Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə41/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   37   38   39   40   41   42   43   44   ...   68

ağaclar örtüyü altında, seyrək işığa uyğunlaşmış, bir neçə
yarusdan ibarət ağaclar da mövcuddur. Bu meşələr üçün,
epifit   bitkilərin   yüksək   miqdarı   səciyyəvidir.   Epifitlər
kimyəvi   elementləri   torpaqdan   yox,   başqa   bitkilərin,
heyvanların   və   atmosfer   suyunun   hesabına   toplayırlar,
məhv   olduqdan   sonra   torpağı   bu   elementlərlə
zənginləşdirirlər.
Afrikanın   rütubətli   meşələrində   il   müddətində
torpaq səthində 120-150 s/h-a qədər bitki qalıqları daxil
olur. Töküntülərin ümumi miqdarı 250 s/h-dır. Töküntülərin
bu   qədər   xeyli   yüksək   olmasına   baxmayaraq   torpaq
heyvanlarının və mikroorqanizmlərinin intensiv fəalliyyəti
nəticəsində, onun böyük hissəsi il müddətində parçalanır.
Bütöv döşənəcək yoxdur, cansız nazik yarpaqlar təbəqəsi
çılpaqlaşmış  torpaq sahələri ilə növbələşir. Töküntülərlə
birlikdə hər il 1h torpağa 100kq-a yaxın kalsium, 40-50kq
maqnezium,   50-dən   100kq-a   qədər   kalium   və   başqa
elementlər   daxil   olur.   Lakin   onların   böyük   hissəsi
çoxyaruslu   rütubətli   meşənin   mürəkkəb   kök   sistemi
tərəfindən  mənimsənilir  və  yenidən bioloji  dövrana  cəlb
edilir.     Qida   elementlərini   töküntülərin   məhsulundan
mənimsənilməsinin vacibliyi ilə əlaqədar olaraq   rütubətli
tropik meşə ağaclarının kök kütləsi torpağın səthinə yaxın
hissədə   yerləşmişdir.   Amazon   meşələrində   ağacların
kökləri 10-20sm dərinlikdə yerləşirlər (Q.Valter, 1968).
Bu biosenozların geokimyəvi xüsusiyyətləri ondan
ibarətdir ki, bitkilərin qidalanması üçün lazım olan kimyəvi
elementlərin   demək   olar   ki,   bütün   kütləsi   bitkilərin
özündədir   və   yalnız   bu   səbəbdən   zəngin   atmosfer
yağıntıları   tərəfindən   yuyulmurlar.   Əgər   rütubətli   tropik
167


meşəsini qırsaq, onda ağacların məhv olması ilə bərabər
min illər müddətində yaradılmış təbii sistem pozulacaq və
məhv   olmuş   meşə   altında   münbit   olmayan   torpaq
qalacaqdır.
Yağışlı  meşənin   torpaq  profilinin  yuxa   (5-7sm)
humuslu   A  qatı   -   boz   rəngə   malikdir   ki,   bu   qat   bütün
dərinliyi boyu humusdan məhrum olan A/B  keçid qatı (10-
20sm) ilə əvəz olunur. Üst hissənin strukturu çox zəifdir.
Lessivaj   prosesləri   inkişaf   etmiş,   bu   qrupun   bəzi
torpaqlarında,   torpaqəmələgətirən   süxurlardan   zəif
bərkiməsi ilə fərqlənən illüvial B qatı seçilir.
Bu   torpaqların   ən   üst   qatında,   humusun   ümumi
miqdarı   bir   neçə   faizdir.   Humusun   tərkibində   nisbətən
mütəhərrik   qonur   humin   və   fulvoturşular   üstünlük   təşkil
edir. Bu birləşmələr (xüsusilə fulvoturşular) profilin bütün
dərinliyi   boyu   yuyulurlar.   Torpağın   bütün   profili   boyu
reaksiya   turşdur,   pH   5-5,5-dir.   Bu   torpaqların   udma
tutumu çox azdır, udulmuş kationların cəmi adətən 100qr
torpağa görə 2-3mq.ekv-dir.
Daim   rütubətli   tropik   meşələrin   torpaqları   üçün
müxtəlif   dövrlərdə   müxtəlif   adlar   nəzərdə   tutulmuşdur:
lateritlər,  qırmızı   torpaqlar,  qırmızı-lateritli,   podzollaşmış
lateritli, qırmızı-sarı lateritli, allitli, latosoli
11
, xromsoli
12
  və
s.   Hazırda,   fransız   torpaqşünasları   tərəfindən   təklif
edilmiş   “ferralitli   torpaqlar”   termini   xüsusilə   geniş
11 
Sol (frans.) - torpaqlar
12 
Chrota (yun.) – rəng
168


yayılmışdır. Adlar, bu torpaqlardan olan sərbəst dəmir üç
oksidlərinin   və   alüminiumun   olması   ilə   əlaqədardır.   Bir
çox   tədqiqatçılar   güman   edirlər   ki,   bu,   müasir
torpaqəmələgəlmə prosesinin nəticəsidir. Həqiqətdə isə,
sərbəst dəmir və alüminium oksidlərinin olması, həm də
müəyyən gilli mineralların iştirakı, müasir torpaqların, bu
oksidlərlə   zənginləşmiş   qədim   aşınma   məhsulları
üzərində inkişaf etməsindən irəli gəlir. Buna görə ferralitli
torpaq müəyyən yerlərdə, daim rütubətli tropik meşələrin
sərhəddindən   daha   uzaqlarda   yayılmışdır   və   nəinki
musson və seyrək meşə landşaftlarında, hətta nisbətən
quru   savannalar   şəraitində   də   rast   gəlir.   Rütubətli
meşələrin   torpaqları   qədim   aşınma   məhsulları   üzərində
deyil,   cavan   çöküntülər   üzərində   (məsələn,   Afrika
Ruvenzorlarının qumsal-gillicə buzlaq yığıntıları üzərində)
inkişaf   etdikdə   onların   tərkibində   sərbəst   dəmir   və
alüminium oksidləri çox az olur.
20.4. Atmosferdən  mövsümi  rütubətlənən  tropik 
landşaftların torpaqları
Tropik qurusu daxilində daha böyük ərazini daim
rütubətli meşələr deyil, müxtəlif landşaftlar tutur ki, onlar
atmosfer   tərəfindən   il   müddətində   qeyri-bərabər
rütubətlənir.   Yağışlı   və   quraqlıq   mövsümlər   ekvator
mussonlarının təsiri altında növbələşirlər. Bu landşaftların
temperatur şəraitləri tropik zonaya uyğun gəlir, orta aylıq
temperatur   20°C-yə   yaxındır   və   il   müddətində   çox   az
dəyişilir.
169


Belə   şəraitlərdə   əmələ   gələn   torpaqları
torpaqşünasların   müxtəlif   milli   məktəbləri   eyni
adlandırmırlar. Məsələn, ingilis dilində danışan Afrika və
Hindistan   ölkələrində   onları
 qırmızı   torpaqlar,
Avstraliyada   və   Yeni   Zelandiyada   –  qırmızı   yerlər
adlandırırlar. Bu adlarda, torpaqəmələgətirən süxurlardan
–   qırmızı   rəngli   qədim   aşınma   məhsullarından   irsən
keçmiş   torpağın   qırmızı   rənginə   diqqəti   cəlb   edirlər.
Fransız   torpaqşünasları   bu   torpaqları   dəmirləşmiş
(ferritləşmiş)   adlandırmaqla,   güman   edirlər   ki,   vaxtaşırı
rütubətlənən tropik iqlim şəraitlərində torpaqəmələgəlmə
zamanı   alüminium   deyil,   yalnız   dəmir-üç   oksid   ayrılır.
Keçmiş Sovet İttifaqında dünyanın fiziki-coğrafi atlasında
və   torpaq   xəritələrində   mövsümi   rütubətlənən   tropik
meşələrin və hündür otlu savannaların ferralitli torpaqları
və quru savannaların qırmızı qonur torpaqları ayrılır. 
20.5. Subhumid tropik landşaftların torpaqları
Bu   torpaqlar  mövsümi  leysan   yağışlı   və   quraqlıq
dövrlərin   növbələşdiyi   şəraitlərdə   inkişaf   edirlər.   Quru
mövsümün   axırına   yaxın   torpaq   quruyur   və   ot   bitkiləri
saralır, lakin sonrakı rütubətli mövsümdə yağışlar torpağı
nəinki   yuyur   və   onun   su   ehtiyatını   bərpa   edir,  həm   də
müəyyən   topoqrafik   şəraitlərdə   mövsümi   bataqlaşmaya
səbəb olur.
170


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə