1735 21 mart
Gəncə müqaviləsi. Rusiya ilə Səfəvi dövləti arasında imzalanan müqavilənin şərtlərinə əsasən rus qoşunu
Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi
1735 iyun
Üçmüədzinin şimal-şərqində Səfəvi və Osmanlı qoşunu arasında döyüş baş verməsi. Nadir xanın qələbə
qazanması
1735 sonları
Osmanlı qoşununun Cənubi Qafqazdan tamamilə çıxarılması
1736
Nadir xan tərəfindən Səfəvilər dövlətinin varlığına son qoyulması
AZƏRBAYCAN NADİR ŞAH İMPERİYASININ TƏRKİBİNDƏ
XVIII 30-40-cı illəri
Azərbaycanda Nadirin hakimiyyətinə qarşı xalq çıxışları baş
verməsi
1734
İlk dəfə Astaranın yoxsul kəndlilərinin Nadir xana qarşı üsyan qaldırması
1734
Şəkinin Biləcik kəndinin əhalisinin Nadir xana qarşı üsyan qaldırması
1735 fevral
Nadir xanın cəza dəstələrinin Car, Biləcik, Şamaxı və Astara üsyanlarını yatırması və Dərbəndə qədər olan
əraziləri hakimiyyət əleyhinə olan qüvvələrdən təmizləməsi
1736 əvvəlləri
Nadir xanın sonuncu Səfəvi hökmdarı Şah III Abbası öldürtməsi
1736 mart
Suqavuşan qurultayının keçirilməsi.
Suqavuşan qurultay nəticəsində Nadir xan özünü İranın şahı elan etdi.
Bununla Səfəvilərin sülaləsinin hakimiyyətinə son qoyuldu. Qurultayda Nadirin şah seçilməsinə qarşı çıxan
feodallar ailələr ilə birlikdə Xorasana sürgün edildilər, Qazax, Şəmşəddil və Borçalı mahalları Kartli
hakiminin tabeliyinə verildi, Qarabağ məliklikləri isə Gəncə bəylərbəyliyinə tabe edildi
1736-1747
Azərbaycan torpaqlarının Nadir şah imperiyasının tərkibində qalması
1737
Nadir şahın əmri ilə rəiyyətin hərbi qulluğa çağırılması
1737
Nadir şahın Hindistana və Mərkəzi Asiyaya yürüş
etməsi
1738
Nadir şahın ölkədə olmamasından istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisinin Nadir şahın
kakimiyyətinə qarşı yenidən silaha əl atması
1738
Divanə İbrahim və Xəlilin başçılığı ilə Carda Nadir şaha qarşı ən böyük üsyan baş verməsi. Üsyanı yatırmaq
üçün Nadir şahın qardaşı İbrahim xan böyük ordu ilə Cara gəlsədə qanlı döyüş nəticəsində şahın qoşun
darmadağın edildi və İbrahim xan öldürüldü
1739 sonları
Mirzə Səfi xanın başçılığı ilə şah qoşununun Car üsyanın qismən yatırması
1741
Nadir şahın Hacı Çələbini Şəki əyalətinə vəkil təyin etməsi
1741 yay
Nadir şahın Azərbaycanın şimal-şərq bölgəsinə yürüşü
1743-1744
Nadir şah rejiminə qarşı Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar baş verməsi
1743 əvvəlləri
I
Sam Mirzənin başçılığı ilə Şirvanda Nadir şaha qarşı üsyan baş verməsi
1743
Nadir şahın I Sam Mirzə üsyanını yatırmaq üçün oğlu Nəsrullah Mirzəni Şamaxıya göndərməsi
1743 oktyabr
Şirvan üsyançılarının Ağsu şəhərini tutaraq şahın vergi toplayanlarını qovması və II Sam Mirzəni oraya dəvət
etməsi. Ağsuya gələn kimi II Sam Mirzəni
ağır verigləri ləğv etdi
və ə
halidən az miqdarda vergi toplanması
barədə göstəriş verdi
17439
Şamaxı yaxınlığında Şirvan düzənliyində döyüş. Döyüş nəticəsində I Sam Mirzənin qoşunu darmadağın edildi
və Nəsrullah Mirzə Şamaxıda Nadir şah idarə üsulunu bərpa etdi
1743 sonları
II Sam Mirzənin Şirvan üsyanına başçılıq etməsi
1743 oktyabr
Şirvan üsyançılarının Ağsu şəhərini tutaraq Nadir şahın vergi toplayanlarını qovması və II Sam Mirzəni oraya
dəvət etməsi
1743 9 noyabr
Nəsrullah Mirzənin Şirvan üsyançıları ilə döyüşdə ağır məğlubiyyətə uğraması
1743 sonları
Şahbulağı döyüşü. Döyüş nəticəsində Nəsrullah Mirzə qalib gələrək Ağsu qalasını tutdu və Şirvan üsyanını
yatırdı, II Sam Mirzə isə məğlub olaraq Gürcüstana qaçdı. Məğlub olaraq Gürcüstana qaçan II Sam Mirzəni
Kartili-Kaxetiya çarı Teymuraz əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. Nadir şah II Sam
Mirzənin tutulmasında köməyinə və digər xidmətlərinə görə Araqvi vilayətini Teymuraza hədiyyə etdi
1743
Hacı Çələbinin məlik Nəcəfi öldürərək şahın adamlarını Şəkidən qovması və Şəki vilayətini müstəqil xanlıq,
özünü isə xan elan etməsi
1744 29 noyabr
Nadir şahın “Gələsən-Görəsən” qalasına hücum etməsi. Hücum nəticəsində Nadir şah müqavimətə rast gələrək
Bərdəyə doğru geri çəkildi
1746
“Gələsən-Görəsən” qalasının müdafiəçilərinin Nadir şaha tabe olması. “Gələsən-Görəsən” qalasının
müdafiəçilərinin Nadir şaha tabe olmasının səbəbi qalada ərzaq ehtiyyatının tükənməsi idi. Odur ki, Hacı
Çələbi vəkil vəzifəsində qalmaqla Nadir şaha güzəşdə gedib, onun hakimiyyətini tanımağa məcbur oldu
1747 əvvəlləri
Hacı Çələbinin Nadir şah zülmünə qarşı yenidən üsyan qaldırması
1747
III Sam Mirzənin başçılığı ilə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə üsyan baş verməsi
1747 19 iyun
Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi. Nadir şahın öldürülməsindən sonra onun yaratdığı imperiya
süqut etdi, İran dövlətini yenidən ara müharibələri bürüdü, Azərbaycan ərazisi xanlıqlara, sultanlıqlara və
məlikliklərə parçalandı. Nadir şah dövlətinin süqutunun səbəbi aramsız müharibələr, iqtisadi vəziyyətin ağırlığı
və sosial-qruplar arasındakı ziddiyyətlər olmuşdur