7. Reytinq siyahisi
Reytinq siyahısı idman komandalarını, müəssisə və ya şirkətləri imkan və ya nailiyyətlərinə uy-
ğun sırada dərəcələndirmək üçün istifadə edilən cədvəl və ya siyahıdır və bu müqayisəni asan-
laşdırır. Məs: ali məktəblərin reytinq siyahısı müxtəlif ali məktəblərin akademik nailiyyətlərini
müqayisə etmək üçün istifadə edilir.
Bu qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilən müasir
üsuldur.
8. Mənfəətlilik nisbətləri
Mənfəətliliyə əsaslanan fəaliyyət göstəricilərinin qeyri-kommersiya təşkilatları üçün qeyri-
münasib olmasına baxmayaraq onlar müəyyən dərəcəyə qədər və müəyyən dəyişikliklərin
edilməsi ilə belə təşkilatların fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilə bilərlər. Çünki bu
təşkilatlarda əsas məqsəd mənfəət əldə etmək olmasa da bu qeyri-kommersiya təşkilatlarının
mənfəət əldə etmədikləri mənasına gəlmir və buna görə də mənfəətlilik nisbətindən fəaliyyətin
qiymətləndirilməsi üçün istifadə edilə bilər.
Buna baxmayaraq bu qeyri-kommersiya təşkilatlarının fəaliyyətlərinin qiymətləndirilməsi üçün
yeganə meyar olmamalıdır.
Dövlət qurumlari (dövlət sektorundaki müəssisələr) və xeyriyyə təşkilatlari
kimi qey-
ri-kommersiya təşkilatları kommersiya təşkilatlarından fərqlənir, çünki onların əsas məqsədi
mənfəət əldə etmək və ya mənfəətlərini maksimum səviyyədə artırmaq deyil. Bu təşkilatların
əsas hədəfi təsis olunma məqsədlərindən asılıdır. Dövlət qurumları üçün hədəf ölkəni idarə
etmək, məktəblər və ya hər hansı təhsil müəssiələri üçün hədəf insanları yüksək keyfiyyətli
təhsillə təmin etmək, xəstəxana üçün hədəf tibbi xidmətlər təmin etməkdir.
Bununla belə qeyri-kommersiya təşkilatları (başlıca hədəfləri olmasa da) bəzi maliyyə
hədəflərinə malik ola bilərlər. Dövlət müəssisələri müəyyən olunan məsrəf büdcəsi çərçivəsində
fəaliyyət göstərməlidir. Ali məktəb və ya universitet fəaliyyət göstərə bilmək üçün tələbələrə
münasib təhsil haqqı müəyyənləşdirməlidir. Buna oxşar olaraq xəstəxana göstərilən tibbi
xidmətlərə görə xəstələrdən müəyyən məbləğin ödənilməsini tələb edə bilər.
5. Rəhbərliyin fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə edilə biləcək göstəricilər
Dostları ilə paylaş: |