Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə53/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   49   50   51   52   53   54   55   56   ...   68

Dağ-çəmən     torpaqlarından ən çox yay otlaqları
kimi istifadə edilir.  Lakin istər otlaq,  istərsə də   əkinçilik
üçün   istifadə   edildikdə   bu   torpaqlarda   eroziyaya   qarşı
mübarizə   tədbirləri,   xüsusilə   qoyun sürülərinin, mal –
qaranın   nizamlı qaydada otarılması məsələsi nəzərdən
qaçırılmamalıdır.
3. Dağ  - meşə   torpaqları   zonası
 Dağ -  meşə   torpaqları  Azərbaycanın  ərazisinin
xeyli hissəsini   tutur.   Əsas etibarı ilə dağlıq sahələrdə
yayılmış   bu   torpaqlar   respublika   ərazisinin     20,1%-ni
təşkil edir.  Dəniz   səviyyəsindən 600 – 1800m  və  bəzi
hallarda hətta 2200 -2400m yüksəklikləri əhatə etməklə
ən çox Böyük  və Kiçik Qafqaz və Lənkəran vilayətlərində
müəyyən edilmişdir.
Dağ - meşə   zonası    torpaqlarının    əmələgəlmə
prosesi onların yayıldığı relyef  şəraiti,  meşə ağaclarının
tipi,  ana  süxurların  xarakteri  və  bir  sıra  fiziki  – kimyəvi
xassələri ilə   əlaqədardır. Bu torpaqların əmələ    gəlməsi
yüksək   rütubətlənmə       şəraitində         gedir.       Torpaq
örtüyünün       inkişafında       yamacların   meyilliyi   və
baxarlıqları   böyük   rol   oynayır.   Ümumi         bir
qanunauyğunluq  kimi, çox vaxt  meşə   zonasının orta və
aşağı hissələrində şimal və qərb yamaclar meşə ilə örtülü
olduğu     halda, cənub və   şərq yamacları bu bitkilərdən
məhrum olur. Bunun    nəticəsidir ki,  meşə örtüyü    sıx
və         qüvvətli     inkişaf   etmiş   sahələrdə   torpaqlar   qalın
profilə malik olub, eroziya prosesinə məruz qalmamışdır.
Əksinə cənub    yamaclarda   bunun    əksi   müşahidə
edilir.     Cənub   yamaclarda   əksərən   quraqlığa   davamlı
kserofit       meşələr     yayılmışdır   ki,   bunlar   şimal   yamac
meşələrinə             görə     seyrək     olduğuna görə torpağın
səthində   qalın   xəzəl   örtüyü   yaratmır.  Burada       tökülən
222


xəzəl     günəş       şüasının   yaxşı   düşməsi   və   havalanma
təsirindən     asılı     olaraq tez     minerallaşıb       torpağa
qarışa bilir. Digər xarakter xüsusiyyət    bundan   ibarətdir
ki,     meşə       örtüyü       altında       yayılmış   torpaqların
rütubətlənmə   şəraiti       yüksək       olduğundan,   torpaq
profilində təsadüf edən asan həll ola  bilən    maddələr və
lil hissəcikləri dərin qatlara yuyula bilir və bu da torpaq
profilinin yüksək gilləşməsinə səbəb olur.
Meşə   zonasında   üstünlük   təşkil   edən   ağac
bitkilərinin   özündə   də   müəyyən   zonallıq   nəzərə   çarpır.
Belə   ki,   qəhvəyi       torpaqlar   zonasında     kserofit   meşə
bitkiləri (palıd, vələs ağacları) üstünlük təşkil edirsə, qonur
meşə torpaqları mezofil       meşə     örütyü (vələs, fıstıq,
ağcaqayın və s) altında inkişaf etmişdir. Meşə zonasının
istər yuxarı   və istərsə də   alt     sərhəddində ancaq kol
bitkiləri (qarağac, alça, yemişan, itburnu, ardıc, qaratikan
və s) və sıx ot   bitkiləri üstünlük təşkil   edir. Qeyd etmək
lazımdır ki, Lənkəran torpaq vilayətinin bitki örtüyü  başqa
vilayətlərdən bir qədər fərqlənir. Burada meşə bitki örtüyü
əsasən rütubətli subtropik bitkilər olub endemik xarakter
daşıyır. Talış meşələrində  ən çox   yayılan   bitki   örtüyü
dəmirağacı,   şabalıd yarpaqlı palıd, nil akasiyası, şümşad
ağacları və s-dən ibarətdir.
Ərazinin dəniz səviyyəsindən hündürlüyü, xüsusilə
relyef və meşə bitki örtüyünün xarakterindən asılı   olaraq
dağ   –   meşə   zonasında   əsasən   aşağıdakı   torpaqlar
fərqləndirilmişdir:   qonur   dağ-meşə   torpaqları,   qəhvəyi
dağ-meşə   torpaqları,     çürüntülü   –   karbonatlı   dağ-meşə
torpaqları, sarı dağ-meşə torpaqlar.
Bəzən   insanların     təsərrüfat    fəaliyyətləri     və
hidrotermik       rejimin dəyişməsilə əlaqədar olaraq meşə
örtüyü   çəkilir   ki,   belə   sahələrdə     torpaqəmələgəlmə
prosesi meşə şəraitindən bozqır şəraitinə keçir.
223


İstər   Böyük    Qafqaz,  istərsə  də Kiçik  Qafqaz və
Lənkəran vilayətlərinin meşə torpaqları  zonasında qonur
dağ   –   meşə   və   sarı   torpaqların   aşağıdakı   yarım   tipləri
müəyyən   edilmişdir:   tipik   qonur   dağ-meşə   torpaqlar,
podzollu qonur dağ-meşə  torpaqlar, qalıq karbonatlı dağ
– meşə torpaqlar. Bütün bunlardan başqa, bu torpaqların
tünd qonur və açıq qonur növləri də fərqləndirilir.
4. Qonur dağ-meşə torpaqları
Bu   topaqların   yayılması   bioiqlim   və
torpaqəmələgətirən       amillərin   təsiri   ilə   sıx  əlaqədardır.
Qafqazda, o cümlədən Azərbaycanda yayılmış qonur dağ
- meşə   torpaqları   bir   sıra tədqiqatçılar – S.A.Zaxarov,
O.N.Mixailovskaya,
 
H.Ə.Əliyev,
 
M.E.Salayev,
P.V.Kovalyev,   M.N.Sabaşvili,   S.V.Zonn,   V.M.Fridland,
B.İ.Həsənov,     X.N.Həsənov   və   başqaları   tərəfindən
öyrənilmişdir.
M.E.Salayev   Kiçik   Qafqazda    yayılmış   qonur
dağ  -   meşə  torpaqlarını   xarakterizə      edərkən    onların
aşağıdakı   xüsusiyyətlərini   müəyyən   etmişdir:   a)ilkin
alümosilikatların   qüvvətli   aşınması   nəticəsində   profilin
gilləşməsi;   b)nisbətən       böyük     udma   tutumuna   malik
olması;   q)üzvi   qalıqların   çürüməsi   nəticəsində   kobud
humus   maddələrinin   toplanması,   udulmuş   alüminium
olması və s. (Şəkil 23.4.).
Morfoloji       nişanələrinə       görə   qonur   dağ-meşə
torpaqları   qəhvəyi   dağ-meşə   torpaqlarından   xeyli
fərqlənir. Bu torpaqların üst qatını (A
0
) 2-3 sm qalınlıqda
xəzəl   təbəqəsi     örtür.   “A
1
”   qatı   qonur,   qaramtul-qonur
rəngi,   topavari-qozvari   strukturası   və   köklərin   rizləri   ilə
hopan humus axınlarına təsadüf edilir.
“B” qatı yüksək dərəcədə gilləşməsi ilə nəzəri cəlb
edir.   Adi   bir   hal   olaraq   karbonatlar   torpaq     profilindən
224


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə