İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə22/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   18   19   20   21   22   23   24   25   ...   160

 

67

 



Dedi: 

 

  



 

“Necə ki, nə ərz eləyim?” 

 

  

 



Yenə də dedim:  

 

  



 

“Nə ərz eləyim?...” 

 

  

 



Mən başladım onun üçün yekə-yekə əhvalatlardan danışmağa. Avropadan girdim, Amerikadan 

çıxdım. Dövlətlərin siyasətindən söhbət açdım. Avropalıların təzə elmi kəşflərindən, London, 

Paris şəhərlərinin əzəmətindən xəbər verdim. Hey yalan idi ki, ətək dolusu, xırman-xırman 

məclisə daşıyırdım. Dövrədə oturanlar da ağızlarını açıb mat-mat məhə baxırdılar. Dörd gündə 

bizim işimiz yalan-palan demək oldu. Nəhayət, şahzadəyə dedim: 

 

  



 

“Əgər izin versəniz, gedib qardaşımı gətirərəm, öz yerimə dustaqda oturtduraram, özüm o tacirin 

yanına gedib bir dil taparam.” 

 

  



 

Şahzadə razı oldu. Qardaşımı gətirib orada qoydum. Özüm hər yerə qaçdım, hər bir qapını 

döydüm. Nəhayət, işi bir təhər yoluna salıb, özümü və qardaşımı xilas etdim. Bir həftədən sonra 

yenə də Tiflisə getmək havası başıma vurdu. Evdə olan-qalan mis qazan-kəfkiri satıb, yol pulu 

düzəltdim. Təzkirə də aldım. Axşamüstü gördüm kətxudanın adamı gəlib dedi: 

 

  



 

“Sizi ağa istəyir.” 

 

  

 



Birgə getdik kətxudanın yanına, salam verdim. Gülər üzlə salamımı alıb dedi: 

 

  



 

“Ağa molla Məmmədəli, xoş görmüşük, buyur yuxarı!” 

 

  

 



Oturmaq icazəsi verib, xoş-beşdən sonra dedi:  

 

  




 

68

 



“Bu gün eşitdim ki, sizi tutub aparıblar, ayrı məhəllədə dustaq oturdublar. Bəs səni müqəssir 

qələmə veriblər, nə üçün mənə xəbər verməmisən ki, onların atasının goruna od vuraydım. Allah 

sənin atana qəni-qəni rəhmət eləsin. O kişi bizim məhəlləmizin sütunu idi. Onun kimi yaxşı 

adam az tapılar. Mənim boynumda bir aləm haqqı var. Xeyr-xeyr, ağa molla Məmmədəli, mən 

necə razı ola bilərəm ki, sənə zülm eləsinlər. Gərək indi özüm bu işə əvvəldən yetişib sərəncam 

verəm.” 


 

  

 



Ərz elədim ki: 

 

  



 

“Allah sizin kölgənizi bizim başımızdan əskik eləməsin. Daha bir iş idi olub-keçib.” 

 

  

 



Kətxuda tez sözümün arasına girdi: 

 

  



 

“Yox-yox, ola bilməz. Necə ki, mənim məhəlləmdən sənin kimi əsil-nəcabətli bir adamı aparıb 

müqəssir qələmə versinlər, başqa bir məhəllədə dama bassınlar?! Gərək atalarını yandırım. Mən 

belə bir biabırçılığa dözə bilmərəm.” 

 

  

 



Kətxuda qırsaqqız olub yapışdı canıma.   

 

  



 

Dedim: 


 

  

 



“Möhtərəm kətxuda, allah sizin ömrünüzü uzun eləsin. Ərz elədim ki, bir iş idi olub-keçib. Mən 

də artıq təzkirə almışam, sabah Tiflisə yola düşürəm....” 

 

  

 



Hələ sözümü qurtarmamışdım ki, kətxuda son dərəcə qəzəbli halda dikəlib, yerindəcə şax oturdu, 

sonra dedi: 

 

  

 



“Necə, nə dedin? Tiflisə gedəcəksən? Qələt eləycəksən, anası ... köpək oğlu, bütün şəhəri 

doyurdun, indi bizə çatanda əllərini göyə qaldırıb dua oxuyursan?! Sən məni nə hesab eləyirsən? 

Köpək oğlu, mən sənin üçün bəyəm ölü at kəlləsiyəm ki, bostanda asasan?! Atanı elə yandırım 

ki, özün əhsən deyəsən.” 

 

  



 

69

 



Bəli, bizi sürüyə-sürüyə çəkib apardılar kətxudanın dustağına. Yazıq anam xəbər tutan kimi evin 

əsasiyəsindən bir neçə şey dəyər-dəyməzinə satıb, kətxudaya peşkəş verdi, məni xilas elədi. 

Zindandan çıxan günün sabahı Təbrizə əbədi olaraq əlvida dedim. Tiflisə getdim. Bugünədək də 

üzümü Təbrizə tərəf çevirməmişəm. 

 

  

 



Molla bu kimi hekayə və macəralardan çox bilirdi. Məclislərdə onları nəql etməklə camaatı 

özünə cəlb edirdi. Elə məhz bu "sərmayə" ilə də gününü onun-bunun məclisində keçirər, başını 

bir təhər girləyər, yemək-içməyini müftə salardı. Onun başına hətta süfrə başında da minbir oyun 

açar, onunla cürbəcür zarafatlar eləyərdilər. Ancaq o, əsla inciməz, hamısına dözər, məclisi  

qızışdırar və gecə-gündüzünü bu minvalla keçirərdi. 

 

  



 

Bir neçə kəlmə də bu möhtərəm şəxsin görkəmi haqqında deyim: Əvvəla, başı lap qulaqlarının 

dibinə kimi keçəl idi. Xırdaca gözləri görmə qabiliyyəti cəhətcə elə zəif idi ki, özündən on addım 

uzağı görə bilməzdi. Kobud, iyrənc dişləri o qədər qabağa gəlmişdi ki, ağzında görünürdü. Qalın 

dodaqları, şişman qarnı var idi. Boyu gödək idi. Bütün bunlarla birlikdə dili də bir qədər pəltək 

idi. Bəli, onun cismani təsviri belə idi. Xüsusi xasiyyətlərinə gəldikdə deməliyik ki, həmişə 

sərxoş, etiqadı süst, nəməkbəharam və dəyanətsiz bir adam idi. Əslində özgələrin süfrəsi başında 

qarın otaran adamlar ümumiyyətlə yaltaq, ikiüzlü və alçaq olurlar. Bəli, tərifini qısaca şərh 

etdiyim belə bir cənab İranda "Hacıxan" olub camaatın ərizəsinə baxır, işini düzəldir! 

 

  



 

O gün heç bir işim olmadığına görə bir üzdən dəqiqələri sayırdım. Görüş vaxtı nə zaman gəlib 

çatacaq ki, gedib onunla görüşüm; birdən-birə necə xanlıq rütbəsi aldığını, dövlət və millət 

qarşısında nə kimi xidmətlər göstərdiyi üçün belə böyük ada layiq olduğunu öyrənmək 

istəyirdim. 

 

  



 

Gecəni min cür fikir-xəyalla səhərə çatdırdım. Səhər tezdən Yusif əmiyə dedim: 

 

  

 



“Bu gün Şah Əbdüləzimin ziyarətinə gedəcəyik. Gecəni də bir yerdə qonaq olacağıq.” 

 

  



 

Yusif əmi soruşdu: 

 

  

 



“Harada qonağıq?” 

 

  



 

“Bir nəfər xanın evində qonağıq,” -- dedim. -- “Sən özün də onu tanıyırsan. Amma adını 

deməyəcəyəm, özün görüb tanıyarsan.” 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə