İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

49
də bir çox müsəlman xalqlara bu əfsanə Qurani‑Kərim vasitəsilə  məlum
olmuşdur. Lakin yuxarıda gördüyünüz kimi əfsanənin Naxçıvan variantı Qu‑
rani‑Kərimdə olan variantdan köklü surətdə fərqlənir və dəqiq lokal xüsusiyyətlərə
malikdir.
Min illərlə Naxçıvanın qədim qəbilələrinin yaddaşında qorunub saxlanan
bu  əfsanənin nə vaxt və necə yarandığı olduqca maraqlıdır. Ümumiyyətlə,
Ümumdünya subasmasının Dəclə və Fərat çayları arasında (Mesopotamiyada)
baş verdiyini artıq bilirik. Onda bəs sual oluna bilər, əfsanənin Arazboyu ərazi
ilə, xüsusən, Naxçıvan bölgəsi ilə nə əlaqəsi? 
Əgər xəritəyə  nəzər salsaq, Dəclə  və  Fərat çaylarının coğrafi cəhətdən
Araz çayından o qədər də uzaqda olmadığını görərik. Başqa sözlə, əfsanədə
göstərilən təbii fəlakətin Naxçıvanla birbaşa əlaqəsi də ola bilərdi. Əfsanənin
Naxçıvan variantında təbii fəlakət «subasma» yox «tufan» adlanır.  İkincisi,
burada fəlakətin səbəblərindən ətraflı bəhs olunmur, əsas diqqət Nuhun gəmi
ilə bu bölgəyə gəlməsi və burada onun başına gələnlərə yetirilir.
Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantından danışarkən bir
məsələni xüsusilə qeyd etmək lazımdır. Əsrlərlə Naxçıvan türklərinin yaddaşında
qorunub‑saxlanmış bu əfsanə son orta əsrlərdə ermənilər arasında da yayılmış
və beləliklə, əfsanənin «erməni variantı» meydana çıxmışdır. 
Nuhun tufanı haqqında  İ.Sopen qədim yəhudi tarixçisi İosif Flaviyə
(b.e.37‑100 illəri) əsaslanaraq Naxçıvan şəhərinin Nuhla bağlı olduğunu yazır.
O, eyni zamanda Nuhun və bacısının qəbirlərinin Naxçıvanda olması haqda
yazır. 
Son oalaraq qeyd edək ki, keçən  əsrin 60‑cı illərində qeydə alınmış
Gəmiqaya abidəsinin tədqiq edilməsi ilə əlaqədar bu günədək bir sıra uğurlu
nəticələr əldə edilmişdir. Son illərdə bu abidəyə göstərilən dövlət qayğısı isə
onun ikinci ömür yaşamasına səbəb olmuşdur. Burada yeni‑yeni qayaüstü təs‑
virlər, qəbir abidələri, toponimlər qeydə alınmış  və onların coğrafiyası xeyli
genişlənmişdir. 
Bütün bu tədqiqatlar uğurlu olsa da, Gəmiqaya abidəsinin öyrənilməsində
hər  şeyi bitmiş hesab etmək olmaz. Bu abidə xalqımızın daş yaddaşıdır.
Gələcək tədqiqatların daha da uğurlu olacağı heç kəsdə şübhə doğurmur. Bu
isə bəzi mübahisəli məsələlərin həllinə və qaranlıq qalan fikirlərin işıqlanmasına
şərait yaradacaqdır. 


50
Sumbatan yaşayış yeri
Sumbatan yaşayış yeri Ordubad rayonunun Sabir kəndi (1936‑cı ildən)
ərazisində, Ordubad–Naxçıvan yolundan 800 m şimalda, Gilançayın sağ
sahilində, eyni adlı dağın üzərində yerləşir (şəkil 41‑46). Tarixi ədəbiyyatda
kəndin adı  bəzən Subatan‑Dizə kimi də  işlənmişdi. Yaşayış yeri dağın çaya
tərəf olan hissəsində, oval formalı çökəklikdə yerləşir. Çökəkliyin çaya tərəf
açıq qalan tərəfi‑yəni yaşayış yerinin şərq hissəsi iri həcmli daşlarla işlənmiş‑
dir.
Bu siklopik tikintinin uzunluğu 18 m‑dir. Yaşayış yerinin şərq tərəfində,
bu divardan başqa daha bir divar vardır. Həmin divarın xarici üzündə (çaya
tərəf) dördbucaqlı çıxıntılar 1,3‑1,5 m hündürlükdə salamat qalmışdır. Sumbatan
yaşayış yerinin yerləşdiyi dağın qərb tərəfindən başqa qalan tərəfləri sıldırım
qayalıqdır. Ona görə də yaşayış yeri şərq tərəfdən iki qat müdafiə divarları ilə
əhatələnmişdir. Yaşayış yerini əhatə edən ikinci divar cənuba tərəf daha 15–16
m uzanır.
41
41


51
42
42
42
42


52
Dağın sərt yamaclı bu hissəsinin hansı məq‑
sədlə müdafiə divarı ilə əhatə olunması hələlik də‑
qiqləşdirilməyib. Burada Sumbatan yaşayış yerinin
nekropolu yerləşə bilərdi. Lakin müdafiə divarlarının
mövcudluğu burada ikinci bir yaşayış yerinin ol‑
masını ehtimal etməyə  əsas verir. Maraqlıdır ki,
burada dağın zirvəsindən uçub tökülmüş bir neçə
tonluq iri həcmli daşların ətrafı dairəvi və dördbucaqlı
formada müxtəlif həcmli daşlarla işlənmişdir. Dağın bir neşə yerində adi gözlə
izlənən bu tikinti qalıqlarının qəbirlərə və ya yaşayış yerinə aid olması hələlik
müəyyən edilməyib.
Sumbatan yaşayış yerindən cənubda, ikinci müdafiə divarının qərb
tərəfində kəşfiyyat xarakterli qazıntı zamanı e.ə.II minilliyin sonu‑e.ə.I minilliyə
aid keramika nümunələri, daş alətlər, iy başı hesab edilən dairəvi formada
ortada deşiyi olan alətlər əldə edildi. Keramika nümunələri qırmızı və boz gilli
(bəzilərinin üzərində qırmızı boya çəkilmiş) süfrə qablarından və qalın divarlı,
iri həcmli küp qalıqlarından ibarətdir. 
44
44
43
43


53
Sumbatan yaşayış yerinin şər‑
qindən Gilançay, qərbindən isə bu
çaydan götürülmüş Yaycı arxı keç‑
diyindən yaşayış yerinin su problemi
olmamışdır.
Sumbatan yaşayış yerinin nek‑
ropolu yaşayış yerindən qərbə tərəf
alçaq təpənin üzərində yerləşir. Qə‑
birlərdən ikisi tədqiq edildi. Bunlar
formasına görə Plovdağ nekropolu‑
nun son dövr qəbirlərinə oxşardır.
Qəbirlərin kameraları daş qutulardan
ibarətdir.  Ətraflarına sal daşlar dü‑
zülmüşdür. Salamat qalmış hissələ‑
rinə görə sal daşların tutduğu ərazi
2,5 x 3,2 m sahəni əhatə edir. Birinci
qəbirin örtük daşları yox idi. Sü‑
müklər çox pis qalmışdı. Bu, 13‑14
yaşında olan uşağa məxsus qəbridir.
Qəbir təmizlənərkən qırmızımtıl gilli
qab qırıqları, pastadan iki ədəd mun‑
cuq və tamamilə çürümüş mis əşya‑
nın hissələri aşkar edildi.
İkinci qəbirin yalnız cənub‑qərb küncü
salamat qalmışdı. Qəbirin qalan hissəsini
qar‑yağış suları yuyub dərəyə axıtmışdı. Sa‑
lamat qalmış hissə təmizlənərkən üzəri qır‑
mızı boyalı gil qab fraqmenti aşkar edildi.
Sumbatan nekropolunda aparılan ar‑
xeoloji kəşfiyyat işləri göstərdi ki, nekropol
Sumbatan dərəsini bütünlüklə  əhatə edir
(Azərbaycan SSR EA Tarix İnstitutu Xara‑
ba‑Gilan arxeoloji ekspedisiyasının 1989‑
cu il hesabatı).
46
46
45
45


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə