1
2
3
4
5
Avstraliya
(M.A.Qlazovskay
a, 1952)
0-22
62,4
1,22
8,5
Təyin
olunmay
ıb
22-45
62,6
1,24
7,8
“---”
45-67
39,6
-
8,8
“---”
Hindistan
(S.V.Zonn, 1967)
3-16
50,6
1,68
9,4
52,11
30-40
49,6
1,12
9,7
54,67
65-75
Təyin
olunmayıb
1,08
9,4
57,98
100-110
51,1
1,07
9,1
58,31
160-170
55,6
1,33
8,3
62,49
Afrika, Keniya
(V.V.Dobrovolski,
1972)
0-16
18,2
4,64
6,8
41,70
16-60
56,2
3,56
7,1
40,00
60-95
56,4
2,13
7,9
37,00
Bütün tropik zonasında qara torpaqların tutduğu
sahə 235 mln.h-a yaxındır (Dyudal, 1964), yəni keçmiş
SSRİ-dəki bozqır zonasının əsl qara torpaqların tutduğu
sahədən böyükdür. Sxematik xəritədən göründüyü
kimi (Şəkil 20.3.), bu torpaqların xüsusilə xeyli sahəsi
179
Şəkil 20.3. Tropik və subtropiklərdə qara torpaqların yayılması
(FAO-nun məlumatına görə)
Avstraliyada, Hindistanda və Afrikadadır. Dünyada onların
40-dan çox adı məlumdur. Qara torpaqlara çox zaman
qara gillər, marqalit torpaqlar, vertisollar deyilir.
Hindistanda onları qara pambıq torpaqları, Avstraliyada
– qara yerlər (torpaqlar), Cənubi Afrikada – blek turf,
Sudanda – badob, Şimali Afrikada – tirs yaxud tuares,
Cənubi Amerikada – terra neqra və i.a. adlandırırlar.
Qara torpaqların geniş yayılması, nisbətən yüksək
münbitliyi, özünəməxsus görünüşü çoxdan bəri diqqəti
cəlb etmişdir. Bəzi tədqiqatçılar güman edir ki, bu
torpaqların xarakter xüsusiyyəti (yüksək dərəcədə gilli
olması, su ilə doyduqda şişməsi, yüksək udma tutumu)
onların mineral hissəsinin intensiv dəyişməsi ilə müəyyən
edilir ki, bunun nəticəsində çoxlu miqdarda montmorillonit
əmələ gəlir. Montmorillonitin sintezində maqnezium
ionlarının mühüm rolu güman edilir, belə ki, bu
180
torpaqlarda udulmuş kationlar sırasında onların miqdarı
çoxdur. Bu fərziyyə qara tropik torpaqlarda tamamilə
aşınmamış, çoxlu miqdarda təzə mineralların olması ilə,
eləcə də gilli mineralların müxtəlif (mütləq deyildir ki,
montmorillonit olsun) tərkibi ilə pis uzlaşdırılır. Bu
torpaqların öyrənilməsi davam edir.
Qara tropik torpaqlar əkinçilikdə istifadə edilir.
Onlarda müxtəlif kənd təsərrüfat bitkiləri becərirlər
(məsələn, pambıq, buğda), lakin bu torpaqlarda çəltik və
şəkər qamışı istehsalı daha səmərəlidir. İstifadəyə
verilməmiş qara torpaq massivləri tropiklərin birinci
növbəli torpaq ehtiyatı kimi nəzərdə tutulur. Onların
mənimsənilməsi üçün gübrələrin (azotlu və fosforlu)
verilməsi, mükəmməl mexaniki becərmə, suvarma
vacibdir.
20.8. Hidromorf tropik torpaqlar
Daima qruntdan rütubətlənən torpaqlar, əsasən
çay subasarlarında, alçaq göl sahillərində, pis drenaj
olunan çaylararası daimi bataqlıqlarda yayılmışdır.
Afrikanın humid rayonlarında qamış və papirus
cəngəllikləri altında əmələ gələn, qalın torflu torpaqlar
buna səciyyəvi misaldır. Bu torpaqların üst qatları,
köklərin sıx şəbəkəsi ilə hörülmüş, zəif dəyişilmiş bitki
qalıqlarından ibarətdir. Altda müxtəlif çürümə
mərhələsində olan torflu qat yerləşir. Bu qatın qalınlığı bir
neçə metrə çatır. İri çayların (məsələn, Nil)
subasarlarında əmələ gələn torpaqlarda, müxtəlif
miqdarda gilli mineralların hissəcikləri vardır. Torflu
181
torpaqlar əsasən su altında qalan subasarlarda
yayılmışdır. Sahil bəndləri üzərində qalareya tipli meşələr
altında yuyulmuş turş torpaqlar əmələ gəlir. Torflu tropik
torpaqlar Cənubi Amerikada geniş inkişaf etmişdir
(Venesuelada, Qayanada və b), humid vilayətlərin
bataqlıq və xırda göllər şəraitində dəmir oksidin
toplanması baş verir. Pis öyrənilmiş qleyli tropik torpaqlar,
əvvəlki fəsildə nəzərdən keçirilmiş, qleyləşmiş qara
torpaqlarla keçid vasitəsilə əlaqələnir.
Arid şəraitdə iri çayların subasar torpaqlarında
güclü buxarlanma sayəsində kalsium karbonatın
çöküntüləri əmələ gəlir. Müxtəlif şoranların – xloridlərin,
sulfatların, sodanın törəmələri çox yayılmışdır. Axırıncılar
Tropik Afrikanın kaynozoy dövrünün vulkanizm prosesləri
gedən (Qreqori rifti zonası) arid rayonları üçün xüsusilə
səciyyəvidir. Ekstra arid şəraitləri üçün səciyyəvi olan
nitrat və borlu şoranlara az rast gəlinir.
20.9. Okean adaları və sahillərin torpaqları
Belə torpaqlar çayların deltasında və okean
sahillərində qabarma və çəkilmə zolaqlarında əmələ gəlir.
Bəzi yerlərdə, dəmir birləşmələri ilə zəngin lilli çöküntülər
qatında sulfidlər (hidrotroilit) əmələ gəlir. Sonrakı
oksidləşmə sulfat turşusunun, daha sonra isə kvarsın
əmələ gəlməsinə səbəb olur. Nəticədə pH-ın miqdarı 2-3-
ə qədər olan ultraturş torpaqlar meydana çıxır.
Dünya okeanının tropik qurşağındakı okean
adalarında xüsusi torpaq qrupları əmələ gəlir. Bunların
182
Dostları ilə paylaş: |