Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları
№1(1) 2017
12
Orxan Qazi hakimiyyət başına keçdikdən sonra ən böyük arzu-
larından biri böyük iqtisadi və strateji əhəmiyyəti olan Konstantino-
polu tutmaq idi. Çünki bu şəhər əlverişli strateji coğrafi mövqeyi, dün-
ya ticarət yollarının üstündə yerləşməsi ilə diqqəti cəlb edirdi. 1331-ci
ildə Nikeya, 1337-ci ildə Nikomediyanın tutulması ilə Osmanlı sər-
hədləri artıq Konstantinopola qədər genişləndi. Lakin Orxan Qazi ar-
zusunu gerçəkləşdirə bilməmişdi [13, s.340-342].
1361-ci ildə Ədirnənin fəthi ilə Osmanlılar artıq Rumelidə güc-
ləndilər və Konstantinopola daha da yaxınlaşmışdılar. 1391 və 1394-
cü illərdə İldırım Bəyazid Konstantinopolu mühasirəyə alsa da, tam
olaraq istəyini gerçəkləşdirə bilməmişdi [8, s.113]. Son mühasirə
1400-cü ildə başlamış və 1402-ci ildə Teymur xanın Osmanlı torpaqla-
rına girməsi ilə nəticəsiz başa çatmışdı [9, s.22].
1422-ci ildə II Murad Konstantinopolu mühasirəyə almışdı. 4
aya qədər sürən bu mühasirədə hər cür döyüş və texniki imkanlardan
istifadə olunmuşdu. Lakin Bizans Anadoluda Osmanlıya qarşı ittifaq
qurduğuna görə, bu mühasirəni də dayandırmağa məcbur olmuşdular.
Uşaqlığından etibarən dövrün ən böyük alimlərindən mənəvi
tərbiyə alaraq dini və milli mədəniyyət və cahangirlik təsiri altında
böyüdülən şahzadə Mehmet, İstanbulu fəth etmək istəyirdi.Bu səbəb-
lə 19 yaşında ikən 1451-ci ildə 2-ci dəfə taxta çıxar-çıxmaz bu böyük
arzusunu gerçəkləşdirməyə çalışmışdı.
Hələ taxta çıxmazdan öncə eşitdiyi Hz.Peyğəmbərin bu sözlə-
rini həmişə xatırlayırdı: "Konstantinopol hökmən fəth ediləcəkdir.
Bu fəthi həyata keçirəcək hökmdar nə gözəl hökmdar və onun əsgər-
ləri nə gözəl əsgərlərdir" [14, s.41].
Nədən İstanbul bu qədər önəmli idi,nə üçün bütün sultanlar
Konstantinopolu özlərinin paytaxtına çevirməyə cəhd edirdilər? Bu-
nun bir çox səbəbləri var idi:
1) Konstantinopol boğazı və Bizans, Osmanlı torpaqlarından
Anadolu və Rumelini birləşdirməkdə bir əngəl idi. Konstantinopolun
ələ keçirilməsi 2 yerə ayrılan Osmanlı imperatorluğunu birləşdirirdi.
Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları
№1(1) 2017
13
2) Dünya ticarət yollarına nəzarəti ələ keçirmək əsas məqsəd-
lərdən biri idi. Konstantinopol da əlverişli ticarət yolları üzərində
yerləşirdi.
3) Bizans imperiyasına son qoymaq və yeganə imperatorluq
yaratmaq istəyi.
4) İslamı dünyaya yaymaq,qəza vəzifəsini həyata keçirmək,
müsəlmanlara himayəçi olmaq və onları xristianların əlindən xilas
etmək vəzifəsi.
Sultan Mehmet fəthdən əvvəl ilk olaraq planını verdiyi Rumeli
qalasının tikintisini əmr etmişdi.
1452-1453-cü ilin qışı Ədirnədə mühasirə hazırlıqları başlamış-
dı. Sultan əlinə İstanbul xəritəsini alaraq şəhərin ətrafındakı mövqe-
lərin şəkillərini çəkib topları və mühasirə alətlərini haraya qoyması
lazım olduğunu göstərdiyi kimi, lağım atılacaq məhəllələri də xəritə
üzərində işarə edirdi, xəndəklərin qazılma forması, nərdivanların
hansı tərəfə qoyulması planlarını göstərir və gecə-gündüz bu düşüncə
və planlarla məşğul olmuşdu.
Osmanlı ordusu 1453-cü ilin fevral ayında bütün hazırlıqlarını
tamamlayaraq ağır topçu qrupu ilə Ədirnədən yola çıxmışdı. 5 apreldə
İstanbul tərəfə gəlmişdi. Topqapıdan Ədirnəqapıya qədər olan mərkəzdə
Sultan və sədrəzəm Çandarlı Xəlil paşa, Yaldızqapıdan Topqapıya
qədər uzanan sağ cinahda Anadolu bəylərbəyi İshaq paşa və Mahmud
paşa, Ədirnəqapıdan Xaliçə qədər uzanan sol cinahda Rumeli bəylərbə-
yi Qaraca paşanın qoşunları yerləşmişdi. Vəzir Mahmud paşanı sultan
Mehmet Bizans imperatoru XI Konstantinin yanına göndərib sülh təklif
etmişdi. Lakin təklif rədd edildiyindən 6 aprel cümə günü Istanbula
hücum başlanmışdı [15, s.70].
12-17 aprel aralarında gedən döyüşlərdə Osmanlı piyada qo-
şunlarının İstanbul divarlarına yaxınlaşma cəhdləri heç bir nəticə
verməmişdi.
Şəhər Xaliç və Mərmərə tərəfdən güclü atəşə tutuldu. Konstan-
tinopol çıxılmaz vəziyyətdə idi. Mayın 23-də Sultan Mehmet impera-
torun yanına elçi göndərərək təslim olmalarını tələb etmişdi. Bizans
imperatoru xristianların köməyinə ümid edərək elçilərin tələblərinə
Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları
№1(1) 2017
14
cavab olaraq bildirmişdi: "Sultan Mehmet şəhərin təslimini deyil, an-
caq vergi istəyə bilər" [13, s.367-368].
Sultan Mehmed döyüşün gedişində əsaslı dönüş yaratmaq üçün
qəti addımlar atmışdı. Gəmiləri quru yolla Xaliçə keçirmişdi.
29 may 1453-cü ildə Sultan Mehmet sübh namazından sonra
"Allah, Allah!" nidaları altında "Ya cənnət, ya İstanbul" deyərək hü-
cuma keçmiş və Konstantinopol türk qoşunları tərəfindən alınmışdı.
54 gün davam edən və 18 aprel, 6, 12, 29 mayda edilən 4 böyük hü-
cumdan sonra Şərqi Roma imperatorluğunun 1125 illik paytaxtı olan
Konstantinopol fəth edilmişdi. Sultan Mehmet möhtəşəm bir ordu ilə
Topqapıdan İstanbula girmiş və xalq onları gül-çiçəklə qarşılamışdı
[20, s. 489-490].
Konstantinopolun adı dəyişilərək İstanbul oldu və o, Osmanlı
imperatorluğunun paytaxtına çevrildi. İlbər Ortaylıya görə, 1453-cü
ildən öncə də rumlar şəhərə "İstimboli", türklər isə "Stanpol" deyirdi.
Stanpol rumca 2 kəlimənin birləşməsindən yaranmışdır. Sözün kökü
"şəhərə"demək olan "stan" və "şəhər" mənasında olan "polis" kəlmə-
lərinin birləşməsindən yarandığını qeyd edirlər və mənası "şəhərə
doğru" deməkdir.
Osmanlı imperatorluğu zamanı şəhər "Konstantiniyyə", "Stan-
polis", "Dersaadet", "Asistane", "Darülhilafe" olaraq adlandırılmış və
Cümhuriyyət elan olunduqdan sonra "İstanbul"olaraq qəbul edildi
[5]. İstanbulun fəthi Osmanlıları həqiqətən 2 qitənin sultanı və 2 də-
nizin xaqanı etdi.Sultan Mehmet Qara və Egey dənizlərinin, Rumeli
və Anadolu bölgələrinin sahibi oldu.
İstanbul Fateh Sultan Mehmedin başlıca şəhəri oldu. Sarayla-
rın, məscidlərin, mədrəsələrin, bazarların ən böyüyü İstanbulda inşa
edildi.
Sultan Mehmet ilk öncə 1459-cu ildə şəhərin daha sonra Bəya-
zid deyiləcək səmtində bir saray tikdirmişdi. Bu "Eskisaray" adlanır-
dı. Daha sonra Topqapı sarayı tikilmişdir. Saray XIX əsrdən etibarən
Topqapı adlandırılmağa başlanmışdır. 1923-cü ildə Osmanlı imperi-
yasının süqutundan sonra, 1 aprel 1924-cü ildə verilmiş hökümət fər-
manı ilə saray imperiya dövrü muzeyi elan edilmişdir. Osmanlı im-
Dostları ilə paylaş: |