Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə48/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   44   45   46   47   48   49   50   51   ...   68

XXII FƏSİL
DÜNYANIN  ƏSAS TORPAQ QRUPLARI VƏ
ONLARIN    COĞRAFİ YAYILMASI
22.1. Əsas torpaq qruplarının yayılması
Torpaq   coğrafiyasının   mürəkkəb   məsələləri   təkcə
nəzəri   maraq   kəsb   etmir.   Müxtəlif   torpaq   tiplərinin   və
onların   qruplarının   yayılma   qanunauyğunluqlarının   dərk
edilməsi   torpaq   sərvətlərini   obyektiv   qiymətləndirmək,
torpaqlardan   səmərəli   istifadənin   düzgün   strategiyasını
hazırlamaq,   torpağın   mühafizəsi   üzrə   tədbirlərin   təşkili
üçün çox zəruridir. Göstərilən qiymətləndirmə üçün torpaq
xəritələri   mühüm   rol   oynayır.   Torpaq   xəritəsi   coğrafiya
qanunlarını   nə   qədər   tam   əks   etdirirsə,   aparılan
hesabatlar   bir   o   qədər   dəqiq,   nəticələr   xeyli
əsaslandırılmış olur.
Torpaqların   yayılma   qanunauyğunluqlarının
müəyyən   edilməsi   üzrə   işlər   XIX   əsrin   axırlarından
aparılır.   V.V.Dokuçayev   (1989)   ilk   təcrübəsindən
başlayaraq   dünyanın   torpaq   xəritələrinin   tərtibinə   qədər
çoxlu cəhdlər edilmişdir. Dünya torpaq xəritəsinin hər biri
müəyyən dövrə uyğun olub Yer kürəsinin torpaq örtüyünü
dərk  etməyə   imkan   verir.  Müasir   torpaq   xəritələri  təkcə
torpağın  üfüqi  və şaquli  zonallıq hadisələrini deyil, eyni
zamanda   başqa   qanunauyğunluqları:   torpaq-iqlim
fatsiyaları   və   əyalətlərini   (provinsiyalarını),   torpaq-
geokimyəvi   formasiya   və   tarlalarını   (polyalar)   da   əks
etdirir (Şəkil 22.1, 22.2).
196


Şəkil 22.1. Dünyanın torpaq xəritəsi.
197


Şəkil 22.2. Dünyanın torpaq xəritəsinin legendası.
 
Məlum məlumatlara görə Yer səthinin sahəsi 510
mln.km
2
, dünya qurusu 149 mln.km
2
-ə bərabərdir. Materik
buzları   və   daxili   kontinental   sularla   örtülü   vilayətlərsiz
quru sahəsi, müxtəlif müəlliflərin hesablamarına görə133-
135milyon   km
2
-ə   yaxındır.   Bu   sahəni   dünyanın   torpaq
örtüyünün   cəmi   sahəsi   kimi   qəbul   edirlər.   Torpaq
198


örtüyünün   1/4   hissəsinə   yaxını   dağ   yamaclarının,   3/4
hissəsi   isə   düzənlik   torpaqlarının   payına   düşür   (Şəkil
22.3).
Şəkil  22.3. Yer kürəsinin quru səthində əsas   torpaq tiplərinin
paylanması.
Qurunun paylanması torpaq örtüyünə uyğun olaraq
Yer səthində qeyri-bərabərdir. 5–ci cədvəldən göründüyü
kimi torpaqların ən böyük sahəsi tropik qurşaqda (42%)
cəmləşmişdir,  ən   az   isə   qütb   qurşağında   (4%)   yerləşir.
199


Torpaq örtüyünün sahəsi subtropik, subboreal və boreal
qurşaqlarda demək olar ki, bir-birinə çox yaxındır.
Atmosferin   rütubətlənmə   dərəcələrinə   görə
fərqlənən torpaq kateqoriyaları arasında ən çox yayılanı
humid ərazilərin torpaqlarıdır. Misal üçün, daimi rütubətli
tropik   landşaftlarının   qırmızı   və   sarı   torpaqları   bütün
dünya torpaq örtüyünün 25,9 mln km
2
, yaxud 19,4%-ni,
boreal qurşağın humid torpaqları 23,7 mln km
2  
(18,0%)
təşkil edir. Mövsümi rütubətlənən tropik torpaqlar böyük
ərazidə   17,4   mln   km
2
  (13,0%)   sahədə   yayılıbdır.  Xeyli
ərazidə   subboreal   qurşağın   subarid   torpaq   vilayət
torpaqları   (qara   və   şabalıdı)   və   subtropik   qurşağın
mövsümi rütubətlənən vilayətlərinin torpaqları (qəhvəyi və
boz-qəhvəyi) ilə örtülmüşdür.
Çox nəhəng sahəni səhra və yarımsəhra əraziləri
tutur.Tropik   qurşaqda   arid   vilayətlər   13,0   mln   km
2
,
subtropikdə 10,6 və   subborealda isə 7,9 mln km
2
  təşkil
edir
 (
Cədvəl 22.2.).
Yarımsəhra   və   səhra  torpaqlarının  ümumi  sahəsi
demək   olar   ki,   dünya   torpaq   örtüyünün   1/4   hissəsinə
bərabərdir.
Keçmiş SSRİ-nin torpaq örtüyü də xeyli müxtəlifdir:
o, özünə 100-ə qədər torpaq tipini daxil edir. Ən böyük
sahəni   boreal-meşə   landşaftı   torpaqları   (qleyli-podzollu,
podzollu, çimli-podzollu, donuşlu tayqa) tutur ki, bu bütün
MDB   ərazisinin   33%-ni   təşkil   edir.   Tundra   və   arktika
torpaqları 8,9%, boz-meşə torpaqları 3,2%, qara torpaqlar
(dağ   da   daxil   olmaqla)   8,2%,   şabalıdı   torpaqlar   -3,9%
sahə   tuturlar.   Dağlıq   vilayət   trpaqları   MDB   ərazisinin
200


28,9%-ni  təşkil etməklə,  ən çox dağ-meşə (dağ-podzol,
donuşlu-tayqa) torpaqlarından ibarətdir.
 
Cədvəl 22.1. Dünya qurusunda torpaq-iqlim qurşaqları və
vilayətləri üzrə torpaq örtüyünün paylanması* (N.N.Rozov
və M.N.Stroqanova görə, 1979)
13
Qurşaqlar
Vilayətlər
Rütubətli(humid)
Keçid
Quru
arid
Cəmi
Tropik
19,4
25,9
13,0
17,4
9,75
13,0
4,2
56,3
Subtropik
5,0
6,6
6,4
8,6
8,0
10,6
19,4
25,8
Subboreal
4,5
6,0
5,9
7,9
5,9
7,9
16,
   3
21,9
Boreal
17,9
23,7
-
-
17,9
23,7
Qütb
4,2
5,7
-
-
4,2
5,7
22.2. Dünyanın torpaq sərvətləri
Torpaq örtüyü sənayenin müxtəlif sahələri sənaye,
nəqliyyat,   şəhər   və   kənd     tikinti   işləri   üçün   xammal
mənbəyi   təşkil   edir.   Son   zamanlarda   torpaqların   xeyli
sahəsi rekreasiya məqsədləri-qoruqlar və qoruq əraziləri
yaradılması   üçün   istifadə   edilir.  Lakin   torpaq   örtüyünün
13 
*surət ümumi sahədən %-i, məxrəc isə mln km
2  
sahəni
göstərir.
201


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə