I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
116 
 
 
 
 
 
 
1. İnformasiyanın qəbulu və ötürülməsi üsullarını sadalayın. 
 
2. "Tay-tuşlar" şəbəkəsinin iş prinsipini izah edin. 
 
 
3. Yaşadığınız bölgədə (şəhərdə) çalışan provayder şirkətlərinin adlarını 
öyrənin. 
 
4. Hansı hallarda obyektin informasiya modeli qraf formasında təqdim 
olunur? 
 
5. Verilmiş mövzuların biri üçün sayt strukturu fikirləşin və onu qraf 
formasında təsvir edin. 
a) "Mənim məktəbim" 
b) "Mənim ailəm" 
c) "Mənim vətənim" 
 
6. IP-ünvan nə üçün lazımdır? 
 
7. ".gov" domeni hansı qurumlara verilir?  
 
8. Göstərilmiş domen adlarını təhlil edin. 
a) bakimektebleri.edu.az 
b) az.wikipedia.org 
 
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR 
LAYİHƏ


 
 
 
117 
 
•  
Məşhur alqoritmlər

Mәşhur alqoritmlәr  
Evklid alqoritmi (әn böyük ortaq bölәnin tapılması) 
Evklid alqoritmi iki tam ədədin ən böyük ortaq böləninin tapılması alqoritmidir.  
Riyaziyyatdan bildiyiniz kimi, iki ədədin әn böyük ortaq bölәni (ӘBOB) həmin 
ədədlərin qalıqsız bölündüyü ən böyük ədəddir. 
ӘBOB-un tapılması alqoritminin tәsviri (bölmә üsulu) 
1.  Böyük ədədi kiçik ədədə bölmək. 
2.  Qalıq sıfırdırsa, onda kiçik ədəd axtarılan ƏBOB-dur (dövrdən çıxmaq lazımdır). 
3.  Qalıq sıfır deyilsə, həmin qalığı böyük ədədə mənimsətmək. 
4.  Addım 1-ə keçmək. 
Nümunә: 
30 və 18 ədədlərinin ƏBOB-nu tapın. 
30/18 = 1 (qalıq 12) 
18/12 = 1 (qalıq 6) 
12/6 = 2 (qalıq 0). Sonuncu bölən ƏBOB-dur: ƏBOB(30, 18) = 6 
 
Python dilindә proqram kodu 
a = 
input
(
‘Birinci ədədi daxil edin: ’

b = 
input
(
‘İkinci ədədi daxil edin: ’

  
while
 a!=0 
and
 b!=0: 
    if
 a > b: 
        a = a % b 
    else

        b = b % a 
  
print
 (a+b) 
 
Qeyd. Dövrdə bölmədən alınan qalıq ya a, ya da  b dəyişəninə mənimsədilir. Qalıq 
sıfırdırsa  (onun  a-da,  yoxsa  b-də  olduğunu  biz  bilmirik,  ona  görə  də  hər  iki  şərti 
yoxlayırıq),  onda  dövr  bitir.  Sonda  ƏBOB-un  hansı  dəyişənə  mənimsədildiyini 
bilmədiyimizdən  çıxışa  a  və  b-nin  cəmi  verilir  (onlardan  biri  istənilən  halda  0 
olduğundan bunun cəmə təsiri yoxdur). 
 
LAYİHƏ


 
 
118 
 
 
ӘBOB-un tapılması alqoritminin tәsviri (çıxma üsulu) 
1.  Böyük ədəddən kiçik ədədi çıxmaq. 
2.  Nəticə 0 olarsa, deməli, ədədlər eynidir və ƏBOB-a bərabərdirlər (dövrdən 
çıxmaq lazımdır). 
3.  Fərq 0 deyilsə, onu böyük ədədə mənimsətmək.  
4.  Addım 1-ə keçmək. 
Nümunә: 
30 və 18 ədədlərinin ƏBOB-nu tapın. 
30 – 18 = 12 
18 – 12 = 6 
12 – 6 = 6 
6 – 6 = 0 Son: ƏBOB azalan və ya çıxılana bərabərdir. ƏBOB (30, 18) = 6 
Python dilindә proqram kodu 
a = 
input
(
‘Birinci ədədi daxil edin: ’

b = 
input
(
‘İkinci ədədi daxil edin: ’

 
while
 a != b: 
   
 if
 a > b: 
        a = a - b 
    
else

        b = b - a 
 
print
 (a) 
Kodun funksiya şәklindә tәqdim olunması 
def
 
ebob
(a,b): 
    
while
 a != b: 
        
if
 a > b: 
            a = a - b 
        
else

            b = b - a 
    
print
 (a) 
 
 
 
 
LAYİHƏ


 
 
 
119 
 
•  
Məşhur alqoritmlər

Sәrbәst iş üçün mәsәlәlәr 
1. Verilmiş üç ədədin ən böyük ortaq bölənini tapan proqram yazın. 
2. İki ədədin ən böyük ortaq böləninin (ƏBOB) tapılması üçün Evklid 
alqoritmindən istifadə edərək verilmiş N sayda ədədin ƏBOB-nu hesablayan 
proqram yazın. 
3. ƏKOB = ab / ƏBOB(a, b) düsturundan istifadə edərək verilmiş iki a və b 
natural ədədlərinin ən kiçik ortaq bölünənini (ƏKOB) tapan proqram yazın. 
4. N sayda tam ədəd verilib. Onların arasında elə iki ədəd tapın ki, onların 
ƏBOB-unun qiyməti ən böyük olsun. 
 
5. N sayda tam ədəd verilib. Onların arasında elə iki ədəd tapın ki, onların ən 
kiçik ortaq bölünənlərinin (ƏKOB) qiyməti ən kiçik olsun.  
 
Faktorialın hesablanması
 
Ədədin  özü  və  özündən  kiçik  bütün  natural  ədədlərin  hasilinə  həmin  ədədin 
faktorialı deyilir. Məsələn, 5
 
ədədinin faktorialı 1
2345 = 120 hasilinə bəra-
bərdir. Faktorialın tapılması düsturunu belə yazmaq olar: 
n! = 1 
 2  …  n, 
burada n verilmiş ədəd, n! isə həmin ədədin faktorialıdır. Bu düsturdan və while 
dövründən  istifadə  etməklə  ədədin  faktorialını  hesablayan  proqram  kodunu 
aşağıdakı kimi yazmaq olar.
 
 
 
Python dilindә proqram kodu 
n = 
input
(
"Faktorialı hesablanacaq ədəd: "

n = 
int
(n) 
fac = 1 
i = 0 
while
 i < n: 
     i += 1 
     fac = fac * i 
print 
(n, 
"! = "
, fac) 
Tutaq ki, n = 5, yəni 5! hesablamaq lazımdır. while dövrünün gövdəsində birinci 
keçid zamanı fac dəyişəninə 1  1 hasili mənimsədilir. İkinci keçiddə 1  2, sonra 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə