Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə37/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   33   34   35   36   37   38   39   40   ...   68

yaxınlığı   boz   torpaqların   humusunun   səciyyəvi
xüsusiyyətidir.
Boz   torpaqlar   üstdən   karbonatlıdır,   lakin   profilin
aşağı   hissəsində   karbonatların   miqdarı   daha   çoxdur.
Udulmuş   kationlar   arasında     kalsiumun   miqdarı   xeyli
yüksəkdir. Torpağın reaksiyası zəif qələvidir (7,5-8,5).
Nisbətən   yaxşı   rütubətlənən   yüksək   dağ
ətəklərində tünd boz torpaqlar əmələ gəlir. Bu torpaqlar
humusun miqdarının yüksək (4%-ə qədər və daha çox) və
A qatında karbonatların olmaması ilə fərqlənir.
Boz torpaqların profili bir-birini əks istiqamətlərdə,
qarşılıqlı surətdə əvəz edən kimyəvi birləşmələrin şaquli
miqrasiya   proseslərinin   birgə   təsiri   altında   əmələ   gəlir.
Yazda suyun aşağı axını əmələ gəlir, karbonatlar yüksək
enerji ilə yuyulur və görünür, profilin yuxarı hissəsindən
bir qədər narındispersli hissəciklər də həmçinin yuyulur.
Quru, isti başlanması ilə torpaq məhlulu yuxarıya doğru
hərəkət   edir   və   karbonatlar   profilin   yuxarı   qatlarına
aparılır.   Karbonatların   belə   paylanma   rejimini
A.N.Rozanov  qayıdan-aşağı axın  adlandırmışdır.
Boz   torpaqlar   səhra   boz-qonur   torpaqlar   ilə
həmsərhəddir və onlarla tədrici keçidlə əlaqədardır. Lakin
tipik   boz   torpaqlar   boz-qonur   torpaqlardan   səthində
məsaməli   qabığın   olmaması,   profilin   yuxarı   hissəsində
karbonatların az miqdarı, humusun xeyli yüksək miqdarı
və   gips   yenitörəmələrinin   daha   alçaqda   yeləşməsi   ilə
fərqlənirlər. Suda həll olan duzlar da boz-qonur torpaqlara
nisbətən, boz torpaqlarda daha dərin yuyulur.
Boz   torpaqlarda,   azotdan   başqa,   bitkilərin   qidası
üçün lazım olan kifayət qədər kimyəvi elementlər vardır.
152


Onların   kənd   təsərrüfatında   istifadəsində   çətinlik   suyun
çatışmaması   ilə   əlaqədardır.   Ona   görə,   bu   torpaqların
mənimsənilməsi   üçün   suvarmanın   mühüm   əhəmiyyəti
vardır.   Orta   Asiya   respublikalarında   və   Zaqafqaziyada
suvarılan boz torpaqlarda çəltik və pambıq bitkiləri, dənli
bitkilər,   tərəvəz-bostan   və   s.   becərilir.   Dəmyə   əkinçilik
əsasən dağətəklərinin hündür sahələrində toplanmışdır.   
19.4.  Subtropik  qurşağın  torpaqlarının kənd
təsərrüfatında    istifadəsi.
Rütubətli    subtropik    qurşağın   təbii   şəraitdə
bir   çox  kənd təsərrüfat bitkilərinin becərilməsi üçün xeyli
əlverişlidir.  Qırmızı       və       sarı   torpaqlarda   çay   kolları,
sitrus   və     efiryağlı     bitkilər,    tütün     və     başqa       kənd
təsərrüfat     bitkiləri   becərilir.   Lakin   bu   torpaqlar   bitkilər
üçün az mənimsənilən qida ehtiyatına     malikdir. Azotun
mütəhərrik   forması   üst   qatlardan     asan   yuyulur,   lakin
çoxlu   miqdarda     bir   yarımoksidlər   torpaqdakı   fosfatları
bitkilər üçün az mənimsənilən edir.
Mineral     gübrələrdən    ən   effektlisi     azot   və
fosfordur.     Kalsium gübrəsi də   məhsuldarlığa    müsbət
təsir       göstərir.  Məhsulda   ən   çox   artım   yüksək   norma
gübrələr     verildikdə     alınır.    Məsələn,     sitrus       bitkiləri
plantasiyasına hər hektara    300-350 kq P
2
0, 200-250kq
K
2
O və 40 ton peyin verdikdə onlar daha çox nəticə verir.
Üzvi       gübrələr     (peyin,   kopostlar,  sideratlar)   də
qırmızı və sarı torpaqlar üçün çox effektli olub, onlarda
becərmə prosesini sürətləndirir.
153


Rütubətli   subtropik   zona       çay       bitkisi       üçün
daha əlverişlidir. Bu, orada əlverişli  torpaq və hidrometrik
şəraitin     olması   ilə   izah     edilir.   Qırmızı       və       sarı
torpaqların   turş   reaksiyası  və  onların   əsaslarla    çox
doymuş         olması         çay   bitkisinin   məhsuldarlığına
müsbət       təsir     göstərir.  Çünki,   çay   kolları   ancaq   turş
torpaqlarda   normal   inkişaf   edir,   qələvi   torpaqlarda   isə
məhv olurlar.
Sitrus  bitkiləri   üçün   torpaq məhlulunun neytral,
yaxud, zəif reakisyası da optimaldır.
Rütubətli subtropik zonada ən zərərli hadisələrdən
biri       orada   güclü   su   eroziyasının       baş       verməsidir.
Torpağa   böyük     zərər yetirən     bu hadisə ilə mübarizə
aparmaq   üçün   ən   mühim   tədbir,   qırmızı   və   sarı
torpaqlarda   yamacların   terraslaşdırılması,   çay   bitkisinin
şpalerlə       əkilməsi,       çoxillik       ot   bitkilərindən   buffer
zolaqlar   yartmaq,  meşə  zolaqları salmaq, həm də səth
suları axımını tənzim etmək üçün orada sadə qurğulardan
istifadə etmək lazımdır.
XX FƏSİL 
TROPİK QURŞAĞIN TORPAQLARININ QISA İCMALI
154


Tropik   torpaqlar   dünyanın   quru   sahəsinin   ¼-dən
çoxunu   əhatə   edir.   Torpaqəmələgəlmə   şəraitləri
tropiklərdə   və   yüksək   qurşaq   ölkələrində   kəskin
fərqlənirlər. Tropik landşaftları təbiətinin bəzi fərqləndirici
xüsusiyyətləri   o   qədər   kəskin   ifadə   edilmişdir   ki,
tədqiqatçıların diqqətini dərhal özünə cəlb etmişdir. İqlim,
bitki,   heyvanat   aləmi   belələrindəndir.   Lakin   bu   fərqlər
bununla   kifayətlənmir.   Tropik   ərazisinin   böyük   hissəsi
(Cənubi Amerika, Afrika, Hindistan yarımadası, Avstraliya)
aşağı paleozoydan, bəzi yerlərdə isə hətta dokembridən
başlayaraq,   aşınma   prosesləri,   olduqca   uzun   dövr
müddətində   inkişaf   etmiş,   qədim   qurunun   qalıqlarından
ibarətdir. Buna görə müasir tropik torpaqların bəzi mühüm
xassələri qədim aşınma məhsullarından irsən keçmişdir,
müasir   torpaqəmələgəlmənin   ayrı-ayrı   prosesləri   isə
qədim hipergenez proseslərinin mərhələləri ilə mürəkkəb
əlaqəyə   malikdir.   Buna   görə,   tropik   ölkələrin   torpaqları
öyrənilərkən,   torpaq   profilinin   və   hipergenez   zonasının
bütünlükdə inkişaf tarixi məsələləri xüsusi əhəmiyyət kəsb
edir.  
 
20.1. Tropik ərazilərin qədim hipergen törəmələri
Aşınma   proseslərinin   inkişaf   tarixinə   göstərilən
diqqətsizlik   tropik   torpaqəmələgəlmənin   qeyri-düzgün
anlaşılmasına səbəb olmuşdur. Sıx tropik bitki örtüyü, bol
atmosfer   yağıntıları,   il   ərzində   havanın   yüksək
temperatura   malik   olması   təəssüratı   ilk   tədqiqatçılarda,
(avropalılarda,  mülayim   qurşağın  sakinlərində) belə  fikir
yaratmamışdır ki, dəyişməz yerli kristal süxurlar üzərində
155


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə