Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə52/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   48   49   50   51   52   53   54   55   ...   68

qatın rəngi qaramtıl və qəhvəyi qonuru rəngdə olmaqla,
qalınlığı 6 – 8 və bəzən 12 sm-ə çatır.   “B” qatı     ifadə
edilmiş  torpaq   profilləri  qonura çalan qara və qəhvəyi
rəngi, dənəvari strukturaya, aşınmış süxur qatlarına malik
skeletə malik olur. “C” qatı elüvi aşınma materiallarından
ibarət olan skeletli süxurlardan ibarətdir.
Yeri gəlmişkən qeyd edək ki, çimli dağ – çəmən və
həm də qaramtul dağ – çəmən  torpaqları  torflu  dağ  –
çəmən  torpaqlara  nisbətən xeyli  yetkin profilə malikdir.
Burada   genetik   qatların   differensiallığı   və   narın   torpaq
qatının   qalınlığı   xeyli     artır.   Normal   halda   A+B   qatının
qalınlığı 60-90 sm - ə çata bilir. Torpağın üst qatı sıx çim
örtüyü ilə örtülmüşdür. Torflu dağ – çəmən torpaqlarında
olduğu   kimi   bu   torpaqların   profili   də   xeyli   skeletlidir.
Torpaqda   skeletliliyin   yaranmasını   burada     fiziki
aşınmanın   aktivliyi   və   denudasiya prosesinin qüvvətli
getməsilə əlaqələndirmək olar.
Dağ - çəmən   torpaqları üzvi   maddələrdən   çox
zəngin   olur.   Xüsusilə   bu cəhətdən torflu dağ – çəmən
torpaqları   daha   xarakterikdir.   Analizlər   göstərir   ki,   üst
qatda humusun   miqdarı   10%-dən   25%-ə kimi dəyişir.
Həm   də   humusun   profil   boyu   düşməsi   çox     kəskin
xarakter daşıyır. Ümumi azotun miqdarı 0,50-0,85%, hətta
torflu     qatda   bir   qədər   də   artıq   (1,20%)   olur.   P
2
O
5
-in
miqdarı   üst   qatda   hər   kiloqram   torpaq   üçün   60-80mq
arasında   dəyişir.   Bu   torpaqlar   əsaslardan   doymamış
torpaqlarıdır.   Belə   ki,   udulumuş   əsasların   cəmindən
udulmuş hidrogen 13-15% təşkil edir. pH – ın böyüklüyü
bu torpaqlarda 5,2 – 5,6 arasında dəyişib həmin torpaq
məhlulunun turş, yaxud zəif turş mühitə malik olduğunu
göstərir.
Ümumiyyətlə, Azərbaycanın dağ-çəmən  torpaqları
zonasında   tədqiqat   aparan   bir   sıra   mütəxəssislər
(C.A.Zaxarov,   V.V.Akimtsev,   H.Ə.Əliyev,   M.E.Salayev,
219


Ə.Q.Zeynalov   və   başqaları)   həmin   zonanın   spesifik
xüsusiyyətlərini,   xüsusilə     torpaqəmələgətirən     amillərin
təsirini, onların    morfoloji və genetik əlamətlərini   əsas
tutaraq     torflu   dağ   -çəmən   və   qaramtul   dağ-çəmən
torpaqları fərqləndirmişlər.
Torflu     dağ   –     çəmən.     Torflu     dağ   –     çəmən
torpaqları alp çəmənliklərinin tipik     torpaqlarından   olsa
da   respublikamızın   yüksək dağlıq zonasında nisbətən
kiçik  sahələrdə  yayılmışdır.  Dağ –  çəmən torpaqlarının
bu yarımtipinə əsasən səthdən   mövsümi   rütubətlənən
çökəkliklərin,     karların,     təknəvari       dərələrin,   sirklərin
dibində rast gəlinir.
Analiz göstərir ki, bu torpaqların udma tutumu 100
q   torpaqda   55,7   mq.ekv   –   dən   91,0   mq.ekv   -   ə   kimi
dəyişir.   Udulmuş   kalsium   36-77   mq.ekv   təşkil   edərək
dərinlik üzrə azalır. Udulmuş Mg–un 7,8 – 9,1 mq.ekv –
dən artmır.
Torflu       dağ-çəmən   torpaqları   coğrafi   cəhətdən
bütöv  zona  əmələ  gətirmir,  çox  vaxt   adacıqlar  şəklində
yayılmışdır.   Bu   torpaqlar   Baş   silsilədə,   Bazardüzü,
Tufandağ   və Babadağın şimal yamaclarında, Şahnabad
düzündə,   Baş   silsilənin   şimal   –   şərq       tərəfə   ayrılan
qollarının   suayrıcı   düzənliklərində   və   Şahdağın   maili
yamaclarında,   Kiçik   Qafqazda   Murovdağın şimal-qərb
yamaclarında,   dəniz   səviyyəsindən       2500   -   3000m
yüksəklikdə  yayılmışdır. Bəzən    torpaqların alt sərhəddi
1900-2000m yüksəkliyə qədər enir. 
 Torflu dağ – çəmən torpaqlarının udma tutumu da
yüksəkdir.   Mexaniki   tərkibinə   görə   torflu   dağ   –   çəmən
torpaqlarını yüksək skeletliyə malik orta və yüngül gillicəli
torpaqlara aid etmək olar.
Çimli   dağ   –   çəmən  torpaqların   mexaniki   tərkibi
yüngül və orta gillicəlidir. Burada   lil   hissəciklərinin  cəmi
üst qatlarda 10-25%, fiziki gilin  miqdarı orta hesabla 40-
220


80%   arasında   dəyişir.  Bu       torpaqlar   üçün   skeletlik   də
xarakter   əlamət   olub,   torpağın     profilində   26,2-53,0%
arasında tərəddüd edir.
Torpağın ümumi analizindən məlum olur  ki,  SiO
2

nin miqdarı 47-64%, Al
2
O

 isə 19-26% -dir.   Nisbət  4,7-
5,0  arasında dəyişərək  bütün  profil  boyu eyni qalır .
Qaramtul   dağ   –   çəmən    torpaqlarda   humuslu
qatın   qalılığı   daha   artıq   olur.   Bəzən   bu   qalınlıq   A+B
qatlarını əhatə edərək 60-70 sm-ə belə çatır. Humusun
həmin torpaqlarda belə yüksək olmasını hündürlüyü 20 -
30  sm-ə  çatan  sıx ot örtüyünün olamsı  ilə izah   etmək
olar.   Bəzən səthi yuyulma təsirin nəticəsində humusun
miqdarı   xeyli azalır . Ümumi azot burada da yüksəkdir –
0,4-0,6%; P
2
O
5    
torpağın   hər   kiloqramında 25 - 72  mq
təşkil edir . Bu   torpaqlar torflu və çimli     dağ – çəmən
torpaqlarından fərqli olaraq əsaslarla doymuşdur. Udma
tutumu xeyli yüksəkdir ( 57-77 mq – ekv ).   pH – ın su
məhlulunda təhlili həmin torpaqların    zəif turş və neytral
(pH-0,6-7,1) reaksiyaya malik olduğunu göstərir.    
Qaramtul   dağ   -   çəmən     torpaqlarında     lil
fraksiyasının    miqdarı    üst qatda çox yüksək   olmayıb
2,8    –   11,2% -dən artmır. Lakin bir qədər artım  “ B “
qatında   nəzərə       çarpır.     Bu       torpaqlar       karbonatlı
olmaları       ilə       də       əvəlki   dağ-çəmən   torpaqlarından
fərqlənir.
Dağ     -   çəmən     torpaqlarından   kənd   təsərrüfatı
bitkiləri əkinində o qədər də  geniş istifadə edilmir. Çünki,
ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, alçaq
temperaturun olması, aktiv temperaturun çatışmamazlığı
və bir də torpaq profilinin   xeyli   yuxa  olması bu zonada
mədəni   bitkilərin   inkişafına  o  qədər   də  imkan      vermir.
Yalnız   bəzən    əlverişli    sahələrdə  yazlıq buğda, kartof
əkini altında becərilir .
221


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə