Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə44/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   40   41   42   43   44   45   46   47   ...   68

1
2
3
4
5
Avstraliya
(M.A.Qlazovskay
a, 1952)
0-22
62,4
1,22
8,5
Təyin
olunmay
ıb
22-45
62,6
1,24
7,8
“---”
45-67
39,6
-
8,8
“---”
Hindistan
(S.V.Zonn, 1967)
3-16
50,6
1,68
9,4
52,11
30-40
49,6
1,12
9,7
54,67
65-75
Təyin
olunmayıb
1,08
9,4
57,98
100-110
51,1
1,07
9,1
58,31
160-170
55,6
1,33
8,3
62,49
Afrika, Keniya
(V.V.Dobrovolski,
1972)
0-16
18,2
4,64
6,8
41,70
16-60
56,2
3,56
7,1
40,00
60-95
56,4
2,13
7,9
37,00
Bütün   tropik   zonasında   qara   torpaqların   tutduğu
sahə 235 mln.h-a yaxındır (Dyudal, 1964), yəni keçmiş
SSRİ-dəki bozqır zonasının əsl qara torpaqların tutduğu
sahədən   böyükdür.    Sxematik      xəritədən    göründüyü
kimi  (Şəkil  20.3.),  bu torpaqların  xüsusilə  xeyli  sahəsi 
179


Şəkil 20.3. Tropik və subtropiklərdə qara torpaqların yayılması
(FAO-nun məlumatına görə)
Avstraliyada, Hindistanda və Afrikadadır. Dünyada onların
40-dan   çox   adı   məlumdur.  Qara   torpaqlara   çox  zaman
qara   gillər,   marqalit   torpaqlar,   vertisollar   deyilir.
Hindistanda onları qara pambıq torpaqları, Avstraliyada
–  qara   yerlər  (torpaqlar),   Cənubi  Afrikada  –  blek  turf,
Sudanda –  badob, Şimali Afrikada –  tirs  yaxud  tuares,
Cənubi Amerikada – terra neqra və i.a. adlandırırlar.  
Qara torpaqların geniş yayılması, nisbətən yüksək
münbitliyi,   özünəməxsus   görünüşü   çoxdan   bəri   diqqəti
cəlb   etmişdir.   Bəzi   tədqiqatçılar   güman   edir   ki,   bu
torpaqların   xarakter   xüsusiyyəti   (yüksək   dərəcədə   gilli
olması, su ilə doyduqda şişməsi, yüksək udma tutumu)
onların mineral hissəsinin intensiv dəyişməsi ilə müəyyən
edilir ki, bunun nəticəsində çoxlu miqdarda montmorillonit
əmələ   gəlir.   Montmorillonitin   sintezində   maqnezium
ionlarının   mühüm   rolu   güman   edilir,   belə   ki,   bu
180


torpaqlarda udulmuş  kationlar sırasında  onların  miqdarı
çoxdur.   Bu   fərziyyə   qara   tropik   torpaqlarda   tamamilə
aşınmamış, çoxlu miqdarda təzə mineralların olması ilə,
eləcə   də   gilli   mineralların   müxtəlif   (mütləq   deyildir   ki,
montmorillonit   olsun)   tərkibi   ilə   pis   uzlaşdırılır.   Bu
torpaqların öyrənilməsi davam edir.
Qara   tropik   torpaqlar   əkinçilikdə   istifadə   edilir.
Onlarda   müxtəlif   kənd   təsərrüfat   bitkiləri   becərirlər
(məsələn, pambıq, buğda), lakin bu torpaqlarda çəltik və
şəkər   qamışı   istehsalı   daha   səmərəlidir.   İstifadəyə
verilməmiş   qara   torpaq   massivləri   tropiklərin   birinci
növbəli   torpaq   ehtiyatı   kimi   nəzərdə   tutulur.   Onların
mənimsənilməsi   üçün   gübrələrin   (azotlu   və   fosforlu)
verilməsi,   mükəmməl   mexaniki   becərmə,   suvarma
vacibdir. 
20.8. Hidromorf  tropik  torpaqlar
Daima   qruntdan   rütubətlənən   torpaqlar,   əsasən
çay   subasarlarında,   alçaq   göl   sahillərində,   pis   drenaj
olunan   çaylararası   daimi   bataqlıqlarda   yayılmışdır.
Afrikanın   humid   rayonlarında   qamış   və   papirus
cəngəllikləri   altında   əmələ   gələn,   qalın   torflu   torpaqlar
buna   səciyyəvi   misaldır.   Bu   torpaqların   üst   qatları,
köklərin   sıx   şəbəkəsi   ilə   hörülmüş,   zəif   dəyişilmiş   bitki
qalıqlarından   ibarətdir.   Altda   müxtəlif   çürümə
mərhələsində olan torflu qat yerləşir. Bu qatın qalınlığı bir
neçə   metrə   çatır.   İri   çayların   (məsələn,   Nil)
subasarlarında   əmələ   gələn   torpaqlarda,   müxtəlif
miqdarda   gilli   mineralların   hissəcikləri   vardır.   Torflu
181


torpaqlar   əsasən   su   altında   qalan   subasarlarda
yayılmışdır. Sahil bəndləri üzərində qalareya tipli meşələr
altında yuyulmuş turş torpaqlar əmələ gəlir. Torflu tropik
torpaqlar   Cənubi   Amerikada   geniş   inkişaf   etmişdir
(Venesuelada,   Qayanada   və   b),   humid   vilayətlərin
bataqlıq   və   xırda   göllər   şəraitində   dəmir   oksidin
toplanması baş verir. Pis öyrənilmiş qleyli tropik torpaqlar,
əvvəlki   fəsildə   nəzərdən   keçirilmiş,   qleyləşmiş   qara
torpaqlarla keçid vasitəsilə əlaqələnir.
Arid   şəraitdə   iri   çayların   subasar   torpaqlarında
güclü   buxarlanma   sayəsində   kalsium   karbonatın
çöküntüləri  əmələ gəlir.  Müxtəlif şoranların  – xloridlərin,
sulfatların, sodanın törəmələri çox yayılmışdır. Axırıncılar
Tropik Afrikanın kaynozoy dövrünün vulkanizm prosesləri
gedən (Qreqori rifti zonası) arid rayonları üçün xüsusilə
səciyyəvidir.   Ekstra   arid   şəraitləri   üçün   səciyyəvi   olan
nitrat və borlu şoranlara az rast gəlinir.
20.9. Okean adaları və sahillərin torpaqları
Belə   torpaqlar   çayların   deltasında   və   okean
sahillərində qabarma və çəkilmə zolaqlarında əmələ gəlir.
Bəzi yerlərdə, dəmir birləşmələri ilə zəngin lilli çöküntülər
qatında   sulfidlər   (hidrotroilit)   əmələ   gəlir.   Sonrakı
oksidləşmə   sulfat   turşusunun,   daha   sonra   isə   kvarsın
əmələ gəlməsinə səbəb olur. Nəticədə pH-ın miqdarı 2-3-
ə qədər olan ultraturş torpaqlar meydana çıxır.
Dünya   okeanının   tropik   qurşağındakı   okean
adalarında   xüsusi   torpaq   qrupları   əmələ   gəlir.  Bunların
182


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə