Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə56/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   52   53   54   55   56   57   58   59   ...   68

Dağ     bozqırlaşmış   qəhvəyi   torpaqlar   dənəvari   -
topavari, bəzən qozvari strukturalı  olmaqla ağır gillicəli və
gilli   mexaniki   tərkibi   ilə   səciyyələnir.   Bu   torpaqların
profillərinin   çox   vaxt   skeletli   olduğunu   görürük.   Təsvir
etdiyimiz bu torpaqlarda humus qatının qalınlığı 40-50 sm
və hətta bəzən   60sm-ə çatır. Ümumi humusun miqdarı
əkin   qatında  4,6%  bəzən 7%  təşkil edir. Ümumi humus
ehtiyatı bir metrlik     qatda hər hektara orta hesabla 332
ton, yarım metrlik qatda isə 211 ton təşkil   edir. Həmin
torpaqlar   azot   ehtiyatından   da   xeyli   zəngindir.   Azot
ehtiyatı yarım metrlik qatda hər hektara orta hesabla 12-
15   ton   arasında   tərəddüd   edir.   Bu   torpaqların   profili
səthdən karbonatlıdır.
Bu   torpaqlar   əsaslarla     doymuşlar.   Udulmuş
əsaslar   içərisində   kalsium   kationu   üstünlük   təşkil   edir.
Dağ bozqırlaşmış  qəhvəyi torpaqlar üst qatlarda neytral,
aşağı qatlarda isə zəif qələvi və qələvi reaksiya ilə əvəz
olunur.
Dağ   bozqırlaşmış   qəhvəyi   torpaqlar   meşə
torpaqlarına   nisbətən   xeyli   perspektiv   əhəmiyyətə
malikdir,     xüsusilə   bu   torpaqlarda   meyillik   dərəcələri
imkan   verən,   iri   massivlər   şəklində   sahələr   dəmyə
əkinçiliyi   üçün   (üzümçülük   və   bağçılıq),   altında   istifadə
edilə   bilər.   Bu   torpaqlar   yayılmış   dik   yamaclarda   təbii
bitki       zolaqları   saxlamaq şərti ilə terraslar düzəltmək
məqsədəuyğundur.   Həm   də   burada   eroziya   prosesinə
qarşı mübarizə tədbirləri nəzərdən    qaçırılmamalıdır.
7 . Dağ  boz - qəhvəyi torpaqlar
Dağ   boz   -   qəhvəyi     torpaqlar    Azərbaycan
Respublikasında kolluqlar     altında   olan     bütün     dağ
ətəyi sahələri tutur və meşə zonasının aşağı sərhədlərini
əhatə edir. Boz - qəhvəyi torpaqlar  əsas etibarı ilə,  çimli
232


– çəmən bitkiləri altında inkişaf edir.  Digər tərəfdən, bitki
örtüyü   arasında   bu   torpaqlar   üçün       xarakterik   olan
qaratikan, böyürtkən,   yemişan və s. kol bitkiləri də rast
gəlir.   Bu   torpaqlar   qozvari-dənəvari   strukturaya   malik
olmaqla profillərində çox vaxt müxtəlif böyüklükdə süxur
qırıntılarına rast gəlmək olur ki, bunlar   yamacların   ətək
hissələrində   daha   çox   artır.      Bundan         əlavə   təpəli,
dalğavari relyef formalarında torpağın səthi zəif və orta
dərəcədə çınqıllı daşlarla ortülmüşdür.
Dağ   boz-qəhvəyi torpaqlar istər narın torpaq qatı
və   istərsə   də   humus   qatının   qalınlığına   görə   xeyli
əlverişlidir.   Burada   narın   torpaq   qatının   qalınlığı   100–
150sm və daha çoxdur. Humus qatının qalınlığı isə   35-
40sm,   bəzən   60sm-ə   çatır.    Relyef     şəraiti   və   meyillik
dərəcələrindən asılı olaraq orta və az qalınlıqlı növləri də
nəzəri   çarpır.   Bu   torpaqlar   humus   maddələrdən   xeyli
zəngindir. Humusun    miqdarı üst  qatlarda 5-6 %, tək-tək
hallarda   7%-   ə   çatır.   Dağ-meşə   qəhvəyi   torpaqlardan
fərqli olaraq   bu     topraqların   profili boyu humus tədrici
azalır   ki,   bu   da   həmin   torpaqların   aqroistehsalat
yararlılığını   xeyli   artırır.   Əlverişli   bioiqlim   və   relyef
şəraitindən   asılı   olaraq   dənəvari   struktura   40-50   sm-ə
kimi aydın formasını saxlayır.
Boz - qəhvəyi   torpaqlarda ümumi humus ehtiyatı
həmin torpaqların 100 sm-lik qatında hər     hektara orta
hesabla 200-350 ton , 50 sm-lik qatında isə 150-200 ton
arasında   dəyişir.     Bu   torpaqların   münbitlik   elementləri
içərisində   azot   da   xeyli   yüksək   (0,18-0,37%),   aşağı
qatlarda isə     0,06-0,07% arasında dəyişir. Boz-qəhvəyi
torpaqlar   öz   mexaniki   tərkibinə   görə   ağır     gillicəli   və
gillicəlidirlər. Bəzən relyef şəraitindən  asılı olaraq orta və
yüngül   gillicəli   növlərinə   də   rast   gəlinir.   Bu   torpaqların
profilində çox vaxt gilləşmə əlaməti olması nəzərə  çarpır
ki, bu da boz-qəhvəyi torpaqların meşə altında çıxdığını
233


bir   daha   sübut   edir.  Bu   torpaqlar       karbonatlı   olmaqla
HCl   təsirindən bütün profil boyu qaynayır. Karbonatların
miqdarı aşağı qatlara getdikcə 20–30 % kimi artır, aşağı
qatlarda karbonatlar kif və damarlar şəklində yayılmışdır.
Boz-qəhvəyi   torpaqlar   udulmuş   əsaslardan
doymuşlar.   Udulmuş   əsaslar   içərisində   Ca     və     Mg
kationları üstünlük təşkil edir. Bu torpaqlar zəif qələvi və
qismən   qələvi   reaksiyaya       malikdir.   Bəzi   hallarda
müstəsna   deyilsə   boz-qəhvəyi   torpaqlarda   şorlaşma
əlamətləri müəyyən edilməmişdir.
Aparılan   laboratoriya tədqiqatları göstərmişdir ki,
bu torpaqların 1 kq–da mütəhərrik kalium 20 - 50 mq – a
çatır.  Ümumi   kalium   isə   torpaq       profili   boyu   1,5-2,7%
arasında   dəyişir.   Mənimsənilə   bilən   fosfor   ehtiyatına
gəldikdə   isə,   onun   miqdarı   hər   kq   torpaqda   10-25   mq,
bəzən 50 mq təşkil edir. Beləliklə, deyilənlərdən     belə
nəticə çıxır ki, boz - qəhvəyi   torpaqların   yuxarıda   qeyd
etdiyimiz xassələri (qida ehtiyatı, şorlaşmamsı, karbonatlı
olması,   skeletliliyi   və   s)   mühüm   əhəmiyyətə   malik
olmaqla,   üzümçülüyün   inkişaf   etdirilməsi   üçün   şərait
yaradır.   Hələ         Azərbaycanın   ilk   tədqiqatçıları   olan
S.A.Zaxarov və V.V.Akimtsev də   keyfiyyətcə    ən yaxşı
ağ   və   qırmızı   süfrə   çaxırı   verən   üzümlüklərin   bu
torpaqlarda yetişdiyini qeyd etmişdir.
Məlumdur   ki,   Gəncə   və   Şəmkir   rayonlarının
dağətəyi hissəsində boz-qəhvəyi torpaqlarda üzümlüklər
az suvarılır,   hətta Bayan kəndində və başqa sahələrdə
suvarılma   tamamilə   tədqiq   edilmir.     Həmçinin       550-
1000m   arası   yüksəkliklərdə   yerləşən   Şamaxı,   Mərəzə,
Ağsu üzümlükləri haqında da bunu demək olar. Bununla
belə   həmin   rayonların   torpaq-iqlim   şəraitində   lazımınca
keyfiyyətli üzüm məhsulu aldığını inkar etmək olmaz.
234


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə