İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə13/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   9   10   11   12   13   14   15   16   ...   160

 

37

 



  

 

“Əmi, adın nədir,” -- deyə soruşdum.  



 

  

 



“Abbasdır,” -- dedi.    

 

  



 

Bu sadə kişinin vətənpərvərliyinə min afərin söylədim. 

 

  

 



Yolumuza davam etdik. On dəqiqədən sonra alçaq bir daxmaya çatdıq. Divarının dibində üç-

dörd nəfər özlərini günə verib, qəlyan çəkirdilər. Uzaqdan bizi görən kimi biri ucadan qışqırıb 

dedi:  

 

  



 

“Ey, həmşəri, biletlərinizi gətirin görək!” 

 

  

 



Kalyaskaçı üzünü mənə tutub dedi:  

 

  



 

“Bunlar İran məmurlarıdırlar, təzkirə pulu istəyirlər.” 

 

  

 



İrəli gedib salam verdim. Salamımı almadılar. Ancaq biri soruşdu:  

 

  



 

“Neçə nəfərsiniz?” 

 

  

 



Dedim: 

 

  



 

“Görürsünüz ki, iki nəfərik. Daha buna sual-cavab nə lazım.” 

 

  

 



“Onda iki tümən ver,” -- dedi.  

 

  




 

38

 



Bir söz demədim. Cibimdən iki tümən çıxarıb verdim. Pulu alıb dedi: 

 

  



 

“Yaxşı yol!” 

 

  

 



Daha nə təzkirəni istədi, nə də alıb qol çəkdi. Onun bu rəftarına çox təəccüb etdim. Ancaq heç 

bir söz demədim. Kalyaskanı sürüb buradan da sürətlə keçdik. Gün batana yaxın kiçik bir kəndə 

çatdıq. Gecə yarısınadək istirahət etdik. Atlar da dincəldilər. Gecə yarı yola düşdük. Səhər tezdən 

hələ gün çıxmamış Məşhəd şəhərinin iki ağaclığına çatdıq. Yol üstə bir neçə nəfər seyidin 

əyləşdiyini   gördük. Məlum oldu ki, ağalar ziyarətçilərə bələdçilik etmək və bir qədər mədaxil 

ələ keçirmək üçün pişvaza çıxıblar. Bizi görən kimi ətrafımıza toplaşdılar. Hər biri özünə məxsus 

ifadə ilə bizə bələdçi olmalarını təklif etdi. Onlardan birini çağırıb yanımızda yer verdim. Bir az 

yol getdikdən sonra bulaq başına çatdıq. Aşağı düşüb çay içdik. Yusif əmi də seyidin köməyi ilə 

plov bişirdi. Çörək yeyib yola düşdük. Əlbəttə, seyid də bizim yanımızda əyləşmişdi.... Biz 

böyük həvəs və şövqlə şəhərə daxil olub, bir baş bizi müşayiət edən seyidin evinə getdik. Bizim 

üçün bir otaq ayırdılar. Yük-yapımızı qoyub bir az dincəldik. Nahar yeməyindən sonra paltar-

qətifə götürüb Yusif əmi və seyidlə hamama getdik. İmamın pak qəbrini ziyarət etmək üçün 

təmizlənib, yol paltarını dəyişməli idik. Hamama girən kimi gəndab qoxusundan az qaldı 

boğulam. Çuxur bir yeri iylənmiş su ilə doldurub, adını xəznə, yəni kür qoymuşdular. Suyu o 

qədər çirkli idi ki, tavus lələyi rənginə çalırdı. Qoxusu az qala adamın beynini partladırdı. Elə 

burada mənə məlum oldu ki, bütün yoluxuçu xəstəliklərin mənşəyi həmin xəznələrdir. Bu üç 

aydan qalmış iylənmiş suda bir şəhərin kor-keçəli, yaralı-xoralısı, arvadlı-kişili gecə-gündüz 

çimirlər. Doğrudan da məəttəl qaldım ki, nə üçün bu şəhərin başçılarından və ruhanilərindən biri  

həmin gəndablardan törənən min fəsad və xəstəlikdən agah deyil. Elə bilirlər ki, "kür" sözü 

bütün bu eyibləri yuyub aparır. Mənim aləmimdə hər kəs o suya kür desə, şəriəti təhqir etmiş 

olar. Ona görə ki, müqəddəs şəriət bizi həmişə təmizliyə çağırır. Bu qədər məxluqun çirkinə və 

kəsafətinə bulanıb, rəngi və qoxusu adamın zəhləsini tökən bir suya necə pak demək olar? Misir 

və Osmanlı kimi başqa  müsəlman ölkələrində qüsl suyu əl dəyilməz yerdə saxlanılır. Ondan 

ancaq kranlarla istifadə olunur. Adam bir tərəfdən qüsl etdiyi halda isti suyun yanında olan 

soyuq su kranını açıb, son dərəcədə saf, təmiz suyundan içə bilər. 

 

  



 

Sözün qısası, hamama təmiz gedib murdar qayıtdıq. Seyid hamamdan çıxan kimi dedi: 

 

  

 



“Qoyun boxça hamamda qalsın, gedək imamı ziyarət eliyək.” 

 

  



 

“Yox,” -- dedim. -- “Gərək bu dəqiqə evə gedək. Mənim görməli bir işim var. Ondan sonra 

ziyarətə gedərik.” 

 

  



 

Evə çatan kimi dedim: 

 



 

39

  



 

“Rica edirəm, buyur samovara od salıb gətirsinlər.” 

 

  

 



“Çay vaxtı deyil,” -- deyə Seyid cavab verdi. 

 

  



 

“İstəyirəm hamamın kirindən təmizlənmək üçün təzədən çiməm,” -- dedim. 

 

  

 



“Baba, boş yerə özünə əziyyət vermə, xəznə kür olduğuna görə pakdır,” -- dedi. 

 

  



 

“Sözüm yoxdur,” -- dedim. -- “Ancaq həm çirkli idi, həm də qoxumuş idi.” 

 

  

 



Suyu qızdırdıq, təzədən yuyundum, paltarlarımı da dəyişdim. Özümə söz verdim ki, bir daha 

İranda hamama getməyim. Sonra böyük şövqlə arzusunda olduğum səkkizinci imamın qəbrini 

ziyarət etmək üçün evdən çıxdıq.... 

 

  



 

Ziyarəti başa çatdırdıqdan sonra camaat namaz qılıb çıxdı. Tam iyirmi iki gün səhər, günorta və 

axşam dünyalarca qiyməti olan bu şərəfə nail olduq. Hər gün eyni zamanda şəhərin bir guşəsi ilə 

tanış olurduq. Bir gün də seyidlə həzrətin xəstəxanasına getdik. Ancaq nə xəstəxana! Hər bir 

xəstə oraya getsə, və qədər ki, oradadır, xəstə olacaq. Demirəm, xəstənin özü oradan qaça və 

başqa bir yerdə allahın kərəmi ilə şəfa tapa. Nə həkim var, nə dərman. Xəstəxanada təmizlikdən 

və sair ləvazimatdan da bir iz-əsər yoxdur. İnsafsız mütəvəllilər hər il bir bəhanə ilə xəstəxana 

xərci hesabına imamın xəzinəsindən külli miqdarda pul yeyirlər. Seyidin dediyinə görə, imamın 

ziyarətgahına vəqf olunan əmlakdan hər il iki yüz min tüməndən artıq mədaxil ələ gəlir. Bu 

böyük sərvəti dinsiz və dəyanətsiz müftəxorlar hər cür bəhanə ilə ələ keçirib, bütünlüklə içəri 

ötürürlər. Halbuki heç onun bir noxudunda da haqları yoxdur. Misal üçün, ziyarətə gələnlərə 

qonaqlıq vermək bəhanəsi ilə hər gecə iki xalvar düyünün hər bir ləvazimatı ilə plovunu 

bişirirlər. Onun hamısı özünü müxtəlif bəhanələrlə imamın hərəminə bağlamış varlıların və 

onların qohum-qardaşlarının evinə gedir. Ziyarətə gələnlər və möhtac qəriblər aşın, plovun 

üzünü az-az görürlər. Dövlət başçılarının bir parası da bu talandan müxtəsər pay almaqla 

kifayətlənir, özlərini kənara çəkib otururlar. Bu hədsiz-hesabsız pullar mütəvəllibaşı və onunla 

əlbir olanların cibinə tökülür. Hakimlər də bəzən bu yağlı tikəyə əl atırlar. Hər halda arada heç 

bir hesab-kitab yoxdur. Kim nə qədər istəyirsə o qədər oğurlayır. Nə sorğu-sual var, nə də cəza. 

 

  

 



Məşhədlilər daşqəlblilikdə, demək olar ki, misilsizdirlər. Hər söz başı da utanmaz-utanmaz 

yalandan imamın qəbrinə and içirlər. Mən özüm bazarda bir şey almaq istədim. Əvvəlcə 

qiymətini üç tümən dedi. Həm də dörd dəfə and içib imamı yad etdi. Nəhayət, haman şeyi yeddi 

qrana verdi. 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə