I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə37/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
125 
 
• 
Terminlər lüğəti

alignment ~ выравнивание ~ hizalama ~ düzlәndirmә – obyektləri 
ya şaquli, ya da üfüqi xətt boyunca bir səviyyədə yerləşdirmə.  
 
analog ~ аналоговый ~ örneksel ~ analoq – kəsilməz dəyişilən fiziki 
kəmiyyətlər  (məsələn,  amplitud,  gərginlik,  tezlik)  vasitəsilə  təsvir 
olunan varlıqlara (məsələn, nitqə) aid edilən termin. 
 
analog-to-digital converter (ADC) аналого-цифровой преобра-
зователь (АЦП) ~ örneksel-sayısal dönüştürücü (ÖSD) analoq-
rәqәm çeviricisi – analoq siqnalları rəqəmsal siqnallara çevirən qurğu. 
 
animation ~ анимация ~ canlandırma ~ canlandırma, animasiya – 
ekranda bir-birini ardıcıl əvəz edən obrazlar seriyasını əks etdirməklə 
hərəkətin modelləşdirilməsi. 
 
antivirus  software  ~  антивирусная  программа  ~  virüs-önler 
yazılım ~ antivirus proqramı – kompüteri viruslardan, yaxud başqa 
zərərli proqramlardan qoruyan proqram. 
 
application ~ приложение ~ uygulama ~ tәtbiqi proqram – birtipli 
(oxşar) işləri yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi proqram, 
məsələn: mətn prosessorları, elektron cədvəllər, mühasibat sistemləri. 
 
assembly language ~ язык ассемблера ~ assembler diliçevirici dili 
~  assembler  dili  –  hər  bir  operatoruna  yalnız  bir  maşın  komandası 
uyğun olan aşağı səviyyəli poqramlaşdırma dilləri kateqoriyası. 
 
assignment operator ~ символ оператора присваивания ~ atama 
işleci ~ mәnimsәtmә operatoru – dəyişənə və ya verilənlər strukturuna 
qiymət mənimsətmək üçün istifadə olunan operator.  
 
at sign ~ коммерческое at«собака» ~ kuyruklu a ~ quyruqlu a – 
@ simvolu. Elektron poçt ünvanında istifadəçinin adını domen adından 
ayırmaq üçün istifadə olunur (informatika@edu.az). 
 
attachment ~ вложение ~ ek ~ qoşma – elektron məktubun bir hissəsi 
kimi ötürülən fayl. Qoşma mətn faylı, qrafik fayl, proqram və başqa növ 
fayllar ola bilər. 
 
backslash ~ обратная косая чертанаклонная черта влево ~ ters 
eğik çizgisola eğik çizgi ~ tәrs әyik cizgisola әyik cizgi – “\” sim-
volu.  Bəzi  əməliyyat  sistemlərində  altkataloqların  adlarının  ayırıcısı 
kimi istifadə olunur. 
 


























LAYİHƏ


 
 
126 
 
 
base ~ oснование ~ taban әsas – konkret say sistemində istifadə 
olunan rəqəmlərin sayı. Kompüterlərdə dörd say sistemi tətbiq edilir: 
onluq,  ikilik,  səkkizlik  və  onaltılıq.  Məlum  onluq  say  sistemində  on 
rəqəmdən (0-dan 9-dək), ikilik (2-əsaslı) sistemdə iki rəqəm – 0 və 1 
istifadə olunur; onaltılıq (16-əsaslı) sistemdə isə on altı simvol (0-dan 
F-dək) var ki, burada 10-dan 15-dək rəqəmlər ingilis (latın) əlifbasının 
A-dan F-dək hərfləri ilə əvəz edilir. Ədədin hər hansı say sistemində 
yazılışında  onun  əsasını  çox  zaman  ədəddən  sonra  mötərizədə  aşağı 
indeksdə göstərirlər, məsələn: 24AE
(16)
.  
 
bit (binary digit) ~ бит (двоичная цифра) ~ ikil bit (ikilik rәqәm
– ikilik say sistemində istifadə olunan iki işarədən (0 və 1) biri. 
 
board ~ плата ~ kart ~ lövhәkart – üzərində elektron komponentlər 
və  onları  birləşdirən  cərəyanötürücü  cığırlar  olan  yastı  lövhələri 
bildirmək  üçün  ümumi  termin.  Kompüterin  mikroprosessorunun 
yerləşdiyi əsas lövhə ana lövhə adlanır. 
 
buffer ~ буфер ~ arabellek ~ bufer – verilənləri saxlamaq üçün aralıq 
yer:  verilənləri  yaddasaxlama  qurğusunda  yerləşdirənə  qədər  və  ya 
oradan oxuduqdan sonra müvəqqəti saxlamaq üçün yaddaşda ayrılmış 
yer (sahə). Çox zaman verilənlərin ötürülməsi, yaxud giriş-çıxış əmə-
liyyatını sürətləndirməyə yardım edir. Printer kimi bəzi qurğuların və 
ya onlara qoşulan adapterlərin öz buferləri olur. 
 
bullet  ~  маркер  ~  madde  imi  ~  nişan  –  dar  anlamda:  kiçik  mətn 
fraqmentini  və ya siyahının hər bir elementini seçdirmək üçün  nöqtə 
(dairəcik).  Bu  məqsədlə  çox  zaman  başqa  cür  nişanlardan,  məsələn, 
kvadratlar və müxtəlif dekorativ işarələr də istifadə olunur. 
 
bus ~ шина ~ veri yolu şin – kompüterin ayrı-ayrı elementləri ara-
sında verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik keçiriciləri 
qrupu.  
 
byte (bunary term) ~ байт (двоичный элемент) ~ bayt, sekiz ikil 
bayt (ikilik element) – informasiyanın səkkiz bitdən ibarət olan ölçü 
vahidi;  texnikada  və  verilənlərin  saxlanması  sistemlərində:  tək  sim-
volun, məsələn, hərfin, rəqəmin və ya durğu işarəsinin ekvivalenti.  
 
cache ~ кэш ~ önbellek ~ keş – yaddaşın xüsusi altsistemi. Keş yad-
daşında  tez-tez  istifadə  olunan  verilənlərin  qiymətləri  saxlanılır  ki, 
bunun da nəticəsində onlara erişmək çox sürətlə baş verir.  
 
calculator ~ калькулятор ~ hesap makinesi ~ kalkulyator – ədədlər 
üzərində  hesab  əməlləri  aparan  qurğu.  Latın  dilindəki  “calculus” 


























LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə