Hacı Davudun başçılığı ilə üsyan baş verdi, əhali siyahıya alındı, əfqanlar Səfəvilər dövlətinə qarətçi yürüşlər
edərək İsfahan şəhərini tutdular. Şah musiqini qadağan edən fərmanlar verməsi ilə də yadda qalmışdır
1699-1702
Səfəvilər dövləti tərəfindən əhalinin və onun əmlakının siyahıya alınması. Siyahıya alma nəticəsində ölkədə
toplanan vergi və mükəlləfiyyətlərin sayı artırıldı, bu isə xalqın var-yoxdan çıxmasına səbəb oldu
XVII əsr
Qədim İpək yolunun öz əhəmiyyətini itirməsi
XVII əsr
Azərbaycan haqqında osmanlı səyyahı Övliya Çələbi, alman səyyahı Adam Oleari və holland səyyahı Yan
Streysin məlumat verməsı
XVII əsr
Gəncədə Şah Abbas (Cümə) məscidi, Suraxanıda hind atəşpərəstlərinin məbədi, Şamaxının Kələxana kəndində
məqbərələr kompleksi (1663), Nardaran kəndində məscid (1663), Sanqaçalda ovdan, Təbrizdə Şibli
karvansarasının inşa edilməsi
XVII əsr
Təbriz miniatür məktəbinin nümayəndələrinin İsfahan rəssamlıq məktəbini yaratması
XVII əsr
Təbriz, Gəncə Şamaxı bəylərbəyiliyinin şəhərlərindəki saraylarda teatr kollektivlərinin təşkil olunması
XVII əsrin II yarısı
Səfəvilər dövlətinin idarəçiliyində irsilik prinsipinin saxlanılması
XVII əsrin II yarısı
Rusiyanın Azərbaycana əlverişli satış bazarı kimi yanaşması və digər dövlətlərin Azərbaycanla iqtisadi
əlaqələrinə mane olmaq siyasəti yeritməsi. Azərbaycan tacirlərinin Kazan, Novqorod, Yaroslav, Arxangelsk
şəhərləri ilə ticarət əlaqələri saxlaması
XVII əsrin II yarısı
Şah II Abbasın baş tarixçisi
Məhəmməd Tahir Vahidin
“Tarixi-vahid” (“Abbasnamə”) əsərini yazması
XVII əsrin II yarısı
Səfəvi dövlətində pul böhranı baş verməsi
XVII əsrin sonları
Səfəvilər dövlətinin dərin iqtisadi-siyasi böhran keçirməsi
1707
Səfəvi zülmü əleyhinə Car-Balakəndə ilk kütləvi xalq çıxışı baş verməsi
1709
Təbrizdə
sənətkar və şəhər yoxsullarının Səfəvi zülmü əleyhinə çıxışı baş
verməsi
1709-1715
Soucbulaq və Muğanda Səfəvi zülmü əleyhinə kəndli çıxışları baş verməsi
1711
Car camaatının yenidən Səfəvi zülmü əleyhinə üsyan qaldırması. Şirvan bəylərbəyinin qoşunu ilə döyüşdə
üsyançılar qalib gəldi və bəylərbəyi döyüş meydanında həlak oldu
1716
Rus çarı I Pyotrun A. Volinskiyə gizli göstəriş verərək İrana göndərməsi. I Pyotrun Volinskiyə verdiyi gizli
göstərişlər Cənubi Qafqazdakı xristian əhali ilə əlaqə yaratmaq, Səfəvi dövlətinin ərazisində rus ticarətinin
rerspektivlərini öyrənmək, karvan yollarının, yerli qoşunun və müdafiə qurğularının vəziyyətini öyrənmək idi
1719-1721
Şirvanda feodal və Səfəvi zülmünə qarşı Hacı Davudun başçılığı ilə üsyan baş verməsi
1720
Qazıqumuxlu Surxay xanın köməyi ilə Hacı Davudun Şabran, Xudat və Şamaxı şəhərlərini tutması. Şamaxının
üsyançılar tərəfindən tutulması zamanı buradakı rus tacirlərinə böyük zərər dəydi, bəziləri isə öldürüldü
XVIII əsrin 20-ci illəri
Cənubi Qafqaz uğrunda Rusiya, Osmanlı və Səfəvilər dövləti arasında mübarizə başlaması
1722 8 mart
Əfqanların Səfəvilər dövlətinə hücum etməsi. İsfahan yaxınlığında döyüş. Əfqanların bu yürüşü nəticəsində
İsfahan yaxınlığında şah qoşunları məğlub edildi, paytaxt İsfahan mühasirəyə alındı, Səfəvilər dövlətində
mərkəzi hakimiyyət devrildi - Şah Sultan Hüseyn taxtdan salınaraq həbsə alındı
1722
Təhmasibin Astarabadda özünü II Təhmasib adı ilə şah elan etməsi
1722-1732
Şah II Təhmasibin hakimiyyəti. II Təhmasibin dövründə əfqanlar Azərbaycandan qovuldu, I Pyotr Xəzərsahili
vilayətlərə hücuma başladı və Rusiyanın Xəzəryanı vilayətləri işğal etməsinin I mərhələsi başa çatdı,
osmanlılar ölkənin bir hissəsi işğal etdi, Azərbaycan torpaqları Səfəvi, Osmanlı və Rusiya arasında
bölüşdürüldü, Peterburq, Nabur, Kirmanşah və Rəşt sülhləri imzalandı, Nadir xan osmanlılara qarşı
müharibəyə başladı
1722 15 iyun
I Pyotrun Azərbaycan dilində “Bəyannamə” nəşr etdirərək Şirvana və Xəzəryanı bölgələrə göndərməsi.
“Bəyannamə”də rus qoşununun yürüşünün əsas səbəbi gizlədilir, Xəzəryanı bölgələrdə yaşayan şiə əhalisini
imnandırmağa çalışılırdı ki, o, Səfəvi şahının dostudur, yürüşdə onun məqsədi bu yerlərdə əmin-amanlıq
yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir. I Pyotr Səfəvilərə qarşı
üsyan edən feodalların, Osmanlı türklərinin bu torpaqları zəbt etməsinin qarşısını alacaq, burada Səfəvilərin
hakimiyyətini bərpa edəcəkdir
1722 18 iyun
I Pyotrun Həştərxandan Azərbaycanın Xəzəryanı vilayətlərinə yürüşə başlaması. I Pyotrun bu yürüşdə əsas
məqsədi Xəzərin qərb sahil bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək idi
1722 15 avqust
I Pyotrun başçılığı ilə rus eskadrasının Dərbəndə daxil olması
1722 7 sentyabr
I Pyotrun Bakının tutulasını general-mayor M.Matyuşkinə tapşıraraq Peterburqa qayıtması
1722 dekabr
Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi və S.Abramovun burada konsulluq açması
1722
Şirvan üsyanının başçısı H.Davudun Rusiyaya qarşı mübarizədə kömək üçün Osmanlı sultanı III Əhmədə
müraciət etməsi
1723 28 iyul
Rus eskadrasının Bakını işğal etməsi. Knyaz İ.Baryatinskinin Bakının komendatı təyin edilməsi. I Pyortun
əmri ilə Bakının alınması münasibəti ilə Peterburqda yaylım atəşi açıldı. Bakı işğal edildikdən sonra
M.Matyuşkin Bakı hakimi Məhəmməd Hüseyn bəyin H.Davudla əlaqədə olduğunu bəhanə edərək onun həbsə
alınmasını əmr etdi. Bakı tutulduqdan sonra rus komandanlığı asanlıqla Salyanı da işğal etdi
1723 12 sentyabr
Peterburq müqaviləsi. Rusiya ilə Səfəvilər arasında imzalanan müqavilənin şərtlərinə əsasən Səfəvilərin
Dərbənddən Gilana qədər olan Xəzəryanı torpaqları Rusiyaya ilhaq edildi və Rusiya əfqanlarla müharibədə
Səfəvi şahına hərbi yardım edəcəyini öhdəsinə götürdü
1722-1723
Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsinin başa çatması
1723-1735
Rusiyanın Azərbaycanın Xəzəryanı vilayətlərində hökmranlığı dövrü
1723-1725
Şimali-qərbi Azərbaycan əhalisinin kömək üçün osmanlılara müraciət etməsi