Şəkil 21.2. Fraqmentar torpaqların quruluşu.
I- inkişaf etməmiş fraqmentar torpaq; II- profili zəif
differensasiya olunan fraqmentar torpaq; III- tam formalaşmış
fraqmentar torpaq
21.3. Dağlıq ölkələrin spesifik torpaqları
Spesifik dağ torpaqları arasında birinci növbədə
dağ – çəmən torpaqlarını qeyd etmək vacibdir. Onlar,
yüksək dağların soyuq iqlimi və güclü günəş radiasiyası
şəraitlərində əmələ gəlir. Alp və subalpların sıx bitki
örtüyü xeyli miqdarda, həm yerüstü, həm də köklərdən
ibarət bitki qalıqlarının əmələ gəlməsinə səbəb olur.
Vegetasiya dövrü qısadır (2 – 3 ay), yağıntıların
miqdarı çoxdur (800–dən 1200–1500mm-ə qədər). Qısa
mövsüm torpaqda rütubət nəticəsində mikrobiolji
prosesləri zəiflədir, üzvi qalıqlar tam parçalanmır.
Nəticədə, dağ-çəmən torpaqları profilinin yuxarı
hissəsində kobud humusla zəngin, çimli humus
qatı əmələ gəlir. Alp çəmənliklərinin torpaqları çox vaxt
nazik torflu qata malikdirlər. Buna misal olaraq, Elbrusda
olan dağ – çəmən torpaqlarını göstərmək olar .
192
Dağ–çəmən torpaqları humusunun fraksion
tərkibində, çox vaxt humin turşuları miqdarından üstün
olan, çoxlu fulvoturşular vardır. Sulu çəkintilərinin
reaksiyası turşdur, profilin aşağı hissəsində turşuluq daha
da artır.
Yüksək dərəcədə quru iqlim şəraitində dağ –
çəmən torpaqları əvəzində
dağ–çəmən bozqır
torpaqları əmələ gəlir. Bu torpaqlar, dağ–çəmən
torpaqlarından fərqli olaraq, yaxşı ifadə edilmiş qonur –
qəhvəyi humus qatına malik olmaqla zəif yuyulmuşlar,
neytral və ya zəif qələvi reaksiyaya malikdirlər və aşağı
hissədə adətən karbonatlı qat vardır.
Pamirin şərq yarısında və Tyan - Şanın daxili
hissələrində arid iqlimdə özünəməxsus yüksək dağ
səhra torpaqları inkişaf etmişdir. Onlar az humuslu,
karbonatlıdır və çox halda şorlaşmışlar.
Dağ torpaqlarının xarakterinə dağ süxurlarının
kimyəvi tərkibi böyük təsir göstərir. Mərkəzi və Şərqi
Sibirin dağ tayqa torpaqlarında dağ süxurlarının təsiri
altında kalsiumla zəngin olan karbonatlı dağ tayqa
torpaqları, əsasən kvarsdan və çöl şpatlarından təşkil
olunmuş süxurlar üzərində isə donuşlu dağ tayqa
torpaqları inkişaf tapmışdır.
Şaquli zonallığın müxtəlif strukturalarında, relyefin
və geoloji quruluşun güclü təsiri, torpağın spesifik
xüsusiyyətləri – bütün bunlar torpaq örtüyünün
quruluşunda böyük mürəkkəbliyə səbəb olmuşdur.
21.4. Dağlıq ərazi torpaqlarının kənd təsərrüfatında
istifadəsi
193
Dağlıq ölkə torpaqlarının kənd təsərrüfatında
istifadəsi özünün bir sıra spesifik xüsusiyyətləri ilə
fərqlənir. Əksər dağ torpaqları yüksək məhsuldarlığa
malik otlaqlar (yaylaqlar) altında istifadə edilir. Bəzi
dağlıq ərazi torpaqları coğrafi qurşaqlardan asılı olaraq
üzüm, sitrus, çay, meyvə və texniki bitkilər (pambıq,
tütün, dərman xaşxaşı və s) altında istifadə olunur. Lakin
mürəkkəb relyefi, humus qatı qalınlığının azlığı, əksər
hallarda şiddətli daşlı – çınqıllı olması, mexanizasiya
işlərini çətinləşdirən dağ süxur töküntüləri və sal
süxurların səthə çıxması və s. səbəblər üzündən dağ
torpaqları əkinçilikdə çox zəif istifadə olunur.
Torpaq sahələrinin strukturasına uyğun gəldikdə
burada otlaq sahələrinin ən çox dağ–tundra, dağ–çəmən
və dağ zonalarında yayıldığını görürük. Alp çəmənlikləri
çox əlverişli yay otlağı olması ilə nəzəri cəlb edir.
Qalan sahələr meşə ilə örtülüdür.
Kənd təsrrüfatında ən intensiv istifadə olunan
torpaqlara misal olaraq qonur dağ – meşə, dağ – qəhvəyi,
dağ qara və dağ şabalıdı torpaqları misal göstərmək
olar. Dağ bozqır zonasının 10–12%-i əkinçilikdə istifadə
edilir. Dağ yarımsəhra və dağ səhra torpaqlarında dəmyə
əkinçiliklə birlikdə suvarılan əkinçilik də xeyli inkişaf
tapmışdır. Suvarma tətbiq etməklə burada dənli bitkilər,
tərəvəz, efir yağlı bitkilər, pambıq və texniki bitkilər
becərilir.
Dağlıq ərazilərdə, bəzi sahələrdə şiddətli
eroziyanın inkişafı ilə əlaqədar əkinçilik məhdud inkişaf
tapmışdır. Burada təsərrüfatlara sel hadisələri xeyli zərər
yetirir. Buna görə də dağ torpaqlarını əkinçilikdə
194
mənimsəyən zaman torpağın qorunması tədbirlərinə :
meşələrin mühafizəsinə, axımın tənzim edilməsi
məqsədilə sel əleyhinə qurğuların tikilməsi, otlaq
sahələrindən səmərəli istifadə etmək, xüsusi becərmə
tətbiqi, terraslaşdırma və yamaclarda meşəsalmaya ciddi
diqqət yetirilməlidir.
Dağlıq ölkələrdə dik yamacların terraslaşdırılması
çox baha başa gələn tədbirdir. Bunun tətbiqi iqtisadi
cəhətdən rentabelli bitkilər (sitrus, çay, üzüm və s) üçün
hazırlanmalıdır. Asiya və Cənubi Amerikanın bir sıra
aztorpaqlı ölkələrində terraslaşdırma tədbiri çoxdan
aparılır. Məsələn, Cənubi Çində, Birmada, Hindistanda,
və b. Cənub – Şərqi Asiya ölkələrində yamacların
çəltik tarlaları altında istifadəsi min illər ərzində
yaradılmışdır. Yamacların terraslaşdırılması Yaponiyanın,
İndoneziyanın və Fillippinin dağ yamacları üçün də
səciyyəvidir.
Dağlıq ölkələrdə torpaq münbitliyini yüksəltmək
tədbirlərinə bir də üzvi və mineral gübrələrin tətbiq
edilməsi və turş torpaqların əhənglənməsidir.
Dağ əkinçiliyi üçün çətinlik törədən məsələlərdən
biri də orada mexanizasiya işlərinin mürəkkəbliyi, xüsusi
dağ traktorlarının, kombaynlarının tətbiqinin çətinliyidir.
Ən nəhayət otlaqların (yaylaqların) səmərəli istifadəsi
üçün orada otarılmanın normaya uyğun aparılması çox
zəruridir.
195
Dostları ilə paylaş: |