Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə54/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   50   51   52   53   54   55   56   57   ...   68

yuyulmuşdur.  Lakin   bəzən   ana   süxurun   (“C”   yaxud   “D”
qatının)   karbonatlı    olması üzündən  bu torpaqlar HCl
təsirindən qaynayırlar.
Qonur   dağ-meşə   torpaqlarının   bozqırlaşmış
yarım       tipləri   qırılmış   meşələrin         yerində,   yaxşı
rütubətlənmə   şəraiti   olmayan   sahələrdə   rast   gəlir.     Bu
torpaqlarda   bitki örtüyünün və bununla əlaqədar olaraq
hidrometrik   rejimin   dəyişməsi   nəticəsində   torpağın
səthində çim qatı yaranır, yaxşı dənəvari struktura əmələ
gəlir,   hətta   humus   qatının   qalınlığı   artmaqla,   bəzən
karbonat yenitörəmələri nəzərə çarpır.
Çürüntülü-karbonatlı   dağ   -   meşə   torpaqları
karbonatlı   süxurlar   üzərində   əmələ   gəlir.   Burada   profil
boyu karbonatlar nöqtə və damarlar şəklində 30-40 sm
dərinlikdən və bəzən daha dayazdan görünməyə başlayır.
Tam  inkişaf  etməmiş qonur dağ-meşə   torpaqları
sıldırım yamaclarda inkişaf      etdiyindən onlar morfoloji
cəhətdən   çox   gödək   profilə   malikdirlər.   Bu   torpaqlarda
narın torpaq  qatının qalınlığı 40-60 sm–dən artıq deyildir.
Bəzən karbonatlı     olmaqla eroziya     prosesinə     məruz
qalmışıdır.   Bu   torpaqlar   üçün   yüksək   skeletlik   xarakter
əlamətdir.
Qonur   dağ-meşə   torpaqları   mexaniki   tərkiblərinə
görə gilli, ağır və orta gillicəlidir.  Bəzi   hallarda  0,05mm-
dən   böyük   olan   hissəciklər   üstünlük   təşkil   edir   və   lil
hissəciklərin aşağı qatlara yuyulması zəif olur.
Qonur   dağ-meşə   torpaqlarında   humusun   miqdarı
xeyli yüksək olub, üst qatlarda  5,0–10,0%,  hətta 13%-ə
belə çatır. Çürüntülü–karbonatlı   yarım tiplərində   humus
16-17%-ə kimi   qalxır. Ümumi azot da   humusla   yaxşı
korelyasiya olunaraq üst qatda 0,36 – 0,63%   arasında
dəyişir.   Bu     torpaqların yarım     tiplərindən   asılı olaraq
humusun   profil   boyu   paylanma   vəziyyəti   dəyişir.
225


Karbonun azota nisbəti xeyli genişdir (8,1– 12,7) və bu
nisbət aşağı qatlara getdikcə daralır.
Şəkil 23.4. Qonur dağ-meşə torpaqlarının analiz göstəriciləri
226


Qonur dağ - meşə torpaqları əsaslarla  doymuşdur.
Udulmuş kalsiumun miqdarı xeyli yüksək olub, udulmuş
əsasların  cəmindən 75,0-90%-ə çatır. Udulmuş hidrogen
bəzən olmayır, ya da əhəmiyyətsiz dərəcədə olur. Lakin
bu   torpaqların   podzollaşmış   yarımtipində     udulmuş
hidrogen 3,6 – 6,0%  müəyyən edilmişdir.  Qonur dağ  -
meşə   torpaqlarının   reaksiyası   turş   (4,8   -   5,4),   zəif   turş
(6,5)   mühitə   malikdir.   Təkcə     onun   bozqırlaşmış   və
çürüntülü -  karbonatlı yarım  tipi  neytral  (7,1) və qələvi
(8,2) (alt qatda) reaksiyalıdır.
Qonur   dağ-meşə   torpaqlar   orta   dağlıq   zonada
yayılmaqla mürəkkəb relyef formasına   malikdir . Həmin
torpaqların       meşə         örtüyü         altında   olması   və   bu
mürəkkəb   relyef   şəraiti onların kənd təsərrüfatı bitkiləri
üçün   istifadəsinə   imkan   vermir.     Lakin     bozqırlaşma
prosesinə   məruz   qalan   adda-budda   sahələr   kartof   və
dənli bitkilər əkini üçün mənimsənilmişdir.
Unutmaq lazım deyil ki, qonur meşə torpaqları sıx
meşə   örtüyü   altında   yayılmışdır.   Meşə   örtüyü     bu
zonada         iqlim       yaratmaq,   su   saxlamq   və   torpağı
eroziyadan   qorumaq   kimi   rol   oynayan   mühüm   amildir.
Məhz   buna   görə   də   burada     əsas     meşə   meliorasiya
tədbirləri,   meşə     ağaclarının     qorunub   saxlanmasına,
onların   yeni   sahədə   salınmasına   və   bərpasına   doğru
yönəldilməlidir.
5. Qəhvəyi   dağ  -  meşə torpaqları
Qəhvəyi     dağ     meşə torpaqları ilk dəfə 1904–cü
ildə   S.A.Zaxarov       tərəfindən       Şərqi     Gürcüstanda
müəyyən   edilmişdir.   S.A.Zaxarovun     göstərdiyi   kimi,
qəhvəyi dağ -  torpaqları zonası Aralıq dənizi iqlim tipinə
keçid   təşkil  edən   isti   yayı, uzun müddət davam edən
227


payızı   və   mülayim   qışı   ilə   fərqlənir.   Belə   sahələrdə
yağıntıların   orta   illik   miqdarı   600-800mm,   yay   aylarının
orta   temperaturası     20-21
0
C,   qış   aylarında   -4
0
C   yaxın
olur. Həmin torpaqlar yüksək kiplik və gilləşmə nişanələri,
dənəvari – torpaqvari və torpaqvari – qozvari strukturası
və ağır mexaniki tərkibi ilə fərqlənir.
Sonralar həmin torpaqlar genetik tip kimi bir sıra
torpaqşünaslar   (V.V.Akimtsev,   İ.P.Gerasimov,   S.V.Zonn,
İ.N.Antipov–Karataev,   M.N.Sabaşvili,   H.Ə.Əliyev,
M.E.Salayev,   A.N.İzyumov,   Ş.G.Həsənov,   H.K.Babayev
və başqaları) tərəfindən təsvir edilmişdir.
Qəhvəyi   dağ   -   meşə       torpaqları     təkcə
Azərbaycanda deyil, eyni zamanda   Qafqazda,   Çində,
Bolqarıstanda  və b.  dağlıq ərazilərdə  müəyyən  edilmiş,
onun   morfogenetik   xüsusiyyətləri   haqqında   qiymətli
tədqiqat işləri yazılmışdır.
Qəhvəyi dağ-meşə torpaqları   Azərbaycanda orta
və   alçaq   dağlıq   zonada   600-1400m   yüksəkliyi   olan
sahələrdə yayılmışdır.
Qəhvəyi   dağ-meşə   torpaqlarının   yayıldığı  relyef
şəraiti kəskin parçalanmış xarakterdədir.  Bunun   nəticəsi
olaraq   meşədən   azad   olmuş,   yaxud   çox   seyrək   örtük
təşkil edən   sahələrdə eroziya və denudasiya prosesləri
geniş tərzdə inkişaf etmişdir.
Torpaqəmələgətirən   süxurları 
karbonatlı
gillicələr, əhəngdaşı süxurları, onların aşınma materialları,
həmçinin  intruziv süxurlardan ibarətdir.
Bitki  örtüyü  arid  iqlim   şəraitində   yetişən meşə
bitkilərindən ibarətdir. Xüsusilə  bu bitkilər  arasında  əsas
yeri  şərq palıdı,  vələs  ağacları və bunlarla qarışıq olan
yemişan,   qarağac,  ardıc   ,  itburnu     və   s.   bu  kimi  alçaq
boylu seyrək kol   bitkiləri   tutur. Bu  meşələrdə   ağaclar
xeyli   seyrək olduğundan onların örtükləri altında sıx ot
bitkiləri də inkişaf etmiş olur. Burada arid iqlim şəraitinin
228


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə