; 



-

 

hüquq institutu



-

 

beynəlxalq hüquq normaları. 



Beynəlxalq  hüquq  müstəqil  hüquq  sahələrinə,  hüquq  sahələri 

yanmsahələrə,  yanmsahələr  institutlara,  institutlar  isə,  öz  növbəsində, 

beynəlxalq hüquq normalanna bölünür. Buna görə də, beynəlxalq hüquq 

ayn-ayn  sahələrdən,  yanmsahələrdən,  hüquq  mstitutlanndan  və  hüquq 

normalanndan təşkil olunmuşdur. 

Beynəlxalq  hüququn  struktur  elementləri  onun  ayrılmaz  tərkib 

hissəsidir.  Beynəlxalq  hüquqla  onun  struktur  elementləri  arasındakı 

münasibət  fəlsəfi  planda  «tam»  və  onun  «hissələri»  arasındakı  əlaqə 

kimidir.  Fəlsəfi  nöqteyi-nəzərdən  «tam»ı  onu  təşkil  edən  «struktur 

element»lərsiz  təsəvvür  etmək  qeyri-mümkündür;  ayrı-  ayn  «struktur 

element»lər  də,  öz  növbəsində,  «tam»sız  öz  funksiyasını  müstəqil 

surətdə yerinə yetirə bilməz. 

Beynəlxalq  hüquq  norması  beynəlxalq  hüquq  sisteminin  ilkin 

struktur  elementi  sayılır;  onlar  eyninövlü  dövlətlərarası  beynəlxalq 

münasibətləri tənzimləyir. Eyninövlü münasibətləri tənzimləyən 

46 



beynəlxalq  hüquq  normalan  birləşərək  hüquq  institutlanm,  hüquq 

institutlan  birləşərək  yarımsahələri,  yanmsahələr  birləşərək  hüquq 

sahələrini formalaşdırır. 

Beynəlxalq  hüququn  sistemi  onun  bir-biri  ilə  daxilən  qarşılıqlı 

əlaqədə  olan  struktur  elementlərinin  bütövlüyü  deməkdir;  obyektiv 

xarakter daşıyan bu bütövlüyün əsasında beynəlxalq hüquq normalarının 

nizamla  və  qaydaya  salınmış  halda  düzlənməsi,  başqa  sözlə,  onlann 

sistemli  şəkildə  yerləşməsi  durur.  Beynəlxalq  hüquq  normalarının 

sistemli şəkildə yerləşməsinin isə, ilk növbədə, nəzəri əhəmiyyəti vardır. 

Sistemli 

şəkildə 

yerləşmənin 

həm 

də 


beynəlxalq 

hüquq 


normayaradıcılığı,  habelə  hüquqtətbiqetmə  prosesi  üçün  praktiki 

əhəmiyyəti  vardır.  Belə  ki,  əgər  beynəlxalq  hüquq  normalan  müəyyən 

sistem üzrə yerləşərsə, praktikada tətbiq edilməli olan nonnalan seçmək 

və  müəyyənləşdirmək,  təbii  ki,  asandır.  Əksinə,  beynəlxalq  hüquq 

normalan  xaotik  halda  yerləşərsə,  onda  tətbiq  edilməli  olan  normaları 

müəyyənləşdirmək son dərəcə çətinlik yaradacaqdır. 

«Beynəlxalq  hüququn  sistemi»  anlayışını  «beynəlxalq  hüquq 

müstəqil  hüquq  sistemi  kimi»  anlayışı  ilə  qanşdırmaq  olmaz;  on-  lan 

bir-brindən  fərqləndirmək  lazımdır.  Belə  ki,  birinci  halda  söhbət 

beynəlxalq  hüquq  normalannm  sistemli  şəkildə  yerləşməsindən,  ikinci 

halda isə dünyada mövcud olan iki müstəqil hüquq sisteminin birindən, 

yəni  beynəlxalq  hüquqdan  gedir.  Əvvəllərdə  qeyd  etdiyimiz  kimi, 

beynəlxalq  hüquq  müxtəlif  ölkələrin  daxili  (milli)  hüquq  sistemləri  ilə 

paralel olaraq, mövcud olan müstəqil hüquq sistemidir. 

Beynəlxalq  hüququn  sistemi  daim  inkişafda  olması  ilə  xarakterizə 

edilir.  Belə  ki,  dövlətlərarası  münasibətlər,  yəni  beynəlxalq  hüququn 

nizamasalma  predmetinə  daxil  olan  beynəlxalq  əlaqələr  genişləndikcə, 

beynəlxalq  hüququn  sistemi  də  inkişaf  edir.  Məlum  məsələdir  ki, 

dövlətlərarası münasibətlərin inkişafı beynəlxalq hüququn sisteminə təsir 

göstərməyə bilməz. Buna görə də beynəlxalq hüququn sisteminin inkişafi 

dövlətlərarası  münasibətlərin  inkişafından  asılıdır.  Bu  səbəbdən 

beynəlxalq hüququn bu gün 



47 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə