İdarəetmə UÇotu müNDƏRİcat



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə1403/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   ...   1399   1400   1401   1402   1403   1404   1405   1406   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

7. Reytinq siyahisi

Reytinq siyahısı idman komandalarını, müəssisə və ya şirkətləri imkan və ya nailiyyətlərinə uy-

ğun sırada dərəcələndirmək üçün istifadə edilən cədvəl və ya siyahıdır və bu müqayisəni asan-

laşdırır. Məs: ali məktəblərin reytinq siyahısı müxtəlif ali məktəblərin akademik nailiyyətlərini 

müqayisə etmək üçün istifadə edilir. 

Bu qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilən müasir 

üsuldur. 

8. Mənfəətlilik nisbətləri

Mənfəətliliyə  əsaslanan  fəaliyyət  göstəricilərinin  qeyri-kommersiya  təşkilatları  üçün  qeyri-

münasib  olmasına  baxmayaraq  onlar  müəyyən  dərəcəyə  qədər  və  müəyyən  dəyişikliklərin 

edilməsi ilə belə təşkilatların fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilə bilərlər. Çünki bu 

təşkilatlarda əsas məqsəd mənfəət əldə etmək olmasa da bu qeyri-kommersiya təşkilatlarının 

mənfəət əldə etmədikləri mənasına gəlmir və buna görə də mənfəətlilik nisbətindən fəaliyyətin 

qiymətləndirilməsi üçün istifadə edilə bilər.

Buna baxmayaraq bu qeyri-kommersiya təşkilatlarının fəaliyyətlərinin qiymətləndirilməsi üçün 

yeganə meyar olmamalıdır.

Dövlət  qurumlari  (dövlət  sektorundaki  müəssisələr)  və  xeyriyyə  təşkilatlari

  kimi  qey-

ri-kommersiya təşkilatları kommersiya təşkilatlarından fərqlənir, çünki onların əsas məqsədi 

mənfəət əldə etmək və ya mənfəətlərini maksimum səviyyədə artırmaq deyil. Bu təşkilatların 

əsas hədəfi təsis olunma məqsədlərindən asılıdır. Dövlət qurumları üçün hədəf ölkəni idarə 

etmək, məktəblər və ya hər hansı təhsil müəssiələri üçün hədəf insanları yüksək keyfiyyətli 

təhsillə təmin etmək, xəstəxana üçün hədəf tibbi xidmətlər təmin etməkdir.

Bununla  belə  qeyri-kommersiya  təşkilatları  (başlıca  hədəfləri  olmasa  da)  bəzi  maliyyə 

hədəflərinə malik ola bilərlər. Dövlət müəssisələri müəyyən olunan məsrəf büdcəsi çərçivəsində 

fəaliyyət göstərməlidir. Ali məktəb və ya universitet fəaliyyət göstərə bilmək üçün tələbələrə 

münasib  təhsil  haqqı  müəyyənləşdirməlidir.  Buna  oxşar  olaraq  xəstəxana  göstərilən  tibbi 

xidmətlərə görə xəstələrdən müəyyən məbləğin ödənilməsini tələb edə bilər. 



5. Rəhbərliyin fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilə biləcək göstəricilər 


Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   ...   1399   1400   1401   1402   1403   1404   1405   1406   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə