Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə42/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   38   39   40   41   42   43   44   45   ...   68

Yüksək   dərəcədə   mövsümi   rütubətlənmə
şəraitlərinə   işıqlı   tropik   meşələrin   və   hündür   otlu
savannaların   müxtəlif   landşaftları   uyğundur.   Tropiklərin
işıqlı   meşələri   ağacların   sərbəst   yerləşməsi,   işığın
çoxluğu və bunun nəticəsi olaraq, hündür boylu otların sıx
örtüyü   ilə   səciyyələnirlər.   Tropik   meşələrin   görkəmli
tədqiqatçısı   P.U.Riçardsın   (1961)   fikrinə   görə   yağışlı
qaranlıq   və   işıqlı   meşələrin   arasında   sərhəd,   bilavasitə
temperatur   şəraitləri   ilə   yox,   quru   mövsümün   mövcud
olması   ilə   müəyyən   edilir.   Hündür   otlu   savannaların
biosenozları   ot   bitkilərinin   meşə   ağacları   ilə,   ağaclar
qrupu   və   ayrı-ayrı   ağac   nümunələri   ilə   müxtəlif
uyğunlaşmaları   seriyasından   ibarətdir,   bu   da   meşə-
savanna, park savannası, savanna mozaikası və bu kimi
adlarda öz əksini tapmışdır. Bir çox geobotaniklər belə bir
fikrə   meyl   edirlər   ki,   savannalar   vaxtaşırı   rütubətlənən
tropiklərin ilk meşə bitkilərinə insanların çoxəsrlik təsirinin
nəticəsidir.
Hündürotlu   savanna   və   işıqlı   meşələr   üçün
atmosfer yağıntılarının 900-dən 1500mm-ə qədər miqdarı
səciyyəvidir, lakin bu və ya başqa tərəfə meyl də göstərilə
bilər.   Quru   dövrün   ümumi   uzunluğu   (bir   və   ya   iki
mövsumdə) 3-dən 6-ya qədərdir.
Belə   şəraitlərdə   əmələ   gələn  torpaq   profili
aşağıdakı   quruluşa   malikdir.  Üstdə   səthi   az   və   ya   çox
dərəcədə çimləşmiş (A
1
), 10-15sm qalınlığında, tünd boz
rəngdə   topavari   strukturaya   malik   humus   qatı   yerləşir.
Aşağıda B qatı gəlir ki, ondan dərinə getdikcə boz rəng
tədricən azalır və yox  olur, həm  də torpaqəmələgətirən
süxurun qırmızı rəngi güclənir. Bu qatın qalınlığı 30-dan
171


50sm-ə   qədərdir,   strukturu   iriqozvari-topavaridir.   Afrika
torpaqlarında   narındispersli   hissəciklərin   yayılması
adətən   nəzərə   çarpmır,   buna   baxmayaraq   bəzi
rayonlarda, eləcə də Avstraliya savannalarında bu hadisə
qeydə alınmışdır. Ola bilsin ki, belə hadisələr qədim qalıq
xarakterini   daşıyır.   Bütün   profil   boyu   torpaq
onurğasızlarının,   xüsusilə   termitlərin   aktiv   fəaliyyətinin
izləri nəzərə çarpır.
Torpaqəmələgətirən   süxurlar,   bir   qayda   olaraq
neogen   –   aşağı   pleystosen   aşınmasının   qırmızı   rəngli
çöküntülərinin məhsullarından ibarətdir.
İşıqlı   tropik   meşələrində   və   hündürotlu
savannalarda   hər   il   torpağa   70-dən   120s/h   qədər   bitki
qalıqları   daxil   olur   (İ.A.Denisov,   1971).   Otların   güclü
inkişafı   sayəsində   məhv   olmuş   üzvi   maddələrin   xeyli
hissəsi   torpaqda   qalır,   bu   da   onların   sürətli
humuslaşmasına səbəb olur. Torpaqda humusun ümumi
miqdarı   1-4%   və   daha   çoxdur.   Torpaqda   humin   və
fulvoturşuların   nisbəti   konkret   şəraitdən   asılı   olaraq
dəyişilir,   lakin   hər   yerdə   profilin   aşağı   hissəsində
fulvoturşular üstünlük təşkil edir. Torpağın reaksiyası zəif
turşdur, çox vaxt demək olar ki, neytraldır.
Çox   zaman   torpağın   ağır   mexaniki   tərkibli
olmasına   baxmayaraq   onların   udma   tutumu   böyük
deyildir,   100q   torpağa   10-dan   20mq/ekv   qədərdir.
Udulmuş   kationların   miqdarının   cəmi   100q   torpağa   bir
neçə   mq.ekv-dir.   Qırmızı   rəngli   aşınma   məhsulları
üzərində əmələ gəlmiş bütün torpaqlar üçün kiçik udma
tutumunun   səbəbi   zəif   sorbsiya   qabiliyyətinə   malik   gilli
mineralların   xeyli   miqdarı   və   narındispersli   hissəcikləri
172


üzərində   dəmir-üç   oksidin   olmasıdır.   Bəzi   hallarda   bu
torpaqlarda   dəmir   üç   oksidin   konkresiyalarının   olduğu
qeydə alınmışdır. Onlar qədim törəmələrin qalıqlarından
ibarətdir və yaxud alçaq relyef elementlərində mövsümi
hidromorf şəraitdə əmələ gəlirlər.
Hündürotlu savannaların və işıqlı tropik meşələrin
qırmızı   torpaqları   tropik   əkinçilikdə   geniş   istifadə   edilir.
Becərmə   zamanı   asanlıqla   eroziyaya   uğraması   böyük
qorxu törədir.
20.6. Subarid tropik landşaftların torpaqları
Bu torpaqlar qısa müddətli mövsümi yağışların və
uzun   müddətli   quraq   dövrlərin   (ildə   7-10   ay)
növbələşməsi   şəraitində   əmələ   gəlirlər.   Bu   şərait   üçün
xas   olan   yağıntıların   miqdarı   ildə   400-600mm-ə
bərabərdir, lakin az da ola bilir. Atmosfer rütubətinin uzun
zaman   çatışmaması   həm   bitki   örtüyündə,   həm   də
torpaqəmələgəlmə   proseslərində   kəskin   surətdə   əks
olunur. 600-700mm illik atmosfer yağıntıları zamanı, qısa
rütubətli   dövr   müddətində   vegetasiya   edən   quru-
cəngəlliklər   və   alçaq   boylu   ot   bitkilərinin   uyğun
qruplarından ibarət kserofit biosenozları mövcuddur. Ağac
və   kol   bitkiləri   ilin   çox   hissəsində   yarpaqsızdırlar.  Quru
mövsümlərdə ağac-kol cəngəllikləri altında nəinki ot, hətta
tökülən   quru   yarpaqlar   da   olmur,   onları   otyeyən   vəhşi
heyvanlar və ev heyvanları yeyirlər. 
Torpaqəmələgətirən   süxurlar  adətən   qırmızı
rəngli yenidən çökdürülmüş neogen aşınma məhsullarıdır,
bu   halda   torpaqlar   qırmızı   və   ya   qırmızı-qonur   rəngə
173


malikdirlər. Avstraliyada və Afrikada bu torpaqlar çox vaxt
boz rəngli göl çöküntüləri üzərində inkişaf edirlər.
Profilin   quruluşu  aşağıdakı   kimidir.   Qalınlığı
10sm-ə yaxın, zəif boz rəngə çalan və möhkəm olmayan
topavari struktura malik A humus qatı altında, qalınlığı 25-
35sm olan B keçid qatı yerləşir. Bu qatın aşağı hissəsində
bəzən xırda karbonat çöküntüləri müşahidə olunur. Sonra,
C   qatı   –   torpaqəmələgətirən   qat   gəlir.   Çox   vaxt   onun
tərkibində   bu   torpaqlara   tamamilə   uyğun   gəlməyən   və
qədim   aşınma   mərhələsinin   izlərindən   ibarət
yenitörəmələr mövcuddur.
Bütöv ot örtüyünün olmaması eroziya proseslərinin
inkişafına səbəb olur ki, bunun nəticəsində torpaq, həm
də   yumşaq   torpaqəmələgətirən   süxurlar   yuyulur   və
sovrulur.   Subarid   tropik   landşaftlarında   bitki   örtüyünün
yerüstü   hissələrinin   töküntülərinin   miqdarı   quraqlıq
dərəcəsindən   asılı   olaraq   10-dan   30s/h   qədər   dəyişilir
(Valter,   1968).   Təxminən   bu   qədər   də   kök   kütləsinin
hesabına   düşür.   Bütün   qalıqlar   sürətlə   parçalanır.
Humusun miqdarı, xüsusilə yüngül mexaniki tərkibə malik
torpaqlarda   çox   azdır.   Bu   torpaqların   reaksiyası   zəif
qələvidir (pH 7,0-7,5 arasındadır).
Nəzərdən keçirilmiş torpaqlar Avstraliyanın şimal-
qərb və qismən şərq rayonlarında, tropik Afrikanın əksər
rayonlarında və Cənubi Amerikanın şərq hissəsində geniş
yayılmışlar   (19-cu   şəkil).   Əkinçilik   üçün   onlar   yararlı
deyildir və əsasən otlaqlar kimi istifadə edilir. 
174


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə