I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

mövcud  olan  sistemi  dövlətlərarası  beynəlxalq  münasibətlərin 

uzunmüddətli  tarixi  inkişaf  prosesində  fonnalaşmışdır;  həmin 

münasibətlərin  hər  bir  tarixi  inkişaf  mərhələsi  beynəlxalq  hüququn 

sisteminə  öz  təsirini  göstərmişdir.  Xüsusən  də  BMT  Nizamnaməsinin 

qəbul  olunmasından  sonra  beynəlxalq  hüququn  yeni  sistemi 

formalaşmışdır. Belə ki, həmin sənəd qəbul olunana kimi XIX əsrdə və 

XX  əsrin  əvvəllərində  beynəlxalq  hüquq,  ənənəvi  olaraq,  aşağıdakı 

sahələrə bölünürdü: sülh hüququna, müharibə və ney- tralitet hüququna, 

səfirlik  və  konsulluq  hüququna.  BMT-nin  Nizamnaməsi  qəbul 

olunduqdan  sonra  isə  bu  kimi  ənənəvi  bölgüdən  imtina  olundu, 

beynəlxalq hüququn yeni struktur elementləri, xüsusilə də yeni sahələri 

yaranmağa başladı. 

Bu  gün  beynəlxalq  hüququn  sisteminin  qəti  surətdə  formalaşması 

barədə  birmənalı  fikir  söyləmək  olmaz.  Belə  ki,  beynəlxalq  hüquqim 

sisteminin formalaşması prosesi hələ başa çatmamışdır və indi də davam 

edir.  Bu  onunla  izah  edilir  ki,  beynəlxalq  hüququn  özü  qanunauyğun 

proses  kimi  inkişaf  edir  və  bu  prosesin  dayan-  dmlması 

qeyri-mümkündür.  Beynəlxalq  hüququn  sistemi  qurularkən  məhz 

beynəlxalq hüququn inkişafı nəzərə alınır.' 

L3.2. Beynəlxalq hüququn ümumi hissəsi 

Beynəlxalq  hüququn  ibarət  olduğu  və  onu  təşkil  edən  beynəlxalq 

hüquq  normaları  xarakter  baxımından,  məzmun  cəhətdən,  eləcə  də 

əhəmiyyət nöqteyi-nəzərindən eyni deyildir. Belə ki, beynəlxalq hüquq 

normaları arasında elələri (məsələn, beynəlxalq hüququn subyektlərinə 

aid olan normalar, beynəlxalq-hüquqi məsuliyyət barədə normalar və s.) 

vardır ki, onlar beynəlxalq hüququn nizamasalma predmetinə daxil olan 

bütün münasibətləri və ya həmin 



1

 

Левин Д.Б. Актуальные проблемы теории международного права. М., 

'1974,0.79. 

48 



münasibətlərin  əksəriyyətini  tənzimləmək  xüsusiyyətinə  malikdir.  Ona 

görə  ki,  beynəlxalq  hüququn  nizamasalma  predmetini  təşkil  edən 

münasibətlər eynicinslidir. Beynəlxalq hüquq normalan arasında həm də 

elələri  vardır  ki,  onlar  beynəlxalq  hüququn  nizamasalma  predmetinə 

daxil  olan  münasibətlərin  yalnız  ayn-ayn  növlərini  (məsələn, 

dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətləri,  diplomatiya  və 

konsulluq  münasibətlərini,  dövlətlərarası  ekologiya  münasibətlərini  və 

s.)  tənzimləmək  məqsədinə  xidmət  edir.  Bu  baxımdan,  beynəlxalq 

hüququ  iki  hissəyə  bölmək  məqsədəuyğundur  (necə  ki,  dövlətdaxili 

hüququn ayn-ayn müstəqil sahələri, məsələn, maliyyə, inzibati, cinayət, 

mülki və digər hüquq sahələri də bölünür): 

-

 



ümumi hissə; 

-

 



xüsusi hissə. 

Beynəlxalq hüququn ümumi hissəsi dedikdə istənilən dövlətlərarası 

beynəlxalq  münasibət  tənzimlənərkən  tətbiq  oluna  bilən  beynəlxalq 

hüquq  normalarının  sistemi  başa  düşülür;  beynəlxalq  hüququn 

nizamasalma  predmetinə  daxil  olan  münasibətlərin  hamısına  «ümumi 

hissə»  normalarını  tətbiq  etmək  mümkündür.  Belə  ki,  beynəlxalq 

hüququn  ümumi  hissəsinə  aid  edilən  normalar  beynəlxalq  hüququn 

bütün  struktur  elementləri  (sahələri,  yanmsahələri  və  institutlan)  üçün 

ümumi əhəmiyyətə malikdir. 

Beynəlxalq  hüququn  ümumi  hissəsi  beynəlxalq  hüquq  insti- 

tutlanndan ibarətdir; onlar beynəlxalq hüquq üçün ümumi institut sayılır. 

Belə  ki,  beynəlxalq  hüququn  ümumi  hissəsinin  institutlan  bütövlükdə 

beynəlxalq-hüquqi tənzimetmə mexanizmi üçün əhəmiyyətlidir. Həmin 

institutlar bunlardan ibarətdir; 

-

 

beynəlxalq hüququn əsas prinsipləri institutu



-

 

beynəlxalq hüquq subyektliyi institutu



-

 

beynəlxalq-hüquqi məsuliyyət institutu; 



-

 

beynəlxalq mübahisələri dinc vasitələrlə həlletmə hüquq institutu 



və s. 

49 



Göstərilən  beynəlxalq  hüquq  institutlarının  elmi  (doktrinal) 

anlayışını  formula  etməmişdən  əvvəl  belə  bir  suala  cavab  verməyə 

çalışaq: beynəlxalq hüquq institutu dedikdə nə başa düşülür? 

Əvvəllərdə  göstərdiyimiz  kimi,  beynəlxalq  hüquq  institutu 

beynəlxalq hüququn struktur elementlərindən biridir; bir neçə beynəlxalq 

hüquq institutu birləşərək beynəlxalq hüququn daha böyük və iri struktur 

elementlərini  (məsələn,  beynəlxalq  hüququn  ümumi  hissəsini, 

beynəlxalq  hüququn  yanmsahəsini,  beynəlxalq  hüququn  sahələrini) 

əmələ  gətirir.  Beynəlxalq  hüquq  institutu  isə  özü  beynəlxalq  hüquq 

normalanndan ibarətdir; bu normalar bilavasitə deyil, məhz beynəlxalq 

hüquq  institutlan  vasitəsilə  beynəlxalq  hüququn  daha  böyük  və  iri 

struktur elementlərini forma- laşdınr. 

Beynəlxalq  hüquq  institutu  dedikdə  beynəlxalq  hüququn 

nizamasalma predmetinə daxil olan beynəlxalq münasibətlərin bu və ya 

digər  sahəsini  tənzimləyən  eyninövlü  hüquq  normalarının  qrupu 

(kompleksi)  başa  düşülür.  Beynəlxalq  hüququn  bu  struktur  elementi 

özündə beynəlxalq münasibətlərin müəyyən növünün yalnız bir hissəsini 

nizama  salan  hüquq  normalanm  birləşdirir.  Məsələn,  diplomatiya 

hüququ  kimi  beynəlxalq  hüquq  institutu  diplomatiya  münasibətlərini 

tənzimləyən  beynəlxalq  hüquq  normalarından  ibarətdir;  diplomatiya 

münasibətləri isə xarici əlaqələr üzrə beynəlxalq münasibətlərin (xarici 

əlaqələr üzrə münasibətlər beynəlxalq hüququn nizamasalma predmetinə 

daxil olan beynəlxalq münasibətlərin bir növüdür) yalnız bir hissəsidir. 

Beynəlxalq  hüququn  əsas  prinsipləri  institutu  dedikdə  beynəlxalq 

hüquq  normalarının  elə  qrupu  (kompleksi)  başa  düşülür  ki,  bu 

normalarda beynəlxalq hüququn əsas prinsipləri hüquqi cəhətdən təsbit 

olunur və formulə edilir; həmin normalar ümumi məzmuna malik olub 

bütövlükdə beynəlxalq hüquq üçün əsas ideyalar və rəhbər başlanğıclar 

müəyyənləşdirir.  Buna  görə  də,  onlar  beynəlxalq- 

hüquqi

  tənzimetmə 

mexanizmində vacib rol oynayır. 

Göstərilən beynəlxalq hüquq institutunun böyük əhəmiyyəti vardır. 

Belə ki, həmin institut beynəlxalq hüququn təməli və 

50 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə