qatın rəngi qaramtıl və qəhvəyi qonuru rəngdə olmaqla,
qalınlığı 6 – 8 və bəzən 12 sm-ə çatır. “B” qatı ifadə
edilmiş torpaq profilləri qonura çalan qara və qəhvəyi
rəngi, dənəvari strukturaya, aşınmış süxur qatlarına malik
skeletə malik olur. “C” qatı elüvi aşınma materiallarından
ibarət olan skeletli süxurlardan ibarətdir.
Yeri gəlmişkən qeyd edək ki, çimli dağ – çəmən və
həm də qaramtul dağ – çəmən torpaqları torflu dağ –
çəmən torpaqlara nisbətən xeyli yetkin profilə malikdir.
Burada genetik qatların differensiallığı və narın torpaq
qatının qalınlığı xeyli artır. Normal halda A+B qatının
qalınlığı 60-90 sm - ə çata bilir. Torpağın üst qatı sıx çim
örtüyü ilə örtülmüşdür. Torflu dağ – çəmən torpaqlarında
olduğu kimi bu torpaqların profili də xeyli skeletlidir.
Torpaqda skeletliliyin yaranmasını burada fiziki
aşınmanın aktivliyi və denudasiya prosesinin qüvvətli
getməsilə əlaqələndirmək olar.
Dağ - çəmən torpaqları üzvi maddələrdən çox
zəngin olur. Xüsusilə bu cəhətdən torflu dağ – çəmən
torpaqları daha xarakterikdir. Analizlər göstərir ki, üst
qatda humusun miqdarı 10%-dən 25%-ə kimi dəyişir.
Həm də humusun profil boyu düşməsi çox kəskin
xarakter daşıyır. Ümumi azotun miqdarı 0,50-0,85%, hətta
torflu qatda bir qədər də artıq (1,20%) olur. P
2
O
5
-in
miqdarı üst qatda hər kiloqram torpaq üçün 60-80mq
arasında dəyişir. Bu torpaqlar əsaslardan doymamış
torpaqlarıdır. Belə ki, udulumuş əsasların cəmindən
udulmuş hidrogen 13-15% təşkil edir. pH – ın böyüklüyü
bu torpaqlarda 5,2 – 5,6 arasında dəyişib həmin torpaq
məhlulunun turş, yaxud zəif turş mühitə malik olduğunu
göstərir.
Ümumiyyətlə, Azərbaycanın dağ-çəmən torpaqları
zonasında tədqiqat aparan bir sıra mütəxəssislər
(C.A.Zaxarov, V.V.Akimtsev, H.Ə.Əliyev, M.E.Salayev,
219
Ə.Q.Zeynalov və başqaları) həmin zonanın spesifik
xüsusiyyətlərini, xüsusilə torpaqəmələgətirən amillərin
təsirini, onların morfoloji və genetik əlamətlərini əsas
tutaraq torflu dağ -çəmən və qaramtul dağ-çəmən
torpaqları fərqləndirmişlər.
Torflu dağ – çəmən. Torflu dağ – çəmən
torpaqları alp çəmənliklərinin tipik torpaqlarından olsa
da respublikamızın yüksək dağlıq zonasında nisbətən
kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının
bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən
çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin
dibində rast gəlinir.
Analiz göstərir ki, bu torpaqların udma tutumu 100
q torpaqda 55,7 mq.ekv – dən 91,0 mq.ekv - ə kimi
dəyişir. Udulmuş kalsium 36-77 mq.ekv təşkil edərək
dərinlik üzrə azalır. Udulmuş Mg–un 7,8 – 9,1 mq.ekv –
dən artmır.
Torflu dağ-çəmən torpaqları coğrafi cəhətdən
bütöv zona əmələ gətirmir, çox vaxt adacıqlar şəklində
yayılmışdır. Bu torpaqlar Baş silsilədə, Bazardüzü,
Tufandağ və Babadağın şimal yamaclarında, Şahnabad
düzündə, Baş silsilənin şimal – şərq tərəfə ayrılan
qollarının suayrıcı düzənliklərində və Şahdağın maili
yamaclarında, Kiçik Qafqazda Murovdağın şimal-qərb
yamaclarında, dəniz səviyyəsindən 2500 - 3000m
yüksəklikdə yayılmışdır. Bəzən torpaqların alt sərhəddi
1900-2000m yüksəkliyə qədər enir.
Torflu dağ – çəmən torpaqlarının udma tutumu da
yüksəkdir. Mexaniki tərkibinə görə torflu dağ – çəmən
torpaqlarını yüksək skeletliyə malik orta və yüngül gillicəli
torpaqlara aid etmək olar.
Çimli dağ – çəmən torpaqların mexaniki tərkibi
yüngül və orta gillicəlidir. Burada lil hissəciklərinin cəmi
üst qatlarda 10-25%, fiziki gilin miqdarı orta hesabla 40-
220
80% arasında dəyişir. Bu torpaqlar üçün skeletlik də
xarakter əlamət olub, torpağın profilində 26,2-53,0%
arasında tərəddüd edir.
Torpağın ümumi analizindən məlum olur ki, SiO
2
–
nin miqdarı 47-64%, Al
2
O
3
isə 19-26% -dir. Nisbət 4,7-
5,0 arasında dəyişərək bütün profil boyu eyni qalır .
Qaramtul dağ – çəmən torpaqlarda humuslu
qatın qalılığı daha artıq olur. Bəzən bu qalınlıq A+B
qatlarını əhatə edərək 60-70 sm-ə belə çatır. Humusun
həmin torpaqlarda belə yüksək olmasını hündürlüyü 20 -
30 sm-ə çatan sıx ot örtüyünün olamsı ilə izah etmək
olar. Bəzən səthi yuyulma təsirin nəticəsində humusun
miqdarı xeyli azalır . Ümumi azot burada da yüksəkdir –
0,4-0,6%; P
2
O
5
torpağın hər kiloqramında 25 - 72 mq
təşkil edir . Bu torpaqlar torflu və çimli dağ – çəmən
torpaqlarından fərqli olaraq əsaslarla doymuşdur. Udma
tutumu xeyli yüksəkdir ( 57-77 mq – ekv ). pH – ın su
məhlulunda təhlili həmin torpaqların zəif turş və neytral
(pH-0,6-7,1) reaksiyaya malik olduğunu göstərir.
Qaramtul dağ - çəmən torpaqlarında lil
fraksiyasının miqdarı üst qatda çox yüksək olmayıb
2,8 – 11,2% -dən artmır. Lakin bir qədər artım “ B “
qatında nəzərə çarpır. Bu torpaqlar karbonatlı
olmaları ilə də əvəlki dağ-çəmən torpaqlarından
fərqlənir.
Dağ - çəmən torpaqlarından kənd təsərrüfatı
bitkiləri əkinində o qədər də geniş istifadə edilmir. Çünki,
ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, alçaq
temperaturun olması, aktiv temperaturun çatışmamazlığı
və bir də torpaq profilinin xeyli yuxa olması bu zonada
mədəni bitkilərin inkişafına o qədər də imkan vermir.
Yalnız bəzən əlverişli sahələrdə yazlıq buğda, kartof
əkini altında becərilir .
221
Dostları ilə paylaş: |