I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə38/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   ...   31   32   33   34   35   36   37   38   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

XVIII Mövzu: İdarəetmənin psixoloji məsələləri

PLAN:


1.Optimal idarəetmənin əsas prinsipləri
2.Rəhbərlik və liderlik problemi
3.İdarəetmədə qarşılıqlı münasibətlərin psixologiyası.

Ə D Ə B İ Y Y A T
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.

2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.


3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Bakı,1998.

Sosial sistemin əsas tərkib hissəsi olan idarəetmə prosesi iki əsas yarımsistemdən ibarətdir: idarəedənlər və idarəolunanlar.


Hər iki yarımsistemdə insan fəaliyyət göstərdiyi üçün onların arasında olan qarşılıqlı münasibətlərin öyrənilməsi idarəetmə psixologiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Qrupa daxil olan adamlar qrup fəaliyyətinin məzmununa və bir-birlərinə münasibətdə eyni mövqedə dayana bilməzlər.Həcmindən və xarakterindən asılı olmayaraq qrupdaxili münasibətlər paritet (latınca - paritas və ya paritatis bərabərlik deməkdir) xarakter daşımır, başqa sözlə, qrupda şəxsiyyətlərarası münasibətlər qrup üzvlərinin sosial-psixoloji statusunu əks etdirir. Sosial psixologiyada bu cəhət «rəhbər işçi», «lider» və s. kimi anlayışlarla ifadə olunur.
Hər bir qrupun öz başçısı olur. Psixologiyada kollektivin idarə edilməsi prosesində iki cəhəti - rəhbərlik ve liderliyi fərqləndirirlər.
Rəhbərlik - nisbətən yüksək səviyyəli təşkilatlar tərəfindən rəsmi surətdə təsdiq edilmiş əsasnamə çərçivəsində rəsmi səlahiyyətin tətbiqi yolu ilə kollektivin idarə olunması prosesidir. Liderlik dedikdə, işçilərdən birinin şəxsi nüfuzunun kollektivin bir çox və ya bütün üzvlərinin davranışına təsiri nəzərdə tutulur.Lider rolunda başqalarına təsir göstərməyi, onları fəaliyyətə təhrik etməyi bacaran işçilər çıxış edə bilirlər. Lider özünün işgüzar və şəxsi keyfıyyətləri, ünsiyyətə girmək, adamlarla rabitə yaratmaq qabiliyyəti ilə fərqlənir. O, məhz bu xüsusiyyətlər hesabına insanların psixologiyasına təsir göstərə bilir. Bir sıra hallarda lider rolunda müəyyən adamlar qrupu da çıxış edirlər. Sosial psixologiyada belə qrupa kollektiv subyekt deyilir.
Müasir sosial psixologiyada liderlik anlayışının 50-dən çox tərifi mövcuddur. ABŞ sosial psixologiyasında xüsusilə bir-birinə uyğun gəlməyən və məhdud «mini nəzəriyyələri» əks etdirən müxtəlif tərifiərə təsadüf olunur.
Sovet psixologiyasında liderlik qrupun, qrup fəaliyyətinin inteqrasiyasının mexanizmi kimi təhlil olunur. O, sosial-psixoloji fenomen kimi müxtəlif obyektiv və subyektiv amillərin təsiri nəticəsində meydana çıxır. Bu baxımdan liderlik aşağıdakı kəmiyyətlərlə bilavasitə bağlıdır:

1. «Makromühit» - sosial-iqtisadi quruluş, siyasət, mədəniyyət, ideologiya.


2. «Mikromühit» - kiçik qrupun sosial, sosial-psixoloji, psixoloji hadisələri (tipik və qeyri-tipik sosial şərait, qrup fəaliyyətinin məzmunu, məqsədi, vəzifələri, sosial-psixoloji iqlim və s.).
3. Liderin və qrupun digər üzvlərinin (tabe işçilərin) şəxsiyyətinin fərdi-psixoloji xassələri (intellekt, emosional-iradi sahəsinin xüsusiyyətləri, təşkilatçılıq qabiliyyətləri, kommunikativ keyfiyyətlər və s.).
Psixoloji ədəbiyyatın təhlili əsasında liderliyin üç funksiyası müəyyən edilmişdir:
a) liderin təşkilatçılıq funksiyası (TF);
b) informasiya funksiyası (İF);
v) sosializasiya funksiyası (SF).
Təşkilatçılıq funksiyası onda ifadə olunur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, aktual situativ ve perspektiv məqsədlərin yerinə yetirilməsi yolları, üsul və vasitələrinin planlaşdırılmasını təşkil edir, rol və vəzifə bölgüsü aparır, qrup üzvlərini konkret işlərə təhrik edir, onların birgə fəaliyyət səylərini əlaqələndirir və s. Qrup fəaliyyətinin səmərəli olması naminə, bir tərəfdən, zəruri informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər tərəfdən, onların qrup üzvlərinə vaxnında verilməsi informasiya funksiyasının əsas cəhətini təşkil edir.
Sosializasiya funksiyası isə liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək meqsədilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir. Liderin istifadə etdiyi pozitiv və neqativ sanksiyalar da SF-yə daxildir.
Liderlik funksiyasının həyata keçirilməsi dinamikası istər liderin özünün, istərsə də qrupun sosial-psixoloji xarakteristikaları ilə bilavasitə bağlıdır. Qrupun öz məqsədlərini müvəffəqiyyətlə həyata keçirməsi və ya müvəffəqiyyətsizliyə uğraması, qrupda həmrəylik səviyyəsi və ya konflikt şəraitinin yaranması — bunlann hamısı özünəməxsus formalarda liderlik funksiyalarının həyata keçirilməsi dinamikasında əks olunur.
Psixoloqların tədqiqatları göstərir ki, rəhbərlik və liderlik müxtəlif sosial-psixoloji fenomenlərdir. Onların eyniləşdirilməsi elmi cəhətdən səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir. Psixologiyada rəhbər işçi və lider arasında aşağıdakı fərqlər müəyyən olunmuşdur:
1.Rəhbərlik rəsmi əsasda meydana çıxan, müxtəlif sosial təşkilat və institutlarda məqsədyönlü xarakter daşıyan sosial prosesdir. Liderlik isə qrupdaxili şəxsiyyətlərarası münasibətlər əsasında spontan (qapalı, gizlin) surətdə əmələ gələn prosesdir; o, təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Əgər rəhbər işçi rəsmi surətdə təyin olunursa, lider qeyri-rəsmi surətdə irəli sürülür.
2.Rəhbərlik makromühitin əsas tələbat və mənafeyinə müvafıq olaraq formalaşdırılır və həyata keçirilir; o, qrupda işlərin vəziyyəti və onun fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyət daşıyır. Liderlik isə gizli bir proses kimi qrup üzvlərinin tələbat və mənafeyinə müvafiq surətdə meydana çıxır və mövcud olur; o, qrupun fəaliyyəti üçün hüquqi cəhətdən çox vaxt şəxsi məsuliyyət daşımır.

3. Rəhbərlik daha çox stabil xarakter daşıyır, onun təsir sahəsi son dərəcə genişdir; müəyyən subordinasiya və reqlament daxilində makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz qrupunu təmsil edir və onun həmin qruplarla münasibətini şərtləndirən məsələləri həll edir. Liderlik isə daha çox dinamikdir, şəxsiyyətlərarası münasibətlərin formalaşması xüsusiyyətlərindən köklü surətdə asılıdır; liderin təsir sahəsi əsasən mikromühit səviyyəsi ilə - qrupdaxili münasibətlərlə məhdudlaşır, onun makromühitlə əlaqəsi isə son dərəcə məhduddur və təsadüfı xarakter daşıyır.


4. Rəhbər işçiyə qanunla müəyyən hüquq və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş sanksiyalar sisteminə malik deyildir.
5. Rəhbər işçinin bu və ya digər məsələyə dair qərar qəbul etməsi əsasən vasitəli xarakter daşıyır. O, böyük informasiya sistemi kanallarına malikdir və qərar qəbulu zamanı öz səlahiyyətini aşağı pillə işçilərinə həvalə edə bilər. Lider isə qrupda qərarın qəbul edilməsində bilavasitə iştirak edir. O, müəyyən bir informasiyanı qeyri-rəsmi rabitə kanalları sistemi ilə əldə edir.
Beləliklə, rəhbərlik və liderlik idarəetmə prosesinin iki müxtəlif tərəfı-hüquqi hakimiyyət (rəhbərlik) və psixoloji təsir (liderlik) — kimi özünü göstərir. Kollektiv səviyyəsində onların hər ikisi rəhbər işçinin nüfuzunda təcəssüm edir.
Sosial psixologiyada liderin müxtəlif tiplərini fərqləndirirlər. Onlardan ikisi - rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) liderlər diqqəti xüsusilə cəlb edir.
Rəsmi lider kollektivdə xidmət və peşə nüfuzuna malik olan inzibati və ictimai rəhbərdir. Lakin nəzərə almaq lazımdır ki, rəsmi lider olmaq üçün yalnız müəyyən inzibati və ictimai vəzifə tutmaq hələ kifayət deyildir. Bunun üçün həm də işgüzar və şəxsi keyfiyyətlərin elə çulğalaşması zəruridir ki, onların fəal təzahürü rəhbər işçinin sözün əsl mənasında şəxsi nüfuzunu təmin etsin. Rəhbər işçi ancaq bu zaman rəsmi liderə çevrilir.
Rəhbər işçi eyni zamanda lider rolunda çıxış etdikdə, kollektivin ahəngdar inkişafı üçün əlverişli psixoloji şərait yaranır. Rəhbər işçinin həm də lider olması bu gün işçilərin mədəni-texniki səviyyəsinin yüksək dərəcədə artdığı bir şəraitdə xüsusilə böyük əhəmiyyət kəsb edir.
Əksər hallarda kollektivin rəhbəri həm də onun lideri olur. Bu mürəkkəb proses olub yuxarıda nəzərdən keçirilən müxtəlif amillərlə şərtlənir. Psixoloji səpkidə onlardan biri — rəhbər işçinin özünün şəxsi keyfıyyətləri diqqəti bilavasitə cəlb edir. Həmin məsələnin əhəmiyyətini düzgün qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, işçilər rəhbər işçini adətən onun şəxsi keyfıy-yətləri vasitəsilə «görürlər», başqa sözlə, rəhbər işçidə müşahidə üçün ən münasib cəhət məhz onun şəxsi keyfiyyətləridir.
Kiçik qruplarda hər bir işçinin imkanları bu cəhətdən genişdir. Nisbətən böyük qruplarda isə işçilər rəhbər işçiləri ancaq müəyyən vəziyyətlərdə müşahidə etmək imkanına malikdir. Çox maraqlıdır ki, rəhbər işçinin keyfıyyətlərinə işçilər kiçik qruplara nisbətən böyük qruplarda daha çox həssasdırlar.
Aparılan tədqiqatlar göstərir ki, işçilər rəhbər işçinin peşə keyfıyyətlərinə həmişə diqqət yetirir və onları yüksək qiymətləndirirlər. Bu o deməkdir ki, rəhbər işçi yüksək peşə keyfıyyətlərinə malik olduqda liderlik hüququ kəsb edə bilər. Bundan başqa, işçilər rəhbər işçiyə istehsalat və müəssisənin təşkilatçısı və tərbiyəçisi kimi də yüksək tələblər verirlər.
Bu cəhətdən rəhbər işçinin intellektual keyfıyyətləri ilə yanaşı kommunikativ xüsusiyyətləri, təşkilatçılıq qabiliyyəti, rəhbərlik üslubu, ünsiyyət və liderlik qabiliyyəti, kollektivdə zəruri mənəvi və psixoloji iqlim yaratmaq və saxlamaq məharəti çox əhəmiyyətlidir.
Qrup rəhbər işçini yüksək qiymətləndirdikdə, nüfuzu ilə hesablaşdıqda, onun fəaliyyətinin səmərəli olması üçün əlverişli şərait yaranır.
Bəzən kollektivin rəhbəri onun lideri ola bilmir. Kollektiv üzvləri arasında yaranmış münasibətlərin təhlili zamanı aydın olur ki, kollektivdə rəhbər işçi, məsələn,zavod direktoru ilə berabər heç bir rəsmi səlahiyyəti olmayan, lakin ümumi işlərin həllinə ondan çox təsir göstərən başqa bir işçi də vardır.
Aydın məsələdir ki, bu, təsadüfi deyildir, onun təsir gücü kollektivdəki nüfuzu ilə bağlıdır. Sosiologiyada və sosial-psixologiyada belə şəxsə qeyri-rəsmi lider deyirlər.
Rəsmi liderlə qeyri-rəsmi lider arasında ziddiyyətin olması heç də zəruri deyildir. Onlar bir-birlərini qarşılıqlı surətdə tamamlaya da bilərlər. Lakin belə bir şəraitdə konflikt mənbəyi potensial surətdə mövcuddur və onun vaxtında qarşısını almağın böyük əhəmiyyəti vardır. «lki qoçun başı bir qazanda qaynamaz» - atalar sözü güzəran təcrübəsinə istinad etsə də, ciddi sosial-psixoloji mənaya malikdir. Bu baxımdan qeyri-rəsmi liderin meydana çıxması şəraitinin təhlili xüsusi aktuallıq kəsb edir.
Sosial psixologiyada qeyri-resmi liderin təsvir olunmuş tipləri içərisində pozitiv və neqativ qeyri-rəsmi liderlər xüsusilə mühüm yer tutur.
Pozitiv qeyri-rəsmi lider öz davranışında yüksək əxlaqi prinsiplərə istinad edir və kollektiv üzvlərinə müsbet təsir göstərir.Neqativ qeyri-rəsmi lider isə adətən mənfı əxlaqi prinsiplərə istinad edir və kollektiv üzvlərinə pozucu təsir göstərir.
Kollektivdə davranışın xarakterinə görə neqativ qeyri-rəsmiliderin iki tipini ayırd edirlər: təşkilatçı neqativ lider və k o m m u n i k a t o r neqativ lider.Birinci tip özünün işgüzar fəallığı ilə fərqlənir və çox vaxt qrup üzvlərini ayrı-ayrı işlərə təhrik edir. Onlar adətən «tənqidçi» maskası geyirlər. Lakin təşkilatçı neqativ lider üçün tənqid əsasən «şəxsi haqq-hesab çəkmək» və ya qrupda öz nüfuzunu saxlamaq, hətta daha da artırmaq vasitəsinə çevrilir. Buna görə də onlar özlərinin vəzifələrindən sərf-nəzər etdikləri halda, şəxsi «hüquq konsepsiyasını» şişirdir və onun əsl motivlərini müxtəlif yollarla gizlədirlər. İkinci tip zahirən heç bir işə qarışmır, əslində isə imkan olduqda söz gəzdirir, şayiə yayır, öz «mülahizəsini» söyləyir, iclasda «sadəlövh» görkəm alıb «ikibaşlı» suallar verir. Onlar istehzalı gülüşdən tənqid vasitəsi kimi daha çox istifadə edirlər. Belə «üzdəniraq» liderlər kollektivdə psixoloji iqlimin - bilavasite rabitədə olan adamlar arasında yaranmiş qarşıhqlı münasibətlərin pozulmasında başlıca rol oynayırlar.
Qeyri-rəsmi neqativ lider müxtəlif şəraitlərdə meydana çıxa bilər. Bunlardan aşağıdakıları qeyd etmək olar:
1. Rəsmi liderin kollektivdə mövqeyinin zəif olması, onun kollektivdə şəxsi nüfuzunun olmaması, ictimai işlərin zəif təşkili.
2. Əməyin təşkilində, avadanlığın, maddi-texniki təchizatın vəziyyətində nöqsanların olması, rəhbər işçi ilə tabe olanlar arasmda qarşılıqlı münasibətlərin sağlam olmaması.
3. İctimai mənafeyə nisbətən şəxsi mənafeyə üstnlük verən mikromühitin (işçilər qrupunun) olması və tərbiyə işinin aşağı səviyyədə qurulması.
4. Qrupda işçilərə mənfi təsir edə biləcək müəyyen şəxslerin olması və s.
Rəsmi liderlə qeyri-rəsmi lider arasında düzgün münasibetin yaradılması kollektivin möhkəmlənməsi planında son dərecə zəruridir. Kollektivin rəhbəri (rəsmi lideri) əmələ gelmiş kiçik qrupları yaxınlaşdırmaq əvəzinə onların mənafeyini toqquşdurmaq, ixtilafı kəskinləşdirmək, qeyri-rəsmi lideri təqib etmək taktikası və stratcgiyası seçirsə, bu ancaq kollektivdə yaranmış konflikt şəraitini dərinleşdirə biler. Rəhbər işçilərin neqativ lideri bitərəfləşdirmək və ya onu hörmətdən salmaq üçün eks tənqiddən istifadə etməsi də bir çox hallarda psixoloji baxımdan istənilen nəticəni vermir.
Liderlik hadisəsinin elmi problem kimi araşdıdılması, sosial psixologiya elminin mühüm elmi istiqaməti olan "qrup-dinamisi" çərcivəsində aparılır. Sosial-psixologiyada "qrup dinaınisı" psixoloji məktəbinin yaranması, alman mənşəli amerikalj ixoloq K.Levin və onun əməkdaşlarınin tədqiqatları ilə bağlı muşdur. Bu tədqiqatlarda liderliyin qrupda baş verən sosial-psixoloji proseslərin, şəxsiyyətlərarası münasibətlərin və qarşılıqlı sirin nəticəsində yarandığı, eyni zamanda, qrupun səmərəliliyin liderdən və iiderlik üslublarından asılılığı öyrənilmişdir. sosial-psixoloji tədqiqtlarda liderliklə yanaşı, kollektivdə sosial qruplarda şəxsiyyətlərarası münasibətlər, qrupda həmrəylik və yekdillik, mənəvi-psixoloji birlik, sosial-persepsiya və konformizm, konfliktlər və s. qrup-dinamik hadisələr də araşdırılmışdır. Təşkilatda cərəyan edən bu sosial-psixoloji hadisolərin ma-yyətinin və qanunauyğunluqlarmın öyrənilməsi, şəxsiyyətin təşkilatda fəaliyyətini səmərəli tənzimlənmə mexanizmini yaratmağa imkan verir.
Eyni zamanda, liderliyin kortəbii şəkildə irəli sürülməsi ideyası, "Qrup-dinamik" məktəbinin nümayəndələri tərəfmdon aparılan klassik eksperimentlərlə ziddiyət təşkil edir. Eksperimentdə, 1-12 nəfər uşaqlardan təşkil olunmuş qrupun fəaliyyətinin səmərəliliyinin liderdən asılı olub - olmamasından asılılığı öyrənilmiş müxtəlif qruplarda aparılmış tədqiqatların nəticələri müqayisə iilmişdir. Bu qruplarda lider qrupun üzvlərindən, iştirakçılarm-an deyil, əvvəldən nəzərdə tutulmuş, yaşca böyük insanlar ol-mşlar. Tədqiatlarm nəticəsində. müxtəllif əlamətləri ilə fərqləən üç liderlik üslublarının təsvirini vermişlər: (avtoritar; demok-ıtik; liberal üslublar). Sosial-psixoloji tədqiqatlarda sosial-siyası ıəzmun daşıyan bu terminlərdən istifadə olunması, K.Levinin sxsi həyatı, tərcümeyi-halı və onun siyasi baxışlan ilə də bağlı lmuşdur. Bu eksperimentlər K.Levinin 2-ci dünya müanbəsi rəfəsində, Almaniyadan Amerikaya emiqrasiyasından sonra apa-ılmış və bu eksperimentlər Levin üçün müəyyən siyasi məna kəsb etmişdir. Özünün antifaşist mövqeyini bıldırmək üçün vo ABS-m siyasətinə həmrəyliyini nümayiş etdirmək üçün müəyyən Btdiyi üslubları "avtoritar", demokratik" və "liberal" üslublar ad-landırmışdır. Əslində isə tədqiqatlarm vəzifələrı, üslubların psıxo-loii məzmununun öyrənilməsi olmuşdur və tədqıqatda əsas para-ınetr kimi, psixoloji hadisə olan qərarlarm qəbul olunma üsulu çıxış etmişdir.
Rəhbərlik və liderlik üslublarının psıxolojı məzmun daşıdığını qeyd etmək üçün bu terminlərdən imtina etmək və başqa məfhumlara müraciət etmək cəhdləri edilmişdir. Məs. dırektıv, kolleeial razılaşan və s. üslublar. Müasir tədqıqatlarda həmçınin Levinin irəli sürdüyü üslublarm daşıdığı məzmunun nədən ibarət olmasını araşdıraraq, qərarlann həlli üsullarına, onlarm raəzmununa və formal xarakteristikasma görə səcıyyələndırmışlər.
Bu yanaşmadan çıxış edərək, hər üç üslub aşağıdakı əlamətlərinə görə səciyyələndirilir:

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə