İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

88
örtülməsi ilə əlaqədardır. Belə ki, giriş yolu
nə  qədər dar olsa qəbir kamerasının sal
daşla qapanması bir o qədər asan olur. Qə‑
birin şımal, şərq və cənub divarlarının aşağı
cərgələri iri həcmli qalın daşlarla, üst cərgələri
isə orta həcmli daşlarla işlənmişdir. Bərkidici
maddə kimi palçıqdan istifadə olunmuşdur. 
Bu qəbir orta yaşlı insana məxsusdur. Ölü qəbirə sol yanı üstə, arxası
qəbirin şimal divarına söykənmiş halda, yarımbükülü vəziyyətdə qoyulmuşdur.
Onun qulaqlarında 32 ədəd xırda ağ muncuqlardan və bir ədəd balıqqulağından
ibarət sırğaları olmuşdu. Sağ qulağındakı  sırğa müxtəlif təsirlərdən dağılsa
da, sol qulağındakı sırğa qəbirin döşəməsi ilə kəllə sümüyü arasında sıxılaraq
qaldığından ilkin vəziyyətini saxlamışdı. Boynunda iki boyunbağısı olmuşdu.
Ölü qəbirə  şərq tərəfdən qoyulduğundan boyunbağılar sıxılaraq çənəsinin
altına yığılmış vəziyyətdə idi. Boynunun arxa tərəfində, boyunbağıların üstündə
yundan toxunmuş paltarın qalın boyunluğu aşkar edildi. Paltar 0,3 mm qalın‑
lığında sadə toxunuşlu üst geyiminə
aiddir. 
Ölünün sol əlində  ağacdan sapı
olan dörd çıxıntılı tunc toppuz, ayağına
yaxın bir ədəd qolbağa oxşar tunc həlqə
və tuncdan tökmə üsulu ilə hazırlanmış
bir  ədəd xəncər aşkar edildi. Onun
dəstəyi boru formasında olub, üçbucaq
kəsmələrlə şəbəkələnmişdir. Ortasında
deşiyi vardır. Xəncərin dəstəyindən ti‑
yəsinə keçid 0,7‑0,8 mm enində düz
relyefik formadadır. Tiyəsi orta hissədə
qalınlaşır. Bu tip xəncərlərə Kolanı nek‑
ropolunda
[Baxşəliyev V.2004,şək.20,2]
, Gə‑
dəbəy kurqanlarında rast gəlinir 
[Avşa‐
rova İ., 2007 şək. 59,60,66]
.
Maraqlı tapıntılarından biri də içə‑
risində dəvəgözü və çaxmaq daşların‑
dan hazırlanmış on ədəd ox ucluğu
olan ox qabıdır. Ox qabının uzunluğu
84
84
85
85


89
60, eni 13, qalınlığı isə  6‑7 sm‑dir. Nazık ağac təbəqəsindən hazırlanaraq
üzərinə dəri çəkilmişdir. Üzəri aşağıdan və yuxarıdan ox qabını 0,8 sm enində
haşiyələyən tuncdan hazırlanmış nazik təbəqə, bunlara şaquli istiqamətdə üç
cərgə, diametri 1,0 sm, qalınlığı 0,1 sm olan ortası qabarıq piləklərlə bəzədilmişdir.
Ox qabının ox ucluqları  aşkar edilmiş yuxarı  tərəfində toppuz və  xəncərdə
olduğu kimi yumşaq ağac çürüntüləri qalmışdır. Buradan şar gövdəli, düz
oturacaqlı küp, qara və qırmızı boyalı qablar aşkar edildi. Qəbirin cənub‑qərb
küncündə başı  şimal istiqamətində, sağ yanı üstə qoyulmuş dağ keçisinin
skeleti aşkar edildi. Skelet təmizlənərkən döş qəfəsində bir ədəd dəvəgözü da‑
şından hazırlanmış ox ucluğu tapıldı ki, bu da heyvanın qəbirə qoyulmaq
üçün dəfn ərəfəsində ovlandığını göstərir. 
Bu qəbirdə müşahidə etdiyimiz dəfn adətinin bir sıra maraqlı cəhətlərini
xüsusi qeyd etməyi lazım bilirik. Skeletin və avadanlığın kamerada necə yer‑
ləşməsinin təsvirindən aydın olur ki, qəbirin şımal‑şərq küncündə boş yer qal‑
masına baxmayaraq avadanlıq ölünün qarşı  tərəfində çox sıx düzülmüş  və
bəzən də bir‑birinin üstünə qoyulmuşdur. Materialların bəziləri (xəncər və ox
qabı) öz yerində deyildir. Dəfn zamanı ya tələsikliyə yol verilmiş, ya da
silahların öz yerində olmasının dəfn edənlər üçün elə də mühüm əhəmiyyəti
olmamışdır.
Ümumiyyətlə, Plovdağ nekropolu üçün o qədər də xarakterik olmayan
göbələkvari qulpu və ya bəzəyi olan qab da bu qəbirdə  aşkar edilmişdir.
Cənubi Qafqazın digər abidələrindən 
[Кесаманлы Г. П., 1976, c.65]
fərqli olaraq qə‑
birdəki qabın göbələyə oxşar bəzəyi qabın birbaşa ağız hissəsinə yapışdırıl‑
mışdır.
18 saylı qəbirin qurbangahı kurqanın kromlexinə şərq tərəfdən bitişik iş‑
lənmişdir. Oval planda olub, diametri 2,2 ‑ 2,7 m‑dir. Qurbangah qəbirdən
86
86


90
hündürdə yerləşir. Yanları 4‑5 cərgə dağ daşları ilə hörülmüşdür. Qurbangahın
dağın yamacına tərəf olan şərq hissəsi qismən dağıntıya məruz qalmışdır.
Üstü təmizlənərkən saxsı qab fraqmentləri və daş alətlər aşkar edildi. Yer
səthindən 70‑75 sm dərinlikdə kameranın örtük daşları göründü. Örtük daşları
şərq və  qərb tərəfdə salamat qalmış, ortadakı örtük daşı götürülmüşdür.
Salamat qalan daşlar da nizamsız düzülmüşdür. Qurbangahın yalnız kurqana
tərəf olan örtük daşı yerində idi. Qurbangahın kamerası uzunsov altıbucaqlı
formasındadır. Qurbangahın içəridən şimal və cənub divarlarına iri həcmli sal
daşlar maili vəziyyətdə elə qoyulmuşdur ki, ka mera yuxarıya doğru genişlənir.
Qəbir qarət olunmuşdur. Qurbangahın cənub divarı yanında qara rəngli, cila‑
lanmış, sıxılmış şar gövdəli, düz oturacaqlı bir qab tapıldı. Şimal‑şərq kücündə,
örtük daşının altında qırmızı gilli, şar göv dəli, düz oturacaqlı, enli lentvari
ağzı olan küp aşkar edildi. Küpün otura cağında 1,0 sm diametrində deşik açıl ‑
mışdır. Ümumiyyətlə, bu küplər Plov dağ nekropolunda hələlik aşkar edilmiş
ən iri həcmli qablardır. Analoji formalı, lakin qara rəngli qablara Çalipiraqorebi
qəbirlərində rast gəlinir 
[Абрамишвили Р. М. и др., 1995, c.56‐58]

87
87


91
25 saylı kurqan təpəciyi 45‑50 sm
hündürlüyündə salamat qalmışdır. Dia‑
metri 4,2‑4,6 m‑dir. Onun kromlexi iki‑
üç cərgə müxtəlif ölçülü dağ daşları ilə
işlənmişdir. Qəbir təqribən kromlexin
ortasında yerləşir. Üstü daş plitələrlə
örtülmüşdür. Qəbirin kamerası dörd‑
bucaqlı planda olub, müxtəlif ölçülü
daşlarla bir qədər səliqəsiz işlənmişdir.
Belə ki, bəzi daşların ucu qəbirin içəri‑
sinə çıxmışdır. Şərq divarının şimal tə‑
rəfinə, bir sal daş dikinə, örtük daşının
altına elə qoyulmuşdur ki, bura xeyli
daralmışdır. Qapı yeri iki ədəd daş plitə
ilə örtülmüşdür. Bu daş plitələrdən bi‑
rinin kənarı qəbirin örtük daşlarından
26‑28 sm hündürə qalxır. Beləliklə, bu
qəbirdə də baş daşı qoymaq prinsipinə
əməl edilmişdir. Qəbirdə başı şərq isti‑
qamətində, sol yanı üstə, yarımbükülü
vəziyyətdə dəfn olmuşdur. Onun boynunda əqiq, pasta və başqa minerallardan
hazırlanmış muncuqlardan düzülmüş boyunbağı və kəllə sümüyü qarşısında,
cənub divarına bitişik iki ədəd qara rəngli, cilalanmış gil qab aşkar edildi.
Bu qablar ilk Tunc dövrü keramikasının ənənələrini 
[Aşurov S., 2002., s.43‐63]
həm forma, həm naxışlanma, həm də bişirilmə keyfiyyətinə görə qoruyub sax‑
lamışdır. Beləliklə, ilk Tunc dövrü gil qablarının əksər xüsusiyyətlərinin orta
Tunc dövrünün ortalarına qədər davam etdiyi aydın görünür. 
Qəbirin şərqində, onunla qurbangah arasında dördbucaqlı planda dromosu
vardır. Qurbangah şərq tərəfdən kromlexə bitişik işlənmişdir. Dördbucaqlı
plandadır. Ehtimal ki, dromosdan həm qəbirə, həm də qurbangaha giriş
olmuşdur. Bu dəfn prosesinin son mərhələsini az vaxt içərisində başa çatdırmağa
imkan vermişdir. Qurbangahdan dörd ədəd gil qab aşkar edildi. Bunlardan
biri qara rəngli, cilalanmış, üçü isə çəhrayı gilli, boru formasında lüləsi olan
qabdır. Lüləli qabların üzərində tünd qımızı boya ilə, iti ucları qabın boğazına
tərəf olan həndəsi naxış izləri vardır. Sanki naxışları sonradan qaşıyıb pozmağa
çalışmışlar. Qəbirlərdə aşkar edilmiş maddi‑mədəniyyət nümunələri, eləcə də
qəbirin forma və ölçüləri mərhumun sosial vəziyyətini xarakterizə etməyə
88
88


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə