Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə51/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   47   48   49   50   51   52   53   54   ...   68

Şəkil 23.1. Böyük və Kiçik Qafqaz dağ sistemlərində torpaqların
şaquli   zonallıq   üzrə   paylanması   (profili   Ş.G.Həsənov   tərtib
etmişdir)
213


çınqıllı olması ilə fərqlənir, çox zaman bunların tərkibində
müxtəlif   süxur   qırıntıları   və   zəif   aşınma   ilkin   minerallar
olur. Bura üçün eroziya və denudasiya prosesləri və həm
də ibtidai torpaqəmələgəlmə prosesi xarakterikdir.
Düzənlik   ərazi  torpaqları   aşınma   mineralları   və
çökmə süxurlar üzərində əmələ gələrək özünün qalınlığı,
müxtəlif   dərəcədə   şorlaşması,   şorakətləşməsi   və
bataqlaşması   ilə   nəzəri   cəlb   edir.   Burada   torpağa
suvarma rejiminin də təsiri böyükdür. Torpaqların şaquli
zonallıq   qanununu   əsas   götürərək   Azərbaycan
Respublikası   ərazisində   yayılmış   torpaq   tiplərinin
müxtəsər   səciyyəsini,   bu   torpaqların   coğrafi   yayılma
areallarını Azərbaycanın torpaq xəritəsindən də görmək
olar (Şəkil 23.2.).
1. Dağ tundra torpaqları zonası
Dağ     –     tundra     torpaqları    Azərbaycan
ərazisində   Böyük     Qafqaz       dağlıq   vilayətində       və
qismən     də   Kiçik     Qafqaz   dağlarında     3000     metrdən
yüksəkdə   yerləşən   sahələri   tutur.   Burada   sıldırım
uçurumlu çılpaq yamaclar, yalları ara bir qar  ləkələri  ilə
örtülmüş qayalıqlar geniş sahə tutur.   Sıldırım   dağların
ətəkləri   süxur       uçqunları       və       daşlı       səpəlintilərlə
örtülmüşdür.   Bu     zona     keçmişdə buzlaqların   təsirinə
məruz qalmışdır ki, bunu karların, morenlərin  izləri və sal
süxurların cilalanmış səthi ilə müəyyən etmək olur.
Qar     uçqunları     və     buzlaqların     hərəkəti
nəticəsində   buzlaq   eroziyası baş verir   ki,   bu   da   öz
növbəsində     ya   moren     yığınları   əmələ   gətirir,   ya   da
ağırlıq   qüvvəsinin     təsiri     altında     “quru”     selini   (süxur
şəlaləsini)  yaradaraq yamac-aşağı hərəkət edir.
214


215


Bitki   örtüyü   demək   olar   ki,   yoxdur,   yalnız
qayalıqlar, aşınmış daş parçaları üzərində rast gələnşibyə
və yosunlardan ibarətdir. 
Burada   torpaqəmələgəlmə   prosesi   başlıca
stadiyadadır. Relyefin nisbətən batıq  və   hamar   səthə
malik     elementlərində   ovxaq   aşınma   materialları
toplanaraq   torpağın   narın   hissəsini   törədir.   Xüsusilə
fiziki     aşınmanın     təsirindən yaranmış   bu   materiallar
getdikcə  bioloji təsirə məruz qalır. Məhz bunun nəticəsidir
ki, belə hamar sahələrdə ya tam inkişaf etməmiş, ya da
ibtidai   profilə   malik   torpaqlara     rast     gəlinir.     Belə
torpaqlar     sal     süxurlar,     yaxud   moren   çöküntüləri
üzərində inkişaf edərək ilk əvvəl yalnız  “ humus ” qatına
malik olur.
Dağ   tundra   torpaqları   ilk dəfə     1925–1927–ci
illərdə   Azərbaycan   torpaqlarını   öyrənən   zaman
S.A.Zaxarov tərəfindən müəyyən edilmişdir.
Yüksək  dağlıq   zonada  kəskin parçalanmış relyef
şəraitində xırda ləkələr halında  tala  –  tala sahə tutan bu
torpaqlar   zəif   inkişaf   etməklə   hələlik   fraqmentlər
şəklindədir.    Məhz     buna     görə   də   həmin     torpaqların
yayıldığı     dağ–tundra   zonasını   bəzi   mütəxəsislər   inkar
edirlər.
Bununla     belə   dağ   tundra   torpaqlarının     genetik
xüsusiyyətlərinin   öyrənilməsi,     qar     və     buzlaqların   bu
torpaqların əmələ gəlmə prosesinə təsiri lazımınca tədqiq
edilməmişdir.
2. Dağ-çəmən torpaqları zonası
Dağ çəmən   torpaqları alp və subalp   zonasında
yayılmaqla   Azərbaycan   ərazisinin   8,5%-ni   təşkil edir.
Ərazicə ən çox Böyük və Kiçik  Qafqaz  dağlarında,  Talış
216


regionunda   və   Naxçıvan   MR   –   də     xəritələşdirlimişdir
(Şəkil 23.3.). 
Dağ     çəmən     torpaqları     dəniz   səviyyəsindən
1600-dən     3000m–dək   yüksəklikdə   olan   sahələri   tutur.
Lakin   yuxarıda   göstərilən   regionlarda   dağ-çəmən
torpaqları heç də eyni yüksəkliyə malik sahələri tutmur.
Şəkil 23.3. Dağ-çəmən torpaqlarının analiz göstəriciləri.
Geniş sahəvi   örtük   təşkil etməyən bu torpaqlar
qədim   buzlaq   çöküntüləri   rayonunda     yüksək     dağlıq
zonada   yayılmışdır.   Ala-tala     sahəvi örtük təşkil edən
massivlər,   bəzən     üzə   çıxmış   dağ   süxurları   və   sərt
qayalıqlarla   əvəz   olunur.   Məhz     buna     görə   də     bu
zonada aşınmaya məruz qalmış çılpaq qayalıqlar, süxur
217


çöküntüləri,   müxtəlif     relyef   formaları   üstünlük   təşkil
edir. Bunula bərabər dairəvi, yəhər formalı,   hamarlanmış
yüksəkliklər,   morenlər  və  bunların aralarında   təknəvari
çökəkliklər   nəzərə çarpır. Bu zonada denudasiya prosesi
yalnız dağ   çəmənliklərindən   ibarət   olan ot örtüyü ilə
qorunub saxlanılır. Adətən belə   alp   çəmənliyi   altında
torflu     dağ     –     çəmən   torpaqlar   əmələ   gəlir.   Relyefin
nisbətən alçaq, az meyilli və yaylavari elementlərində ot
örtüyü   nisbətən   hündürləşməklə     torflu   dağ   –   çəmən
torpaqları öz yerini torflu dağ – çəmən torpaqlarına verir.
Torpaqəmələgətirən     süxurları     bərk     püskürmə
süxurları (qranitlər, qranodioritlər,   bazaltlar,    andezitlər
və s)   əhəngdaşı,   mergel   kimi     çökmə süxurlar     və
onların       aşınma       materiallarından         ibarətdir.
Torpaqəmələgəlmə prosesi   bu   zonada   yuyulma rejimi
şəraitində və qısa vegatasiya dövründə gedir.
Dağ–çəmən torpaqlarının   morfoloji xüsusiyyətləri
onların torpaqəmələgəlmə   şəraitinə uyğun olaraq ifadə
edilmişdir. Bu torpaqların morfoloji quruluşu üçün xas olan
əlamət   onların   ibtidai     quruluşlu   yuxa       profilə   malik
olması, səthi yuyulmaya  məruz  qalması  və  skeletliyidir.
Əksər     halda     narın     torpaq   qatının   ümumi       qalınlığı
15sm–dən   85sm-ə kimi dəyişir. Bu torpaqlarda genetik
qatlar  normal   ifadə   edilməmişdir.  Bəzi   hallarda  “A”  qatı
birdən-birə “C” qatına keçmiş olur.
Ümumi   halda   çürüntülü   –   akkumulyativ     A   qatı
torflaşmış və çimlənmiş halda olur.  Temperaturun yüksək
olması     üzündən     burada     bitki     qalıqları     çox   vaxt
yarımçürümüş şəkildə toplanır və torflu qatı əmələ gətirir.
Torflu   qatın   qalınlığı   bəzən   3-6sm-ə   çatır.   Vaxtı   ilə
S.A.Zaxarov həmin torpaqları   “incə”    torflu  torpaqlar
adlandırmışdı.     Yamacların     baxarlılığı     və     meyillik
dərəcəsindən   asılı   olaraq   istər   torflu   qat, istərsə də
narın   torpaq   qatının qalınlığı ya artır, ya da azalır. Bu
218


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə