Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə29/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   25   26   27   28   29   30   31   32   ...   68

silisiumun   miqdarının   yüksək   (qalıq   kvarsın   toplanması
halında) olması ilə nəzəri cəlb edir.
Solodların   profili   boyu,   şorakətlərə   nisbətən
narındispersli   hissəciklərin   daha   kəskin   yayılması
müşahidə   edilir.   Narındispersli   hissəciklər   bəzən   A
2
qatından   o   dərəcədə   çıxarılır   ki,   o,   podzol   torpaqları
xatırladan   açıq   ağımtıl   rəngə   malik   olur.   A
1  
qatının
tərkibində   kobud   humusun   çoxlu   miqdarı   və   çox   vaxt
torflaşması, bu oxşarlığı gücləndirir.
Solodların profilinin yuxarı hissəsindən nəinki narın
dispersli   hissəciklər,   həm   də,   bütün   suda   həll   olan
komponentlər, o cümlədən humusun mütəhərrik formaları
kənar   edilir.   Yuyulub   çıxarılmış   birləşmələr   yuyulub   –
toplanma qatında ( illüvial qatda) yığılır. Torpaq profilinin
yuxarı qatından yuyulma o qədər intensiv gedir ki, A
1
  və
A
2
  qatlarında   turş   reaksiya   müşahidə   edilir.   Udulmuş
natrium   kationunun   təsiri   altında   ,   aşağı   getdikcə   (B
qatının aşağı hissəsinə qədər) profil boyu pH-ın miqdarı
tədricən artır. N.İ.Bazileviçin məlumatına görə Qərbi Sibir
solodlarının   profili   boyu   udulmuş   natriumun   miqdarı   da
A
2
 , B qatlarında bir qədər artır.
Şoranların duzsuzlaşması nəticəsində şorakətlərin
əmələgəlmə   nəzəriyyəsinə   əsaslanaraq   K.K.Hedroys
(1926)   solodlara   səth   suları   ilə   yuyulma   nəticəsində
şorakətlərin   sonrakı   inkişaf   mərhələsi   kimi   baxmışdır.
Daha   sonrakı   tədqiqatlar   (N.İ.Bazileviç)   göstərmişdir   ki,
belə   proses   ,   xüsusilə   yüksək   miqdarda   udulmuş
natriuma malik olma şorakətlərin yalnız az bir hissəsində
mümkündür .
117


Solodların   əmələ   gəlməsi   zamanı   narın   dispersli
mineral və üzvi hissəciklərin natriumla zənginləşməsi çox
güman   ki,   yuxarıda   nəzərdən   keçirdiyimiz   şorakətlərin
əmələ gəlmə prosesi kimi- su ilə zənginləşmiş çökəklərin
torpaq-qrunt   qatında   sulfatları   reduksiya   edən
bakteriyaların   fəaliyyəti   nəticəsində   əmələ   gəlmiş   soda
məhlulunun   təsiri   altında   gedir   .   Ağac   bitkilərinin
inkişafından   və   münasib   mikrofloranın   təsirindən   sonra,
solodların   üst   genetik   qatlarında   turş   reaksiyaya   səbəb
olan, turş üzvi birləşmələr əmələ gəlir . 
17.8. Bozqır çökəkliklərinin torpaq kompleksləri
Bozqır   çökəkliklərinin   öyrənilməsi   zamanı
torpaqların   yayılmasında   müəyyən   qanunauyğunluqlar
müşahidə   edilmişdir.   Meşə   bozqır   və   müxtəlif   bozqır
landşaftlarında   çökəklərin   mərkəzi   hissəsi   adətən
solodlarla, yamaclar şorakətlərlə tutulur. 
Bozqır   çökəklərinin   torpaq   örtüklərinin   belə
quruluşu ilk dəfə Rusiyanın Avropa hissəsində qaratorpaq
bozqırlarında müəyyən edilmişdir . Prinsip etibarı ilə Qərbi
Sibir   və   Şimali   Qazaxstanda   da   belə   vəziyyət   vardır.
Y.S.Tolçelnikovun   (1957)   məlumatına   görə   Şimali
Qazaxstanda   torpaq   örtüyündə   bəzi   mürəkkəbləşmə
halları   baş   verir   :   çökəkliklərin   mərkəzi   hissələrində
çürüntülü   –   qleyli   torpaqlar,   çökəkliklərin   dibinin   ətraf
hissəsi   solodlar   ,   yamaclar   üzərində   isə   çəmən   –
qaratorpaqlar   inkişaf   etmişdir.   Dərin   çökəkliklər   şorakət
zolağı  ilə  əhatə edilmişdir.  Şabalıdı  torpaqların  quru  və
118


səhra bozqırlarında çökəklərin mərkəzi hissəsi çox zaman
şoranlarla tutulmuş olur.
17.9. Çay vadilərinin torpaqları
Bozqır   zonası   çay   vadilərinin   torpaq   örtüyü
olduqca mürəkkəbdir və lazımınca tam öyrənilməmişdir. 
İri çay subasarlarında çay yatağı boyu, mərkəzi və
terrasyanı hissələr ayrılır. Subasarların çay yatağı boyu
hissəsində   bəndlər   üzərindəki   söyüdlüklər   altında   zəif
formalaşmış   yumşaq   qumlu-çimli   torpaqlar   əmələ   gəlir.
Daha yaxşı rütubətlənən, çay yatağı boyu bəndləri ayıran
çökəklərdə  ot bitkiləri  altında  daha  qalın  çimli  torpaqlar
yerləşir.
Subasarların mərkəzi hissəsində zəngin ot bitkiləri
və   subasar   palıdlıq   altında   xeyli   qalın   olan   torpaqlar
qaratorpağaoxşar (qaramtul ) torpaqlar əmələ gəlir. Don
çayının   aşağı   axarlarının   yataqlarında   belə   torpaqların
humusla   rənglənmiş   hissəsi   80-   100sm-ə   çatır.  Profilin
aşağı   hissəsində   (humus   qatından   başlayaraq),
qleyləşmə   hissəsini   göstərən,   dəmirli   yeni   törəmələr   və
göyümtül   ləkələr   vardır.   Bir   qayda   olaraq   bu   torpaqlar
karbonatlıdırlar,   şabalıdı   zona   ərazisində   isə   çox   vaxt
şorlaşmışlar. 
Subasarların terras boyu hissəsində qrunt sularının
səthə çıxdığı qara qızılağaclar altında,  çürüntülü-qleyli
torpaqlar  inkişaf   edir   ki,   onlar   şabalıdı   torpaqlar
zonasında adətən az və ya  çox dərəcədə şorlaşmışdır.
Məsələn,   Volqa-Axtubinsk   subasar   torpaqlarının   terras
119


boyu hissəsində duzların miqdarı 0,1-0,6% və daha çox
təşkil edir. 
İri çayların birinci və ikinci üst terrasları çox vaxt
qumlu allüvilərdən ibarətdir. Bu terraslarda özünəməxsus
narın   qumlu   çəmən   bozqır   torpaqları   əmələ   gəlir.  Bəzi
yerlərdə   torpağın   inkişafı   uzun   müddət   qədim   şam
meşələri  altında  gedir. Belə torpaqlar  şabalıdı  torpaqlar
zonasında   da   yayılır.   A.Q.Qayelin   (1964)   fikrinə   görə
lentşəkilli   meşə   torpaqlarının   Qazaxstan   bozqırlarında
(məsələn, Kustanay və Naurzum çöllərində) yaşı holosen
dövrünün   əvvəllərinə   təsadüf   edir.  Hazırda   terras   boyu
meşələr   xeyli   dərəcədə   məhv   edilmişdir   və   terrasların
çimli   –   qumsal   torpaqları   yabanı   taxıl   bitkiləri   altında
yerləşir.
XVIII FƏSİL
SƏHRA TORPAQLARI
Səhra   torpaqları   Asiyanın   daxili   kontinental
hissəsində,   Orta   Asiyanın   və   Qazaxstanın   geniş
düzənliklərində   yayılmışlar   və   keçmiş   Sovet   İttifaqı
ərazisinin 6%-dən çoxunu tuturlar ( şəkil 18.1).
120


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə