I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə38/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
127 
 
• 
Terminlər lüğəti

(“kiçik daş”) sözündən götürülüb (qədim hesablama aləti olan abakda 
kiçik daşlardan istifadə olunurdu). İlk elektron əl kalkulyatoru 1967-ci 
ildə Texas Instruments şirkəti tərəfindən buraxılıb. 
 
call ~ вызывать ~ çağırmak ~ çağırmaq – proqramda idarəetmənin 
kodun  müəyyən  bir  bölməsinə  (çox  zaman  hər  hansı  altproqrama) 
verilməsi; bu zaman çağırılmış bölmənin işi başa çatdıqdan sonra əsas 
proqramın işinin çağırılma nöqtəsindən davam etdirilməsi üçün bütün 
informasiyalar yadda saxlanılır. 
 
caption ~ заголовок ~ başlık ~ başlıq – 1. Sənədin başlığı. 2. Pən-
cərənin başlığı. 
 
card ~ плата kart ~ kart – çox zaman kompüterin funksional im-
kanlarını  genişləndirmək  üçün  ona  qoyulan  çap  lövhəsinə  və  ya 
adapterə aid edilən termin.  
 
cell ~ ячейка ~ hücregöze xana – 1. Elektron cədvəllərdə: sətirin 
və sütunun kəsişdiyi yer.  
2. Yaddaşın (ada və ya nömrəyə görə) ünvanlanabilən elementi.  
 
central processing unit (CPU) центральный процессор (ЦП) ~ 
merkezi işlem birimi ~ mәrkәzi prosessor – kompüterin hesablama 
və  idarəetmə  bloku;  komandaları  interpretasiya  edən  və  çalışdıran 
qurğu. 
 
channel  ~  канал  ~  kanal  ~  kanal  – 1.  İki  qurğu  arasında  informa-
siyanın  ötürüldüyü  yol  və  ya  birləşmə.  Kanal  kompüterlərə  nəzərən 
daxili  və  ya  xarici  ola  bilər.  Kompüterin  daxili  mühitində  “şin” 
adlandırılır və sistemin komponentləri (məsələn, klaviatura və yaddaş) 
onun vasitəsilə verilənlərin mübadiləsini həyata keçirir. 
2.  Rabitə  sistemlərində:  informasiyanın  ötürülməsi  üçün  daşıyıcı;  bu 
anlamda “xətt” terminindən də istifadə olunur. 
 
character ~ символ ~ karakter ~ simvol – hərf, rəqəm, durğu işarəsi 
və ya hər hansı başqa xüsusi işarə və ya idarəedici kod, məsələn: A, 3 
və ya &. Simvolun ekranda və ya kağızda vizual görüntüsü olmaya da 
bilər; məsələn, boşluq simvolu hərf və ya rəqəm kimi bir simvoldur. 
 
click ~ щелчокщелкнуть ~ tıktıklamak ~ çıqqıltıçıqqıldatmaq 
– kompüter siçanını hərəkət etdirmədən onun düyməsini bir dəfə basıb 
tez də buraxmaq. Adətən, bu hərəkət hər hansı bir elementi seçmək (bu 
zaman  siçanın  göstəricisi  seçilən  obyektin  “üzərində”  yerləşdirilir  və 


























LAYİHƏ


 
 
128 
 
 
siçanın aktiv düyməsi basılır) və ya bu hərəkətdən vaz keçmək məq-
sədilə,  eləcə  də  proqramı  və  ya  müəyyən  funksiyanı  aktivləşdirmək 
üçün edilir. 
 
copy  ~  копировать  ~  kopyalamak  ~  kopiyalamaq,  köçürmәk  – 
informasiyanın təkrarlanması və onun sənədin başqa hissəsində, başqa 
faylda,  yaddaşın  başqa  sahəsində  və  ya  başqa  bir  daşıyıcıda  əks 
etdirilməsi. 
 
cursor ~ курсор ~ imleç ~ kursor – klaviaturada yığılan simvolların 
görünmə yerini bildirmək üçün xüsusi ekran indikatoru. Adətən, yanıb-
sönən altcizgi simvolu və ya düzbucaqlı şəklində olur. 
 
desktop ~ рабочий стол ~ masaüstü ~ iş masası – kompüterin ek-
ranında: üzərindəki simgələr və menyu vasitəsilə masanın səthini mo-
delləşdirən iş sahəsi. Adi (fiziki) iş masasında kağızlarla, yaxud başqa 
obyektlərlə necə hərəkət edilirsə, burada da siçanın köməyilə obyekt-
lərlə bənzər hərəkətləri etmək olar. Windows əməliyyat sistemində iş 
masası hər bir istifadəçi üçün xüsusi kataloqdur. Adətən, orada çoxlu 
sayda proqram fayllarının qısayol simgələri olur.  
 
dialog box ~ диалоговое окно ~ iletişim kutusu ~ dialoq boksu – 
qrafik  istifadəçi  interfeysində:  istifadəçinin  cavabı  zəruri  olduqda 
sistemin və ya tətbiqi proqramın çıxardığı xüsusi pəncərə. 
 
digit ~ цифра ~ rakam ~ rәqәm – say sistemində ədədi ifadə etmək 
üçün  istifadə  olunan  simvollardan  biri.  İstənilən  say  sistemində 
mümkün rəqəmlərin sayı həmin sistemin əsasına bərabərdir.  
 
digital-to-analog converter (DAC) ~ цифро-аналоговый преобра-
зователь  (ЦАП)  ~  sayısal-örneksel  dönüştürücü  ~  rәqәm-analoq 
çeviricisi – rəqəmsal verilənləri analoq siqnala çevirən qurğu. 
 
directory ~ каталог ~ dizin kataloq – diskdə saxlanılan tabe fayl 
və kataloqların adlarının siyahısı; istifadəçini çox böyük sayda fayllarla 
işləmək gərəkliyindən qurtarmaq üçün diskdə olan faylların təşkili və 
qruplaşdırılması üsulu. Ən yüksək səviyyəli kataloq kök kataloq adla-
nır;  başqa  kataloqun  içərisində  olan  kataloqlara  altkataloqlar  deyilir. 
Windows  və  Mac  OS  əməliyyat  sistemlərində  kataloqlara  “qovluq” 
deyilir. 
 
download ~ загрузка indirmek ~ endirmәk – rabitə sistemlərində: 
faylın surətinin (kopiyasının) uzaq kompüterdən sorğu verən kompü-
terə modem və ya şəbəkə xətləri vasitəsilə verilməsi prosesi. 
 


























LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə