Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə55/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   51   52   53   54   55   56   57   58   ...   68

olması     və           yağıntıların     nisbətən   azlığı   üzündən
torpağın   səthinə   tökülən   xəzəl   qalıqları   mezofil
meşələrdəki   kimi   örtük   təşkil   etməyib   nisbətən     tez
minerallaşmaya məruz qalır.
Bəzən   insanların   təsərrüfat   fəaliyyətinin   və
hidrotermik   rejiminin     quraqlaşma       istiqamətində
dəyişməsi   ilə   əlaqədar   olaraq   meşə   örtüyü   çəkilir,
meşələr arasında ala-tala bozqırlaşmış sahələr meydana
çıxır. Belə sahələrdə bitki örtüyü tək-tək meşə ağacları və
kolluqlardan ibarətdirsə, sonrakı dövrlərdə burada sıx ot
örtüyü inkişaf etməyə başlayır.
Qəhvəyi dağ - meşə   torpaqlarının yayılma şəraiti
və       torpaqəmələgəlmə   prosesinin   xarakterindən   asılı
olaraq onların aşağıdakı yarımtiplərini fərqləndirmək olar:
a)  yuyulmuş   qəhvəyi dağ - meşə  torpaqları,  b)
tipik   qəhvəyi   dağ   -   meşə   torpaqları,       c)   karbonatlı
qəhvəyi   dağ - meşə   torpaqları, d) bozqırlaşmış   dağ-
qəhvəyi torpaqları,  e) dağ  boz–qəhvəyi torpaqlar.   
Bütün bunlarla yanaşı, həmin torpaqları, mexaniki
tərkibi, narın torpaq qatının   qalınlığı, yuyulma dərəcəsi
və   becərilməsindən   asılı   olaraq   bir   neçə   növ
müxtəlifliklərinə də ayırmaq olar.
Qəhvəyi   dağ - meşə   torpaqları   üçün morfoloji
cəhətdən xarakter əlamət onların üst qatlarının qəhvəyi,
bəzən       tünd       qəhvəyi   rəngi,   yaxşı   ifadə   olunmuş
dənəvari   –   qozvari     və   qozvari   strukturası,   torpaq
profilinin   orta   hissəsinin   yüksək   gilliləşməsi,   karbonatlı
yarımtiplərinin   səthdən   qaynamasıdır.   Genetik   qatların
yaxşı   differensiasiyası   nəticəsində     qatlar   arasındakı
keçid   aydın   xarakter   daşıyır.   Bəzən     bərk     süxurların
aşınması   nəticəsində   torpaq   profilində   süxur   qırıqlarına
(skeletliyə) da rast gəlmək olur.
Qəhvəyi dağ - meşə   torpaqlarının mexniki analiz
nəticələri  göstərir  ki,   bu  torpaqlar     gilli    və   ağır   gillicəli
229


tərkibə   malikdir. Bu torpaqlarda fiziki gilin miqdarı 48,8-
84,4%   arasında   dəyişir.  Həm   də   bu   miqdarın   20-30%,
bəzən 45%-i lil   fraksiyasının hesabına düşür. Fiziki gildə
olduğu kimi lil fraksiyasının da maksimum  miqdarı profilin
orta   hissəsində   (“B”   qatında)   toplanmış   və   gilliləşmiş
illiviual  qat əmələ gətirmişdir. Əsas tərkib hissələri analizi
içərisində   mühüm   göstəricisi   olan   humus   qəhvəyi   dağ-
meşə   torpaqlarında   xeyli   yüksəkdir.   Bu   torpaqların   üst
qatında   humus   6,06%-dən   8,12%   -   dək,   bəzən   hətta
15,24%-ə    kimi     dəyişir. Lakin humusun belə  yüksək
olması burada çürüntü maddəsinin deyil, yarım çürümüş
bitki   qalıqlarının     hesabınadır.   Qəhvəyi   dağ-meşə
torpaqlarında   humusun    profil   boyu   yayılması   qonur
dağ - meşə torpaqlarına     nisbətən     tədricidir.   Ümumi
azotun   miqdarı   bu torpaqların üst qatında orta hesabla
0,22 – 0,45% təşkil edir. Eroziya prosesinə məruz qalmış
yuxa   növ   müxtəlifliklərində     hətta   onun   miqdarı   0,07-
0,18%-ə   düşür.   S:N   –   in   nisbəti   bu   torpaqların     üst
qatında xeyli geniş olub, 8,48-12,32 arasında dəyişir. Bu
topraqların     karbonatlı yarımtipi müstəsna deyilsə, tipik
yarım   tipləri   ana   süxurla   əlaqədar     olduğundan   aşağı
qatlarda karbonatlar xeyli yüksələrək, bəzən hətta 8,00-
40,0% -ə çatır.
Udulmuş   əsaslar analizi göstərir ki, qəhvəyi dağ-
meşə   torpaqları   əsaslarla   doymuş   torpaqlardır.   Əksər
hallarda   udulmuş   əsasların     cəmi   üst   qatlarda   aşağı
qatlara nisbətən yüksəkdir ki, (30,69 mq - ekv. kimi)  bunu
üzvi kolloidlərin üst qatlarda   bioloji     akumlyasiyası   ilə
əlaqələndirmək       olar.  Qəhvəyi   dağ-meşə   torpaqlarının
mühiti   neytral   reaksiyadan   (tipik   yarım   tipdə)   qələvi
reaksiyaya (karbonatlı yarım tipdə) kimi dəyişir.
Bozqırlaşmış     meşə     sahələri müstəsna deyilsə,
qəhvəyi   dağ-meşə torpaqları    respublikamızın əkinçilik
təsərrüfatında bilavasitə istifadə edilmir.  Lakin    burada
230


yayılmış   meşə   örtüyü   həmin   ərazidəki   torpaqların   səthi
yuyulması   qarşısını         almaqda   və   rütubət   ehtiyatını
saxlamaq   işində     çox   böyük   rol   oynayır.   Məhz   bu
səbəbdən   də     V.V.Dokuçayev   meşənin   təsirindən   bəhs
edərkən   onu   “rütubət     mağazalarına”   bənzətmişdir.
Deməli, burada yayılmış meşə ağaclarını qayğılı sürətdə
qoruyub   saxlamaq, onların  yeni sahədə təbii inkişafına
şərait yaratmaq    və   qırılması lazım gələn yerlərdə isə
müəyyən   edilmiş   qanuna   ciddi   riayət   etmək   diqqət
mərkəzində olmalıdır.
6. Bozqırlaşmış   dağ   qəhvəyi   torpaqlar
Dağlıq   hissədə   yayılmış   torpaqlar   içərisində
bozqırlaşmış dağ qəhvəyi torpaqlar   da   xeyli sahə tutur.
Bu   torpaqlar   əsas   etibarı   ilə   meşə   zonasının         aşağı
sərhəddində   müəyyən   edilmişdir.  Vaxtı   ilə   meşə   örtüyü
altında olan   bu       torpaqları insanlar əkinçilikdə istifadə
etmək məqsədi ilə   meşədən   azad   etmiş və bu şəklə
salmışlar.   Bunun   nəticəsi   olaraq   həmin   torpaqlarda
torpaqəmələgəlmə   prosesinin   istiqaməti   meşə   tipindən
bozqır   torpaqəmələgəlmə   şəraitinə     keçmişdir.   Qeyd
etmək lazımdır ki, meşə örtüyünün çəkilməsi ilə əlaqədar
olaraq  belə sahələrdə sıx ot bitkiləri məskən salır və çox
vaxtı   çim   qatı   əmələ   gətirməsi  ilə  əlaqədar  nəzəri  cəlb
edir. 
Digər tərəfdən bozqırlaşmış  dağ qəhvəyi torpaqlar
üçün   xarakterik   cəhət     ondan   ibarətdir   ki,     burada
torpaqəmələgəlmənin   getməsi   rütubətli şəraitdən xeyli
quraq şəraitə keçir. Bununla   əlaqədar    olaraq asan həll
olunan qida maddələrinin     yuyulması prosesi yavaşıyır,
nəticədə həmin torpaqların təbii münbitliyinin əhəmiyyətli
dərəcədə   artmasına   və   bozqır   tipinə   keçməsinə   şərait
yaradır. 
231


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə