I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
 
106 
 
 
Veb-səhifələr və ya veb-saytlar yaratmaq üçün bir neçə üsuldan istifadə etmək 
olar: 
1.  HTML-sənədi sadə mətn redaktorunda (məsələn, Notepad və ya WordPad) 
hazırlamaq. 
2.  Sənədi mətn prosessorunda (məsələn, Microsoft Word və ya  
OpenOffice.org Writer) hazırlamaq və onu veb-səhifə kimi HTML 
formatında saxlamaq. 
3.  Xüsusi proqramlardan – vizual HTML-redaktorlardan (məsələn, Adobe 
Dreamweaver, Microsoft FrontPage, Nvu) və ya sayt 
konstruktorlarından (məsələn, uCoz) istifadə etmək.  
 
Sayt  yaratmaq  üçün  hansı  üsuldan  istifadə  olunmasından  asılı  olmayaraq,  ilk 
növbədə saytın mәzmununu və strukturunu müəyyənləşdirmək lazımdır.  Məsələn, 
tutaq ki, siz "Gənc proqramçılar" dərnəyinə gedirsiniz və həmin dərnəyin fəaliyyət 
göstərdiyi  saytın  strukturunun  qraf  şəklində  təqdim  olunması  onun  məzmununu 
əyani təsvir etməyə imkan verir və saytın bir səhifəsindən başqalarına keçidləri təşkil 
etməyə yardım edir. 
 
 
 
İstənilən sayt  yüklənərkən  birinci onun baş sәhifәsi,  yaxud başlanğıc  sәhifәsi 
(home page) açılır. Bu səhifə, ilk növbədə, belə bir suala cavab verməlidir: "Bu sayt 
nə haqdadır?" Bunun üçün baş səhifədə saytın adı, saytın mövzusuna uyğun qrafik 
Baş səhifə
Yeniliklər
Proqramlaşdırma
dilləri
C++, Pascal, 
Python
Veb-
proqramlaşdırma
ALPLogo
Qalereya
Məzunlar
Məşhur 
proqramçılar
Faydalı
istinadlar
LAYİHƏ


 
 

107 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

görüntü, onun məzmununu əks etdirən qısa mətn, eləcə də saytın əsas bölmələrinə 
keçid üçün baş menyu yerləşdirilir. Baş səhifədə sayt müəllifinin adı, onunla əlaqə 
məlumatı, xəbərlər və başqa informasiya blokları da yerləşdirilə bilər.  
Saytın hər səhifəsinin, adətən, bir neçə dəyişməz elementi olur ki, həmişə eyni 
hissədə yerləşir: 
  səhifənin ən yuxarısında yerləşən saytın başlığı
  adətən, səhifənin yuxarı və ya sol hissəsində yerləşən baş menyu (menyu 
bəndlərinin sayı, adları, ardıcıllığı saytın bütün səhifələrində dəyişmir); 
 
Saytın  bütün  səhifələrinin  eyni  üslubda  işlənməsi  məsləhət  görülür.  Üslubu 
saxlamaq üçün, yaxşı olar ki, saytın bir səhifəsinin şablonu qabaqcadan hazırlansın 
və bütün səhifələrə aid elementlər orada əks olunsun.  
 
 
 
 
 
 
  
 
1. Veb-sənədləri təsvir etmək üçün nə üçün xüsusi dildən istifadə olunur?  
2. Teq nədir və o, HTML-sənəddə necə göstərilir? 
3. Veb-saytların yaranmasında hansı üsullardan istifadə olunur? 
4. "Baş səhifə" nədir və orada hansı obyektlər olur? 
 
Saytın adı
Sәhifәnin adı 
Fon 
Menyu 
Koordinatlar 
Sәhifәdә olan informasiya
informatika.edu.az saytının strukturunu araşdırın və onu qraf şəklində göstərin. Nə üçün 
saytların strukturu üçün ağac deyil, qraf informasiya modeli münasibdir? 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 
108 
 
 
  
İ
NFORMASİYA CƏMİYYƏTİNƏ AİD SAYTIN HAZIRLANMASI
 
 
Ötən dərsdə veb-saytlar yaratmaq üçün müxtəlif üsulların olduğunu öyrəndiniz. 
Belə  üsullardan  biri  də  İnternetdə  müəyyən  saytların  təklif  etdiyi  xidmətdən 
yararlanmaqdır. Bu saytlar HTML dilini bilməyən, sayt yaratmaq sahəsində səriştəsi 
olmayan istifadəçilərə heç bir ödəniş etmədən qısa zamanda öz saytlarını hazırla-
mağa imkan verir.  
İndi belə saytların birində hazır şablonlar əsasında informasiya cəmiyyəti möv-
zusunda bir saytın necə hazırlandığıını öyrənəcəksiniz. Bunun üçün öncə “Fəaliyyət” 
bölümündən  sonra  informasiya  cəmiyyətinə  aid  verilmiş  materialla  tanış  olun  və 
yaradacağınız saytın strukturunu müəyyən edin.  
 
 
 
 
Şablonlar әsasında veb-saytın yaradılması 
 
1.  Brauzerin ünvan zolağında www.simplesite.com ünvanını daxil edin və  klavişini 
basın. Saytın baş səhifəsi açılacaq. 
 
 
 
2.  Menyudan Make a free website or blog bəndini seçin. Aşağıdakı səhifə açılacaq. 
 
 
 
3.  Personal website or a blog düyməsini çıqqıldadın.   
 
 
F ә a l i y y ә t
 
 
24 
LAYİHƏ


 
 

109 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları

4.  Açılan yeni səhifədə saytınız üçün rəng sxemini seçin və Next: Images düyməsini 
çıqqıldadın. 
 
 
 
5.  Saytınızın baş səhifəsi üçün geniş çeşiddə görüntülər təklif olunacaq. Onlardan möv-
zunuza uyğun olan birini seçin və Next: Backgrounds düyməsini çıqqıldadın. 
6.  Saytın fonu üçün təqdim olunan görüntülərdən birini seçin. 
 
 
 
7.  Next: Headline düyməsini çıqqıldadın. Açılan pəncərədə saytın başlığını (mövzu-
sunu) daxil edin. Məsələn: İnformasiya cәmiyyәti
8.  Save and continue düyməsini çıqqıldadın. 
9.  Açılan pəncərədə saytınızın ünvanını (adını) təyin etmək üçün mövzuya uyğun söz 
daxil  edin  (məsələn:  info-cemiyyet).  Daxil  etdiyiniz  ad  artıq  başqası  tərəfindən 
istifadə olunursa, bu haqda xəbərdarlıq çıxacaq.  
10.  Ad təyin edildikdən sonra veb-saytın hazır olması barədə məlumat çıxacaq. 
11.  Növbəti səhifədə saytınızın inzibatçılığı üçün parol daxil edin.  
12.  Elektron poçt ünvanınızı göstərib müvafiq düyməni çıqqıldadın. 
13.  Bütün addımlar düzgün yerinə yetirilərsə, brauzer saytınızın baş səhifəsini əks etdi-
rəcək.  
 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə