58
yonulmuş daş, içəridən isə bişmiş
kərpiclə tikilmişdir. Türbənin portalı
şərq tərəfdəndir. Portalın mərkə‑
zində çatma tağla tamamlanan girişi
olmuşdur. Çatma tağın kənarları
divara bitişik sütun formasında de‑
korativ bişmiş kərpiclə işlənmişdir.
Portalın hər iki tərəfindəki pannolar
dekorativ bişmiş kərpic və fayans
kaşıdan ibarət həndəsi ornamen‑
tlərlə bəzədilmiş, kənarları isə biş‑
miş kərpiclə relyefik düzülüşdə iş‑
lənmişdir. Analoji ornamentlərə
Marağadakı Kabud günbəzində
(1196‑1197), Termez hakimlərinin
sarayında (XII əsr) və Buxaradakı
Bayan Qulu xan türbəsində (XIV
əsr) rast gəlinir.
Türbənin daxili iki qatdan iba‑
rətdir. Alt qat ‑ yəni sərdabə ortasında dayaq sütunu olan tağ formasındadır.
Marağadakı Qırmızı künbəzin (1148‑ci il) və Naxçı van dakı Möminə xatun
(1187) türbəsi nin sərdabələri eynilə bu qu ru luş dadır. Üst qat isə ziyarətgah ol‑
muşdur. Maraqlıdır ki, 2 saylı türbə təkcə memorial abidə deyil, həm də kult
xarakteri daşımışdır. Bunu üst qatın daxildən zəngin ornamentlərlə bəzədilməsi
də göstərir. Türbənin təmizlənməsi zamanı üzərində «Məhəmməd», «Bəkr»,
«Əli» yazılmış dörd və altı bucaqlı dekorativ kərpiclər tapılmışdır.
Türbənin kimlərə məxsus olmasını hələlik müəyyən etmək mümkün ol‑
mamışdır. Lakin əldə olunan arxeoloji materiallar bu türbələrdə səlcuqlar və
hülakülər dövründə məşhur dövlət adamlarının, onların qohumlarının dəfn
olunduğunu söyləməyə əsas verir.
Sərdabə və onun ətrafında aparılmış arxeoloji tədqiqat işləri nəticəsində
buradan qoz ağacından düzəldilmiş tabut qalıqları, ölülərin üstündə olmuş
geyimlərin hissələri, tabutların içərisinə salınmış üstünə çəkilmiş örtüklərdən
parçalar, tabutların bərkidildiyi dəmir cəftələr və bir ədəd qara şəvədən hazır‑
lanmış oturmuş vəziyyətdə meymun fiquru aşkar edilmişdir. Sərdabədən
sarışın qadına məxsus hörüyün və qadın paltarlarına aid hissələrin tapılması
51
51
59
və antropoloq rəyinə görə, burada
kişilərlə bərabər qadınların da dəfn
olunduğunu göstərdi. Qoftaya oxşar
paltarın üzərində isə kəmər izi açıq‑
aydın izlənir (şəkil 54).
1927‑ci ildə Tiflisdəki Qafqaz
muzeyinə Xaraba‑Gilandan üzərində
kitabə olan iki ədəd ağ mərmərdən
qəbir daşı aparılmışdır.
1979‑cu ildə dəfinə axtaranlar
tərəfindən dağıdılmış sərdabədə ayaqlı taxta tabutlarda geyimləri, silahları və
bəzəkləri ilə birlikdə dəfn olunmuş və mümiyalanmış səkkiz ölü aşkar edilmişdir
ki, bunların da ikisi dəfndən qabaq öldürülmüş qadınlara məxsus idi. Skeletləri
tədqiq edən antropoloq R.Qasımova onların avropoid, neqroid və monqoloid
irqlərinə mənsub olduqlarını müəyyən etmişdi. Beləliklə, sərdabədə hansısa
bir dövlət başçısının və ya sərkərdənin dəfn olunduğuna şübhə yoxdur. Ehtimal
ki, bu Hülakü hökmdarlarından biri olmuşdur. Çünki, qədim dəfn adəti islamı
qəbul etməmiş (və ya etmiş) monqol əsilzadələrində XIV əsrin əvvəllərinə
qədər qalmışdı. Tarixi məlumatlara görə Hülakü xan 1265‑ci ilin fevral ayında
öldüyü zaman monqol adətinə görə, onunla birlikdə qəbirə gənc, gözəl qızlar
da qoyul muşdu.
Naxçıvan memarlıq məktəbinin inciləri olan memorial abidələr öz
konstruktiv həllinə, memarlıq üslubuna, ornamentlərinin mürəkkəbliyinə və
zənginliyinə görə Azərbaycan və dünya memarlığında xüsusi yer tutur. Bu
məktəbin təsiri təkcə Azərbaycanda deyil, Yaxın Şərqin bir çox şəhərlərində
özünü göstərmişdir.
Xaraba‑Gilanın ictimai tikililəri içərisində II və III məhəllələr arasındakı
çökəklikdə yerləşən karvansaranı xü susilə qeyd etmək olar. Karvan saradan
şərq tərəfdə şəhər hamamlarından biri aşkar edilmişdir. Burada kənarları
oyma üsulu ilə naxışlanmış daş vannalar və dağ daşları və əhəngkövrə ilə
işlənmiş su çəni vardır.
Karvansara kompleksinin funda menti qaya üzərində işlənmişdir. Bər ‑
kidici kimi gildən istifadə olunmuşdur. Qapı və pəncərə başları bişmiş kərpic ‑
lərlə çatma tağ formasında işlənmişdir. Karvansaranın divarları 3 m hündürlüyə
qədər daşla, sonra isə çiy kərpiclərlə (27 x 27 x 8 sm) işlənmiş, saman qarışıq
52
52
60
gillə suvandıqdan sonra əhənglə ağar‑
dılmışdır. Divarların eni 60 sm‑dən 2 m‑
ə qədərdir.
Türbələrdə, hamamlarda, müdafiə
divarlarında və şəhərin başqa iri həcmli
tikililərində olduğu kimi, burada da özü‑
lün yuxarı divarlara nisbətən bir neçə
dəfə enli götürülməsi üsulundan istifadə
olunmuşdur. Karvansara kompleksi ya‑
taq, məişət və təsərrüfat otaqlarından,
anbarlardan, tövlə və həyət dən ibarətdir.
Kompleksin otaqlarının hamısı dördbu‑
caqlı plandadır. Yataq otaqlarının xarak‑
terik cəhətləri bu otaqlarda küfləsiz
təndir, buxarı və otağın bir tərəfində
dördbucaqlı planda tikilmiş safanın ol‑
masıdır.
Məişət otaqları həm bir‑birilə əla‑
qəlidir, həm də onlardan təsərrüfat otaq‑
larına keçid vardır. Yataq və məişət otaq‑
larının pəncərə və qapı yanları, karnizləri
əhəngdən tökmə üsulu ilə, müxtəlif for‑
malarda hazırlanmış həndəsi və nəbati
ornamentlərlə, ərəb əlifbası ilə yazılmış
dualarla bəzədilmişdi.
Xaraba‑Gilanda aşkar edilmiş XII‑
XIII əsrlərə aid karvansara kompleksi
öz mürəkkəb planına və konstruktiv həl‑
linə görə Azərbaycanın orta əsrlər şəhər
tipli karvansaralarının ən yaxşı nümunələrindən biri hesab edilə bilər.
Xaraba‑Gilan bütün Naxçıvan ərazisi də daxil olmaqla yüksək seysmik
zona hesab olunur. Bunu yaxşı bilən yerli ustalar daş və kərpic tikililərdə
müxtəlif antiseysmik üsullardan istifadə etmişlər:
a) bir çox tikililərdə antiseysmik fundamentlərə rast gəlirik (1 saylı
53
53
Dostları ilə paylaş: |