Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə39/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   35   36   37   38   39   40   41   42   ...   68

Tropik   qurusunun   hipergen   törəmələrinin
genezisini   düzgün   dərk   etməkdə   geomorfologiyanın
mühüm   rolu   olmuşdur.   Keçən   əsrin   axırlarından
tədqiqatçılar müəyyən aşınma məhsullarının nə zamansa
olduqca geniş düzən səthlərə malik ərazilərin qalıqlarına
uyğun   olduqlarına   diqqət   yetirdilər.   Bunu   Hindistanda
P.Lek   (1890),   Qərbi   Afrikada   –   A.Lyakrua   (1913),
Avstraliyada   –   E.Simpson   (1912),   İ.Valter   (1915)   və   b.
qeyd   etmişlər.   Aşınma   qabığının   aydın   surətdə   qədim
relyef qalıqlarına uyğun olmalarına baxmayaraq, alimlər
uzun zaman bu qalıqlara muasir törəmələr kimi baxmışlar.
Müasir landşaft şəraiti və qədim relyef qalıqları üzərində
olan   hipergen   məhsullarının     uyğunsuzluğu   haqqındakı
çoxlu   faktlar,   müxtəlif   aşınma   qabıqlarının   eyni   yaşda
olmadığını güman etməyə imkan verir.
Hazırda, geomorfoloqlar və geoloqlar belə hesab
edirlər ki, Cənubi Amerika, Afrika, Hindistan və Avstraliya
ərazilərinin eyni denudasiyalı səthlər sistemi sadə təsadüf
deyil,   kontinental   yer   qabığının   bu   sahələrinin   ümumi
tarixi inkişafıdır. Qədim kaolinli aşınma qabığının inkişaf
etdiyi səth, mezozoyun sonunda əmələ gəlmişdir. Müasir
anlayışa görə (L.Kinq, 1967) bu denudasiya səthi vahid
Hondvan   materikinin   ayrı-ayrı   bloklara   ayrılmasından
sonra əmələ gəlmişdir ki, onlar da geoloji tarixin gedişində
müasir kontinentlərin formasını almışlar.
Görünür ki, paleogenin axırında qədim qabıqların
əmələgəlmə və saxlanma prosesində kaolin qabığı güclü
eroziyaya uğramışdır.
Tropik   ərazinin   qədim   qabıqları   bir   qayda   olaraq
torpaqəmələgətirən   süxur   deyildir.   Yalnız   Avstraliyanın
159


bəzi rayonlarında, qədim kaolinlər üzərində əmələ gəlmiş
torpaqlar məlumdur. Adətən, onlar daha sonrakı törəmələr
altında   basdırılmışlar.   Kaynozoy   dövründə   qədim   quru
sahələrini   kəsib   keçən   və   vulkan   püskürmələri   ilə
müşaiyət   olunan,   əsaslı   parçalanma   vilayətlərindən,   bu
qabıqlar  tünd  bazalt  və  qələvi  lavaların  qalın  qatları  ilə
örtülmüşlər.   Lakin   qədim   qabıqların   eroziyaya   uğramış
səthi   ölçüyə   gəlməz   dərəcədə   böyük   sahələrdə   qırmızı
rəngli   özünəməxsus   çöküntü   qabığı   ilə   örtülmüşdür.
Qırmızı   rəngli   aşınma   məhlullarının   əmələ   gəlməsi
neogenin   əvvəllərindən   başlamışdır.   Nəticədə     qırmızı
rəngli   çöküntülər   tropik   qurusunun   böyük   sahəsini
bürüncək kimi örtmüşdür.Qırmızı rəngli çöküntülər-qədim
kaolinli aşınma qabığının üst hissəsi deyil, başqa şəraitdə
və   daha   sonrakı   dövrdə   meydana   gəlmiş,   tamamilə,
xüsusi hipergen törəmələridir.
Qırmızı   rəngli   çöküntülər   qumsal-gillicəli   tərkibə
malikdirlər, onların qalınlığı bir neçə destimetrdən 10 m-ə
qədər və daha çox dəyişilir. Bu çöküntülərin xırda qırıntılı
hissəcikləri arasında aşınmaya qarşı nisbətən davamsız
olan   təzə   mineral   hissələri   vardır.  Qırmızı   rəngli   gillicə
qatında, çox vaxt kobud qırıntılı maddələrin layları olur.
Bütün bunlar onu göstərir ki, qırmızı rəngli örtük çöküntü
materialları   dəfələrlə   yenidən   çökdürülmüş,   aşınmamış
süxurların qırıntıları hipergen materialları ilə qarışmışdır,
həm qırmızı rəngli elüvilər, həm də yenidən çökdürülmüş
aşınma məhsullarının gilli mineralları sırasında hidroslüd
qrupunun   qarışıq   qatlı   minerallarından   ibarət
metaqalluazitlər üstünlük təşkil edirlər.
160


Qırmızı   rəngli   törəmələr     kifayət   qədər   humid
şəraitlərdə,   dəmirin   yüksək   kimyəvi   aktivliyinin   əlverişli
vəziyyətdə əmələ gəlmişdir. Bu çöküntülərin qırmızı rəngi,
narındispersli   hissəciklərin   səthində   möhkəm   sorulan
dəmir-üç   oksid   tərəfindən   müəyyən   edilir.   Dəmirin
mütəhərrik formasının bir hissəsi, mövsumi bataqlıqlaşan
ovalıq düzənliklərin yastı sahələrinə gətirilən süxurların və
mineral   qırıntıların   sementləşdirən,   dəmir-üç   oksidin
layşəkilli   yığıntılarının   əmələ   gəldiyi   yerlərdə   miqrasiya
etmişdir.   Eroziya   bazisi   aşağı   düşdükdə   və   hidromorf
toplantılar üzə çıxdıqdan sonra, möhkəm laterit
10
  zirehə
çevrilmişlər,   onlarda   denudasiyalı   kaynazoy   səth
qalıqlarının yastı zirvələrini möhkəmlədərək, tropik ərazisi
üçün xas olan relyef formasının əmələ gətirmişlər.
Zirehlərin   tərkibində   dəmir-üç   oksidlə   yanaşı   çox
vaxt   alüminium   oksidi   qrupu   mineralları   da   olur.   Qərbi
Afrika   ölkələrində,   Hindistanın   və   Avstraliyanın   bəzi
yerlərində   bu   mineralların   miqdarı   o   qədər   çoxdur   ki,
laterit zirehlər boksidlər kimi istifadə edilir. Bəzi rayonlarda
(məsələn,   Cənubi   Rodeziyada   və   Qanada)   əsasən
manqan hidroksidlərindən ibarət olan zirehlər məlumdur.
Ola bilsin ki, bu, aşınma prosesinə məruz qalmış ilk dağ
süxurlarının   tərkibi   ilə   əlaqədardır.   Laterit   zirehlərin
yayılması   müasir   şəraitlə   deyil,   paleocoğafi   şəraitlə
müəyyən edilir. Zirehləri həm Cənubi Amerika və Afrikanın
müasir   rütubətli   tropik   landşaftlarında,   həm   də   Böyük
10 
Later (lat.) – kərpic
161


Səhra   və   Mərkəzi   Avstraliya   səhralarında   müşahidə
etmək olar (Şəkil 20.1.).
 
Şəkil   20.1.   Lateritlərin   yayılması   (C.Preskotta   və   P.Pendltona
görə, 1952)
  
Ola   bilsin   ki,   bəzi   subtropik   torpaqların   profilində
mövcud olan çoxlu miqdarda dəmir-üç oksid toplantıları
mənşə   etibarilə   yaxındırlar.   Müasir   və   neogen   bioiqlim
şəraitlərinin uyğunsuzluğu onunla əlaqədardır ki, neogen
dövrünün   axırından   başlamış   eroziya   prosesi   tropik
qurunun   çox   rayonlarını   əhatə   etmişdir.   Avstraliya,
Hindistan və Afrikanın səhra və quraq rayonları ərazisində
olan, yumşaq qırmızı çöküntülər və laterit zirehlər keçmiş,
xeyli yüksək rütubətli landşaftların şahididir.
Arid   tropik   vilayətlərdə,   mövsumi   qrunt   sularının
səviyyəsi   yaxın   olan   sahələrdə   dəmir   toplantılarının
əvəzində   kalsium   karbonat   qatları   əmələ   gəlməyə
başlamışdır.   Yuxarıda   yerləşən   yumşaq   torpaq   kütləsi
162


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə