İdarəetmə UÇotu müNDƏRİcat


Maraqli tərəflərin məmnuniyyəti



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə1401/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   ...   1397   1398   1399   1400   1401   1402   1403   1404   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

3. Maraqli tərəflərin məmnuniyyəti

Maraqlı  tərəflərin  məmnuniyyəti  müəssisənin  kommersiya  təşkilatı  kimi  fəaliyyət  göstərib-

göstərməməsindən asılı olmayaraq onun fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilən 

meyarlardan biri olmalıdır. 

Qeyri-kommersiya  təşkilatlarında  fəaliyyətin  qiymətləndirilməsi  zamanı  məmnuniyyətinə  ən 

çox əhəmiyyət verilən iki əsas maraqlı tərəf var. Bunlar aşağıdakılardır:

 

Faydalananlar

 

Pul ehtiyatları ilə təmin edənlər



4. Balanslaşdirilmiş qiymətləndirmə cədvəli

Qeyi-kommersiya təşkilatlarında uzunmüddətli dəyər yaradılmasına əhəmiyyət verildiyi üçün 

fəaliyyətin dəyərləndirilməsi məqsədilə  balanslaşdırılmış qiymətləndirmə cədvəlindən istifadə 

edilməsi münasibdir. 

Balanslaşdırılmış qiymətləndirmə cədvəli isə hədəflərə nail olmaq üçün ehtiyac duyulan mis-

siyanın müəyyənləşdirilməsi, missiyaya nail olmaq üçün strategiyaların ümumi təsviri, əsas 

müştəri tələblərinin dərk edilməsi, daxili biznes fəaliyyəti proseslərinin müəyyənləşdirilməsi və 

təşkilati infrastrukturun qiymətləndirilməsi ilə başlayır. 

Balanslaşdırılmış qiymətləndirmə cədvəlinin məğzi odur ki, heç bir göstərici təkbaşına stra-

teji müvəffəqiyyət istiqamətində müəssisənin inkişafını lazımınca qiymətləndirə bilməz. Lakin 

ümumi olaraq aşağıdakı dörd əsas sahədə qruplaşdırılmış çoxtərəfli göstəricilər müəssisənin 

fəaliyyətinin arzu olunan, müfəssəl qiymətləndirməsini təmin edir:

 


Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   ...   1397   1398   1399   1400   1401   1402   1403   1404   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə